Məhkəmə qərarları › İş №2-1(102)-1814/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1814/2019

25.06.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1814/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: səyyar vergi yoxlaması barədə (ƏDV və mənfəət vergisi) qərarın ləğvi, borcun silinməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X2, vəkili X1 iştirakı il ə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi, borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-276/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh orqanın “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında’’ 23 oktyabr 2015-ci il tarixli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə V ergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin olunmuş, yoxlamanın nəticəsi 2 iyun 2016-cı il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi orqanının araşdırılması ilə səyyar vergi yoxlaması nəticəsində fərdi sahibkar tərəfindən əlavə dəyər vergisinin 2014-2015-ci illər üzrə 211.604,27 manat azaldılması, 12.312,53 manat artıq hesablanması, gəlir vergisinin 2014-cü il üzrə 5043,05 manat azaldılması aşkar edilərək ümumilikdə 108.312,67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə fərdi sahibkar faktiki olaraq iribuynuzlu heyvan əti və diri iribuynuzlu heyvanların idxalı və respublika daxilində satışı ilə məşğul olmuşdur. Yoxlama zamanı sahibkar tərəfindən satış sənədləri təqdim edilmədiyindən sahibkar tərəfindən idxal edilmiş və təqdim edilmiş məhsullar ın bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmiş və Birliyin 15 mart 2016-cı il tarixli ekspert rəyinə əsasən orta bazar qiymətləri müəyyən edilmişdir. Ekspert rəyində iribuynuzlu heyvanlar (inəklər) üçün diri çəkidə 1 kq-nın orta bazar satış qiyməti 2 manat, iribuynuzlu heyvan ətinin 1 kq-nın orta topdansatış bazar qiyməti 4,40 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, bazar qiymətləri tətbiq etməklə sahibkarın yoxlanılan dövr üzrə dövriyyəsi müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən 2014-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəlirin 123.117,51 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin 123.964,41 manat olması göstərilmiş, nəticədə vergiyə cəlb edilən g əlir olmamış, 846,90 manat zərər yaranmışdır. Bazar qiymətləri tətbiq etməklə sahibkarın 2014-cü il üzrə gəlir vergisı məqsədləri üçün gəliri 151.291,52 manat təşkil etmişdir. Yoxlamaya sənədlər təqdim edilmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərcləri, nəticədə gəlir vergisi məqsədləri üçün gəliri birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli Qərarına əsasən şərti rentabellık səviyyəsi 20% götürülərək sahibkarın 2014-cü il üzrə gəliri aşağıdakı kimi hesablanmışdır: M1=151.291,52/ (100 +20) x 20 = 25.215,25 manat. Beləliklə, 2014-cü il üzrə sahibkarın vergiyə cəlb edilən gəliri 25.215,25 manat, ondan hesablanan gəlir vergisi isə 5.043,05 manat m üəyyən edilmişdir. Bazar qiymətləri nəzərə alınmaqla yoxlanılan dövr (oktyabr 2012 - avqust 2015) üzrə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlar üzrə ümumi dövriyyə 2.949.940,67 manat, ondan hesablanmış ƏDV 530.989,32 manat, əvəzləşdirilən ƏDV 325.601,31 manat, büdcəyə ödənməli ƏDV 205 388 məbləğində müəyyən edilmişdir. İddiaçı 28 sentyabr 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi, ona hesablanmış 204.334,79 manat ƏDV və 108.323,67 manat maliyyə sanksiyası, cəmi 312.658,46 manat vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onun la əsaslandırılmışdır ki, cavabdehin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz və əsassızdır, iddiaçıya əlavə ƏDV vergisi və maliyyə sanksiyası düzgün hesablanmamış, bu zaman heyvanların gətirilmə prosesi, gömrük məntəqələrində normadan artıq saxlanılması, heyvanların çəkilərinin azalma halları, heyvanların ölüm faktları, yol qaimələrindəki sayı ilə ölkəyə idxal edilmiş saydakı fərqlər, heyvanların ölmə nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği, heyvanların Ukrayna Respublikasına nəqliyyat vasitələri ilə gətirildiyi halda, bu nəqliyyat vasitələrinə daşınma ilə bağlı çəkilmiş xərclər, eyni zamanda heyvanların və ət məhsulları bazarda topdan satışı ilə satıldığı halda, pərakəndə satışla topdan satış qiymətləri arasındakı fərqlər nəzərə alınmamışdır. Mağazalarda xaricdən gətirilmiş sümüksüz, təmizlənmiş, qablaşdırılmış mal ətinin 1 kq 3,60-4,00 manata satıldığı halda, mütəxəssis rəyində bunlar nəzərə alınmamış, yuxarıda qeyd olunan hallar araşdırılmadan bəzən 17 gün gömrük-keçid məntəqəsində saxlanıb zəiflənmiş iribuynuzlu heyvan ətinin 1 kq satış qiymətini tam sümüksüz, təmizlənmiş, qablaşdırılmış mal ətinin qiymətindən də süni sürətdə artıq göstərməklə iddiaçıya süni surətdə artıq göstərməklə iddiaçıya süni surətdə borc, vergidən yayınma halı yaradılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-30/2018 saylı iş) 25 iyun 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı məhkəmə icraatında malların sa tışı ilə bağlı sənədlər təqdim edə bilmədiyindən, onun müvafiq dövr üzrə həmin əməliyyatlar çərçivəsində mənfəətinin birbaşa hesablanmasının mümkünsüzlüyü təkzib olunmur. İnzibati icraat, yəni keçirilmış səyyar vergı yoxlaması zamanı inzibati orqanın (vergi orqanının), istinad etdiyi ekspert rəyindəki qiymətlər həm qeyd olunan rəydəki qiymət intervalının aşağı həddi üzrə götürülmüşdür, həm də hazırki məhkəmə icraatında aidiyyəti orqandan alınmış qiymətlərdən demək olar ki, əhəmiyyətli dərəcədə fərqlənmir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X11 oğlu və X5,2-1(103)-276/2019 saylı iş) 30 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətin i təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 27 fevral 2019-cu il tarixdə qərarın surətini almış, 19 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə qeyd olunan rəylərlə kifayətlənərək iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmişdir. Rəydə qeyd olunan qiymətlərin həm təxmini olması, həm də ölkə daxilində istehsal olunan mal ətlərinə aid olması iddiaçının Ukraynadan gətirdiyi mal əti ilə eyni qiymətdə olmadığını, məhkəmənin gəldiyi nəticənin qeyri-obyektiv olmasını açıq-aşkar göstərir. Məhkəmə qərarında göstərmişdir ki, malların satışı ilə bağlı sənədlər yoxlayıcıya təqdim edil məmişdir. Bu da yanlış fikirdir. Bütün zəruri sənədlər yoxlayıcılara təqdim edilmişdir. Məhkəmə tərəfindən dəlillərə obyektiv hüquqi qiymət verilməmiş, onların tam araşdırılması, yol nəqliyyat xərcləri ilə bağlı ekspertizanın təyin edilməsinə dair iddiaçının vəsatəti əsassız olaraq təmin edilməmişdir. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanı vergilərin düzgün hesablanmasına nəzarət edir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının ta m formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı ona vergi borcu hesablanması barədə cavabdeh inzibati orqanın 2016-cı ilin iyulunda qəbul etdiyi qərarı mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qa nuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 2014-2015-ci illər üzrə iddiaçının fəaliyyəti yoxlanılmışdır. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq iribuynuzlu heyvan əti və diri iribuynuzlu heyvanların sahibkar idxalı və respublika daxilində satışı ilə məşğul olmuşdur. Yoxlama zamanı satış sənədləri təqdim edilmədiyindən iddiaçı tərəfındən idxal edilmiş və təqdim edilmiş məhsulların bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmiş və Birliyin 15 mart 2016-cı il tarixli ekspert rəyinə əsasən, orta bazar qiymətləri müəyyən edilmişdir. Ekspert rəyində iribuynuzlu heyvanlar (inəklər) üçün diri çəkidə bir kq-nın orta bazar satış qiyməti 2 manat, iribuynuzlu heyvan ətinin bir kq-nın orta topdansatış bazar qiyməti 4,40 manat məbləğində müəyyən edilmişdir. Bazar qiymətləri tətbiq etməklə iddiaçının yoxlanılan dövr üzrə dövriyyəsi müəyyən edilmişdir. İddiaçı tərəfindən 2014-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəlirin 123.117,51 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin 123.964,41 manat olması göstərilmiş, nəticədə vergiyə cəlb edilən gəlir olmamış, 846,90 manat zərər yaranmışdır. Bazar qiymətləri tətbiq etmə klə iddiaçının 2014-cü il üzrə gəlir vergisı məqsədləri üçün gəliri 151.291,52 manat təşkil etmişdir. Yoxlamaya sənədlər təqdım edilmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərcləri, nəticədə gəlir vergisi məqsədləri üçün gəliri birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 67.14-cü və 83.9cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001ci il tarixli 55 saylı qərarına əsasən, şərti rentabellık səviyyəsi 20% götürülərək sahibkarın 2014-cü il üzrə gəliri aşağıdakı kimi hesablanmışdır: M1=151.291,52/ (100 +20) x 20 = 25.215,25 manat. Beləliklə, 2014-cü il üzrə sahibkarın vergiyə cəlb edilən gəliri 25.215,25 manat, ondan hesablanan gəlir vergisi isə 5.043,05 manat müəyyən edilmişdir. Bazar qiymətləri nəzərə alınmaqla yoxlanılan d övr (oktyabr 2012 - avqust 2015) üzrə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlar üzrə ümumi dövriyyə 2.949.940,67 manat, ondan hesablanmış ƏDV 530.989,32 manat, əvəzləşdirilən ƏDV 325.601,31 manat, büdcəyə ödənməli ƏDV 205.388 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı məhkəmə icraatı zamanı malların satışı ilə bağlı sənədlər təqdim edə bilmədiyindən, onun müvafiq dövr üzrə həmin əməliyyatlar çərçivəsində mənfəətinin birbaşa hesablanmasının mümkünsüzlüyü təkzib olunmur. İnzibati icraat, yəni keçirilmış səyyar vergı yoxlaması zamanı inzibati orqanın (vergi orqanının), istinad etdiyi ekspert rəyindəki qiymətlər həm qeyd olunan rəydəki qiymət intervalının aşağı həddi üzrə götürülmüşdür, həm də hazırkı məhkəmə icraatında aidiyyəti orqandan alın mış qiymətlərdən demək olar ki, əhəmiyyətli dərəcədə fərqlənmir. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və h esabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 6 7.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının müvafiq dövrdə ölkəyə idxal etdiyi iri və xırda buynuzlu malların (onların sayı barədə məlumat gömrük orqanından alınmışdır və işin mübahisə olunmayan hallarına aiddir) daxili bazarda satışı ilə bağlı hər hansı sənəd təqd im etmədiyini əsas götürərək yoxlama zamanı müstəqil şəkildə ekspert cəlb etməklə topdan və pərakəndə satış qiymətləri əldə etmiş, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı əsasında satılan malların sayına mütənasib olaraq həmin qiymət üzrə dövriyyəni müəyyənləşdirmiş və ƏDV və gəlir vergisi hesablamış, eləcə də maliyyə sanksiyası tətbiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2018-ci il tarixli 10384 nömrəli rəyində bildirilmişdir ki, iribuynuzlu malın (kəsilmişkəsilməmiş) 1 kq ətinin 2014-cü ilin aprel-iyun və 2016-ci ilin mart-avqust aylarında Ağcabədi rayonunda topdansatış qiyməti təxminən 5 manat, pərakəndə satış qiyməti təxminən 6 manat, Bakı şəhərində topdansatış qiyməti 6 manat, pərakəndə satış qiyməti 7 manatdır. Mərkəzdə 2014-cü ilin aprel-iyun və 2015-ci ilin mart-avqust aylarında Ukraynadan Azərbaycana kəsilmiş və kəsilməmiş halda gətirilmiş iribuynuzlu heyvanların qiyməti və daşınması (yol-nəqlıyyat xərcləri və s) barədə məlumat olmadığından, qiymətləndirmə iş materiallarında olan məlumatlara, qaimə fakturalara və sair sənədlərə əsasən aparıldı (Cədvəl əlavə olunur). Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən fərdi sahibkar İddiaçı tərəfindən 1 oktyabr 2012-ci il tarixdən 1 oktyabr 2015-ci il tarixədək olan dövr üzrə dövlət büdcəsinə çatası vergiləri 108.852.29 man müəyyən edilir, o cümlədən ƏDV 104.953,78 manat, 3.898,51 manat. Məhkəməyə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən ünvanlanmış 22 may 2018-ci il tarixli məktubla Nazirl iyin Heyvandarlığın İnkişafı şöbəsinin Heyvandarlıq məhsulları istehsalının təşkili sektorunun müvafıq mütəxəssis rəyi təqdim olunmuşdur. Rəydə bildirilmişdir ki, respublıkanın kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında (bazarlarında) 1 kq mal ətinin diri və kəsilmiş pərakəndə orta satış qiyməti aşağıdakı kimidir: -diri çəkidə - 2014-cü il üzrə aprel ayında 3,70 manat, may ayında 3,69 manat, iyun ayında 3,67 manat; 2015-ci il üzrə mart ayında 3,47 manat, aprel ayında 3,52 manat, may ayında 3,53 manat, iyun ayında 3 53 manat, iyul ayında 3,52 manat, avqust ayında 3,52 manat. 2) kəsilmiş çəkidə 2014-cü il üzrə aprel ayında 7,72 manat, may ayında 7,69 manat, iyun ayında 7,65 manat; 2015-ci il üzrə mart ayında 7,23 manat, aprel ayında 7,33 manat, may ayında 7 35 manat, iyun ayında 7,36 manat, iyul ayında 7,34 manat, avqust ayında 7,34 manat. “Qeyd” - təqribi bazar məlumatlarına əsasən mal ətinin topdan satış qiyməti orta hesabla pərakəndə qiymətindən 50 qəpik aşağı olur. Ukrayna Respublikasından diri iribuynuzlu heyvanların və mal ətinin avtomobil nəqliyyatı vasıtəsi ilə daşınma xərclərinin müəyyən edilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət olunması məqsədəuyğundur. Vergi orqanının rəhbər tutduğu Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin 15.03.2016-cı il tarixli ekspert rəyində iri buynuzlu heyvanlar (inəklər) üçün diri çəkidə bir kiloqramının orta bazar satış qiyməti - 2 manat, iri buynuzlu heyvan ətinin bir kiloqramının orta topdansatış bazar qiyməti - 4,40 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə g edişi zamanı isə əldə olunmuş həm Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, həm də Kənd Təsərrüfatı Nazirliyinin rəyində qeyd olunmuş qiymətlər cavabdeh tərəfindən tətbiq edilmiş bazar qiymətlərindən yuxarı olmuşdur. İddiaçının apellyasiya şikayətində Kənd Təsərrüfatı Nazirliyinin 22 may 2018-ci il tarixli rəyinin reallığı əks etdirilməsini, həmçinin, məhkəmə tərəfindən qərar qəbul edilərkən, iddiaçı tərəfindən çəkilmiş yol və digər xərcləri nəzərə alınmadığını bildirsə də, qeyd edilən xərclərlə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3 -cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi ödəyicisi olan iddiaçı satış sənədləri təqdim etmədiyindən vergi orqanı təqdim edilmiş malların bazar qiymətləri tətbiq etməklə yoxlanılan dövr üzrə dövriyyəsini müəyyən etməkdə haqlı olmuşdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən, tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uy ğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddiaçı malların satışı ilə bağlı sənədlər təqdim etmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərcləri, nəticədə gəlir vergisi məqsədləri üçün gəliri birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən vergi orqanı Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik sə viyyəsi 20% götürülərək sahibkarın 2014-cü il üzrə gəlirini müəyyən etməkdə haqlı olmuşdur. İddiaçının dəlilləri kassasiya şikayətinin təmin olunması üçün yetərli sayıla bilməz. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-276/2019 saylı, 30 y anvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar