Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1813/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi ö hdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2-1(104)-49/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2012-ci ildə ümumi xəstəlik səbəbindən ilkin olaraq bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2013-xx.xx.2021-ci illər ərzində iddiaçı hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə əlillik statusuna malik olmuşdur. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra dövlət tibb müəsissəsi tərəfindən İddiaçı dair cavabdehə iki göndəriş təqdim olunmuşdur. Tovuz rayon Mərkəzi Xəstəxanasının 0321003AANKN nömrəli göndərişi əsa sında iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən elektron qaydada qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə Tovuz rayon Mərkəzi Xəstəxanasının 0321003AAQKG nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və stasionar müalicə müddətinin yetərli olmaması, müalicə potensialının tükənməməsi və bununla bağlı əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından növbəti dəfə imtina olunmuşdur. İddiaçı inzibati orqanının imtinası ilə razılaşmayaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci ins tansiya məhkəməsində icraat
2. İddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2010-cu ildə keçirdiyi xəstəliklə əlaqədar əmək qabiliyyətini itirdiyinə görə 2012-ci ildə Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi ona İİİ qrup əlillik təyin etmişdir. 2012-2021-ci ilə qədər 7 dəfə 88 formalı göndəriş əsasında əlilliyi təsdiq olunmuşdur. 2021-ci ilin may ayında əlillik müddəti başa çatdığı üçün 19 may 2021-ci il və 11 noyabr 2021-ci il tarixlərində 88 formalı göndərişlər üzrə ƏƏSMN-nin nəzdində yaradılmış TSERAS adlı qurum tərəfindən “əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmi şdir” cavabları verilmişdir. Xəstəliyi 1995-ci ildə hərbi xidmət müddətində keçirdiyi virus hepatiti ilə bağlı olduğundan hərbi xidmət dövrü ilə əlaqələndirilmişdir. 2010-2021-ci illər ərzində 9 dəfə müalicə olunmuş, xroniki gedişli hepatit daxili orqanlarını zədələdiyinə görə əmək qabiliyyətinin 6070 %-ni itirmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K76 - Qaraciyərin digər xəstəlikləri => K76.8 - Qaraciyərin digər dəqiqləşdirilmiş xəstəlikləri; Diaqnozun mətni: Xroniki aktiv hepatit (keçirilmiş Botkin xəst əliyindən sonra) tez-tez baş verən kəskinləşmələrlə. Xroniki ağciyər çatmamazlıgı. Xroniki xolesistit. Splenomeqaliya. Yüngül assit. Həzm funksiyasının pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K76 Qaraciyərin digər xəstəlikləri => K76.8 - Qaraciyərin digər dəqiqləşdirilmiş xəstəlikləri; Diaqnozun mətni: Xroniki aktiv hepatit (keçirilmiş Botkin xəstəliyindən sonra) tez-tez baş verən kəskinləşmələrlə. Xroniki ağciyər çatmamazlıgı. Xroniki xolesistit. Öd yollarının diskineziyası. Splenomeqaliya. Yüngül a ssit. Həzm funksiyasının nəzərə çarpan pozulması. Azospermiya. sonsuzluq; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Xəstəliklərin Beynəlxalq. Təsnifatı Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K76 - Qaraciyərin digər xəstəlikləri => K76.8 Qaraciyərin digər dəqiqləşdirilmiş xəstəlikləri; Diaqnozun mətni: Xroniki aktiv hepatit (keçirilmiş Botkin xəstəliyindən sonra) tez-tez baş verən kəskinləşmələrlə. Xroniki ağciyər çatmamazlıgı. Xroniki xolesistit. Öd yollarının diskineziyası. Splenomeqaliya. Yüngül assit. Həzm funksiyasının nəzərə çarpan pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli, 0321003AAC7S saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K72 - Başqa rubrikalarda təsnif edilməyən qaraciyər çatmamazlığı => K72.1 - Xroniki qaraciyər çatmamazlığı; Diaqnozun mətni: Xroniki aktiv hepatit, (keçirilmiş " Botkin" xəstəliyinnən sonra) tez-tez baş verən kəskinləşmələrlə. Xroniki qaraciyər çatmamazlığı. Zəif hepatosplenomeqaliya. Yüngül assit. Xroniki xolesistit. Öd yollarının diskineziyası. Həzm funksiyasının pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli, 0321003AAGRU saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K71 - Qaraciyərin toksik zədələnməsi => K71.3 - Qaraciyərin, xroniki persistəedici hepatit kimi gedən toksik zədələnməsi...; Diaqnozun mətni: XRONİKİ HEPATİT.XR XOLİSTOPANKREATİT.İİ ANEMİYA; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0321003AANLN saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qa raciyər xəstəlikləri => K71 - Qaraciyərin toksik zədələnməsi => K71.5 - Qaraciyərin, xroniki aktiv hepatit kimi gedən toksik zədələnməsi; Diaqnozun mətni: K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, XRONİKİ AKTİV HEPATİT(KEÇİRİLMİŞ BOTKİN XƏSTƏLİYİNDƏN SONRA)TEZ-TEZ KƏSKİNLƏŞMƏLƏRLƏ Ağırlaşma K72.1 Xroniki qaraciyər çatmamazlığı, XR.QARACİYƏR ÇATMAMAZLİĞİ. Ağırlaşma R16.1 Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, ZƏİF HEPATOSPLENOMEQALİYA Ağırlaşma R18 Assit, YÜNGÜL ASSİT. Ağırlaşma K59.8 Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, HƏZM FUNKSİYASİNİN NƏZƏRƏ ÇARPAN DƏRƏCƏDƏ POZULMASİ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması –Səbəb: “Köməkçi diaqnostik müayinələr səthi yazılıb, ağırlaşmanı əsaslandır mır. Xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə tövsiyə olunur” səbəbi ilə imtina verilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0321003AAQKG saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K71 - Qaraciyərin toksik zədələnməsi => K71.5 - Qaraciyərin, xroniki aktiv hepatit kimi gedən toksik zədələnməsi; Diaqnozun mətni: K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi kəskinləşmə mərhələsi. Ağırlaşma R16.1 Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, ZƏİF HEPATOSPLENOMEQALİYA. Ağırlaşma K59.8 Bağırsağın digər dəqiqləşdirilmiş funksional poz ğunluqları, HƏZM FUNKSİYASİNİN NƏZƏRƏ ÇARPAN DƏRƏCƏDƏ POZULMASİ Ağırlaşma K71.2 Qaraciyərin kəskin hepatit gedişli toksiki zədələnməsi, XR.QARACİYƏR ÇATMAMAZLİĞİ Ağırlaşma R18 Assit, YÜNGÜL ASSİT; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: “Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-322/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yenidən xx.xx.2022ci il tarixdən qüvvədə olan meyarlara əsasən tibbi müayindən keçməklə əlillik vəziyyətinin qiymətləndirilməsi imkanı tükənməmişdir. İddiaçı müvafiq tibb müəssisəsindən y eni 088 saylı formanı rəsmiləşdirməklə bu proseduru həyata keçirə bilər.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2-1(104)-49/2023 nömrəli qərarı (hakimlər: A.Bayramov (sədrlik edən və məruzəçi), R.Mamedov və A.İsgəndərova ) ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-322/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunm asını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsi nə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır....
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edil miş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər....
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsin in mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan ş ikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul ed ir və həmin gün ərzində altsistemə daxil edir....
15. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən h üquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə,şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin d əlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əlilliyinin bərpa edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Bununla yanaşı, iddiaçıya izah olunur ki, Nazirlər Kabinetin in xx.xx.2022-ci il tarixli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavələr, “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə dəyişikliklər edilmiş, xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri sütununa bir sıra yeni xəstəliklərin adları əlavə edilmişdir. Eyni zamanda əlavə edilmiş xəstəliklərin, habelə mövcud olan bir sıra xəstəliklərin ağırlıq dərəcələrinin, orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi zamanı əsas götürülən meyarlar təkmilləşdirilmişdir. Bu baxımdan iddiaçı müvafiq tibb müəssisəsinin 088 saylı göndərişi əsasında qeyd olunan həmin qanunvericiliyə əsasən əlillik vəziyyətinin yenidən qiymətl əndirilməsi üçün cavabdehə müraciət etmək imkanına malikdir və həmin imkandan yararlana bilər.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2-1(104)-49/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.