Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1816/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 (təvəllüdü: xx.xx.1960-ci il; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsu si Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(103)1816/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 0634134 nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmiş, həmçinin xx.xx.2010-cu il tarixdən öz təşəbbüsü ilə işdən azad edilmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışa əsa sən, iddiaçı “pensiya” altsisteminə əsasən, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 2-ci dərəcə əlilliyə görə 259,78 manat əmək pensiyası almışdır. Təyinatın başlama tarixi: xx.xx.2016-cı il, təyinatın bitmə tarixi: xx.xx.2021. 3. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş arayışa əsasən O, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixinədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№-li siyahısının Vİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq ftorlu alüminium sexində köməkçi fəhlə vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq ed ilmiş 2 №-li Siyahısının XXVİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq ftorlu alüminium sexində kimyəvi analiz üzrə laborant işləmişdir. 4. "xxxx" ASC tərəfindən iddiaçıya aşağıdakı arayış verilmişdir: - xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının İİİ bölməsinin 3 “a” bəndində göstərilmiş istehsalatlara uyğun olaraq yayma istehsalı koduna uyğun 1072103a -16350 əlvan metalların yandırıcıları peşəsi üzrə işləmiş; - xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısının İV bölməsinin 4 “a” bəndində göstərilmiş istehsalatlara uyğun olaraq soyuq metalın yaymaçıları koduna uyğun 2092303a-11357 soyuq metalın yaymaçıları peşəsi üzrə işləmiş; - xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li siyahısının İV bölməsinin 4 ”a” bəndində göstərilmiş istehsalatlara uyğun olaraq soyuq metalın yaymaçıları koduna uyğun 2092303a-11357 soyuq metalın yaymaçıları peşəsi üzrə işləmiş; - Əlipənahova (İsmayılova) Aybəniz Nəriman qızı "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat Sahəsində aşağıdakı göstərilən tarixlərdə (xx.xx.1994 - xx.xx.1995dək; xx.xx.1996 - xx.xx.2010-cu il tarixədək) ödənişsiz məzuniyyətlərdə olmuşdur.
5. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş dir. Cavabdeh 27 oktyabr 2021-ci il tarixli, **********2 nömrəli imtina məktubu ilə bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1986xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Sumqayıt Alüminium” İstehsalat Birliyində işlədiyi qeyd olunmuşdur. Həmin müəssisəyə dair xx.xx.2021-ci il tarixli 12 nömrəli arayışında xx.xx.1994 - xx.xx.1995-ci il və xx.xx.1996 - xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 15 il 8 ay 22 gün) ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dö vrləri onun iş stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 20 ildən az (14 il 2 ay 29 gün (xx.xx.1979 04.11,1986-cı il, xx.xx.1986 – xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Bundan b aşqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 31.066,30 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 10.856,42 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın üzərinə ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edi lməsini xahiş etmişdir.
7. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı ilə kimi 20 ildən artıq ümumi staja və 10 ildən artıq güzəştli iş stajına malikdir. İmtiyazlı iş stajı barədə arayışları və əmək kitabçasının surətini ərizəsinə əlavə etmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunun tələblərinə uyğun pensiya hüququ vardır. 06 mart 2007-ci il tarixinədək qüvvədə olan olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyy ən edilmiş 10 ildən çox zərərli işlərdə işləyib. Onun “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənə kimi on ildən artıq zərərli və ağır sahələrdə işçi kimi güzəştli iş stajı, iyirmi ildən artıq ümumi iş stajı var. Belə ki, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. 3 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə mənim 50 yaş+2 yaş =52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. O, 07 aprel 2021-ci ilə kimi əliliyə görə pensiya alıb. Əlliliyə görə xx.xx.2021-ci ilədək pensiya aldığına görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı müraciət etməyib.
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
9. Bakı İnzibati Məhkəməsi 7 fevral 2022-ci il tarixli, 2-1(112)-4059/2022 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilərək iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanuna istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmə hüququ (q anunun 34-cü maddəsi) iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməklə təmin edilir (qanunun 31.2-ci maddəsi). Bu səbəbdən əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçmə hüququ təmin edilməli, iddiaçının xx.xx.2021-ci il tarixə kimi əlilliyə görə pensiya aldığı nəzərə alınmalı (öz arzusu ilə əlilliyə görə pensiya təyin edildiyi) və iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsinə dair inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etdiyi (həmin tarixədək yaşa görə pensiya təyinatı ilə bağlı müraciəti olmamışdır) nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən təyin olunmalıdır.
11. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbi nin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(103)-1816/2022 nömrəli qərarı ilə (hakimlər: A.S.Hüseynov – sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) birinci instansiya məhkəməsinin 7 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti mahiyyətcə, imtina məktubu və apellyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 9.1, 21.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq i cra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyə n edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.
18. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: qadınlar- qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddə tin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa....
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” 1080A010 — fosfor, fosfor turşuları, onların törəmələri; bütün siniflərin freonları; frigitlər; ftor, onun birləşmələri; ftorxlor üzvü birləşmələr; kimyəvi preparatlar: rezin, kauçuk, kənd təsərrüfatı, bağçılıq, tibbi preparatlar, benzinlər, sürtkü yağı, toz ilə mübarizədə transformator yağı, flotoreagentlər, plastik kütlələr, süni liflər, rəngli, ağ-qara rəngli kinofoto lenti üçün, kino foto sənayesi üçün kağız; bitkilərin, zəhərlərin, qorxudan vasitələr, kimyəvi maddələr, onların əsasında alınan preparatlar; kimya uducular; xlor, onun birləşmələri; xlorvinil, onun polimerləri; polimer kimiləri; sellozolvlar; sian, rodan birləşmələri; sianatlar, diizosianatlar, onların törəmələri; ekstralin; element üzvi birləşmələr; emallar, qiymətli metallardan preparatlar; piy qarışıqlarının həlməşik məhlulları, onların yumşaldıcıları, etil mayesi; zəhərli kimyəvi preparatlar; 1072103a-16350 — əlvan metalların yandırıcıları
20. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad e tdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsi n tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icra at çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericil iyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin hazırkı qərarın 17-19-cu bəndlərində istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəm əsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranması üçün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə gö rə 1 yanvar 2006-cı ilədək 15 il ümumi staja, 7 il 6 ay güzəştli staja malik olmalıdır.
28. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadan 11 dekabr 1979-04 noyabr 1986, 21 noyabr 1986-27 mart 1994, 30 noyabr 1995-07 noyabr 1996-cı illər üzrə ümumi staj 15 ildən çoxdur. Yəni 1 yanvar 2006-cı il tarixə qədər iddiaçı qanunda nəzərdə tutulan 15 il ümumi staja malik olmuşdur.
29. Bundan başqa, iddiaçının ödənişsiz məzuniyyətdə olmadığı 21 noyabr 1986-09 fevral 1988, 9 fevral 1988-27 mart 1994 və 1 dekabr 1995-07 yanvar 1996-cı illərdə 1 nömrəli Siyahı üzrə 7 il 6 aydan çox əlvan metalların yandırıcısı peşəsində işləmiş və qanunda nəzərdə tutulan (1 yanvar 2006-cı il tarixə qədər) güzəştli staja malik olmuşdur.
30. Beləkilə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinin tələbləri-15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər iddiaçıya münasibətdə mövcud olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 21(103)-1816/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.