Məhkəmə qərarları › İş №2-1(102)-1814/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1814/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1814/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs Mingəçevir Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ( üçüncü şəxs Mingəçevir Bələdiyyəsi) qarşı “Mingəçevir şəhər Vərəm Dispanserinin arxa hissəsində Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 nömrəli qərarı ilə satılmış 500 kv.m həyətyanı torpaq sahəsinə planı-ölçü sənədinin hazırlanıb verilməsi, torpaq sahəsi və üzərindəki evin daşınmaz əmlak kimi qeydiyyata alınaraq adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(107)-22/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli 26/5 nömrəli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi ayrılmasına istinad etməklə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, 0.05 ha torpaq sahəsinin ayrılmasına dair Mingəçevir Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 26/5 nömrəli qərar əsasında bələdiyyə ilə iddiaçı arasında tərtib olunmuş torpaq sahəsinin alqı-satqısına dair akt, ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsində xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. Halbuki, 23 oktyabr 2007 tarixli 466-İİİQD nömrəli Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Mingəçevir şəhər Vərəm Dispanserinin arxa hissəsində Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 nömrəli qərarı ilə satılmış 500 kv.m həyətyanı torpaq sahəsinə planı-ölçü sənədinin hazırlanıb verilməsi, torpaq sahəsi və üzərindəki evin daşınmaz əmlak kimi qeydiyyata alınaraq adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Bələ diyyəsinin 31 avqust 2006-cı il tarixli 26\5 nömrəli qərarı ilə fərdi yaşayış evi tikintisi üçün iddiaçıya Vərəm Dispanserin arxasında 500 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında o, torpağın dəyəri olan 300 manat pulu bələdiyyə ödəmiş, torpaq alqı-satqısı ilə bağlı xx.xx.2012-ci il tarixli akt tərtib edilmişdir. Mingəçevir İcra Hakimiyyətinin Memarlıq şöbəsinin tikinti quraşdırma işlərinə başlanmasına razılığı ilə bir il ərzində həmin ayrılmış torpaq sahəsində ev tikmə müddəti müəyyən edilmişdir. O, həmin müddətdə torpaq sahəsində fərdi yaşayış evi tikmişdir və həmin evə köçüb orada yaşayır.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.

5. Şəki İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2-1(116)-216 8/2023 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi adi qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 16 avqust 2023-cü il tarixli 21(116)-2168/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. Məhkəmə araşdırması zamanı Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 26/5 nömrəli qərarının arxiv nüsxəsinin əldə olunması üçün araşdırma aparılmışdır. Dövlət arxivinin Mingəçevir filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən, sözügedən qərarın surəti məhkəməyə təqdim olunmuşdur. Həmin qərar nəzərdən keçirilmiş, qərarda İddiaçı adı aşkar edilməmiş, ona torpaq ayrılması faktı müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Mingəçevir Bələdiyyəsini n 31 avqust 2006-cı il tarixli, 26/5 nömrəli qərarı özlüyündə etibarsız inzibati aktdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırkı iddia tələbinə əsasən iddia olunan torpaq sahəsi bələdiyyənin, yəni kollegial orqanın qərarı ilə deyil, bələdiyyə sədrinin fərdi olaraq səlahiyyəti olmadan qəbul etdiyi qərar əsasında iddiaçıya ayrılmışdır.

8. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R. R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 14 fevral 2024-cü il tarixli, 21(107)-22/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə kollegiyasına təqdim edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçıya Mingəçevir şəhər Vərəm Dispanserinin arxa hissəsindən Mingəçevir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26/5 nömrəli qərarı ilə satılmış 0.05 ha torpaq sahəsinə aid sxemdə (ilkin torpaqayırma sənədləri) torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcu d olmadığından, torpaq sahəsinə dair məlumatların verilməsi mümkün olmamışdır.

12. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, dövlət orqanlarının səhvinə görə o, məsuliyyət daşımır və bu səhvlərin düzəldilməsi dövlət orqanlarının vəzifəsidir.

14. Bundan başqa, 2012-ci ildə sözügedən torpaq sahəsində tikinti-quraşdırma işləri başlanması üçün Mingəçevir şəhər İcra Hakimiyyətindən icazə almışdır. Bu hallar ona məxsus torpaq sahəsinin qanuna müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən q eydiyyata alınmasına və bununla əlaqədar mülkiyyət sənədinin verilməsinə əsas olmalı idi.

15. Bundan əlavə, ətrafda yaşayan qonşular onunla eyni qaydada torpaq və torpağa dair mülkiyyət sənədi almışlar. Sözügedən torpaq sahəsinin yerində baxış keçirməklə digər şəxslər tərəfindən istifadə olunmadığı və uzun illərdir yalnız iddiaçı və ailə üzvləri tərəfindən istifadə olunması görünə bilər. Lakin məhkəmə heç bir araşdırma aparmamışdır. Qonşuların sözügedən ərazidə torpaq sahələrinin mülkiyyət sənədinin olması və onlara bu cür çıxarışların verilməsi iddiaçıya münasibətdə isə ayrı-seçkilik edilməsi qanunvericiliklə də qadağandır.

16. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, Mingəçevir bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli 26/5 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün tor paq sahəsi almış və bunun üçün 300 manat pul ödəmişdir. Lakin torpağın alqı-satqısına aid aktda tarix bəlkə də texniki səhv olaraq 2012-ci il kimi göstərilmişdir. Çünki həmin vaxtda alqı-satqı yolu ilə torpaq satılmırdı. Qərar və rüsum 2006-cı il olduğu halda, alqısatqı aktının 2012-ci il olması məntiqsizlikdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünü n) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ix tiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə: Bənd

11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Bənd

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bənd

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunika siya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Bənd

17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşay ış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Bənd

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını və cizgisini təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Bənd

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. B ənd

23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. 20. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 21. "Bələdiyyə statusu haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 16.6. Bələdiyy ənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kit abda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur....

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə müba hisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd ed ir ki, kassasiya şikayətinin bütün dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddianın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən mübahisə predmeti olan 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiy yət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26 nömrəli protokolunda İddiaçı adı qeyd edilməmişdir. Eləcə də, birinci instansiya məhkəməsində Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli 26 nömrəli protokoluna baxış zamanı da, həmin protoko lda İddiaçı 0,05 ha torpaq sahəsinin satılması barədə heç bir məlumat olmadığı müəyyən edilmişdir.

30. Göründüyü kimi, iddiaçıya Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 26/5 nömrəli qərarı ilə torpaq sahəsinin ayrıldığı göstərilməsinə baxmayaraq, həmin qərarda onun adı olmamış, qərara əsasən ona torpaq satılmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası razılaşır ki, belə olan halda iddiaçı tərəfindən təqdim edilmiş Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 saylı qərarı özlüyündə etibarsız inzibati aktdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırkı iddia tələbinə əsasən i ddia olunan torpaq sahəsi bələdiyyənin, yəni kollegial orqanın qərarı ilə deyil, bələdiyyə sədrinin fərdi olaraq, səlahiyyəti olmadan qəbul etdiyi qərar əsasında iddiaçıya ayrılmış, ən əsası isə bələdiyyə sədri tərəfindən imzalanan həmin qərarın əsasını təşkil edən Mingəçevir Bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 saylı iclas protokolunun və bunun əsasında qəbul edilmiş qərarının arxiv nüsxələrində iddiaçının adı və ona torpaq sahəsi ayrılması barədə məlumat aşkar edilməmişdir. Eləcə də, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən, iddiaçıya Mingəçevir şəhər Vərəm Dispanserinin arxa hissəsindən Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26/5 nömrəli qərarı ilə satılmış 0.05 ha to rpaq sahəsinə aid sxemdə (ilkin torpaqayırma sənədləri) torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və bu barədə məlumatlar elektron məlumat bazasında mövcud olmadığından, torpaq sahəsinə dair məlumatların verilməsi mümkün olmamışdır.

31. Beləliklə, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayır və belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. 33.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 21(107)-22/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar