Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1817/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən reyestrdə qeydin aparılması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbay can Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:02xx xxx 30103028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)313/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qusar rayonu Avaranqışlaq Bələdiyyəsinin xx xxxxxx 2004-cu il tarixli 09 saylı qərarına əsasən Qusar rayonu Avaranqışlaq Bələdiyyəsinin ərazisindən bələdiyyənin ehtiyat fondunun 30 hektar torpaq sahəsi kənd t əsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçıya satılmışdır.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********54 saylı imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçıya məxsus JN-02xx xxx 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı 5 saylı X3 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X4 təhvil verilmiş Dövlət aktlarının qeydiyyat kitablarında öz əksini tapmadığından iddiaçının müraciətinin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt İnzibat i Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:02xx xxx 30103028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu Avaranqışlaq Bələdiyyəsinin xx xxxxxx 2004-cu il tarixli 09 saylı qərarına əsasən Qusar rayonu Avaranqışlaq bələdiyyəsinin ərazisindən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqlarından kənd təsərrüfatına az yararlı olan 30 hektar to rpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ona satılmışdır. Onun torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Mülkiyyətində olan torpaq sahəsini aldığı ildən, yəni 2004-cu ildən bu günə qədər hər il kənd təsərrüfatı məhsulları (buğda, arpa və s.) əkir. Hazırda isə torpaq sahəsini icarəyə vermək istədikdə ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN:02xx xxx 30103028 saylı Dövlət Aktı elektron bazada və qeydiyyat kitabında yoxdur. Belə ki, o, ilkin hüquqmüəyyənedici sənədlərin əsillərini cavabdehə təqdim etməsinə baxmayaraq onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etmişlər. Halbuki, bu məsələdə onun təqsiri yoxdur. Belə ki, o, 2004cu ildə bələdiyyəyə müraciət edərək torpaq sahəsini almış və Torpaqayırma sənədləri bələdiyyə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində tərtib olunaraq onun mülkiyyətinə dair dövlət aktı verilmişdir. Hazırda isə həmin sənədin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron bazada və qeydiyyat kitabında olmaması onun təqsiri deyil. Cavabdehin imtina dəlilləri qanunvericiliyə görə torpaq sahələri üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Ona görə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə, iddia ərizəs ində göstərilənlər elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.
7. Mübahisələndirilən JN-02xx xxx 30103028 saylı Dövlət Aktı ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdehə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Bununla bağlı iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünv an Reyestri Xidməti üçüncü şəxs qismində cəlb edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-637/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş xx xxxx 2006-cı il tarixli JN:02xx xxx 30103028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qusar rayonu Avaranqışlaq bələdiyyəsi ərazisində yerləşən 30 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsa sları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən ve rilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Qusar rayonu Samur bələdiyyəsi ərazisində yerləşən, JN:02xx xxx 30103028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 30 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılmışdır. Hansı sa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-313/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏ LİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisə predmeti olan Dövlət Aktı ilə ayrılan sahə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan Torpaq Məcəlləsinin 53.3 və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən yalnız icarəyə verilə bilər, alqı-satqının predmeti ola bilməz. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkə mə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınma z əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya q ismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası cavabdehin kassasiya dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuş və kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
22. İşin apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi Avaranqışlaq Bələdiyyəsinin ehtiyat fondunun kənd təsərrüfatına yararsız torpaqlarından iddiaçıya 30 ha torpaq sahəsinin ayrılmasını məqsədə müvafiq hesab etmiş, Qusar rayonu Avaranqışlaq qəsəbəsində bələdiyyənin ehtiyat fondunun alqısatqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən 30 hektar torpaq sahəsinin iddiaçıya satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınaraq Qusar rayonu Avaranqışlaq bələd iyyəsinin xx xxxxxx 2004-cu il tarixli 09 saylı qərarına əsasən 30 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçıya ayrılmış, xx.xx.2004-cü il tarixdə “Torpaqların alqı-satqısına dair” Akt tərtib edilmiş, xx.xx.2006cı ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN:02xx xxx 30103028 saylı Dövlət Aktı verilmişdir.
23. Torpağa mülkiyyət hüququna dair dövlət aktı qeydiyyat kitabında xx xxxx 2006-cı il tarixdə 056 nömrə ilə DT və XK-nın Qusar rayon şöbəsində qeydə alınmış, xx xxx 2006-cı il tarixdə DT və XK-nın Qusar rayon şöbəsinin müdirinin imzası və şöbənin möhürü, xx xxx 2006-cı il tarixdə isə Dövlət X1 müdirinin imzası və İnstitutun möhürü ilə təsdiq edilmişdir.
24. İddiaçının mülkiyyətində ola n torpaq sahəsinə dair dövlət aktı xx xxxx 2006-cı ildə onun adına qeydə alındığından, “Torpağa mülkiyyət hüququna dair” JN:02xx xxx 30103028 saylı Dövlət Aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 8.0.5-ci maddələrinin tələblərinə uyğun olaraq torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır.
25. Cavabdehin şikayətinin dəlilləri dövlət qeydiyyatının aparılmasından imtina üçün qanuni əsas sayıla bilməz. Belə ki, sözügedən dövlət aktının elektron baza məlumatlarında olmaması iddiaçının təqsiri deyildir və belə bir əsas “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmamışdır. Bundan əlavə, cavabdeh alqı-satqının predmetinin kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğunu qeyd etsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim et məmişdir. Belə ki, cavabdeh kassasiya şikayətində bir tərəfdən sənədlərin ekspertizasının və əmlakın müayinəsinin aparılmadığını qeyd etsə də, digər tərəfdən iddiaçıya kənd təsərrüfatına yararlı torpaq sahəsi verildiyini qeyd etməklə ziddiyyətli dəlillər irəli sürmüşdür. Bundan əlavə, cavabdeh öz dəlilinin əsası kimi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinin qüvvədə olan redaksiyasına (Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir) istinad etmişdir. Halbuki, iş materiallarında olan bələdiyyə qərarında iddiaçıya kənd təsərrüfatına az yararlı torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi ha qqında” Qanunun 7.1.2-ci maddəsinə əsasən kənd təsərrüfatına az yararlı torpaq sahələri xüsusi mülkiyyətə verilə bilər.
26. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
27. İddiaçının təqdim etdiyi dövlət aktının mötəbərliyini şübhə altına alan və ya aktdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
28. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-313/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov