Məhkəmə qərarları › İş №2-1(102)-1815/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1815/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1815/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri yaşayış sahəsinə çıxarış və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-208/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2002-ci il tarixli 01 saylı qərarı ilə iddiaçıya kommersiya obyekti tikmək üçün Xaçmaz şəhəri, R. Behbudov küçəsindəki ərazidən 200 kv.metr torpaq sahəsi satılmış, bələdiyyə ilə iddiaçınin arasında həmin torpaq sahəsinin alqısatqı aktı tərtib edilmişdir.

2. Həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edi lmişdir.

3. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2009-cu tarixli, 275 saylı sərəncamı ilə iddiaçıya Xaçmaz bələdiyyəsinin xx xxxxxx 2002-ci il tarixli 01 saylı qərarı ilə Xaçmaz şəhəri, R. Behbudov küçəsi ərazisində aldığı 200 kv.metr ölçüdə torpaq sahəsində 1ci mərtəbəsi fərdi kommersiya obyekti, 2-ci mərtəbəsi yaşayış otaqları olmaqla binanın inşasına icazə verilmişdir.

4. İddiaçı inşaat işlərinin tamamlamış, xx.xx.2013-cü ildə tikilinin istismara qəbul olunması barədə akt tərtib olunmuş, bundan sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, inşa etdiyi qeyri-yaşayış sahəsinə çıxarış verilməsini xahiş etmişdir.

5. Cavabdeh iddiaçının xahişini təmin etməmiş, tikilini qeydiyyata almaqdan imtina etmiş və xx.xx.2018-ci il tarixli **********27 saylı məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, qeyri-yaşayış binası layihəyə uyğun inşa edilməmişdir və tikilinin istismara qəbul edilməsi haqqında komissiyasının aktında göstərilən binanın ölçüləri ilə faktiki istifadə olunan ölçüləri tam fərqlidir. Həmçinin torpaq sahəsi kommersiya obyektinin tikintisi məqsədi üçün ayrılsa da, faktiki olaraq binanın 2-ci mərtəbəsi fərdi yaşayış evi kimi istifadə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 2019-cu il 10 yanvar tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsini, Xaçmaz şəhəri, R. Behbudov küçəsində yerləşən başa çatmış tikiliyə dair mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından uydurma əsaslarla qanunsuz olaraq imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur. Ona məxsus qeyri-yaşayış sahəsi qanunvericiliyin tələblərinə tam uyğun inşa edilmişdir. Tikilinin istismara qəbul edilməsi haqqında komissiyasının aktı və digər sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh təşkilata təqdim edilmişdir. 2013-cü ildən etibarən çoxsaylı müraciətlərinə baxmayaraq hüquqlarının qeydə alınmasına nail ola bilməmişdi r.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)-512/2019 nömrəli qərarı ilə (hakim Z. Pirverdiyev) iddia təmin edilmiş, iddiaçının Xaçmaz şəhəri, R. Behbudov küçəsində yerləşən başa çatmış tikiliyə dair mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsinin və fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç b iri müəyyən olunmamışdır.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-208/2020 nömrəli qərarı ilə (hakimlər S.Bəktaşi (sədrlik edən və məruzəçi), F.Zeynallı və G.Tağızadə) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, İCRAATİ İŞTİRAKÇİLARİNİN İZA HATLARİ MƏHKƏMƏ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində deyilir ki, məhkəmə kollegiyasının qərarında iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 8359 saylı ekspert rəyinə istinad edilir. Bu rəyə əsasən iddiaçıya məxsus Xaçmaz şəhəri, R.Bəhbudov küçəsində yerləşən binanın həmin binaya dair tərtib edilmiş eskiz layihəyə uyğun olduğu müəyyən edilmişdir. Həmçinin rəydə ikilinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında "tədqiq olunan'' binanın texniki parametirləri, o cümlədən binanın və ya ayrı-ayrı tikililərin ölçüləri əks olunmadığına görə həmin binanın faktiki istifadə olunan ölçülərinin aktda göstərilən məlumatlara uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur. Halbuki, iş materiallarınd a olan xx xxxxx 2013-cü il tarixli 230 saylı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komisiyasının aktının 8-ci bəndində istismara qəbul edilmək üçün təqdim olunmuş obyektin göstəriciləri əks olunmuşdur. Belə olan halda, binanın faktiki istifadə olunan ölçülərinin qəbul aktında göstərilən məlumatlara uyğun olubolmamasını müəyyən etmək barədə qoyulmuş suala ekspertin cavab verməkdən yayınması başa düşülən deyildir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxdığı üçün iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verə bilməmişlər. İş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilməklə mövcid olan tikilinin göstəricilərinin qəbul aktındakı göstəricilərə uyğun olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. Mübahisə p redmeti olan tikilinin qəbul aktında həmin tikilinin fərdi ticarət obyektinin olması göstərilir, lakin faktiki olaraq həmin tikilinin birinci mərtəbəsi kommersiya məqsədləri, ikinci mərtəbəsi isə yaşayış sahəsi kimi inşa edilmişdir. Belə olan halda, hazırkı vəziyyətdə məhkəmənin qərarı icra olunarsa, mübahisəli obyektdə çıxarışın və texniki pasportun kommersiya obyekti və yaxud yaşayış sahəsi kimi verilməsi başa düşülən deyildir. İddiaçıya torpaq sahəsi kommersiya obyektinin tikintisi üçün ayrıldığına görə həmin torpaq sahəsində yaşayış sahəsi yox, yalnız kommersiya obyekti tikilə bilər. b. Kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c. məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya ş ikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə

43. Mənzil hüququ İİ.Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun. Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbayc an Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır... 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublika sının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlə t qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququ n yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir 20. “İnzibati icraat haqqında” qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

24. Şikayətin əsas dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan tikilinin qəbul aktında həmin tikilinin fərdi ticarət obyektinin olması göstərilir, lakin faktiki olaraq həmin tikilinin birinci mərtəbəsi kommersiya məqsədlə ri, ikinci mərtəbəsi isə yaşayış sahəsi kimi inşa edilmişdir. Belə olan halda hazırkı vəziyyətdə məhkəmənin qərarı icra olunarsa mübahisəli obyektdə çıxarışın və texniki pasportun kommersiya obyekti və yaxud yaşayış sahəsi kimi verilməsi başa düşülən deyildir.

25. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində müəyyən olunmuşdur. İddiaçının torpaq sahəsinin və fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün cavabdeh tərəfindən irəli sürülmüş etiraz dəlillərinin heç biri, həmin Qanunun 15-ci maddəsində müəyyən olunan əsas lara aid edilmir.

26. Nəzərə alınmalıdır ki, bu normada müəyyən olunmuş hüquqların dövlət qeydiyyatından imtinanın əsasları, bu qanunun məqsədlərinə uyğun gəlməyən tərzdə genişləndirici təfsir oluna bilməz. Əks yanaşma hüquqların əsassız məhdudlaşdırılmasına səbəb ola bilər.

27. Cavabdehin dəlillərinin özlüyündə həqiqiliyinə gəldikdə, cavabdeh qeyri-yaşayış binasının layihəyə uyğun inşa edilməməsini, tikilinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında göstərilən binanın ölçüləri ilə faktiki istifadə olunan ölçülərdən tam fərqli olmasını qeyd etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, Məhkəmə Ekspertiza Mərkəzinin 8359 saylı, xx xxxxxxx 2019-cu il tarixli rəyi ilə binanın tərtib edilmiş eskiz layihəyə uyğun olduğu müəyyən edilmişdir. Ti kilinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında göstərilən binanın ölçüləri eskiz layihə üzrə göstəricilərlə eynidir ki, bu halda binanın eskiz layihəyə uyğun olduğundan cavabdehin dəlilləri əsassızdır.

28. Bundan başqa, məhkəmələr cavabdehin torpaq sahəsi kommersiya obyektinin tikintisi məqsədi ilə ayrılsa da faktiki olaraq binanın 2-ci mərtəbəsi fərdi yaşayış evi kimi istifadə olunması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2009-cu tarixli, 275 saylı sərəncamı ilə iddiaçıya 1-ci mərtəbəsi fərdi kommersiya obyekti, 2-ci mərtəbəsi yaşayış otaqları olmaqla tikintiyə icazə verilmişdir. Göstərilən sərəncam mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respubl ikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Qeyd olunanlar cavabdehin dəlillərində formal mülahizələrə əsaslandığına dəlalət edir.

29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-208/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar