Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1815/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Sumqayıt 4 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı (Sumqayıt 4 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) “təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-258/2024 saylı, 13 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı əlillik vəziyyətinə 9 saylı şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış, bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. 2. 9 saylı şəhər Poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında bir il müddətinə ikinci də rəcə əlillik verilmişdir. 3. xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. 4. 9 saylı şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir.
5. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. 6. 9 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021ci il tarixdə həyata keçirilmiş əyani müayinənin nəticəsi əsasında “Səbəbi: Ümumi xəstəlik; “X4: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G00 - Digər rubrikalarda təsnif olunmayan bakterial meningit => G00.0 Qrippoz meningit, Diaqnozun mətni: G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriya) Ağırlaşma F48.8 Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, kəskin asteno nevrotik hal, Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8).” səbəbi ilə müddətsiz 3-cü qrup əlillik dərəcəsi verilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və X2 Xoşbəxt Gülbala qızının əlillik vəziyyətinin gücləndirilməsi barədə müraciətə 22 aprel 2022-ci il tarixli, **********5 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na u yğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı əyani müayinə nəticəsində xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20-ci bəndinə uyğun olaraq, göndərişdə və tibbi sənədlərdə qeyd edilən “Keçirilmiş neyroinfeksiyasın qalıq əlamətləri, neyrosensor ağıreşitmə” diaqnozu-müddətsiz 3-cü dərəcə əlilliyin təyininə əsas verir. Nəzərə çatdırılmışdır ki, o və bacısı Nazirlikdə və Agentliyin Qəbul şöbəsində dəfələrlə qəbullarda olmuş, əyani müayinə olunaraq tib bi sənədlərə baxış keçirilmiş və hazırda bacısının sağlanmlıq durumunun üçüncü dərəcə əlillik səviyəsində olması müəyyən edilmişdir.
8. İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən verilmiş **********0 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Ona xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə uyğun olaraq, göndərişdə qeyd edilən “G09 mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriya). Ağırlaşma F48.8 digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin asteno nevrotik hal” diaqnozu müddətsiz üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Hal-hazırda səhhətində ağırlaşmalar əmələ gəlibsə, yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T184/2023 saylı (ekspertizanın başlanma tarixi 23 fevral 2023-cü il, başa çatm a tarixi 29 mart 2023-cü il) rəydən görünür ki, tibbi müayinə zamanı İddiaçı vəziyyətinin Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyac yoxdur, lakin xəstəliklər kəskinləşərkən vəziyyətinin ağırlığından asılı olaraq stasionar, yaxud ambulator müalicəyə cəlb edilə bilər. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi n qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi TibbiSosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 30 noyabr 2023-cü il tarixli Qərarından görünür ki, xx.xx.2023-cü il tarixində iddiaçı DTSERA-da Tibbi-Sosiall Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr apa rılmışdır. DTSERAda xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, eşitmədiyi bildirmiş, obyektiv müayinə zamanı adi danışıq tonlarına reaksiya verməmiş, lakin yaxın məsafədən yüksək tonla danışığa zəif reaksiya vermişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, AT 130/90 mm cv.st., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), dili nəm, ərplidir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir, burada aparılmış audiometriya müayinəsinin nəticəsinə əsasən sağ qulaqda İİİ dərəcəli (65 db), sol qulaqda İİİ dərəcəli (75 db) ağır eşitmə izlənilmişdir.xx.xx.2023-cü il tarixində vətəndaşa DTSERA-da EXO-KQ (nəticə: Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=60%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. Sol mədəciyin ekssentrrik hipertrofiyası qeyd edilir. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq apparatı normaldır. Aortal klapan tayları qalınlaşıb. Perikard boşluğu təmizdir. PDA, ASD,VSD yoxdur. Min.MÇ, Min TC. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tipdə pozulmuşdur) və həkim-oftalmoloq (nəticə: VİS OU = 0,5 korreksiya etmir. Diaqnoz: “OU başlanğıc kataraktası”) müayinəsi aparılmış və həmin müayinələrin nəticəsinə əsasən əlillik təyinatı na əsas verən heç bir patofuksional pozuntu aşkarlanmamışdır.Təqdim etdiyi sənədlər arasında, F.Əfəndiyev adına 4 saylı X1 şöbəsindən xx.xx.1999-cu il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “İkitərəfli koxlear nevrit” şəklində göstərilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən, dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə əsasən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişd ir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 11.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ikinci dərəcə əlillik təyinatının bərpa olunmaqla 2-ci qrup əlillik təyinatının təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentlik tərəfindən xx.xx.2021-ci il tarixdən təyin olunmuş üçüncü dərəcəli əlilliyin dəyişdirilərək, o na yəni İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə doğulmuşdur. Onun barəsində MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri diaqnozu təyin olunaraq, ona İİ dərəcə əlillik təyin edilmişdir. O, uzun zamandır ki, bu xəstəlikdən əzab çəkir və xəstəliyinin müalicəsi də mümkün deyildir. O, hər dəfə ayrı-ayrı yoxlamalardan keçir. Agentlik tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, **********4 saylı saylı məktubda qeyd edilir ki, onun əlillik vəziyyəti 9 nömrəli şəhər poliklinikasının göndərişi əsasında Tibbi-Sosial Ekspertiza Komissiyasında əyani müayinə vasitəsilə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən xx.xx.2021-ci il tarixindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Məktubda həmçinin qeyd edilir ki, göndərişdə və tibbi sənədlərində qeyd edilən əsas xəstəlik və ağırlaşması (Keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri, kəskin asteno nevrotik hal Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.5.20 bəndinə uyğun olaraq üçüncü dərəcə əlilliyin təyinatına əsas verir. O, həmin məktuba narazılığını bildirərək İİ dərəcə əlillik dərəcəsinin olduğu üçün bunun yenidən araşdırılaraq həqiqi əlillik təyinatının verilməsi barədə ərizəni təqdim etmi şdir. Lakin ərizəsinə cavab olaraq Agentlik tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, **********0 saylı məktuba əsasən heç bir araşdırma aparılmadan eyni məzmunlu cavab verilmişdir. Təkrar məktubda qeyd edilir ki, ona xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Hal-hazırda səhhətində ağırlaşmalar əmələ gəlibsə, yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.Onun barəsində MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri diaqnozu təyin olunaraq ona İİ dərəcə əlillik təyin edilmişdir. O, uzun zamandır ki, bu xəstəlikdən əzab çəkir və xəstəliyinin müalicəsi də mümkün deyildir. Səhhətində yaxşılaşma deyil, pisləşmənin olması davam etməkdə dir. Lakin cavabdeh nazirlik ona məxsus İİ dərəcə əlillik dərəcəsini əsassız olaraq ləğv etmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Cavabdeh inzibati orqan Agentlik iddiaya dair yazılı etirazında (münasibəti) göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti 9 saylı şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında bir il müddətinə əlillik verilmişdir. 