Məhkəmə qərarları › İş №2-1(102)-1816/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1816/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1816/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; maşinist köməkçisi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-75/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2. “Bozdağ” müəssisəsi tərəfindən verilmiş 02/02 nömrəli, xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixdə “Bozdağ” müəssisəsinin dağmədən sahəsinə daşkəsən maşına maşinist köməkçisi qəbul edilmişdir (müəssisə üzrə 05/k xx.xx.1998-ci il tarixli əmr) xx.xx.1999-cu il tarixdə həmin dağ-mədən sahəsinə daşkəsən maşına maşinist təyin edilərək (müəssisə üzrə 10/k xx.xx.1999-cu il tarixli əmr) xx.xx.2005-ci il tarixədək həmin işdə işləmişdir (müəssisə üzrə 02/k xx.xx.2005-ci il tarixli əmr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” haqqında 12 sa ylı xx.xx.2007-ci il tarixli qərarının “dağ-mədən işləri” bölümünün 1.2.1 bəndinə əsasən, daşkəsən maşinisti güzəştli şərtlə pensiyaya çıxmaq hüququna malikdir.

3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla iddiaçının güzəştli iş stajının olmamasını əsas gətirərək imtina vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçının tələbi hazırk ı qərarın 1-3-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.

6. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdə xx.xx.1983 - xx.xx.1989-cu il və xx.xx.1990xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də özüboşaldan maşının sürücüsü vəzifəsində işlədiyi qeyd olunmuş, lakin sənədlərdə onun işlədiyi sahənin siyahıda nəzərdə tutulan tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə, dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər sahəsinə və ya texnoloji prosesdə dağ-mədən kütləsinin nəqli sahəsinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən, iddiaçının güz əştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, l/İT-l ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1998 - xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Bozdağ” müəssisəsində maşinist köməkçisi işlədiyi qeyd olunmuşdur. Lakin adıçəkilən müəsissə tərəfindən işdən çıxma möhürü ilə təsdiqlənmədiyinə görə həmin dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Bu səbəbdən, iddiaçının ümumi iş stajı 25 ildən az (17 il 11 ay 7 gün (xx.xx.1979 - xx.xx.1980ci il, xx.xx.1980 - xx.xx.1982-ci, xx.xx.1982 - xx.xx.1989-cu il, xx.xx.1990 - xx.xx.1998-ci il, xx.xx.2020 - xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Digər bir məsələ ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum mə bləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14953,82 manat təşkil edir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi vəzifələrdən heç biri siyahıda öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli stajı yoxdur.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 13 iyun 2023-cü il tarixli, 2-1(118)-1284/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə hə valə edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahına uyğun olaraq, o, ümumilikdə 13 ildən çox güzəştli iş stajına malikdir. Eyni zamanda, onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi müddət 25 ildən çoxdur. xx.xx.2022-ci ildə qanunda edilmiş dəyişikliyə əsasən iddiaçı pensiya təminatı hüququnu qazanmış olur. Belə olan halda, qanunvericilik normasının təhlilindən göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının t əyin edilməsində hər hansı bir maneə mövcüd deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təmina t sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr, əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməy ə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və G.İ.Cabbarova) 16 fevral 2024-cü il tarixli, 2-1(105)-75/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq bildirmişdir ki, iş materiallarına əlavə olunmuş Dövlət Arxivi tərəfin dən verilmiş şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalımasına dair 126 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən, iddiaçı xx.xx.1983-xx.xx.1989-cu il və xx.xx.1990-xx.xx.1998-ci il tarixlərdə "xxxx" ASC-də özüboşaldan maşının sürücüsü vəzifəsində işləmişdir.

13. Məhkəmə kollegiyası tərəfindən 126 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışının verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı Dövlət Arxivinə sorğu verilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə Azərbaycan Daşkəsən Filiz saflaşdırma Kombinatının xx.xx.1983-cü il tarixli, xx.xx.1989-cu il tarixli, xx.xx.1990-cı il tarixli, xx.xx.1998-ci il tarixli əmrləri məhkəməyə təqdim olunmuş və həmin əmrlərdə şəxsi heyətin siyahısında iddiaçının adı da qeyd olunmuşdur.

14. Məhkəmə sorğsuna əsasən "xxxx" QSC-dan daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda isə qeyd olunmuşdur ki, “...Özüboşaldan maşının sürücüsü vəzifəsi istər artıq qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarına 1 nömrəli əlavə olan “Yeraltı İşlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında, istərsə də hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələ rin və göstəricilərin Siyahısfnda nəzərdə tutulmuşdur...Özüboşaldan maşının sürücüsü vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququna malik olan sahəyə aiddir.”

15. Bundan əlavə, cavabdeh tərəfindən də iddiaçının mübahisələndirilməyən sığorta stajı 17 il 11 ay 7 gün təşkil edir. “Bozdağ” müəssisəsi tərəfindən verilmiş 02/02 nömrəli, xx.xx.2023-cü il tarixli arayışla müəyyən olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixində “Bozdağ” müəssisəsinin dağ-mədən sahəsinə daşkəsən maşına maşinist köməkçisi qəbul edilmişdir.(müəssisə üzrə 05/k xx.xx.1998-ci il tarixli əmr) xx.xx.1999-cu il tarixdə həmin dağ-mədən sahəsinə daşkəsən maşına maşinist təyin edilərək (müəssisə üzrə 10/k xx.xx.1999-cu il tarixli əmr) xx.xx.2005-ci ilə kimi həmin işdə işləmişdir (müəssisə üzrə 02 /k xx.xx.2005-ci il tarixli əmr). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” haqqında 12 saylı xx.xx.2007-ci il tarixli qərarının “dağ-mədən işləri” bölümünün 1.2.1 bəndinə əsasən, daşkəsən maşinisti güzəştli şərtlə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçının həmin müəssisədə işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə o, qanunvericiliklə tələb olunan 25 il ümumi sosial sığorta stajını toplamış olduğundan, hazırkı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

16. Eyni zamanda, iddia tələbindən də göründüyü kimi, iddiaçı ilk öncə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. 29 iyun 2022-c i il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliklə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” tələbi aradan qalxmışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən maddi hüquq normasının tələbini nəzərə almadan iddianı təmin etmişdir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiyan məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməli, apellyasiya şikayəti isə təmin edilməməlidir.

17. Cavab deh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı yazılı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla n əzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin e dilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalı şmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. …

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəq il şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəll ənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisəl əndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə r ədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçin in mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması, həmin tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajının olması aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsasl anmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-75/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar