Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1816/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13rşı iş üzrə QƏRARİ Açar sözlər: torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən yeni çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X7 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X14, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X16 vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 (bundan sonra cavabdeh) qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-235/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı, X5 ilə xx xxxxxx 1989-cu il tarixdə nikaha daxil olmuş və Əlimuradova soyadını qəbul etmişdir.
2. İddiaçının mərhum əri X2 şəhəri, keçmiş Y.T.T. sovxozunun köhnə fermasının ərazisində 6022 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 125,8 kv.m olan yem sexi binasını A.N.Vahabovadan almışdır.
3. Quba rayonu Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 68/4 saylı qərarına əsasən Quba Y.T.T. ərazisində yerləşən 0,62 hektar torpaq sahəsi X1 və JN-10xx xxx 30301004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Quba Y.T.T. ərazisində yerləşən Quba rayonu Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 68/4 saylı qərarı ilə verilmiş 0,62 hektar torpaq sahəsi X3 adına qeydə alınmışdır.
4. X5 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. 5. 15 nömrəli vərəsəlik işinə əsasən iddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsəsidir.
6. İddiaçı mərhum ərinə məxsus JN-1097 saylı (kod 30301004) “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” ilə Quba şə hərində 0,62 hektar torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir.
7. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli məktubla iddiaçının ərizəsinin icrasından imtina etmiş və imtinanın əsası kimi mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə edilmiş JN-1097 (kod 30301004) saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı X18 təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmadığı və Ərazi İdarəsinin elektron kadastr xəritə materiallarında öz əksini tapmadığı, sənəd üzrə torpaq sahəsi 0.62 ha olmasına baxmayaraq, faktiki yerində torpaq sahəsinin 0.5820 ha ölçüdə öz əksini tapdı ğı, bundan əlavə, torpaq sahəsi üzərində digər şəxsə məxsus yarımçıq tikilinin mövcud olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının mərhum ərinə məxsus JN-1097 saylı (kod 30301004) “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” ilə Quba şəhərində 0,62 hektar torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri xx xxxxxx 2017-ci ildə vəfat etmi şdir. Mərhum ərinin mülkiyyətində JN-10xx xxx 30301004 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı“ ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi mövcud olmuşdur. Torpaq sahəsinə iddiaçının əri 2006-cı ildən heç bir etiraz olmadan sahiblik etmiş və qeyd edilən torpaq sahəsi istifadəsində olmuşdur. Qeyd edilən sahəyə dair çıxarış almaq üçün iddiaçı ərinin varisi kimi xx.xx.2019-cu ildə cavabdehə müraciət etmiş, müraciəti cavabdeh tərəfindən araşdırılmış və iddiaçıya torpaq sahəsinə dair çıxarış verilməsindən imtina edilmişdir. Cavabdehin bu hərəkəti qanunsuzdur və müvafiq sənədin verilməsindən imtina iddiaçının hüquqlarını pozur.
10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Quba şəhəri ərazisində yerləşən mərhum ərinə məxsus 0.62 ha torpaq sahəsinə mülkiyyət hüquqla rının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə edilmiş JN-1097 (kod 30301004) saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı X18 təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış və Ərazi İdarəsinin elektron kadastr xəritə materiallarında öz əksini tapmamışdır. Sənəd üzrə torpaq sahəsi 0.62 ha olmasına baxmayaraq, faktiki yerində azalma mövcuddur və torpaq sahəsi 0.5820 ha ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, torpaq sahəsi üzərində digər şəxsə məxsus yarımçıq tikili mövcuddur. Göründüyü kimi, iddia ərizəsində göstərilən daşınmaz əmlak cavabdehin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır.
11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim X9, 2-1(85)-1784/2019 saylı iş) iddia təmin edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsin in, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Quba şəhəri ərazisində yerləşən, JN-10xx xxx 30301004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə 0,62 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda iddia təmin edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazınd a sənəd üzrə torpaq sahəsinin 0.62 ha olmasına baxmayaraq, faktiki yerində azalma mövcud olması və torpaq sahəsinin 0.5820 ha ölçüdə öz əksini tapmasını, torpaq sahəsi üzərində digər şəxsə məxsus yarımçıq tikilinin mövcud olmasını qeyd etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən tikilinin məxsus olduğu şəxsin kimliyi barədə məlumatın və onun həmin tikiliyə dair sənədlərinin məhkəməyə təqdim edilməsinə dair sorğu göndərilsə də, cavabdeh tərəfindən məhkəməyə hər hansı məlumat təqdim edilməmişdir. Bu hal da cavabdehin iddia ərizəsinə etirazında gətirdiyi dəlillərin formal mülahizələrə əsaslandığını təsdiq edir. Bundan əlavə, hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini t apmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir.
13. Qərardan narazı qalan cavabdeh şikayət verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X10məruzəçi, X6 və X8; 2-1(105)-235/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehin apelyasiya şikayətini təmin etməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
15. Cavabdeh həmin qərardan kasasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
16. Kasasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kasasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
19. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış döv lət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sə rəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarın ı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir.
25. Cavabdeh şikayətinin dəlili kimi bildirmişdir ki, iddiaçının istinad etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” onlara təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında qeydiyyata alınmamış, idarənin elektron kadastr xəritə materiallarında əksini tapmamış, sənəd üzrə 0,62 ha olmasına baxmayaraq faktiki torpaq sahəsi 0,5820 ha ölçüdə olmuş və digər şəxsə məxsus yarımçıq tikili mövcud olmuşdur.
26. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. Cavabdeh iddiaçı nın istinad etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”nın onlara təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında qeydiyyata alınmadığını, idarənin elektron kadastr xəritə materiallarında əksini tapmadığını bildirsə də, iddiaçının vəkilinə göndərdiyi xx xxx 2019-cu il tarixli məktubunda dövlət aktının surətinin iddiaçıya göndərilməsini, məktuba qoşmada 4 vərəq yazılmasını bildirmiş, özündə olan JN-1097 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını iddiaçının vəkilinə göndərmişdir.
28. JN-1097 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun verilməsinə əsas kimi Quba rayonu Quba Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 68/4 saylı qərarı ilə satıldığı qeyd edilmiş, 0,62 ha torpaq sahəsinin iddiaçının ərinə satılmasına dair bələdiyyənin xx xxxxxx 2005-ci il tarixli qərarı işə əlavə edilmişdir. Qərardan görünür ki, bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız 0,62 ha torpaq sahəsinin iddiaçının ərinə satılması qərara alınmışdır.
29. JN-1097 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 2006-cı ilin may ayında dövlət qeydiyyatına alınmışdır.
30. Qanuna görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların qeydiyyat orqanı tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından 2006-cı ilin may ayında dövlət qeydiyyatına alınmış Dövlət Aktı əsasında torpaq sahəsinə dair hüququn qeydə alınmasından imtina etməkdə cavabdeh haqlı olmamışdır.
31. Cavabdeh torpaq sahəsinin 0,62 ha deyil, 058 ha olduğunu bildirmiş, etirazının dəlili kimi hər hansı sübut təqdim etməmişdir.
32. Cavabdeh həmçinin torpaq sahəsində yarımçıq tikilinin olduğunu bildirib torpaq sahəsinə dair hüququn qeydə alınmasından imtina etmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə torpaq sahəsi ilə bağlı olduğundan, iddia tələbi tikiliyə hüququn qeydə alınması ilə bağlı olmadığından tikilinin mövcudluğu torpaq sahəsinə hüququn qeydə alınmasına mane ola bilməz.
34. Hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur.
35. Apelyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, JN-1097 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən 0,62 ha torpaq sahəsinə hüququn cavabdeh tərəfindən qeydə alınmasından imtina üçün Qanunda nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmamışdır.
36. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.
37. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
38. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
39. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-235/2020 saylı, xx xxxx 2020-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.