Məhkəmə qərarları › İş №2-1(102)-1815/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1815/2019

22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1815/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı oğlunun iştirakı ilə İddiаçı İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-586/19 saylı 19 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1956-cı il təvəllüdlü iddiaçı 25.0.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 25.02.1980-ci ildən 15.05.1990-cı ilədək X bölməsində 2-ci dərəcəli usta, 01.06.1990-cı ildən 16.06.1995-ci ilədək X1 İdarəsində iş icraçısı, 20.06.1995-ci ildən 25.05.2000-ci ilədək Təsərrüfat hesablı bərpa təmir tikinti trestində iş icraçısı, 27.05.2000ci ildən 24.03.2005-ci ilədək X2 İdarəsində qaz emalı obyekti üzrə iş icraçısı peşəsində işləmişdir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 09.04.2018-ci il tarixli 15/683 saylı imtina məktubu ilə bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş 1985-2000-ci illərə aid güzəştli iş stajının yoxlanılması mümkün olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilə bilməz. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1985-2000-ci ilədək olan stajının güzəştli iş stajı kimi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli 2-1(82)2339/2018 saylı qərarı ilə iddia təmin olunmu ş, iddiaçının 25.02.1980-ci ildən 15.05.1990cı iləədk X bölməsində 2-ci dərəcəli usta, 01.06.1990-cı ildən 16.06.1995-ci ilədək X1 İdarəsində iş icraçısı, 20.06.1995-ci ildən 25.05.2000-ci ilədək Təsərrüfat hesablı bərpa təmir tikinti trestində iş icraçısı, 27.05.2000-ci ildən 24.03.2005-ci ilədək X2 İdarəsində qaz emalı obyekt üzrə iş icraçısı peşəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, ona 01.03.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-586/19 saylı 19 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin apell yasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli 2-1(82)2339/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibatı orqanın iddiaçının iş stajını müəyyən etmək üçün qarşılıqlı yoxlamanın keçirilməsinin mümkün olmamasına istinad etməsi əsassızdır, çünki iddiaçının iş stajı əmək kitabçası ilə tam təsdiq olunur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-586/19 saylı 19 fevral 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının əmək kitabçasında qeyd edilmiş 1985-2000-ci illərə aid güzəştli iş stajının yoxlanılması mümkün olmadığından ona güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının təyin edilə bilməz. Kassator İPM-nin 96.5, 96.9-cu maddələrinə, MPM-nin 416, 417.1., 418, 419-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-586/19 saylı 19 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsin baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı oğlu vəkilsiz təmsil olunduğundan məhkəmə kollegiyası işə onun izahatı alınmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-586/19 saylı 19 fevral 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə cavabdehin imtinasının əsasını iddiaçının əmək kitabçasında qeyd edilmiş 1985-2000-ci illərə aid güzəştli iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmaması təşkil edir. Halbuki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqınd a sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçıya məxsus 01.06.1990-cı il tarixli əmək kitabçasında onun 25.02.1980-ci ildən 15.05.1990-cı ilədək X bölməsində 2-ci dərəcəli usta, 01.06.1990-cı ildən 16.06.1995-ci ilədək X1 İdarəsində iş icraçısı, 20.06.1995-ci ildən 25.05.2000-ci ilədək Təsərrüfat hesablı bərpa təmir tikinti trestində iş icraçısı, 27.05.2000-ci ildən 24.03.2005-ci ilədək X2 İdarəsində qaz emalı obyekti üzrə iş icraçısı peşəsində işləməsi təsdiqlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən is tehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında» 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 N-li Siyahının 2290000b—24441 saylı kodu altında qeyd olunan iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 25.02.1980-ci ildən 15.05.1990-cı ilədək X bölməsində 2-ci dərəcəli usta, 01.06.1990-cı ildən 16.06.1995-ci ilədək X1 İdarəsində iş icraçısı, 20.06.1995-ci ildən 25.05.2000-ci ilədək Təsərrüfat hesablı bərpa təmir tikinti trestində iş icraçısı, 27.05.2000ci ildən 24.03.2005-ci ilədək X2 İdarəsində qaz emalı obyekti üzrə iş icraçısı peşəsində işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilm əsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-c i maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-586/19 saylı 19 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar