Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1814/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: xüsusi rütbəli şəxsə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Əliyev Samir Süleyman oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərt lərlə Təyinat İdarəsinə (üçüncü şəxs: Dövlət Vergi Xidməti) qarşı “pensiyanın təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)136/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il tarixində anadan olmuşdur. O, xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müxtəlif qurumlarında cəmi 19 il 04 ay 22 gün xüsusi rütbəli şəxs qismində xidmət etmiş, xx.xx.2003-cü ildə Azərbaycan Respublikasının DİN-dən polkovnik-leytenant rütbəsində xidmətdən azad olunaraq xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək (01 il 01 ay 01 gün) və xx.xx.2011ci il t arixindən xx.xx.2015-ci il tarixinədək (04 il 06 ay) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində xüsusi rütbəli şəxs qismində işləmişdir. İddiaçı 2015-ci ildə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsində öz xahişi ilə tutduğu vəzifədən, yəni Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi vəzifəsindən azad edilmişdir.
2. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona xüsusi rütbəli şəxs kimi pensiya təyin olunmasını xahiş etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə görə hərbi qulluqçulara əmək pe nsiyası hərbi xidmətdən buraxıldıqdan sonra, həmin Qanunun 32.1-1-ci maddəsinə görə isə onu almaq hüququ yarandığı gündən təyin edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyində xidmət edən şəxslrin xüsusi rütbəli şəxs hesab edilməsi ilə bağlı qeyd olunan dəyişiklik iddiaçının pensiya hüququ yarandığı tarixdən sonrakı dövrə təsadüf etdiyindən ona xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs qismində Dövlət Vergi Xidmətini göstərərək) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməkdən imtinanın qanunsuz hesab edilməsi və cavabdeh orqanın üzərinə xüsusi rütbəli şəxs kimi p ensiya təyin edilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və Vergilər Nazirliyində xüsusi rütbəli şəxs kimi ümumi xidmət illəri 25 ildən artıq təşkil edir. Xidmət illərinə görə əmək pensiyası almaq üçün 20 təqvim ili xidmət müddəti kifayətdir. İddiaçı 2015-ci ildə öz xahişi ilə tutduğu vəzifədən, yəni 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi vəzifəsindən azad edilərkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri Xüsusi rütbəli şəxslər siyahısında olmamışdır. Bu səbəbdən də ona xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməmişdir. Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına görə “...sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılması eyni kateqoriyata aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur”. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunan təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, xüsusi rütbəli şəxslər Azərb aycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xidmət edən xüsusi rütbəli şəxslərdir. Müvafiq icra hakimiyyəti orqanlarının çərçivəsini müəyyənləşdirmək səlahiyyəti Azərbaycan Respublikası Prezidentinə məxsusdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri Xüsusi rütbəli şəxslər siyahısına Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli fərmanı ilə daxil edilmişlər. İddiaçı isə xx.xx.2015-ci il tarixdə VCİA Departamentinin rəisi vəzifəsindən azad edilmişdir. Pensiya qanunvericiliyinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan ol an şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına yenidən hesablana bilər. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müəyyən edilmiş müddətlərə təyin edilir. Cavabdehin imtinası qanuni olduğundan iddia tələbi əsassızdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2042/2019 saylı qərarı ilə (hakim – M.T.Hacıbəyova) iddianın təmin edilməsi, iddiaçıya cavabdeh tərəfindən xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməkdən imtina edilməsinin qanunsuz hesab edilməsi, iddiaçıya xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. M əhkəmə qeyd etmişdir ki, hazırda Dövlət Vergi Xidmətinin əməkdaşları xüsusi rütbəli şəxslər hesab edilir. İddiaçın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və Dövlət Vergi Xidmətində xüsusi rütbəli şəxslərə pensiya təyin edilməsi üçün tələb olunan müddət qədər xidmət keçdiyinə görə iddiaçının iddiası əsaslı və qanunauyğundur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2042/2019 saylı qərarının dəyişdirilməsi, iddiaçıya xx.xx.2018-ci il tarixindən xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran dəyişiklik edilərək Vergilər Nazirliyinin əməkdaşları xüsusi rütbəli şəxslər kateqoriyasına daxil edildiyindən iddiaçının hansı tarixdən işdən azad edilməsindən asılı olmayaraq, bu dəyişikliklər ona da şamil edilməli və xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməlidir. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 85 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixindən qüvvəyə minməsini nəzərə almamışdır.
12. Məhkəmə qərarı xx.xx.2020-ci il tarixində cavabdehə təqdim edilmişdir.
13. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsinə görə xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Vergilər Nazirliyi xx.xx.2018-ci il tarixindən Qanunun 1.0.4-cü maddəsindəki “müvafiq icra hakimiyyəti orqanları”na daxil edilmişdir. İddiaçı isə xx.xx.2015-ci il tarixində, yəni istinad edilən dəyişiklikdən 2 il yarım əvvəl vəzifədən azad edildiyindən həmin dəyişiklik iddiaçıya şamil edilə bilməz. Apellyasiya instansiyası məhkməsi isə göstərilən halları nəzərə almamış, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı DİN orqanlarında xidmət etdiyi 19 il 04 ay 22 gündən sonra, xx.xx.2003-cü il tarixində Vergilər Nazirliyinə müvafiq işə başlayanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 539 nömrəli Fərmanın əsasən xüsusi rütbəli şəxs olmuşdur.
16. Daha sonra iddiaçı etiraz mülahizələrinə əlavə təqdim edərək qeyd etmişdir ki, dinləmə zamanı cavabdeh bildirmişdir ki, iddiaçı 2015-ci ildə dövlət qulluqçusu kimi əmək pensiyasına çıxmışdır. Lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi xx.xx.2020-ci il tarixli **********3 saylı arayışında göstərib ki, iddiaçı xx.xx.2 020-ci il tarixinədək heç bir növ pensiya almamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Əliyev Samir Süleyman oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 499 saylı Fərmanının 2.4-cü bəndinin xx.xx.2018-ci ilədək olan redaksiyasına əsasən həmin Qanunun 1.0.4-cü maddəs ində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti nəzərdə tutulurdu.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 85 nömrəli Fərmanı ilə yuxarıda göstərilən bənddə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözlərindən sonra “Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözləri əlavə edilmiş və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti” sözləri çıxarılmışdır. Həmin Fərman xx.xx.2018-ci il tarixində “Xalq” qəzetində dərc edilmiş və qüvvəyə minmişdir. 22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 87.1ci maddəsinə əsasən Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir.
23. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
24. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib- göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAX İŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya ins tansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Tərəflərin mövqeyindən göründüyü kimi hazırkı mübahisə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 85 nömrəli Fərmanının iddiaçıya pensiya hesablanmasında nəzərə alınması ilə bağlıdır.
31. Belə ki, iddiaçı həmin Fərmanın ona şamil olunmasını tələb edir. Cavabdeh isə iddiaçının həmin Fərmanın qanuni qüvvəyə minməsindən əvvəl pensiyaya çıxmasına istinad edərək bundan imtina edir.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 85 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində “xüsusi rütbəli şəxslər”in dairəsinə Vergilər Nazirliyində xidmət edən şəxslər əlavə edilmişdir. İşin mübahisəsiz ha llarından məlum olur ki, iddiaçı xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək və xx.xx.2011-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində çalışmışdır.
33. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı geriyə tətbiq olunduqda iddiaçı da “xüsusi rütbəli şəxs” hesab olunur. Xüsusi rütbəli şəxslər üçün pensiya təyin edilməsində əlavə imtiyazlar nəzərdə tutulmuşdur ki, bu hal da iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qiymətləndirilməlidir.
34. Hazırkı qərarın 22-24-cü bəndlərində göstərilən normaların tələblərindən göründüyü kimi, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edil ir.
35. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı geriyə şamil edilməli, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində göstərilən mənada “xüsusi rütbəli şəxs” hesab olunmalı və iddiaçıya xx.xx.2018-ci il tarixindən xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməlidir.
36. Cavabdeh kassasiya şikayətinin dəlillərində apellyasiya instansiyası məhkəməsinin qanunun tələblərini düzgün tətbiq etmədiyini qeyd etsə də, qeyd olunanlardan görünür ki, apellyasiya instansiyası məhkəməsi əsaslı və qanuni qərar qəbul etmişdir.
37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imti nası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli q