Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1816/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Ərizəçi MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1816/19 Bakı şəhəri 27 iyun 2019-cu il 27.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı Ərizəçi MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Ceyhun İsmayılovun, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi XXXun və vəkili XXXin iştirakları ilə, iddiaçı Ərizəçi MMC-nin direktoru XXX tərəfindən Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2-1(103)-484/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı Ərizəçi MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ƏDV depozit hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən müəssisənin ƏDV depozit hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “xxxx“Ərizəçi” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısının silinməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, müəssisə 10 iyun 2008-ci il tarixdə vergi orqanında qeydiyyata alınmaqla öz nizamnaməsinə və qanunvericiliyin tələblərinə uyğun fəaliyyətlə məşğul olmuşdur. Vergi orqanı tərəfindən müəssisədə aparılmış yoxlamalar nəticəsində hər hansı bir qanun pozuntusu və ya kənarlaşmanın aşkarlanmamasına baxmayaraq, müəssisədə səyyar vergi yoxlamasının aparıldığı dövrdə onun ƏDV depozit hesabından pul köçürülməsinə qadağa qoyulmuş, habelə elektron sistemdə iddiaçının əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olmasına dair əssız qeyd aparılmışdır. Əmtəəsiz maliyyə əməliyyatlarının aparılması cinayət məsuliyyətinə səbəb olduğundan, həmin fakt yalnız müvafiq m əhkəmə qərarı ilə təsdiq edildikdən sonra elektron sistemdə yerləşdirilə bilərdi. Lakin, bu barədə heç bir əsas və sübut olmadan cavabdeh vergi orqanı iddiaçını belə bir ittihamla təqsirləndirmişdir. Vergi orqanının qanunsuz hərəkətləri nəticəsində onun işgüzar nüfuzuna, həmçinin digər müəssisələr və inzibati orqanlar qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi və əldə edə biləcəyi gəlirləri itirməsi səbəbindən fəaliyyətinə ciddi ziyan dəymişdir. Cavabdehlər ərizəyə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, MXMT(81)125/2018 saylı qərardadı ilə (hakim Elçin Məmmədov) ərizə təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2 012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmənin aparılması elektron xidməti üzrə” Reqlamentdə xidmətin göstərilməsindən imtinan əsaslarının hazırkı halda mövcud olmamasına baxmayaraq, iddiaçının ƏDV depozit hesabındakı məbləğdən istifadə edə bilməməsi vergi orqanı tərəfindən məhdudiyyətin qoyulmasının sübutudur. Bundan başqa bildirilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən əmtəəsiz maliyyə əməliyyatlarının aparılması məsuliyyətə səbəb olduğundan, bununla bağlı qanuni qüvvəsini almış müvafiq məhkəmə qərarı və ya məhkəmə hökmü olmadan cavabdehin elektron sistemdə iddiaçının əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olmasına dair qeydiyyat aparması qanunsuz olm uşdur. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2-1(103)-484/2019 saylı qərardadı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər hansı məhdudiyyət qoymaq və ya hər hansı formada müdaxilə etmək səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmamış, iddiaçı isə onun ƏDV sub-uçot hesabına məhdudiyyətin cavabdeh tərəfindən qoyulduğunu bildirsə də, bu halın əsaslandırılması üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8, “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.2, 2.1, 4.2, 4.3, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1, 41.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, müvəqqəti xarakterli müdafiə tədbirinə dair əri zəsinin təmin edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayəti onların mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsində qeyd olunmuş əsasları təkrarlamış və bildirmişdir ki, qanunvericiliklə ƏDV sub-depozit hesabına müdaxilə etmək səlahiyyətinin cavabdehə verilməməsi cavabdeh tərəfindən belə bir müdaxilənin olunmasını istisna edə bilməz. İddiaçı da məhz cavabdehin səlahiyyəti olmadan qanunsuz müdaxiləsini mübahisələndirmiş və işin birinci instansiya məhkəməsindəki baxışı zamanı həmin müdaxilənin olduğunu sübuta yetirmişdir. Elektron sistemə yalnız cavabdehin müdaxiləsinin mümkün olmasına baxmayaraq, apellyasiya məh kəməsi cavabdehin qanunsuz hərəkətlərini və ya ƏDV depozit hesabına hər hansı üçüncü şəxs tərəfindən müdaxilənin edilib-edilməməsini araşdırmadan apellyasiya şikayətində göstərilmiş fərziyyələrə əsaslanaraq qərardad qəbul etmişdir. Kassasiya şikayətində sadalanan dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 10, 11, 12, 14-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayən dəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar barədə bildirilməmişdir. İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsində qeyd olunan hallara görə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ona vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci ma ddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələ təşkil edir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs izibati aktın (…) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yön əlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonar – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Bu müddəaların tələblərindən göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına yönələ bilər, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqularının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi qiymətləndirilmişdir. Həmin Məcəllənin 41-ci maddəsi xüsusi olaraq inzibati aktın icrasının dayandırılması ilə bağlı qaydaları müəyyən etmiş, Mə cəllənin 43-cü maddəsi isə digər iddia növlərinə münasibətdə müdafiə tədbirlərinin tətbiqinin əsaslarını müəyyən etmişdir. Lakin, hər iki maddələrdə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması (Məcəllənin 41.2 və 43.1.2-ci maddələri) müəyyən edilmişdir. Apellyaiya məhkəməsi hesab etmişdir ki, cavabdehin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər hansı məhdudiyyət qoymaq və ya hər hansı formada müdaxilə etmək səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmamış, iddiaçı isə onun ƏDV sub-uçot hesabına məhdudiyyətin cavabdeh tərəfindən qoyulduğunu bildirsə də, bu halın əsaslandırılması üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu mövqeyi mübahisələndirən iddiaçı bildirmişdir ki, qanunvericiliklə ƏDV subdepozit hesabına müdaxilə etmək səlahiyyətinin cavabdehə verilməməsi cavabde h tərəfindən belə bir müdaxilənin olunmasını istisna edə bilməz. İddiaçı da məhz cavabdehin səlahiyyəti olmadan qanunsuz müdaxiləsini mübahisələndirmiş və işin birinci instansiya məhkəməsindəki baxışı zamanı həmin müdaxilənin olduğunu sübuta yetirmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirilmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi): - 13.2.40-ci maddəsinə əsasən, ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; - 175.8-ci maddəsinə əsasən, ƏDV ödəyiciləri (...) tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə, (...) ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına k öçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Sonuncu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, əlavə dəyər ver gisinin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 (bundan sonra - DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı - ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bu müddəalardan aydın olur ki, vergi ödəyicisinin ƏDV üzrə iki hesabı mövcuddur: depozit hesabı və sub-uçot hesabı. Depozit hesab faktiki olaraq pul vəsaitlərin toplanmasını, əməliyyatların aparılmasını əks etdirən hesab olduğu halda, sub-uçot hesab isə hər bir vergi ödəyicisinə münasibətdə yaradılan və vergi ödəyici sinə həmin vəsaitlərlə bağlı əməliyyatların həyata keçirilməsinə imkan verən elektron proqram təminatıdır. Belə ki, ƏDV-nin sub-uçot hesabına münasibətdə istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarının 4-cü bəndinə əsasən: 4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. 4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: dövlət büdcəsinə; dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; ƏDV sub-uçot hesablarına. 4.3. Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV subuçot hesabından ƏDV məbləğini satıcının ƏDV subuçot hesa bına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları»na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə... vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış «Köçürmə əməliyyatlarının aparılması» menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən tə sdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Müddəalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesabfakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətlərin aparılmasında yalnız özü səlahiyyətlidir. Bu halda cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi əsasları qanunvericlikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatların aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyy atlarını həyata keçirə bilər. Bununla yanaşı, ƏDV depoziti hesabı ilə bağlı zamana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 65.2.3-ci maddəsində müəyyən olunmuşdur ki, vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dovlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Maddənin tələbləri onu ehtiva edir ki, vergi ödəyicisinin yalnız ƏDV üzrə vergi borcu olduqda, onun ƏDV depoziti hesabından həmin borcun tutulması ilə bağlı vergi orqanı müvafiq səlahiyyətə malikdir. Belə ki, yuxarıda istinad edilmiş Qay daların 3.1-ci hissəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri aşağıdakı hallarda dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülür: əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi üçün. Qanunvericliyin sadalanmış maddələrinin mənası ondan ibarətdir ki, vergi ödəyicisinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yaradılmış ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasında yalnız vergi ödəyicisi səlahiyyətlidir, lakin həmin hesabda çəmləşmiş məbləğlər vergi ödəyicisinin depozit hesabınd a olan məbləğləri əks etdirməlidir. Depozit hesabdan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ödəniş tapşırığına əsasən müvafiq məbləğ tutulduqda, sub-uçot hesabda olan göstəricilərdən həmin məbləğin tutulması barədə vergi ödəyicisinə məlum olmalıdır. Bu halda vergi ödəyicisi sub-uçot hesabla bağlı əməliyyatları apara bilmədiyi təqdirdə (misal üçün, müvafiq vəsaitin çatışmaması səbəbindən), həmin sub-uçot hesaba cavabdeh tərəfindən məhdudiyyətin qoyulub-qoyulmaması deyil, onun depozit hesabında olan vəsaitlərlə bağlı məsələ araşdırılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 nömrəli Qərarı ilə təsdiq edilmiş (**********0048 nömrə ilə X2 Reyestrinin qeydiyyata alınmış) “Vahid depozit hesabı vasit əsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlament”in: - 3.3.1-ci bəndinə əsasən, elektron xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: - Əlavə dəyər vergisi odəyicisi olmayan vergi ödəyiciləri; - İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa; - Dövlət büdcəsinə borcu olduğu halda digər sub-uçot hesaba ödəniş aparılmasından imtina edilir. - Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda; - 3.3.2-ci bəndinə əsasən, imtina üçün əsas olmadıqda elektron xidmət göstərilir. Müddəalardan göründüyü kimi, cavabdeh tərəfindən yalnız müvafiq hallar mövcud olduğu təqdirdə elektron xidmətdən istifadə ilə bağlı imtina edilə bilər ki, qeyd edilən hallar məhdudiyyətlə bağlı deyil, bilavasitə elektron sistemdə aparılan əməliyyatlarla bağlıdır. Yəni qeyd edilmiş hallarda cavabdeh tərəfindən sub-uçot hesaba hər hansı bir məhdudiyyət qoyulmur, lakin proqram təminatından istifadə edilməklə cavabdeh informasiya texnologiyları vasitəsilə vergi ödəyicinə sub-uçot hesabdan istifadə edilməsindən imtina edilə bilər. Belə ki, iddiaçının dövlət büdcəsinə borcu olduğu halda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış onun səhifəsindən digər sub-uçot hesaba ödənişlərin aparılmasından sistem tərəfindən imtina edilir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə iclas protokolundan göründüyü kimi, iddiaçı əyani şəkildə vergi ödəyicisinin cavabdehin İn ternet Vergi İdarəsi Portalı vasitəsilə yaradılmış elektron xidmətdən istifadə edə bilməməsini nümayiş etdirmişdir. Qeyd edilən halda məhkəmə kollegiyası iddiaçının sübutların təqdim edilməsi ilə bağlı dəlilini əsaslı hesab edir və bu hissədə apellyasiya məhkəməsinin qərardadında birinci instansiya məhkəməsinin qərardadı ilə müəyyən edilmiş hallara qiymətin verilməməsini prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı kimi qiymətləndirir. Aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyadı hesab edir ki, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməklə, məsələyə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir. Yeni apellyasiya baxışı zamanı iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin qeyri-mümkünlüyünün nədən ibarət olması araşdırılmalı, iddiaçının ƏDV de pozit hesabı ilə bağlı cavabdeh tərəfindən hansı hərəkətlərin aparılıb-aparılmadığı müəyyən edilməli, onun vergi öhdəliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlərin aparılması müəyyən edilmədiyi halda, iddiaçının sub-uçot hesabdan istfadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığı aydınlaşdırılmalıdır. Sonuncu hal müəyyən edildiyi təqdirdə proqram təminatından istifadəyə dair imtinanın əsasları yuxarıda istinad edilmiş elektron xidməti üzrə inzibati reqlamentə uyğun olaraq araşdırılmalıdır. Nəticəsindən asılı olaraq iddiaçnın xahiş etdiyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə ba ğlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı Ərizəçi MMC-nin direktoru XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2-1(103)-484/2019 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1816/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1816/2019
27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver