Məhkəmə qərarları › İş №2-1(102)-1815/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1815/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1815/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Şəki rayon Mərkəzi Xəstəxanası) “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 2-1(103)-1555/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki rayon X5 Hüquqi şəxsi tərəfindən sonuncu dəfə 30 dekabr 2019-cu il tarixli, 0344003AAH22 saylı göndərişlə göndərilmiş № 088 saylı arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması Əsas, diaqnozun fəsadlarını (ÜÇ) dəqiqləşdirmək üçün xəs təyə əlavə müalicə təyin edilir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 364/2020 saylı rəydən müəyyən olunmuşdur ki, İddiaçı Şəki RMX-nın poliklinika şöbəsində və Elmi-Tədqiqat Kardiologiya institutunun konsultativpoliklinika şöbəsində müəyyən edilmiş “hipertrofik obstruktiv kardiomiopatiya, ürək ritminin mədəcik ekstrasistoliya tipli davamlı pozulması, arterial hipertenziya İİ dərəcə, qan- damar çatmamazlığı İİ funksional sinif, MÇ-İİ dərəcə, TÇ-İ dərəcə, hər iki gözün miopiyası, sağ sağrı nahiyəsinin dəlib-keçən güllə yarası, hərəkətin mülayim pozğunluğu” diaqnozu onun 11 dekabr 2020-ci il tarixdə təkrarən Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda müayinələri zamanı bir daha təsdiq olunmuşdur. Əsas diaqnozun (xəstəliklərin) fəsadı olan qan-damar çatmamazlığı İİ funksional sinif (İ dərəcə), MÇ-İİ dərəcə elektrokardioqrafiya və exokardioqrafiya instrumental müayinə metodları ilə aşkar edilir ki, bunun da dəqiqləşdirilməsi üçün əlavə müalicə tələb olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı 3 fevral 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildən ürək xəstəliyindən (Diaqnoz. Obstruktiv hipertrofik kardiomiopatiya, hipertrofık obstruktiv kardiomiopatiya, Durğunluq ürək çatışmazlığı, QDÇ 2 və 3-cii FS, digər və dəqiql əşdirilməmiş erkən depolyarizasiya, ürək ritminin mədəcik ekstrasistoliyası tipində davamlı pozulması, aşağı ətrafın bir neçə nahiyələrinin açıq yaralan, sağ qasıq və sarğı nahiyəsinin köhnə qəlpə çapığı, miopiya, zəif dərəcəli miopiya, hipertenziya, arterial hipertenziya 3-cü dərəcə yüksək əlavə risk, hiporteniya xəstəliyi 2-ci mərhələ) əziyyət çəkir və mütəmadi olaraq stasionar və ambulator müalicə alır. Hətta “hipertrofik obstruktiv kardiomiopatiya. Ürək ritminin mədəcik ekstrasistoliyası tipli davamlı pozulması. 2-ci funksional sinif ürək çatışmazlığı. Hər iki gözün miopiyası. Vegetativ damar distoniyası” xəstəliyindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi xidmətdə olarkən 8 avqust 2017-ci il tarixli hərbi həkim komissiyasının 2103 saylı arayışına əsasən Ordu Sıraları ndan həm sülh dövründə, həm də müharibə dövründə yararsız hesab edilərək, tərxis olunmuşdur. xx.xx.2019-cu il tarixdə Şəki rayon Mərkəzi xəstəxanası tərəfindən Forma-88 yazılaraq TSERAS-a göndərilmiş, TSEK tərəfindən müalicə etdirilsin cavabı verilmişdir. Yenidən müayinə və müalicədə olunmuş, səhhətində hər hansı irəliləyiş olmadığı üçün xx.xx.2019-cu ildə Şəki rayon Mərkəzi xəstəxanası tərəfindən yenidən Forma-88 yazılaraq TSERAS-a göndərilmiş, TSEK tərəfindən müalicə Forma-88 natamam doldurulub cavabı verilmişdir. Son olaraq xx.xx.2019-ci ildə Şəki rayon Mərkəzi xəstəxanası yenidən Forma-88 yazaraq TSERAS-a göndərmiş TSEK xx.xx.2020-ci il tarixdə cavab verərək müalicə davam etdirilsin cavabını vermişdir. Həm rayon xəstəxanası həm də TSEK ona əlillik dərəcəsi vermək üçün süründürməçilik etməklə bərabər onun hüquqlarını da kobud surətdə pozmuşdurlar.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAHMF saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAHMF saylı göndərişin təhlili göstərmişdir ki, xəstəlik xx.xx.2014-cü il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Obstruktiv hipertrofik kardiomiopatiya, Hipertrofik obstruktiv kardiomiopatiya" xəstəliyi, ağırlaşma kimi isə “Durğunluq ürək çatmamazlığı, Xroniki ürək çatmamazlıgı ll-lll f.s. Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ürək ritminin mədəcik ekstrasistoliyası tipində davamlı pozulması ” xəstəlikləri qeyd edilmişdir. Göndərişdə ağırlaşmada qeyd edilmiş “ll-lll f.s. ürək çatmamazlığı” diaqnozu köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçının əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAHQ2 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAHQ2 saylı göndərişin təhlili göstərmişdir ki, xəstəlik xx.xx.2014-cü il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Obstruktiv hipertrofik kardiomiopatiya, Hipertrofik obstruktiv kardiomiopatiya" xəstəliyi, ağırlaşma kimi isə “Durğunluq ürək çatmamazlığı, Durğunluq ürək çatmama zlığı, QDÇ ll-lll f.s. Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ürək ritminin mədəcik ekstrasistoliyası tipində davamlı pozulması” xəstəlikləri qeyd edilmişdir. Bu göndərişdə ağırlaşmada qeyd edilmiş “ll-lll f.s. ürək çatmamazlığı" diaqnozu köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və ağırlaşmaların stasionar şəraitdə müayinə ilə dəqiqləşdirilməsi üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçının əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAH22 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAH22 saylı göndərişin təhlili göstərdi ki, bu göndərişdə də əli lliyin təyininə əsas verən ağırlaşma - “Durğunluq ürək çatmamazlığı, QDÇ İİİ f.s." köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və ağırlaşmaların stasionar şəraitdə müayinə ilə dəqiqləşdirilməsi üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Həmçinin Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1. bəndinə görə “ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı'' olduğu hallar ikinci dərəcə əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsi tərəfindən İddiaçı rəsmiləşdirilmiş hər üç göndərişdə əlilliyin təyininə əsas verən qan dövranının davamlı olaraq ikinci dərəcə çatmamazlığı köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir.

6. Bakı İnzibati Məhkəməsinin 2 iyun 2020-ci il tarixli qərardadı ilə Şəki rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-607/2021 nömrəli qərarı (hakim: X4) ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə xx xxxxx 1977-ci ildə Şəki şəhərində doğulmuş iddiaçının 2-ci dərəcəli əlilliyinin təyin olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

8. B irinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2021-ci il tarixli, 2-1(103)-1353/2021 nömrəli qərardadı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X2 və X8) ilə Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən “məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının ikinci qrup əlilliyin təyin olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması” barədə natamam qərar qəbul etmişdir. Baxmayaraq ki, məhkəmə qərarının icra oluna bilməsi onun nəticə hissəsinin anlaşılan və konkret fikir ifadə etməsindən irəli gəli r. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən hüquqi mövqeyini əsaslandırmamışdır c. birinci instansiya məhkəməsində ikinci icraat

12. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-607/2021 nömrəli qərarı (hakim: X12) ilə iddia təmin edilmiş, iddiaçıya Şəki rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli, 0344003AAH22 saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıda əsas diaqnozun (xəstəliklərin) fəsadı olan qandamar çatmamazlığı İİ funksional sinif (İ dərəcə), MÇ-İİ dərəcə elektrokardioqrafiya və exokardioqrafiya instrumental müayinə metodları ilə aşk ar edilir ki, bunun da dəqiqləşdirilməsi üçün əlavə müalicə tələb olunmur. Göründüyü kimi, cavabdehin iddiaya dair etirazında qeyd etdiyi dəlillər (ağırlaşmaların stasionar şəraitdə müayinə ilə dəqiqləşdirilməsi üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması) ekspert rəyi ilə təkzib olunur. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 202 2-ci il tarixli, 2-1(103)-1555/2022 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X9 və X20) ilə Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı i lə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.1-ci bəndinə görə“2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı” ikinci dərəcə əlilliyin təyinatı üçün əsasdır. Lakin, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş dekabr 2019-cu il tarixli 0344003AAH22 saylı göndərişdə əsas diaqnoz olaraq göstərilmiş “Obstruktiv hipertrofik kardiomiopatiya, Hipertrofik obstruktiv kardiomiopatiya” qan dövranının birinci dərəcə çatışmazlığını yarada bilər. Hansı ki qeyd olunan meyar “atım firaksiyası”(AF) əsasında müəyyən olunur və istinad olunan göndərişdə “atım fraksiyası” da qeyd olunmamışdır. Həmçinin qeyd olunan digər ağırlaşmalar da əlillik təyinatının aparılması üçün tələb olunan diaqnozu deyil, qan dövranının birinci dərəcə çatışmazlığını təsdiqləyir. Bununla yanaşı ekspert rəyində elektrokardioqrafiya və exokardioqrafiya instrumental müayinə metodları ilə aşkar olunmuş iddiaçıda əsas diaqnozun (xəstəliklərin) fəsadı olan “qan-damar çatmamazlığı İİ funksional sinif (İ dərəcə), MÇ-İİ dərəcə” də qan dövranının birinci dərəcə çatışmazlığını təsdiq edir. Əlavə olaraq məhkəmənin istinad etdiyi diaqnoz göndərişin “status localis”ində, həmçinin göndərişdə ixtisaslaşmış mütəxəssis rəyləri ilə təsdiq olunmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlill iyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir....

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komi ssiyaları haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaş dırılması və ya itirilməsi əsaslandırılır. 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir; 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X11 (bundan sonra - TSERAS) ötürülür; 4.23. Mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; 4.24. Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir; 4.25. Araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradars a, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir; 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanları nın məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85 -K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozunt uları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər(C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli, 140 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir; 1.2. Şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. 1.3. Göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: 1.3.1. şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması; 1.3.2. əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra əlillik) müddətinin bitməsi; 1.3.3. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.3.4. şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başaçatma vaxtından əvvəl müayinəsi; 1.3.5. əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması; 1.3.6. xüsusi nəqliyyat vasitəsinin verilməsinə tib bi göstərişin müəyyən edilməsi. 2.2. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyi şdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KA SSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab olu na bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağ lı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki rayon X5 Hüquqi şəxsi tərəfindən sonuncu dəfə 30 dekabr 2019-cu il tarixli, 0344003AAH22 saylı göndərişlə göndəri lmiş № 088 saylı arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir.

32. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən verilmiş T 364/2020 saylı rəydən müəyyən olunmuşdur ki, iddiaçı Şəki RMX-nın poliklinika şöbəsində və Elmi-Tədqiqat Kardiologiya institutunun konsultativpoliklinika şöbəsində müəyyən edilmiş “hipertrofik obstruktiv kardiomiopatiya, ürək ritminin mədəcik ekstrasistoliya tipli davamlı pozulması, arterial hipertenziya İİ dərəcə, qan- damar çatmamazlığı İİ funksional sinif, MÇ-İİ dərəcə, TÇ-İ dərəcə, hər iki gözün miopiyası, sağ sağrı nahi yəsinin dəlib-keçən güllə yarası, hərəkətin mülayim pozğunluğu” diaqnozu onun 11 dekabr 2020-ci il tarixdə təkrarən Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda müayinələri zamanı bir daha təsdiq olunmuşdur. Əsas diaqnozun (xəstəliklərin) fəsadı olan qan-damar çatmamazlığı İİ funksional sinif (İ dərəcə), MÇ-İİ dərəcə elektrokardioqrafiya və exokardioqrafiya instrumental müayinə metodları ilə aşkar edilir ki, bunun da dəqiqləşdirilməsi üçün əlavə müalicə tələb olunmur.

33. Nəticə etibarı ilə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaya dair etirazında qeyd etdiyi ağırlaşmaların stasionar şəraitdə müayinə ilə dəqiqləşdirilməsi üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə dəlili ekspert rəyi ilə təkzib olunur. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur.

34. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdi r. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 21(103)-1555/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar