Məhkəmə qərarları › İş №2-1(102)-1817/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1817/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1817/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı onun 1983-cü ilin aprel ayından 1989cu ilin yanvar ayınadək “Avtovağzallar Birliyi”ndə mühəndis və nəzarətçi, 05.01.1997-ci il tarixdən 08.08.2003-cü il tarixədək “xxxx” MMM-də sürücü vəzifəsində işləməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 28.04.2017-ci il tarixdən, 63 yaşı tamam olan vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-458/2019 saylı iş üzrə 20.02.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keç irir. Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamenti tərəfindən verilmiş Q-926(x) 16.08.2011-ci il tarixli arxiv arayışına əsasən departamentin arxivində saxlanılan keçmiş Avtomobil Nəqliyyatı Nazirliyinin Avtovağzallar Birliyinin arxiv sənədlərini yoxlayarkən müəyyən olunmuşdur ki, İddiaçı 1983-cü ilin aprel ayından 1989-cu ilin yanvar ayınadək Avtovağzallar Birliyində mühəndis və nəzarətçi vəzifələrində işləmişdir. Əsas: Avtovağzallar Birliyinin 01 aprel 1983-cü il tarixli 11 ş/h və 09 noyabr 1988-ci il tarixli 211 ş/h nömrəli əmrləri. İddiaçı 05.01.1997-ci il tarixdən - 08.08.2003-cü il tarixədək “xxxx MMM” müəssisəsində sürücü vəzifəsində işləmişdir. DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 18.10.2018-ci il tarixli, 14/4614 saylı imtina məktubuna əsasən i ddiaçının pensiya təyin olunması barədə ərizəsinə cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ olduğu, təqdim edilən sənədlərə əsasən onun tələb olunan sığorta stajı öz təsdiqini tapmadığı üçün əmək pensiya hüququnun yaranmadığı əsası ilə imtina olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxx 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Sonradan 1983-cü ilin aprel ayından 1989-cu ilin yanvar ayınadək “Avtovağzallar Birliyi”ndə mühəndis və nəzarətçi vəzifələrində işləmişdir. 1997-ci ildən 2003-cü il tarixədək “xxxx MMC”-də sürücü vəzifəsində işləmişdir. O, yaşa gö rə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, onun 1983-2003-cü ilədək işlədiyi dövr əmək stajı kimi qəbul edilməmiş, 14/640 saylı 06.11.2017-ci il tarixli məktubla bildirilmişdir ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan əmək stajının olması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada sənəd təqdim etmədiyinə görə onun əmək pensiyası hüququnu təmin etmək mümkün deyil. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı onun 1983-cü ilin aprel ayından 1989cu ilin yanvar ayınadək “Avtovağzallar Birliyi”ndə mühəndis və nəzarətçi, 1997-ci il tarixdən 2003cü il tar ixədək “xxxx” MMM-də sürücü vəzifəsində işləməsi və əmək stajının mövcudluğunun müəyyən olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək onun 1983-cü ilin aprel ayından 1989-cu ilin yanvar ayınadək “Avtovağzallar Birliyi”ndə mühəndis və nəzarətçi, 05.01.1997-ci il tarixdən 08.08.2003-cü il tarixədək “xxxx” MMM-də sürücü vəzifəsində işləməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 28.04.2017-ci il tarixdən, 63 yaşı tamam olan vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 04.12.2018 -ci il tarixli iş № 2-1(81)-4611/2018, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04.12.2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 20.02.2019-cu il tarixli iş № 2-1(103)-458/2019 (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 04.12.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin ka sasiya şikayəti onunla əsaslandırılmışdır ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ olduğu, təqdim edilən sənədlərə əsasən tələb olunan sığorta stajı öz təsdiqini tapmadığı üçün tərəflərindən əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən diqqətlə araşdırılmamış, məhkəmə göstərilənləri nəzərə almamış və iddiaçının iddiasını təmin etməklə maddi hüquq normalarını pozmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2-1(103)458/2019 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 20.02.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişi lərin azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ olduğu, təqdim edilən sənədlərə əsasən tələb olunan sığorta stajı öz təsdiqini tapmadığı üçün tərəflərindən əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən diqqətlə araşdırılmamış, məhkəmə göstərilənləri nəzərə almamış və iddiaçının iddiasını təmin etməklə maddi hüquq normalarını pozmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadın ların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2011-ci ilin yanvar ayının 1-dən kişilərin yaş həddi 63 yaş olmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasının təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının əmək kitabçasından və işə əlavə edilmiş arxiv arayışından görünür ki, o Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsi ilə tələb olunan 12 ildən çox sosial sığorta stajına malikdir və hazırda iddiaçı pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə mürac iət etmiş, cavabdeh isə 18.10.2018-ci il tarixli 14/4614 saylı məktubu ilə iddiaçının tələb olunan sığorta stajı öz təsdiqini tapmadığı üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci yarımbəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Pensiya işində olan DSMF-nin Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş Departamentinin 19.10.2017-ci il tarixli 88/03/18-10416 saylı məktubda “xxxx” MMC-nin (Q/N 1401538; VÖEN 1********) 05.01.1997-ci ildən 08.08.2003-cü ilədək hesablanıb ödənilmiş sosial-sığorta haqlarının dinamikası göstərilmişdir. Həmin məktubdan görünür ki, “xxxx MMM”-nin hesabatları üzrə 1997-2001-ci, 01.01.200230.06.2002-ci illər üçün sosial sığorta haqlarının hesablanması, ödənilməsi göstərilsə də, sosial sığorta haqqı üzrə ödəniş yalnız 1998-ci ildə 100 manat məbləğində olub. Məktubun “qeyd” hissəsində 2002-ci ilin 3-cü və 4-cü rübləri üzrə və 2003-cü ilin DSMF hesabatları sığortaedənin iş qovluğunda aşkar edilmədiyi göstərilmişdir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, işəgötürən tərəfindən sosial sığorta haqlarının ödənilməməsi iddiaçının təqsi ri kimi qiymətləndirilə və onun pensiya məsələsinə təsir edə bilməz, çünki “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 8.10-cu maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Fondun vəzifəsidir. Eyni zamanda 18 fevral 1997-ci il tarixdə qəbul edilmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığortalarını bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə məcburi dövlət sosial sığortası sahəsində idarəet məni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən mü vafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır. İş materiallarından göründüyü kimi, iddiaçının 14.11.1973-cü il tarixdən 03.12.1975-ci il tarixədək (2 il, 19 gün) keçmiş Sovet Ordusu sıralarında xidmət etdiyi, 1983-cü ilin aprel ayından 1989-cu ilin yanvar ayınadək (5 il, 9 ay), 05.01.1997-ci il tarixdən - 08.08.2003-cü il tarixədək (6 il, 7 ay, 3 gün), cəmi 14 il 4 ay 21 gün işləməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla, qanunla tələb olunan 12 ildən çox sosial sığorta stajına malik olduğundan ona 28.04.2017-ci il tarixdən, 63 yaşı tamam olan vaxtdan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi və ya ödənilməsi gecikdirildikdə yaranmış borcun məbləğlərinin alınması qaydasını müəyyən etmiş və bu qaydanın həyata keçirilməsi məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tət biq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 20.02.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.02.2019-cu il tarixli 21(103)-458/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar