Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1814/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1307/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçı N N-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 322 №-li əmri ilə 1 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 155 № -li əmri ilə 2 MAT-dan 1 MAT-a keçirilmişdir.
3. İddiaçıya xx.xx.1999-cu il tarixdən Müharibə veteranı adı və vəsiqəsi verilmişdir. 4. 0663003 nömrəli əmək kitabçasının məlumatlarına əsasən iddiaçı: 12 dekabr 1979-cu il tarixdən 20 oktyabr 1980-ci il tarixinədək “Olefin” Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda nəzarət-ölçü cihazları və avtomatika şöbəsində təmir üzrə çilingər peşəsində (10 ay 3 gün); 3 fevral 1983-cü il tarixdən 01 iyul 1991-ci il tarixinədək “Olefin” Ümumittifaq ElmiTədqiqat İnstitutunda nəzarət-ölçü cihazları və avtomatika şöbəsində təmir üzrə çilingər, inşaat sexində yükləyici, propilen oksidi və stirol istehsalı sexində təmirçi çilingər peşələrində (8 il 4 ay 28 gün); 1 iyul 1991-ci il tarixdən 01 aprel 1993-cü il tarixinədək həmin institutun nəzdində yaradılmış "xxxx" KM-də texnoloji qurğuların təmiri üzrə çilingər (1 il 9 ay); 1 aprel 1993-cü il tarixindən 12 may 1993-cü il tarixinədək “Olefın” AzETİ-da 3 saylı sexdə təmirçi-çilingər (1 ay 11 gün); 19 may 1993-cü il tarixdən 29 aprel 2015-ci il tarixinədək “Azərneftyağ” Bakı Neftayırma Zavodunda əmtəə operatoru (əmtəə əməliyyatçısı) peşəsində işləmiş (21 il 11 ay 10 gün); 11 avqust 2015-ci il tarixdən hal-hazıradək Heydər Əliyev adına X3 işləyir.
5. SOCAR “Heydər Əliyev adına X5”nun xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək “Azərneftyağ" X3, xx.xx.2015-ci il tarixindən hal-hazıradək Heydər Əliyev adına X3 işləyir. xx.xx.1993-cü il tarixindən (işə qəbul barədə 104/şh saylı xx.xx.1993-cü il tarixli əmr) xx.xx.2015-ci il tarixi nədək “Azərneftyağ” NEZ-in 19 N-li sexində (təmizləmə istehsalatı) 29 N-li qurğuda, texnoloji qurğu əməliyyatçısı, 51 N-li sexin (neft məhsullarının qəbulu və göndərilməsi) 18 N-li estakadasında, yeni çənlər parkı sahəsində əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən hal-hazıradək bitum üzrə 21 və 20 N-li (texnoloji) sahələrin əmtəə bölməsində əmtəə operatoru peşəsində işləyir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 10.5. bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərt lərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 27 il 02 ay 29 gün təşkil edir.
6. SOCAR “Heydər Əliyev adına X5”nun arayışına əsasən, iddiaçı köhnə “Azəmeftyağ” NEZ-in 3 saylı texnoloji sahəsinin əmtəə bölməsində Əmtəə əməliyyatçısı peşəsində işləmişdir. “Azərneftyağ" NEZ-in fəhlələrinin ştat cədvəlində bütün adlardan və ixtisaslardan olan peşələrin adlarının Vahid X1 (VTİSK) uyğun olaraq düzgün adlandırılması məqsədilə 2007-ci ildən etibarən Əmtəə əməliyyatçısı peşəsi Əmtəə operatoru adlandırılmışdır. Hal-hazırda iddiaçı Heydər Əliyev adına X4 20 saylı texnoloji sahəsinin əmtəə bölməsində Əmtəə operatoru peşəsində işləməkdədir.
7. İddiaçı 21 avqust 2020-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsin i xahiş etmişdir.
8. Cavabdehin 21 oktyabr 2020-ci il tarixli, **********0 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 oktyabr 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Onun adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrü iddiaçının ümumi iş stajı daxil etmək mümkün olmadığından 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 4 gün) təşkil e dir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 21 yanvar 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 12 sentyabr 2019-cu il tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan əmək kitabçasında əks olunmuş məlumatları sadalamış, əlavə olaraq qeyd etmişdir ki, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 25 il 9 ay 26 gün təşkil etmiş ( 25 ildən artıq), həmin staj illərindən 21 il 10 ay 29 gün (12 il 6 aydan artıq) müddəti 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 N-li əlavə, 2 N-li siyahısına daxil olan işlərdə çalışmışdır.
11. Qeyd etmişdir ki, bununla da həmin Qanunun tələblərinə cavab verən ümumi və xüsusi iş stajını toplamış, bu səbəbdən də 57 yaşına çatdığı 12 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Bildirmişdir ki, cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, müraciətin icrasından imtina edilmişdir. 1
2. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3761/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.2019-cu il tarixindən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun, S SRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması Qaydaları”nınmüvafiq maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir və pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İddiaçının həqiqi hərbi xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasında fasilə üç aydan artıq olmadığı üçün, həmin dövr, yəni 01 ay 17 g ün onun ümumi iş stajına daxil edilir.
15. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.2006-cı il tarixədək olan iş stajı (cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövr nəzərə alınmadan) 21 il 11 ay 13 gün, həqiqi hərbi xidmət dövrü 2 il 10 gün, həqiqi hərbi xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasında olan fasilə 01 ay 17 gün, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi dövr bir dəfə əmək kitabçasında olan iş stajı kimi nəzərə alındığından, ikiqat yəni 11 ay 18 gün nəzərə alınmaqla 25 il 01 ay 08 gün təşkil edir. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi dövr iddiaçının ümumi iş stajına hesablanmasa belə, iddiaçı xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq, yəni 25 il 01 ay 08 gün ümumi iş stajına malikdir.
16. Eyni zamanda, məhkəmə iş materiallarına əlavə edilmiş arayışlara istinadən, iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd etmişdir ki, onun xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.
17. Məhkəmə iddiaçının güzəştli şərtlərlə pensiya hüququna malik olan peşədə işləməsi ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Xİİ. Qazma, neftin, q azın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində “əmtəə operatorları” (kod 2130301a—16085) nəzərdə tutulmuşdur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “əmtəə operatorları” nəzərdə tutulmuşdur.
19. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddi a tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1307/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və E.C.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3761/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq bildirilmişdir ki, iş materiallarında olan “Azərsənayetikinti” SC-nin iddiaçıya dair 11 oktyabr 2021-ci il tarixli 09/25 nömrəli arayışında xx.xx.1994-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində 2 nömrəli Trestin 24 nömrəli Tikinti İdarəsində və 2 saylı Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Halbuki, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri “Azərsənayetikinti” SC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1994-cı ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (20 il 2 ay 12 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (3 il 2 ay 29 gün) təşkil edir.
24. Həmçinin, idd iaçının 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 61 ay (5 il 1 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir.
25. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabı nının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13259,96 manat təşkil edir.
26. Kassasiyaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.8, 9.1 və 21.1-ci maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.... Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.... Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir....
29. Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 2130301a—16085 - “əmtəə operatorları”...
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:...
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı... 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyası nın xidməti və təmiri: a) fəhlələr:... əmtəə operatorları...
31. SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı Qüvvələrində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi və işə daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxildir. 32. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən (xx.xx.2005-ci il tarixədək qüvvədə olan redaksiyası) döyüş əməliy yatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti—üçqat ölçüdə pensiya almaq hüququ verən iş stajına güzəştli şərtlə daxil edilir.
33. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
34. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayə ti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmişdir. O, 57 yaşının tamam olduğu 12 sentyabr 2019-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.1991 - xx.xx.1993-cü il tarixlərdə "xxxx" MMCdə işlədiyi dövrü mübahisələndirərək qeyd etmişdir ki, həmin müəssisə Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığından və məcburi dövlət sosial sığorta haqları ödəmədiyindən həmin dövrün iddiaçının ümumi iş stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Beləliklə, 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 gün) təşkil etdiyindən müraciətin icrasından imtina edilmişdir.
39. M əhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi inzibati icraat dövründə ətraflı araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması ona məxsus əmək kitabçası, hərbi bileti və iş yerindən təqdim edilmiş güzəştli arayışlarla öz təsdiqini tapmışdır.
40. Həmçinin, məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Belə ki, SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sos ial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı Qüvvələrində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə, fasiləsiz əmək stajına daxildir. Bundan başqa, Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən (xx.xx.2005-ci il tarixədək qüvvədə olan redaksiyası) döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, e ləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - ikiqat ölçüdə pensiya almaq hüququ verən iş stajına güzəştli şərtlə daxil edilir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasına, hərbi biletinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxiv arayışına əsasən onun xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi nəzərə alınmaqla ümumi iş stajı 25 ildən artıq təşkil edir.
42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqanın imtinasının dəlili olan iddiaçının xx.xx.1991 - xx.xx.1993-cü il tarixlərdə "xxxx" MMC-də işlədiyi döv rün onun ümumi iş stajına daxil edilməsinin mümkün olmaması ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr hesablanmasa belə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı iş materiallarına əsasən 25 ildən artıq təşkil edir.
43. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
44. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhk əməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
45. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 28-32-ci bəndlərində qeyd olunan maddi hüquq normalarını və qərarın 33a bəndində qeyd olunan prosessual hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1307/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.