Məhkəmə qərarları › İş №2-1(102)-1814/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1814/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1814/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin edilmə) 21.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzillə təmin olunmanın cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2-1(104)-108/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıda kı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh xx.xx.2018-ci il tarixli, 83 nömrəli sərəncamı ilə iddiaçı imtiyazlı şəxs kimi mənzil növbəsinə alınmışdır.

2. İddiaçı “mənzillə təmin olunma ilə bağlı” xx.xx.2020-ci il tarixdə Nazirlər Kabinetinə müraciət etmiş, müraciətə aidiyyəti üzrə Cavabdehndə baxılmış və bildirilmişdir ki, mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunur və ciddi növbəlilik əsasında paylanılır.

3. İddiaçı daha sonra cavabdehə eyni məzmunlu ərizə ilə müraciət etmiş, cavabdeh müvafiq olaraq xx.xx.2022-ci il tarixli, CX-11-068 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçı Cavabdeh başçısının 19 iyul 2018-ci il tarixli 83 nömrəli sərəncamı ilə İl qrup hərbi xidmət dövrü əlili kimi mənzil növbəsinə alınmışdır. Mənzillər Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunur və ciddi növbəlilik əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə paylanılır. Gələcəkdə digər imtiyazlar üzrə mənzil tikintisi nəzərdə tutularsa, iddiaçının da müraciətinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillə təmin olunmanın cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2003-2011 ci illərdə Müdafiə Nazirliyinin 2- ci Ordu Korpusunun N saylı hərbi hissəsində sonuncu iş yeri kimi xidmət etmişdir. Xidmət dövründə ön cəbhə x əttində döyüş tapşırığını yetinə yetirərkən aldığı xəsarətlə əlaqədar əlil olmuş və 2-ci qrup hərbi əlil kimi təxris olunaraq ehtiyata buraxılmışdır. Hal-hazırda 2-qrup əlildir. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət hakimiyyəti və idarəetmə orqanları, müəssisələri, idarələri və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) soaial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər. Həmin Qanunun 43-c ü maddəsində deyilir ki, əlillər dövlət hesabına mənzillə təmin edilirlər. Fərdi bərpa proqramına uyğun olaraq əlillər binanın növünü, abadlıq vəziyyətinin və yaşayış üçün vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər. Birinci və ikinci qrup əlillərə yaşadıqları dövlət və ictimai mənzil fonduna məxsus mənzilləri pulsuz olaraq şəxsi mülkiyyətə keçirmək hüququ verilir. O, bu qanunun tələblərini rəhbər tutaraq müvafiq olaraq Cavabdehnə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh məktubunda onu mənzil növbəsinə aldığını bildirsə də, sonradan müraciə etdiyi cavab məktublarında ona mənzil düşmədiyi açıq bəyan edilmişdir. Bununla da, “Əlillərin sosial müdafiəsi haqqında” Qanunun tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur.

6. Gəncə İnzibati Mə hkəməsinin (hakim Z.Quliyev) 31 oktyabr 2022-ci il tarixli, 21(114)-2155/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşları rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edir, daha sonra həmin vətəndaşlar növbəlilik prinsipi əsasında mənzillə təmin olunurlar. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 20 iyun2014-cü il tarixli 569 nömrəli sərəncamına əsasən mənzil və ya evlə təmin olunmasıdır. Lakin qeyd olunan sərəncam 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərlə bağlıdır. İddiaçı isə xx.xx.2018-ci il tarixdə mənzil növbəsinə alınmışdır.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2-1(104)-108/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov– sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq qeyd etmişdir, iddiaçının mənzillə təmin edilməsi üçün Cavabdeh balansında mənzil mövcud deyildir. Azərbaycan Respublikasının Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi tərəfindən güzəştli mənzillər inşa edilərsə, iddiaçı ərizə ilə mənzil və ya fərdi yaşayış evinin növbədənkənar verilməsi üçün müvafiq quruma müraciət edə bilər. Həmin orqan tərəfindən ərizənin təmin edilməsindən imtina ediləcəyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətində qeyd edir ki, məhkəmə İPM-in 12.1-ci maddəsinin tələblərini pozaraq iddiaçının ön cəbhədə döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar əlil olduğunu və 2-ci qrup əlil kimi tərxis olunaraq ehtiyata buraxıldığını nəzərə alm amış maddi və prosessual hüquq normlarını pozmaqla qərar qəbul etmşdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ... 12.2 (5-ci bənd). Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. (19 may 2020-ci il tarixli dəyişikliyə qədər): 12.2 (5-ci bənd). Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən bura xılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 15. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı Həmin Sərəncamla 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulan şəxslər siyahısına 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, mü stəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri daxil edilmişdir.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə i şə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Hazırkı şikayət üzrə kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hall arının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə mənzillə təmin olunma ilə bağlıdır. O, həmin tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. 23. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında yerli i cra hakimiyyəti orqanlarının bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investi siya xərcləri) bölgüsünün layihəsində, 2022–2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etmələri göstərilmişdir.

24. İşin məhkəmələr tərəfində araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh orqan məktubunda iddiaçını mənzillə təmin etməkdən birdəfəlik imtina etməmiş, müvafiq şəraitin yaranacağı təqdirdə onun mənzillə təmin olunması məsələsinə yenidən baxılacağını bildirmişdir.

25. Belə olan halda, hazırkı vəziyyətdə cavabdehin iddiaçını mənzillə təmin etmək imkanı təsdiqini tapmır. İddiaçı da cavabdehin onu növbədənkənar yaşayış sahəsi ilə təmin etmək üçün belə imkana malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir.

26. Cavabdehin iddiaçının arzuladığı inzibati aktı qəbul et məsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

27. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2-1(104)-108/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar