Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1816/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 62 yaşdan təyin edilməsi; qazma qurğularının motorçusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1958; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əm ək pensiyasının” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(106)-148/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələri ndə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 7 gün (xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Yəni cavabdeh inzibati orqan iddiaçının Mo mentum Engineering” şirkətində və “X1” MMC-də işlədiyi xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasında dövrü ümumi stajına daxil etsə də, qeyd olunan dövr üzrə güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını Mərkəzi filiala təqdim etmədiyindən həmin dövrü ona güzəştli iş stajı hesablanarkən nəzərə almamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona 62 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdd iaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 1979-1992-ci illərdə Ş.İ.Xətai adına kolxozda mexanizator, 1993-1995-ci illərdə Ziya kəndli fermer təsərrüfatında mexanizator, 1995-1997-ci illərdə Xətai adına kolxozda mexanik, 1999-2000-ci illərdə fəhlə işləmişdir. xx.xx.2006-cı ildən xx.xx.2008-ci il tarixə qədər “Momentum Engineering” şirkətində 6 saylı buruqda mexanik, xx.xx.2008-xx.xx.2009-cu illərdə “X1” MMC-də qazma qurğusunun motorçusu, xx.xx.2009-cu ildən isə SOCAR-da qazma qurğusunun motorçusu vəzifəsində işləmişdir. İşlədiyi vəzifələrdən xx.xx.2006-cı ildən xx.xx.2008-ci il tarixə qədər “Momentum Engineering” şirk ətində 6 saylı buruqda mexanik və qazma qurğusunun motorçusu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarının təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinin və göstəricilərin” siyahısında öz əksini tapmışdır. Onun xx.xx.2006-cı ildən xx.xx.2008-ci il tarixə qədər “Momentum Engineering” şirkətində 6 saylı buruqda mexanik, xx.xx.2008-xx.xx.2009-cu illərdə “X1” MMCdə qazma qurğusunun motorçusu işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, cavabdeh təşkilat nədənsə həmin illəri iş stajı kimi qəbul etməmişdir. Cavabdehin etirazları:
5. Cavabdehin etirazının dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şirvan İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(120)-173/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 62 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixədək güzəştli iş stajı (xx.xx.2008-xx.xx.2009-cu illərdə “X1” MMC-də işlədiyi və xx.xx.2009xx.xx.2020-ci il tarixləri arasındakı mübahisəsiz dövr = 12 il 07 ay 21 gün) 12 il 06 aydan çox təşkil edir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2022-ci il tarixli, 21(106)-148/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(120)-173/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. b) kassasiya şik ayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hiss əsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinin və göstəricilərin” siyahısı”
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) qazma qurğularının motorçuları
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
20. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
22. Cavabdehin mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat iddiaçının müvafiq güzəştli iş stajının 12 il 6 aydan az - 11 il 9 ay 7 gün olmasıdır (xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər). Belə ki, cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının xx.xx.2008-xx.xx.2009-cu illərdə “X1” MMCdə qazma qurğusunun motorçusu vəzif əsində işlədiyi müddət qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçının güzəştli iş stajına əlavə edilmişdir.
23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, iddiaçı xx.xx.2008-xx.xx.2009-cu illərdə “X1” MMC-də qazma qurğusunun motorçusu vəzifəsində işlədiyi dövrlərlə bağlı “güzəştli iş stajına dair işəgötürənin arayışını” təqdim edə bilməsə də həmin dövrlərdə işlədiyi “qazma qurğusunun motorçusu” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.1.Qazma altbölməsini n a) fəhlələr bəndinin 10-cu sırasındakı qazma qurğularının motorçuları peşəsinə aid edildiyindən və bu peşə Siyahıda aşkar və aydın olaraq göstərildiyindən, iddiaçının həmin peşə üzrə iş müddəti mübahisələndirilməli deyil.
24. Cavabdeh tərəfindən iddiaçının pensiya hüququnun yarandığı tarix, ümumi iş stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı mübahisələndirilməmişdir.
25. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən o, hazırkı məzmunda tələb irəli sürməkdə haqlı olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2022-ci il tarixli, 21(106)-148/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.