9 saylı şəhər Poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında bir il müddətinə əlillik verilmişdir. 9 saylı şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında bir il müddətinə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə verilmişdir. Daha sonra iddiaçı barədə əlillik müddətinin bitməsi ilə əlaqədar 9 saylı ş əhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi Agentliyə daxil olmuşdur. Həmin göndəriş əsasında Agentlik tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmişdir. Beləliklə, 9 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi və əyani müayinənin nəticəsi əsasında müddətsiz əlillik dərəcəsi verilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 8 iyun 2023-cü il tarixli, 2-1(112)-3076/2023 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən təyin olunmuş üçüncü dərəcəli əlilliyin dəyişdirilərək, xx.xx.2021-ci il tarixdən i kinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə iddiaçıda aşkar olunan xəstəlik müəyyən olunmuşdur: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14). İş materiallarından görünür ki, həmin xəstəliklə bağlı olaraq iddiaçının adına xx.xx.2021-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, eyni diaqnozla iddiaçıya əvvəllər (xx.xx.2015-ci il tarixdə bir il müddətinə; xx.xx.2016-cı il tarixdə 5 il müddətinə) İİ dərəcə əlillik təyin olunmuşdur. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.
17. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayət i verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) 2-1(103)-258/2024 saylı, 13 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3076/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.” Birinci i nstansiya məhkəməsi isə iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi nəticəsinə gəlsə də belə əsaslar müəyyən olunmur.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qan unu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlard a, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inziba ti qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 24. “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” Bənd 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları m əhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bənd 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qey d olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.9. bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəs inə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlər ində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin re yestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şika yətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütö vlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalıdır.
31. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixli göndəriş əsasında bir il müddətinə üçüncü dərəcə, xx.xx.2008-ci il tarixli göndəriş əsasında bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixl i göndəriş əsasında bir il müddətinə ikinci dərəcə, elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə ikinci dərəcə, xx.xx.2021-ci il tarixli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş əyani müayinənin nəticəsi əsasında müddətsiz 3-cü qrup əlillik dərəcəsi verilmişdir.
32. Hazırda, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin olunmuş müddətsiz üçüncü dərəcəli əlilliyin dəyişdirilərək ikinci dərəcəli əlilliyin təyin edilməsini xahiş edir. 33. xx.xx.2021-ci il tarixli TSEK-Müayinə tarixi qiymətləndirmə məlumatlarından görünür ki, “X4: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlik ləri => G00 - Digər rubrikalarda təsnif olunmayan bakterial meningit => G00.0 - Qrippoz meningit, Diaqnozun mətni: G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianin qalıq əlamətləri (difteriya) Ağırlaşma F48.8 Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, kəskin asteno nevrotik hal, Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 34-cü dərəcə ağır eşitmə (H90-90.8).
34. Cavabdeh inzibati orqanın **********0 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliy in və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə uyğun olaraq, göndərişdə qeyd edilən “G09 mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriya). Ağırlaşma F48.8 digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin asteno nevrotik hal” diaqnozu müddətsiz üçüncü dərəcə əlilliyin təyininə əsas verir.
35. Cavabdeh 9 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişində iddiaçıya qoyulmuş “G09 mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriya)” diaqnozunu əsas götürərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və s ağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20-ci bəndinə-anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) istinad edərək müddətsiz 3-cü dərəcə əlillik təyin etmişdir.
36. Halbuki, kollegiya qeyd edir ki, həmin göndərişin göndərildiyi vaxt qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də ağırlaşma kimi F48.8 diaqnozunda olan xəstəlik nəzərdə tutulmuşdur.
37. İddiaçının əsas diaqnozu olmasa da ağırlaşma halı (F48.8-Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, kəskin asteno nevrotik hal) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunu n müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.4-cü bəndində (F48-F48.9) nəzərdə tutulmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır.
39. Beləliklə, müəyyən edilir ki, ağırlaşma kimi qeyd edilmiş F48.8 diaqnozlu xəstəlik müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər X3 da daxil edilmişdir.
40. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya ikinci dərəcə əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, İddiaçı təyin olunmuş üçüncü dərəcəli əlilliyin dəyişdirilərək ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
41. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmaması barədə düzgün nəticəyə gəlmədiyindən kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 21(103)-25 8/2024 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı təyin olunmuş üçüncü dərəcəli əlilliyin dəyişdirilərək ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.