Məhkəmə qərarları › İş №2-1(102)-1813/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1813/2025

07.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1813/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Ba ş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 06 mart tarixli, 2-1(103)-1514/2025 nömrəli qərarından və qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********712400 saylı qərarından görünür ki, 2024-cü ilin mart ayı hesabat dövrü ilə bağlı iddiaçı əlavə dəyər vergisini - 492.341.60 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəicəsində müəyyən edilmiş vergi - 137.084,33 manat olmuş, nəticədə iddiaçıya həmin hesabat dövrü üzrə 355257,27 manat əlavə v ergi hesablanmışdır.

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********735500 saylı qərarından görünür ki, 2024-cü ilin mart ayı hesabat dövrü ilə bağlı iddiaçı əlavə dəyər vergisini -137.084,33 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi - 114321.35 manat olmuş, nəticədə iddiaçıya həmin hesabat dövrü üzrə 22.762,98 manat əlavə vergi hesablanmışdır.

3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-49744/2024 saylı qərarından görünür ki, iddiaçıya 2023-cü il hesab dövrü ilə bağlı 476080,18 manat əlavə mənfəət vergisi hesablamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. bir inci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********712400 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********712400 nömrəli, xx.xx.2024-cü il tarixli **********735500 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-49744/2024 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi barədə qərardad qəbul edilmişdir. İddiaçının əs aslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçınə bildirilmişdir ki, "xxxx" MMC (**********) xx.xx.2024-cü il tarixli, **********442900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, əldə etdiyi (xx.xx.2023-cü il tarixli, EBCN seriyalı 848031 nömərli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 629227 nömərli, xx.xx.2023 tarixli, EMDA serialı 628548 nömrəli, xx.xx.2023 tarixli, EBDA serialı 628123 nömərli, xx.xx.2023 tarixli EBDA serialı, 630240 nömərli, xx.xx.2023-cü il tarixli EBDB serialı 782633 nömərli, xx.xx.2023 tarixli EBDC serialı 551777 nömrəli, xx.xx.2023 tarixli EBCJ serialı 553849 nömrəli) elektron qaimə-faktura(lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi M əcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bu səbəbdən cəmiyyətin 355257.27 manat miqdarında vergi borcunun olması barədə **********712400 qərar qəbul edilmiş, yaranmış vergi borcunun ödənilməsi üçün ona qarşı vergi qanunverciliyində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi başlanılmışdır. Qeyd edilən qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən satıcı satıcıya müəyyən malları verməyi, alıcı isə bunun müqabilində razılaşdırılmış haqqı ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə uyğun müəyyən mallar kontragentdən əldə edilmiş və bunun müqabilində ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, cəmiyyət müqavil ə üzrə öhdəliklərini yerinə yetirərək "xxxx" MMCdən əldə etmiş olduğu malların dəyərini ödəmişdir. Bu, əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Göstərilən əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılmasını və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilməsini göstərən hər hansı sübut mövcud deyil. Bundan başqa cəmiyyətin gələcəkə kontragentin riskli vergi ödəyicisi olacağını müəyyən etmək, habelə onda əldə edilmiş malların olubolmamasını müəyyən etmə imkanı mövcud olmamışdır. Başqa sözlə cəmiyyət müqavilə bağlayarkən kontagentinin gələcəkdə riskli vergi ödəyici ola biləcəyini yoxlaya bilməzdi və onun bu cür səlahiyyəti və imkanı mövcud deyil. Vergi orqanı isə hər hansı sübut və ə sas olmadan, heç bir əsaslandırma aparmadan şübhələrlə, hansıkı həmin şübhələr əsaslı hesab oluna bilməz, aparılmış əməliyyatları əmtəəsiz hesab etmiş və vergi qanunverciliyinin tələblərini pozmaqla cəmiyyətin təqsirli olması barədə qənaətə gəlmişdir. Bunun nəticəsində də vergi orqanı iddiaçının üzərinə müəyyən vəzifə qoyulmasına səbəb olan qanunsuz inzibati aktı (əlverişsiz aktı) qəbul etmişdir. Cavabdehin etirazı:

7. İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, mübahisələndirilən 2024-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə yenidən kameral vergi yoxlaması keçirilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli **********712400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar” ilə cavabdehin xx.xx.2024-cü il tarixli **********735500 saylı qərarı ləğv edilmişdir. Odur ki, iddia həmin hissədə mümkün hesab edilməməlidir. Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Həmin bəyannamə üzrə aparılmış araşdırma zamanı təqdim edilmiş 2023-cü il mənfəət bəyannamənin “Xammal və materiallar", “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə", “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri” “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaiməfakturaların (riskli eqaimə- fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4- cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 2451397,6 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********777800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü il mənfəət bəyannaməsi üzrə 476080,18 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024- cü il tarixli **********218800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların “Meyarlar”ının müddəalarına əsasən İddiaçı MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixlərdə ******* ma nat dəyərində əldə edilmiş elektron qaiməfakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirildiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və X5 (VÖEN **********) tərəfindən təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş elektron qaiməfakturaların əmtəəsiz əməliyyatlar olduğu müəyyən edilmişdir və qeyd olunanlarla bağlı vergi ödəyicisinə xx.xx.2023- cü il tarixli **********768800 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Vergi ödəyicisinin təsərrüfat subyekttinə (obyektinə) baxış keçirilmişdir. Baxış keçirilən zaman ərazinin quşçuluq ferması olduğu və həmin ünvanda 29 vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin qeydiyyatda olduğu müəyyən edilmişdir. Qe yd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2,ci yatımbəndinə əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2024-cü il tarixli **********442900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. X5 xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cəmi 78,6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda " Odnorazvi paltar, 180 almaz Bosch, tangit 1 kq, 6x12 tava boltu, fonar zaryatkalı və s. " qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1., 2.1.3., 3.1.1,-ci yatımbəndlərinə əsasən X5 riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-cü il tarixli **********035800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli, 2-1(112)-9399/2024 nömrəli q ərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********712400 nömrəli, xx.xx.2024-cü il tarixli **********735500 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-49744/2024 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əməliyyat apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024 tarixli **********442900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmiş, yəni iddiaçı onunla əməliyyat apararkən həmin müəssisə riskli vergi ödəyicisi olmamışdır.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlu mat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

11. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

12. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatları nın aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman onun əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı da həmin əməliyyatlar üzrə e-qaimələri xərc sənədi kimi nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur.

13. Bundan cavabdeh iddiaçı ilə "xxxx" MMC arasında əmtəəsiz əməliyyat olduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı həmin e qaimələr əsasında təqdim edilən tikinti materiallarının öz fəaliyyət istiqamətinə uyğun olduğunu və icra etdiyi layihələr zamanı istifadə edildiyini bildirmiş, cavabdeh isə əksini sübut edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. O da qeyd edilməlidir ki, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 2451397.96 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır.

14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. İş apellyasiya i nstansiya məhkəməsinin icraatında olarkən cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin rəhbərinin və həmin cəmiyyət ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin rəhbərlərinin və X1, X2, X3 üçüncü şəxslər qismində işə cəlb olunmaları barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Vəsatət onunla əsaslandırılmışdır ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarların, eyni zamanda əmtəəsiz əməliyyatlar ilə bağlı kameral vergi yoxlamalarının nəticəsi üzrə əlavə vergi məbləğlərinin hesablanması barədə qəbul edilmiş qərarların ləğv edilməsinə dair işlər üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, obyektiv və hərtərəfli araşdırılması, eyni zamanda iddianın mümkünlük məsələsinin araşdırılması ilə əlaqədar olaraq hüquqi şəxsin adından verilmiş iddia ərizələrinin müəssisə rəhbərləri və yaxud onlar tərəfindən verilmiş etibarnamələr əsasında səlahiyyətli şəxs tərəfindən imzalanmasının həqiqiliyinin yoxlanılması üçün riskli vergi ödəyicisi hesab olunan müəssisələrin rəhbərlərinin məhkəmə araşdırmasına cəlb edilməsi zəruridir. Odur ki, "xxxx" QSC-nin rəhbərinin və həmin cəmiyyət ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMCnin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin rəhbərlərinin və X1, X2, X3 inzibati məhkəmə icraatına cəlb edilməsi xahiş edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 06 mart tarixli, 2-1(103)-1514/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir.

18. Kollegiya qeyd etmi şdir ki, "xxxx" QSC, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin rəhbərlərinin və X1, X2, X3 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, qeyd olunan məhkəmə qərarı ilə onun maraqlarına toxunulması, həmçinin onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halları müəyyən edilmir. Belə olan halda üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmələri barədə vəsatət əsassız hesab edilməli və təmin edilməməlidir.

19. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər C.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və P.Hüseynov) 2025-ci il 06 mart tarixli, 21(103)-15 14/2025 nömrəli qərarı ilə isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli, 2-1(112)-9399/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Həmçinin əlavə olaraq qərarda qeyd edilmişdir ki, ƏDV üzrə vergi borcunun yaranması ilə bağlı xx.xx.2024-cü il tarixli qərarı tədqiq edərkən 2024-cü ilin mart ayı hesabat dövrü üzrə əlavə dəyər vergisini - 492.341.60 manat bəyan edilməsi, xx.xx.2024cü il tarixli **********1712400 saylı qərarla cavabdeh tərəfindən həmin dövr üzrə vergi 137.084, 33 manat müəyyən edilməsi, buna görə də iddiaçıya həmin hesabat dövrü üzrə 355257,27 manat əlavə vergi hesablanması, xx.xx.2024-cü il il tarixli **********735500 saylı qərarda isə bəyan edilən ƏDV-dən əlavə 22.762,98 manat vergi məbləğinin hesablanması müəyyən olunur.

23. Kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Belə ki, Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2024-cü ilin mart ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2024-cü ilin mart ayında baş vermiş əməliyyatları əsas götürməlidir.

24. Lakin ƏDV-nin hesablanması ilə bağlı xx.xx.2024-cü il tarixli qərarın “təsdiqedici sənədlər barədə” ayrıca qrafadan müəyyən edilir ki, ƏDV ilə bağlı hesabl anmış vergi borcu xx.xx.2020-ci ildən xx.xx.2024-cü ildə olan dövrü əhatə etmişdir. Başqa sözlə desək kameral qaydada bir neçə il üzrə ƏDV nin hesablanması Vergi Məcəlləsinin 178-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Maddənin tərifindən belə qanaətə gəlinir ki, vergi orqanı 2024-cü ilin mart ayında baş vermiş əməliyyatları əsas götürməlidir.

25. Həmçinin cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olaraq qanunda nəzərdə tutulmuş müddəti ötürməklə kameral qərar qəbul edilmişdir. Odur ki, 2024-cü ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyənnanməsi cavabdeh v ergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtını düzgün müəyyən etmədiyindən əsassız qərar qəbul etmişdir.

26. Cavabdeh həmin qərardan kassasiya şikayətİ verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətlərinin dəlilləri

27. Kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyənedilir, onl arın dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli verg i ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 31. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1.1.15. elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir Maddə. 27.3. Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində alana bəlli olmuşdur və ya bəlli olm alı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.

32. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Mad də 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayətlər mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apell yasiya instansiyası məhkəməsinin qərarının və qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdeh tərəfindən qəbul edilən mübahisələndirilən inzibati aktların ləğv edilib-edilməməsi bağlı məsələ apelyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qər arında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 06 mart tarixli, 21(103)-1514/2025 nömrəli qərardadı və qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar