Məhkəmə qərarları › İş №2-1(102)-1815/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1815/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1815/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın qismən ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Şi rvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-78/2023 nömrəli, 3 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********154003 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyy ar vergi yoxlaması təyin edilmişdir.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş ekspertizanın təyin edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********165009 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən idxal edilmiş malların satış qiymətlərinin real bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-nin eksperti dəvət edilmişdir. 3. "xxxx" MMC tərəfindən verilmiş rəyin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində İddiaçı tərəfindən idxal edilmiş malların bazar qiyməti ümumilikdə ******* manat müəyyən edilmişdir. 4. 26 aprel 2019-cu il tarixli, **********172791 nömrə li səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, yoxlama xx.xx.2018-ci il tarixdə başlamış, müəyyən tarixlərdə müvəqqəti uzadılmaqla və ya müvəqqəti dayandırılmaqla xx.xx.2019-cu il tarixdə başa çatdırılmış və yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 229907,96 manat azaldıldığı, o cümlədən 2016-2017-ci illər üzrə gəlir vergisinin ümumilikdə 121923,76 manat azaldılması, 2016-2018-ci illər üzrə əlavə dəyər vergisinin ümumilikdə 107980 manat azaldılması, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin 4,20 manat azaldılması müəyyən olunmuş, azaldılmış vergi məbləğinə ümumilikdə 114953,99 manat və 1-ci rüb 2018-ci il üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası təklif edilmişdir.

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********172791 nömrəli akta əsasən İddiaçı barəsində 2016-2018-ci illər üzrə əlavə dəyər vergisinin azaldılmasına görə ümumilikdə 107980 (37118,24 + 69267,87 + 1593,89) manat məbləğində əlavə vergi hesablanaraq ümumilikdə 53990,01 (18559,12 + 34633,94 + 796,95) manat maliyyə sanksiyası tətbiq edilmiş, 2016-2017-ci illər üzrə gəlir vergisinin azaldılmasına görə ümumilikdə 121923,76 (44148,30 + 77775,46) manat məbləğində əlavə ve rgi hesablanaraq ümumilikdə 60961,88 (22074,15 + 38887,73) manat maliyyə sanksiyası tətbiq edilmiş, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 4,20 manat əlavə vergi hesablanaraq 2,10 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin 1-ci rüb 2018-ci il üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 23699 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən fiziki şəxs İddiaçı təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. İş materiallarından göründüyü kimi, yoxlama ilə fiziki şəxsin bütün digər xərcləri o cümlədən: 2016-cı il üzrə 341486,22 manat xərci, 2017-ci il üzrə 1391770,64 manat xərci nəzərə alınmışdır. Bəyannamədə göstərilən sair xərclərin yoxlama ilə müəyyən edilməməsi və ya hazırkı tədqiqata tam təqdim edilməməsi az hesablanmış verginin müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/33 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən fiziki şəxs İddiaçı təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasını n əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/4582 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən fiziki şəx s İddiaçı təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. İş materiallarından göründüyü kimi, yoxlama ilə fiziki şəxsin digər bütün digər xərcləri, o cümlədən: 2016-cı il üzrə 641486, 22 manat xərci, 2017-ci il üzrə 1391770,64 manat xərci nəzərə alınmışdır. Bəyannamədə göstərilən sair xərclərin yoxlama ilə müəyyən edilməməsi və ya hazırkı tədqiqata tam təqdim edilməməsi az hesablanmış verginin müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ve rilmiş xx.xx.2022-ci il tarixli, 9/2456 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan aktlara əsasən aparılmış tədqiqat nəticəsində İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların həmin illər üzrə orta bazar satış qiyməti ilə ümumi dəyəri təxminən 2827473,47 manat müəyyən olunur. Həmin malların adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İddiaçı tərəfindən xx.xx.2015- xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların satış qiyməti, qeyd edilən illər (xx.xx.2015-xx.xx.2018) üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsinə (ticarət əlavəsi) uyğun olaraq təxminən 25% civarında olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

10. İddia çı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyində tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh inzibati orqanın xx.xx.2019cu il tarixli, **********185380 nömrəli qərarına əsasən vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərarı aldıqdan sonra narazı olduğuna görə qanunla müəyyən edilmiş müddətdə və qaydada şikayət etmişdir. Belə ki, aparılmış səyyar vergi yoxlaması nəticəsində guya onun tərəfindən büdcəyə çatası vergilərin ümumilikdə 229907,96 manat azaldıldığı müəyyən edilərək ona 114993,99 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlamasına xx.xx.2018-ci il tarixdə başlanılmış, yoxlama müxtəlif tarixlərdə müvəqqəti olaraq dayandırılmış, xx.xx.2019-cu il tarixdə baş çatdırılmış, xx.xx.2019-cu il tarixdə səyyar vergi yoxlaması haqqında akt tərtib edilmiş və həmin akt əsasında xx.xx.2019-cu il tarixdə onun barəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında sözügedən qərar qəbul edilmişdir. Vergi orqanı həmin qərarı qanuna zidd olaraq qəbul etmişdir. Həmin qərar əsaslandırılmamışdır. Həmin qərar onun hüquqlarını poz duğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-8/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.Həsənov) iddianın təmin edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyində tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə görə 700 manat ekspertiza tədqiqatlarının dəyərinin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilə r Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, vergi orqanı xx.xx.2018-ci il tarixli qərara əsasən xx.xx.2018-ci il tarixdən səyyar vergi yoxlamasına başlamış, xx.xx.2018-ci il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək iddiaçı tərəfindən satılan məhsulların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli v ə bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Beləliklə də, məhkəmə yalnız ekspert rəyinə istinad etməklə vergi orqanının iddiaçıya əlavə vergi öhdəliyinin müəyyən etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-78/2023 nömrəli, 3 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/, T.S.Kərimov və O.N.İsmayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci ins tansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qəbul etdiyi qərarında dəlil olaraq ifadə edir ki, “ Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hal larda nəticə vermədiyi üçün vergi orqanı bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi.

19. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən, yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə malların bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir”.

20. Qeyd olunanlarla bağlı bildiririk ki, işin faktiki hallarını nəzərə alsaq, Vergi Məcəlləsinin 14-cü maddəsində öncə vergi orqanı tərəfindən bazar qiymətinin müəyyənləşdirilməsi mərhələlərinə riayət edilməsi, daha sonra bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertin cəlb edilməsi imperativ göstəriş kimi müəyyən olunmamışdır.

21. Məhkəmə kollegiyası qər arında qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından vergi orqanı istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2018-ci il tarixli qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, cavabdeh inzibati orqan həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir.

22. Qeyd olunan dəlillə bağlı bildiririk ki, məhkəmə kollegiyası sözügedən dəlili irəli sürərkən hər hansı maddi və ya prosessual hüquq normasına istinad etməmiş və qeyd etdiyi dəlilin hüquqi əsasını qərarında əks etdirməmişdir.

23. Lakin məhkəmə kollegiyası iş üzrə araşdırma aparmadığı üçün səyyar vergi yoxlamasının başlanması üçün əsas olan mənbəyi bəlli olan məlumatları müəyyən etməmiş, formal əsaslarla və həddən artıq formalizmi tətbiq edərək yoxlamanın başlanma əsaslarını şübhə altına almışdır.

24. Məhkəmə kollegiyası qəbul etdiyi qərarında qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2456 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2015xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların həmin illər üzrə orta bazar satış qiyməti ilə ümumi dəyəri təxminən 2.827.473,47 manat müəyyən olunmuşdur və həmin malların adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların satış qiyməti, qeyd edilən illər (xx.xx.2015-xx.xx.2018) üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsinə (ticarət əlavəsi) uyğun olaraq təxminən 25% civarında olmuşdur. Belə olduğu halda, yoxlanılan dövr ərzində İddiaçı tərəfindən təqdim olunan qiymətlər vergitutma məqsədləri üçün əsas kimi götürülməli idi. Yəni təqdim edilmiş iş materiallarında olan sənədlər əsasında vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilərlə bağlı kənarlaşma müəyyən edilmir.

25. Belə ki, ekspert tədqiqatın nəticəsi olaraq məhkəmə tərəfindən verilən suallar üzrə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il - xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların həmin illər üzrə orta bazar satış qiyməti ilə ümumi dəyəri təxminən 2.827.473,47 manat müəyyən olunur.

26. Bununla bağlı bildiririk ki, ekspert tərəfindən tədqiq olunmuş siyahı üzrə malların qiymətləri, tədqiqat zamanı müəyyən olunarkən həmin malların real bazar qiymətini hansı mənbələrə əsaslanaraq tədqiqatın aparılması qeyd olunan rəydə ümumiyyətlə öz əksini tapmamışdır.

27. Belə olan halda hansı əsaslandırma əsasında rəyin meydana gəlməsi müəyyən olunmur. Məhkəmə kollegiyası mötəbər hesab etdiyi sözügedən ekspert rəyinin qiymətləndirilməsini həyata keçirməmiş, sadəcə həmin rəyi qərarına köçürməklə mötəbər hesab etmişdir.

28. Həmçinin məhkəmə kollegiyası qərarında dəlil olaraq ifadə edir ki, ekspert rəylərində “"xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi reallığı əks etdirirmi” sualına ekspert cavabında bildirmişdir ki, yoxlama zamanı vergilərin hesablanması üçün istifa də edilmiş ekspert rəyində idxal edilmiş malların aylar üzrə qiyməti müəyyən edilməmişdir. Müəyyən olunmuş bazar qiymətinin hansı dövrə (yəni hansı aya, hansı ilə) aid olması göstərilməmişdir. Ekspert rəyində müəyyən olunmuş qiymətin dövrü yalnız ümumilikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək göstərilmişdir.

29. Mötəbər hesab edilən ekspert rəylərinin məhkəmələr tərəfindən ümumiyyətlə tədqiq edilməməsi və qeyri-mötəbər olması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik.

30. Belə ki, məhkəmə kollegiyası qəbul etdiyi qərarının hüquqi və faktiki əsasını təşkil edən rəylərdən biri olan Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2020-cu il tarixli 23699 nömrəli ekspert rəyini qiymətləndirməli olduğu halda ümumiyyətlə qiymətləndirməmiş, sadəcə qərarında əks etdirmişd ir.

31. Belə ki, ekspert rəyində qeyd edir ki, “Yuxarıda göstərilənlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixli **********154003 saylı aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2018-ci il, yoxlamanın başa çatması tarixi xx.xx.2019-cu il, tərtib olunma tarixi xx.xx.2019-cu il tarixli və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixli xx.xx.2019-cu il olmasına baxmayaraq, yoxlama ilə əhatə olunan dövr xx.xx.2015-ci il tarixdən 01,05.2018-ci il tarixədək olduğundan yuxarıda göstərilən Vergi Məcəlləsinin maddələrinin tələbləri gözlənilməmişdir. Həmçinin müəyyən dövrlər üzrə az hesablanmış vergilərin üç illik müddəti keçməsinə baxmayaraq hesablanmışdır”.

32. Ekspert vergi ödəyicisi tərəfindən yoxlama zamanı təqdim edilən izahatı nəzərə almamışdır. Qeyd olunan izahatda vergi ödəyicisi idxal olunmuş malları idxal edildiyi ayda satdığını, idxal edilmiş kartofun üzərinə 4% və digər malların üzərinə 1.4-2 % ticarət əlavəsi gələrək satdığını qeyd etmişdir.

33. Yoxlama zamanı tətbiq olunan bazar qiymətləri iddiaçı tərəfindən malların idxal edildiyi ayları nəzərdə tutmaqla, həmin aylar üzrə qiymətləri müəyyən etmişdir. Yəni, bazar qiymətləri yoxlama dövrünün hər bir ayı üzrə deyil, idxal olunan aylar üzrə olan qiymətlərdir.

34. Hər iki ekspert təqdim etdikləri rəylərini əsaslandırmaq üçün müxtəlif qanunsuz yollara üz tutaraq gəldikləri nəticəni ə saslandırmağa çalışmışlar. Hər bir halda hər iki ekspert idxal olunmuş mallara bazar qiymətinin hesablanmasının yolverilməz olduğunu əsaslandırmağa çalışmış, bunun üçün ilkin rəydə Vergi Məcəlləsinin 14.3-cü maddəsinin, təkrar rəydə isə həmin məcəllənin 159.5-ci maddəsinin məzmunu tam şəkildə yanlış şərh edilmişdir. Hətta həmin hüquq normalarına yeni məzmun müəyyən olunmuşdur. Nəticə etibarı ilə bildirir ki, idxal-ixrac əməliyyatlarına bazar qiymətlərinin tətbiq olunması qanunvericilikdə birbaşa müəyyən olunmuşdur. Lakin hansı səbəbdən və hansı məqsədlə ekspertin idxal olunmuş mallara bazar qiymətinin tətbiq edilməsinin qeyri- mümkünlüyü barədə fikir irəli sürməsi qeyri-müəyyəndir və aydın deyildir. Ekspertizaların müqayisəli təhlilini apararaq hər iki ekspertin gəldiyi nəticələrin nə qə dər yolverilməz olduğunu bir daha müəyyən etdik. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.2. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 54.0.1. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır.

37. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandır mağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ri ayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiy a məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

43. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

44. İşin hallarına əsasən qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********172791 nömrəli akta əsasən cavabdeh inzibati orqanın vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019cu il tarixli, **********185380 nömrəli qərarı ilə İddiaçı barəsində 2016-2018-ci illər üzrə əlavə dəyər vergisinin azaldılmasına görə ümumilikdə 107980 manat məbləğində əlavə vergi hesablanaraq ümumilikdə 53990,01 manat maliyyə sanksiyası tətbiq edilmiş, 20162017-ci illər üzrə gəlir vergisinin azaldılmasına görə ümumilikdə 121923,76 manat məbləğində əlavə vergi hesablanaraq ümumilikdə 60961,88 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 4,20 manat əlavə vergi hesablanaraq 2,10 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin 1ci rüb 2018-ci il üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

45. Məhkəmə kollegiyası işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2456 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların həmin illər üzrə orta bazar satış qiyməti ilə ümumi dəyəri təxminən 2827473,47 manat müəyyən olunmuşdur və həmin malların adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Eyni zamanda müəyyə n edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların satış qiyməti, qeyd edilən illər (xx.xx.2015-xx.xx.2018) üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsinə (ticarət əlavəsi) uyğun olaraq təxminən 25% civarında olmuşdur. Belə olduğu halda, yoxlanılan dövr ərzində İddiaçı tərəfindən təqdim olunan qiymətlər vergitutma məqsədləri üçün əsas kimi götürülməli idi. Yəni təqdim edilmiş iş materiallarında olan sənədlər əsasında vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilərlə bağlı kənarlaşma müəyyən edilmir.

46. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmiş ekspert rəyində idxal edil miş malların aylar üzrə qiyməti müəyyən edilməmişdir. Müəyyən olunmuş bazar qiymətinin hansı dövrə (yəni hansı aya, hansı ilə) aid olması göstərilməmişdir. Ekspert rəyində müəyyən olunmuş qiymətin dövrü yalnız ümumilikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək göstərilmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymə tləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə vergi orqanının qəbul etdiyi qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır.

48. Nəzərə almaq lazımdır ki, cavabdeh inzibati orqan ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənardır və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun ba şlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh inzibati orqan tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir.

49. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İn zibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-in 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunveri ciliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

51. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliy inin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

52. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüq uqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

53. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respu blikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.

54. Nəticədə, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərkibi hesab edir ki, cavabdehin xx.xx.2019cu il tarixli, **********185380 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının p ozulmasına səbəb olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.

55. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-78/2023 nömrəli, 3 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar