Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1817/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "X8 Mərkəzi” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı “X8 Mərkəzi” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 2-1(103)-1234/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 19 iyun 2021-ci il tarixli, KY191373373 nömrəli çıxarışa əsasən xx.xx.2016-xx.xx.2019-cu il dövrləri üçün "İrşad” X3 növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın predmeti: Vergi qanunvericiliyinə əməl olunması (operativ vergi nəzarəti istisna olmaqla) olmuşdur. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi; Vergi Məcəlləsi, maddə 38.3.5; yoxlamanın müddəti xx.xx.2019xx.xx.2020-ci il qeyd olunmuş, yoxlamanın dayandırılması - 0.02.2020 tarixindən xx.xx.2020-ci il tarixinədək (30 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; yoxlamanın müddətinin artırılması: xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (43 gün müddətinə) artırılmışdır. Əsas: yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil- təslim aktı ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək (49 gün müddətinə) artırılmışdır. Əsas: yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. 2. "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli, **********192808 nömrəli qərara əsasən, "İrşad” X7 üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlum atların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün artırılması zərurətini nəzərə alaraq, "İrşad” X7 üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli, **********194919 nömrəli qərara əsasən, "İrşad” X7 üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün artırılması z ərurətini nəzərə alaraq, "İrşad” X7 üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. 3. "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019- cu il tarixli, **********192808 nömrəli qərara əsasən, "İrşad” X7 üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün artırılması zərurətini nəzərə alaraq, "İrşad” X7 üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. 4. "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması ha qqında” xx.xx.2019-cu il tarixli, **********194919 nömrəli qərara əsasən, "İrşad” X7 üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün artırılması zərurətini nəzərə alaraq, "İrşad” X7 üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır.
5. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza” Birliyi tərəfindən verilmiş “3 mart 2020-ci il tarixli İddiaçı X4 (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2 016- cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi barədə” ekspert rəyindən görünür ki, cavabdehin sifarişi əsasında **********3814300 saylı, xx.xx.2019-cu il tarixli məktub, **********192090 saylı, xx.xx.2019-cu il tarixli qərar, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "İrşad” X4 (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi sualı üzrə, cavab olaraq göstərilmişdir ki, "İrşad” X4 (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il ta rixədək olan dövr üzrə Hotelin icarə haqqının real bazar qiyməti 20 otaq üçün hər ay ƏDV-siz 7921 (yeddi min doqquz yüz iyirmi dörd) AZN; Ofisin icarə haqqının real bazar qiyməti ƏDV-siz 140 (bir yüz qırx) AZN müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza” Birliyi tərəfindən verilmiş 3 mart 2020-ci il tarixli İddiaçı X7 (VÖEN **********) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli 12 mərtəbəli 20 mənzilli yaşayış binasının yaşayış, qeyri- yaşayış, zirzəmi və s. sahələrinin və müəssisə tərəfindən görülmüş işlərin tərkibində xx.xx.2016-xx.xx.20199-cu il tarixədək olan dövr üzrə əmək tutumunun müəyyənləşdirilməsi barədə” ekspert rəyindən görünür ki, cavabdehin sifarişi əsasında **********83470 0 saylı, xx.xx.2019-cu il tarixli məktub, **********92087 saylı, xx.xx.2019-cu il tarixli qərar, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "İrşad” X7 (VÖEN **********) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli, 12 mərtəbəli 20 mənzilli yaşayış binasının yaşayış, qeyri-yaşayış, zirzəmi və s. sahələrinin və müəssisə tərəfindən görülmüş işlərin tərkibində xx.xx.2016-xx.xx.2019-cu il tarixədək olan dövr üzrə əmək tutumunun müəyyənləşdirilməsi sualı üzrə, cavab olaraq göstərilmişdir ki, "İrşad” X7 (VÖEN **********) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli 12 mərtəbəli 20 mənzilli yaşayış binasının ümumi sahəsi 3731.7 kv.m, zirzəmi sahəsi - 234.36 kv.m; qeyri-yaşayış sahəsi 356.10 kv.m; yaşayış sahəsi (20 mənzil) - 2202.90 kv.m, pilləkən, dəhliz, lift sahəsi - 938,34 kv.m; satışa yarıyan sahə: ümumi sahəsi -2699.6 kv.m, o cümlədən zirzəmi (anbar) - 140.6 kv.m, qeyri-yaşayış (2 mərtəbə) - 356.10 kv.m; yaşayış sahəsi 20 mənzil - 2202.90 kv.m müəyyənləşdirilmişdir. Qeyd olaraq göstərilmişdir ki, "İRŞAD” İAM tərəfindən görülmüş işlərin tərkibində xx.xx.2016-xx.xx.2019-cu il tarixədək, olan dövr üzrə əmək tutumunun müəyyənləşdirilməsi məqsədi ilə mütəxəssisə təqdim edilən xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən binanın tikintisi Subpodratçı "xxxx" Şirkəti tərəfindən icra edildiyi üçün görülmüş işləri tərkibində əmək tutumunun hesablanması zərurəti yaranmamışdır. 7. xx.xx.2020-ci il tarixli, **********190887 nömrəli “Səyyar Vergi yoxlaması” Aktına əsasən cavabdeh x x.xx.2019-cu il tarixli, **********190887 saylı qərarına əsasən cavabdehin Vergi auditi idarəsinin Maliyyə İnstitutları sahəsi üzrə şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri X12, cavabdehin Vergi auditi idarəsinin maliyyə İnstitutları sahəsi üzrə şöbəsinin baş dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X6 tərəfindən İddiaçı X7 (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə - əlavə dəyər vergisi avqust 2016 - iyul 2019, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il - 2018ci il, əmlak vergisi - 2016-cı il - 2018-ci il, aksiz vergisi avqust 2016 - iyul 2019, torpaq vergisi 2017-ci il - 2019- cu il, yol vergisi - 2016-cı il - 2018-ci il, mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 3-cü rüb 2016 - 2-ci rüb 2019, mədən verg isi avqust 2016 - iyul 2019, mənfəət vergisi 20166- cı il - 2018-ci il, ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2016 - 2-ci rüb 2019, sadələşdirilmiş vergi 3-cü rüb 2016 - 2-ci rüb 2019, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi 3-cü rüb 2016 - 2-ci rüb 2019. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarlar (lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müddət uzadılması - xx.xx.2019-cu il tarixli, **********92808 nömrəli qərarla 30 gün müddətinə; müddət uzadılması - xx.xx.2019-cu il tarixli, **********194919 nömrəli qərarla 30 gün müddətinə, müvəqqəti dayandırma xx.xx.2020-ci il tarixli, **********96845 nömrəli qərarla 30 gün müddətinə. Yoxlamanın nəticəsinə əsasən 65 104.55 manat büdcəyə hesablanmış, azaldılmış vergi məbləği müəyyən edilmişdir.
8. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarına əsasən, 2017-ci il əlavə dəyər vergisi üzrə 21.33 manat, 2018-ci il üzrə əlavə dəyər vergisi 119.30 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi 3227.52 manat, 2016-cı il üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi 61736.40 manat olmaqla, cəmi 65104.55 manat vergi məbləği, 2017-ci il əlavə dəyər vergisi ü zrə hesablanmış məbləğə (21.33 manat) 10.67 manat, 2018-ci il üzrə əlavə dəyər vergisi (119.30 manat) üzrə hesablanmış məbləğə 59.65 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi üzrə hesablanmış məbləğə (3227.52 manat) 1613.76 manat olmaqla, cəmi 1684.08 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016cı il tarixli, 167 saylı Sərəncamına əsasən iddi açıya layihəyə əsasən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. İddiaçı 2016-cı ilin 3-cü rübünün “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nə əsasən 332288,55 manat vergi hesablamış və dövlət büdcəsinə ödəmişdir. Cavabdeh xx.xx.2019cu il tarixli **********190866 saylı qərarına əsasən cavabdehin vergi auditi idarəsinin Maliyyə institutları sahəsi üzrə şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri X12, həmin şöbənin baş dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X6 tərəfindən iddiaçıda ƏDV üzrə avqust 2016 - iyul 2019, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi və əmlak vergisi səyyar vergi yoxlaması 2016-2018-ci illər; aksiz vergisi avqust 2016 - iyul 2019; torpaq vergisi 2017-2019-cu illər; yol vergisi 2016 - 2018-ci illər; mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 3 -cü rüb 2016 - 2-ci rüb 2019; mədən vergisi avqust 2016 - iyul 2019; mənfəət vergisi 2016-2018-ci illər; ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 3-cü rüb 2016 - 2-ci rüb 2019 dövrlər üzrə yoxlanılması təyin edilmişdir. Həmin qərarın surəti iddiaçıya təqdim edilməmişdir və cavabdeh tərəfindən elektron kargüzarlıq vasitəsilə də, göndərilməmişdir. Yoxlamanın müddəti 30 gün müəyyən edilmişdir. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Beləliklə, yoxlama 156 gün davam etmişdir. xx.xx.2019- cu il tarixli, **********192808 nömrəli qərarla yoxlamanın müddəti cavabdeh tərəf indən uzadılmışdır. Qərarda qeyd olunmuşdur ki, yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğun üçün müddətin artırılması zərurətini nəzərə alaraq, səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılsın. xx.xx.2019-cu il tarixli, **********194919 saylı qərarla yoxlamanın müddəti uzadılmışdır. Qərarda qeyd olunmuşdur ki, yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına ə lavə vaxt tələb olunduğu üçün müddətin artırılması zərurətini nəzərə alaraq səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılsın. xx.xx.2020-ci il tarixli, **********196845 saylı qərarla yoxlama müvəqqəti dayandırılmışdır. Qərarda qeyd olunmuşdur ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qəbul edilmiş xx.xx.2019 tarixli, VN seriyalı, **********190866 saylı qərara, Vergi Məcəlləsinin 38.7.3 maddəsinə və vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirilməsi halına baxaraq, təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılsın. xx.xx.2020-ci il tarixli **********197929 saylı qərarla səyyar vergi yoxlaması bərpa edilmişdir. Yoxlamanın ilkin müddəti xx.xx.2019-cu il tarixd ə qurtarmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə yoxlamanı 30 gün müddətinə uzadarkən yoxlamanın müddəti 5 (beş) gün əvvəl qurtarmışdır. xx.xx.2019-cu il tarixdən hesablanan 30 gün əlavə yoxlama müddəti 3 dekabr 2019-cu il tarixdə qurtarmışdır. Lakin, cavabdeh yalnız xx.xx.2019-cu il tarixdə, əlavə yoxlama müddətinin qurtarmasından 15 (on beş) gün sonra təkrarən yoxlama müddətini 30 gün müddətinə uzatmışdır. xx.xx.2019-cu il tarixdən hesablanan təkrar uzadılmanın 30 günlük müddəti xx.xx.2020-ci il tarixdə qurtarmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər yoxlama heç bir əsas (qərar) olmadan davam etdirilmişdir. **********190887 saylı, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tar ixli, 167 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanında inşa edilən 1 girişli, 12 mərtəbəli, 20 mənzilli yaşayış binasının ümumi sahəsi 3731.7 kv.m., o cümlədən zirzəmi sahəsi 234.36 kv.m. (o cümlədən yararlı anbar 140.6 kv.m.), qeyri-yaşayış sahəsi 356.1 kv.m., yaşayış sahəsi 2202.90 kv.m., pilləkən, dəhliz, lift, divar altı sahə 938.34 kv.m.-dir. Qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilən sahə 496.7 kv.m. (zirzəminin yararlı sahəsi 140.6 kv.m., qeyri-yaşayış sahəsi 356.1 kv.m.), digər sahə isə 3235.0 kv.m.-dir. Bina 3-cü zonada yerləşir, zona əmsalı 2,2 təşkil edir. Bina üzrə 2016-cı ilin 3-cü rübünün "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə əsasən vergi ödəyicisi tərəfindən 332288,55 mana t vergi hesablamış, lakin səyyar vergi yoxlaması ilə vergi məbləğinin 394024,95 manat (3235,0*45*2,2; 496,7*45*2,2*1,5) olduğu, fərq 61736.40 manat aşkar edilmişdir.” (akt səhifə 4). Bundan başqa səyyar vergi yoxlaması aktında (səhifə 11-12) qeyd olunmuşdur ki, “Baş İdarənin Ekspertizanın təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********192090 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ticarət və X1 Birliyindən dəvət edilmiş ekspert tərəfindən Bakı şəhəri. Nizami rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən hotelin icarə haqqının real bazar qiyməti hər ay 7924 (yeddi min doqquz yüz iyirmi dörd) manat (ƏDV-siz) və ofisin icarə haqqının real bazar qiyməti isə hər ay 140 (bir yüz qırx) (ƏDV-siz) manat müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, müəssisənin 2017-ci ilin mənf əət vergisi bəyannaməsində ümumi gəliri 40331,44 manat müəyyən edilmiş, ümumilikdə gəlirdən çıxılan xərcləri 98213,83 manat olmaqla, zərəri 57882,39 manat müəyyən edilmişdir....2018-ci il üzrə müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə zərəri 48881,27 manat olmuşdur. Ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla, müəssisənin 2018-ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəliri 54156,34 manat müəyyən edilmiş, ümumilikdə gəlirdən çıxılan xərcləri 102374,61 manat olmaqla, zərəri 48218,27 manat müəyyən edilmişdir.” Beləliklə, iddiaçının zərəri 663 manat azaldılmışdır. Bundan başqa, səyyar vergi yoxlaması aktında (səhifə 14) qeyd olunmuşdur ki, “Müəssisə xx.xx.2017-ci il tarixli icarə müqaviləsi əsasında 14 kv.m. ofis adlı təsərrüfat subyektini "xxxx" MMC-yə (VÖEN **********) 100 (bir yüz) manata (ƏDV daxil) və xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında 1320.64 kv.m. İrşad hotel adlı təsərrüfat subyektini J and K Group MMC-yə (VÖEN **********) 5900 (beş min doqquz yüz) manata (ƏDV daxil) icarəyə verilmişdir. Ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla ƏDV üzrə 3,37 min manat əlavə vəsait hesablanması, 1,69 min manat maliyyə sanksiyası tətbiq edilməsi, ümumilikdə 5,05 min manat hesablanması təklif edilir.” Cavabdehin rəis müavini X5 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya 2017-ci il üzrə əlavə 21.33 manat əlavə dəyər vergisi, həmin məbləğə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasə n 10.67 manat maliyyə sanksiyası, 2018-ci il üzrə əlavə 119.30 manat əlavə dəyər vergisi, həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 59.65 manat maliyyə sanksiyası, 2019-cu il üzrə əlavə 3227.52 manat əlavə dəyər vergisi, həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1613.76 manat maliyyə sanksiyası, 2016-cı il üzrə 61736.40 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi. Həmin qərarda cavabdeh təsdiqlədiyi cədvəldə vergi qısa adı sütununda sonuncu sətirdə verginin adı kimi Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi yazmışdır. Halbuki, verginin adı Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergidir. Eyni zamanda, qərarda qeyd edilən məbləğin hesabland ığı dövr kimi 2016-cı il qeyd olunmuşdur. Halbuki, Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi rüblər üzrə bəyan edilir və səyyar vergi yoxlaması aktında əlavə hesablanan verginin 2016-cı ilin 3-cü rübü üzrə iddiaçının təqdim etdiyi bəyannamədə uyğunsuzluq kimi qeyd olunmuşdur. Beləliklə, cavabdehin qərarında sonuncu verginin həm adı, həm hesablandığı dövr dəqiq yazılmamışdır. Həmin vergi üzrə cavabdeh iddiaçıya qarşı maliyyə sanksiyası tətbiq etməmişdir. Yuxarıda qeyd edilən qərara əsasən iddiaçıya cəmi 65 104.55 manat əlavə vergi hesablanmış və 1 684.08 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********631600 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, hab elə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnaməni iddiaçıya göndərərək, sonuncudan 5 gün müddətində 66788.63 manat büdcəyə ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən, “yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.” Bu müddəa cavabdeh tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin mütəxəssisi X2 xx.xx.2020-ci il tarixli rəyində də, əks olunmuşdur. Eyni zamanda, həmin rəydə qeyd olunmuşdur ki, çoxmənzilli binada qeyri-yaşayış yaşayış sahəsinə mənzil) aid edilməyən və çoxmənzilli binada mənzil sahiblərinin üm umi mülkiyyətinə aid edilən sahədir (pilləkən, dəhliz, lift, zirzəmi, çardaq, yükdaşıyıcı konstruksiyalar və s.). Beləliklə, zirzəmi mənzil sahiblərinin ümumi istifadəsində olan sahədir. Bu səbəbdən, həmin sahə üçün sadələşdirilmiş verginin hesablanması qanunsuzdur. Bundan başqa, qeyd edilən rəydə mütəxəssis H.Q.Yaqubov yazmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda layihə üzrə 1 girişli sahəsi və 20 mənzildən ibarətdir. Binanın ölçüləri ümumi sahəsi - 3731.7 kv.m, zirzəmi sahəsi 234,36 kv.m, qeyri- yaşayış sahəsi (2 mərtəbə) -356,10 kv.m, yaşayış sahəsi (20 mənzil) - 2202,90 kv.m, pilləkən, dəhliz, lift sahəsi -938,34 kv.m, satışa yararlı sahə ümumi sahə 2699,6 kv.m, o cümlədən zirzəmi (anbar) - 140,6 kv.m, qeyri-yaşayış sahəsi (2 mərtəbə) 356,10 kv.m, y aşayış sahəsi 20 mənzil - 2202,90 kv.m müəyyənləşdirildi. Beləliklə, cavabdehin cəlb etdiyi mütəxəssis vergiyə cəlb edilən yaşayış sahəsini 2202,90 kv.m müəyyən etdiyi halda, cavabdeh öz aktında həmin sahəni əsassız olaraq 1032,1 kv.m artıq göstərmişdir. Eyni zamanda, mütəxəssis qeyri-yaşayış sahəsi 356.10 m2 göstərməsinə baxmayaraq, cavabdeh aktda həmin sahənin ölçüsünü əsassız olaraq, 141,6 kv.m (497,7 kv.m - 356,10 kv.m) artıq göstərmişdir. Zirzəminin bir qisminin (140,6m2 hissəsinin) vergiyə cəlb edilən sahə kimi göstərilməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh iddiaçının icarəyə verdiyi daşınmaz əmlakın bazar qiymətini müəyyən edərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozmuşdur, heç bir vergi ödəyicisindən rəsmi sənədlər toplamamışdır, həmin sənədlərdə təşəkk ül tapan qiymətləri müəyyən etməmişdir. Cavabdehin istinad etdiyi, xx.xx.2020-ci il tarixli ekspert X2 rəyinin Vİİ-ci fəsillində (icarə haqqının dəyərinin müəyyən edilməsi) qeyd olunmuşdur ki, “Bazar analizi, tələbat və təklifin nisbəti, rəqabət məzmununu, onun dinamikası və perspektiv inkişafı. Maliyyə alternativi sərmayənin analoji təhlükəsi ilə birlikdə. Bazarın tipik iştirakçıları, onların motivasiyası, müqavilələrin Standard şərtləri. Qiymətləndirməyə Standard yanaşma çərçivəsində icarə üsullarının seçimi. Azərbaycan Respublikasında icarə haqqında fəaliyyətin subyektlər tərəfindən həyata keçirilməsi üçün zəruri olan qiymətləndirmə standartlarına əsasən, icarəyə verən şəxs qiymətləndirməyə xərc, müqayisəli və gəlir yanaşmasından mütləq istifadə etməlidir. Maliyyə yanaşması, yəni ətrafı nda olan qeyri-yaşayış obyektlər ilə müqayisəsi - müqavilə qiyməti haqqında məlumatı olan analoji obyektlərlə qiymətləndirilən obyektlərin müqayisəsinə əsaslanan, qiymətləndirilən obyektin dəyərinin qiymətləndirilməsi üsullarının toplusu. Gəlir yanaşması - qiymətləndirilən obyektdən göstərilən gəlirin müəyyənləşdirilməsinə əsaslanan, qiymətləndirilən obyektin dəyərinin qiymətləndirilməsi üsulların toplusu, yekun nəticəyə gətirilir.” Beləliklə, mütəxəssisin rəyində onun tətbiq etdiyi üsullar haqqında ümumi məlumatlar göstərilsə də, onun konkret hansı məlumatlara əsaslanaraq rəyində qeyd etdiyi nəticəyə gəldiyini əsaslandırmamışdır və bu formada bazar qiymətinin müəyyən edilməsi Vergi Məcəlləsinin 14.4-ci maddəsinin tələblərinə ziddir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında öz ünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Cavabdeh nə mübahisələndirilən qərarında, nə səyyar vergi yoxlaması aktında iddiaçının vergi qanunvericiliyini pozduğunu sübut etməmişdir.
11. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********190866 saylı qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: xx.xx.2016-xx.xx.2019) və nəticəsi xx.xx.2021-ci il tarixli, **********190887 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması bank idarələrindən bildiriş əsasında alınmış sənədlər, baza məlumatları, ƏDV-nin depozit subhesabı üzrə məlumatları, icarə müqavilələri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 167 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda yaşayış binasının lahiyələşdirilməsi və tikintisinə İddiaçı X4 icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 167 saylı sərəncamına uyğun olaraq ayrılmış torpaq sahəsində layihəyə uyğun olaraq tikinti işləri (xüsusi razılıq-lisenziya № 0 73393; xx.xx.2012) müqavilə əsasında podratçı "xxxx" Şirkəti (VÖEN **********) tərəfindən aparılmışdır. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Müəssisə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması barədə vergi orqanına ərizə ilə müraciət etmiş və ona **********21 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmiş və bildiriş xx.xx.2002-ci il tarixdən qüvvəyə minmişdir. 2017-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində HN seriyalı 536510 nömrəli elektron vergi hesab-fakturası ləğv olunduğu üçün bu vergi hesab-fakturası üzrə 1,44 manat ƏDV məbləğinin əvəzləşdirməsi ləğv edilmişdir. Müəssisə xx.xx.2017-ci il tarixli icarə müqavi ləsi əsasında 14 kv.m “Ofis” adlı təsərrüfat subyektini "xxxx" MMC-yə (VÖEN **********) 100 (bir yüz) manata (ƏDV daxil) və xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında 1320.64 kv.m “İrşad hotel" adlı təsərrüfat subyektini "xxxx" MMC-yə (VÖEN **********) 5900 (beş min doqquz yüz) manata (ƏDV daxil) icarəyə vermişdir. Yoxlama ilə əhatə olunan dövrdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanda yerləşən daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirlərinin orta bazar qiymətlərini müəyyənləşdirmək məqsədilə Baş İdarənin “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********192090 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət edilmiş və orta bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli müvafiq rəy alınmışdır. Ekspert tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən hotelin icarə haqqının real bazar qiyməti hər ay üçün 7.924 (yeddi min doqquz yüz iyirmi dörd) manat (ƏDV-siz) və ofisin icarə haqqının real bazar qiyməti isə hər ay üçün 140 (bir yüz qırx) (ƏDV-siz) manat müəyyən edilmişdir. Ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla ƏDV üzrə 3.368,15 manat ƏDV-nin az hesablandığı müəyyən edilmiş, 1.684,08 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixli, **********192087 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Q ərar çıxarılmışdır. Mütəxəssis tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllə ünvanda inşa edilən 1 girişli, 12 mərtəbəli, 20 mənzilli yaşayış binasının ümumi sahəsi 3.731,7 kv.m, o cümlədən zirzəmi sahəsi 234.36 kv.m (o cümlədən yararlı (anbar) 140.6 kv.m), qeyri-yaşayış sahəsi 356.1 kv.m, yaşayış sahəsi 2.202,90 kv.m, pilləkən, dəhliz, lift, divar altı sahə 938,34 kv.m-dir. Bina 3-cü zonada yerləşərək, zona əmsalı 2,2 təşkil etmişdir. Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyriyaşayış sahələrinin təqdim edilməsi üz rə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Bina üzrə 2016cı ilin 3-cü rübünün “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nə əsasən vergi ödəyicisi tərəfindən 332.288,55 manat vergi hesablanmış, lakin səyyar vergi yoxlaması ilə vergi məbləğinin 394.024,95 manat (3.235,0 x 45 x 2,2; 496.7 x 45 x 2,2 x 1,5) olduğu, fərqin 61.736,40 manat aşkar edilmişdir. Eyni zamanda müəssisə yoxlanılan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Müəssisə tərəfindən vergi orqanına 2016-cı il, 2017-ci il və 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində gəlir və xərclər aşağıdakı kimi olmuşdur: Müəssisənin 2016-cı il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümu mi gəliri 51.125,40 manat olmuşdur. Vergidən azad edilən gəlirlər olmamış, çıxılmalardan sonrakı ümumi gəlir məbləği 51.125,40 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 37.989,0 manat, sosial sığorta haqları 8.357,58 manat, xammal və materiallar 1589,19 manat, enerji xərcləri 12.463,11 manat, qaz xərcləri 1.153,0 manat, su və kanalizasiya xərcləri 3.720,0 manat, rabitə xərcləri 3.623,67 manat, bank xidməti üzrə xərclər 902,33 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 8.405,85 manat, amortizasiya ayırmaları 4.733,82 manat, sığorta üzrə xərclər 1.106,32 manat, gəlirdən çıxılan vergilər və yığımlar 5.260,27 manat olmuşdur. Ümumilikdə, gəlirdən çıxıl an xərclər 89.301,14 manat təşkil etmişdir. 2016-cı il üzrə müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə zərəri 38.175,74 manat olmuşdur. Müəssisənin 2016-cı ilin mənfəət vergisi bəyannaməsində xərclərin artıq göstərilməsinə görə kameral qaydada zərərin 28.490,0 manat olduğu müəyyən edilmiş və yoxlama ilə həmin məbləğ öz təsdiqini tapmışdır. Müəssisənin 2017-ci il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 40.220,94 manat olmuşdur. Vergidən azad edilən gəlirlər olmamış, çıxılmalardan sonrakı ümumi gəlir məbləği 40.220,94 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 39.120,0 manat, sosial sığorta haqları 8.606,40 manat, xammal və materiallar 9.995,0 manat, enerji xərcləri 17.697,59 manat, qaz xərcləri 3.324,59 manat, su və kanalizasiya xərcləri 2.220,0 manat, rabitə xərcləri 3.557,21 manat, bank xidməti üzrə xərclər 1.131,45 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 5.552,52 manat, amortizasiya ayırmaları 680,34 manat, sığorta üzrə xərclər 1.087,60 manat, gəlirdən çıxılan vergilər və yığımlar 5.241,13 manat olmuşdur. Ümumilikdə gəlirdən çıxılan xərclər 98.213,83 manat təşkil etmişdir. 2017-ci il üzrə müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə zərəri 57.992,89 manat olmuşdur. Səyyar vergi yoxlaması ilə müəssisənin 2017-ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəliri 40.331,44 manat müəyyən edilmiş, ümumilikdə gəlirdən çıxılan xərcləri 98.213,83 manat olmaqla, zərəri 57.882,39 ma nat müəyyən edilmişdir. Müəssisənin 2018-ci il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 53.493,34 manat olmuşdur. Vergidən azad edilən gəlirlər olmamış, çıxılmalardan sonrakı ümumi gəlir məbləği 53.493,34 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 39.098,0 manat, sosial sığorta haqları 8.797,05 manat, enerji xərcləri 17.700,34 manat, qaz xərcləri 3.889,62 manat, su və kanalizasiya xərcləri 2.900,0 manat, rabitə xərcləri 2.651,57 manat, bank xidməti üzrə xərclər 1.413,70 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 7.725,13 manat, amortizasiya ayırmaları 11.792,0 manat, sığorta üzrə xərclər 1.097,68 manat, digər xərclər 124,80 manat, gəlirdən çıxılan vergilər və yığımlar 5.184,72 manat olmuşdur. Ümumilikdə gəlirdən çıxılan xərclər 102.374,61 manat təşkil etmişdir. 2018-ci il üzrə müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə zərəri 48.881,27 manat olmuşdur. Ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla, müəssisənin 2018- ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəliri 54.156,34 manat müəyyən edilmiş, ümumilikdə gəlirdən çıxılan xərcləri 102.374,61 manat olmaqla, zərəri 48.218,27 manat müəyyən edilmişdir. Beləliklə, Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********199096 nömrəli Qərarı ilə vergi ödəyicisi tərəfindən ümumilikdə 65.104,55 manat vergilərin azaldıldığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.684,08 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı Mənzil Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin bəzi müddəalarına istinad edərək vergiyə cəlb olunmalı sahənin artıq götürüldüyünü, yəni zirzəminin mənzil sahiblərinin ümumi istifadəsində olduğundan onun sadələşdirilmiş vergiyə cəlb olunmasını, eləcə də zirzəminin bir qismi olan anbarın vergiyə cəlb olunmasının qanunvericiliyin tələblərinə zidd olduğunu qeyd etmişdir. Vergi Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən, vergi qanunve riciliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. Buradan aydın olur ki, iddiaçının vergitutma və vergi nəzarəti ilə bağlı digər qanunvericilik aktlarına istinad etməsi əhəmiyyətsizdir. Həmçinin qeyd edirlər ki, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtə bəsinin ümumi sahəsi vergitutma obyektidir. Maddənin tələbindən göründüyü kimi, tikilən binanın sadələşdirilmiş vergiyə cəlb olunması ilə bağlı istisnalar konkret olaraq göstərilmiş, iddiaçının qeyd etdiyi sahələrin isə vergidən azad edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, qeyri yaşayış sahəsinə yüksəldici əmsalın tətbiqi qeyri-yaşayış sahəsindən istifadə etməklə gəlir əldə etmək imkanlarının olması ilə bağlıdır. Bu baxımdan iddiaçı qeyd etmişdir ki, tikilən binanın sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulan və ya istifadə olunan hissələri qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməli və yüksəldici əmsal tətbiq edilməklə vergiyə cəlb olunmalıdır. Odur ki, iddiaçı zirzəminin daha bahalı sahə kimi qiymətləndirilməsini ədalətsiz hesab etmişdir. Qeyd edirlər ki, iddiaçının dəlili sadəcə onun mülahizəsindən ibarətdir. Belə ki, zirzəminin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi həmin sahənin qeyriyaşayış sahəsi kimi vergiyə cəlb edilməsini istisna etmir. Belə ki, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Maddənin tələbindən aydın olur ki, tikilən binanın qeyri-yaşayış sahəsinin is tifadəsinin təyinatı həmin sahənin vergitutma bazasının müəyyən edilməsinə təsir edən amil kimi müəyyən edilməmişdir. Həmçinin qeyd edilir ki, hazırkı yoxlama zamanı zirzəmi sahəsi bütövlükdə yox, sadəcə 140.6 kv.m anbar rəyə əsasən qeyri-yaşayış sahəsi olaraq müəyyən edilərək həmin sahəyə yüksəldici əmsal tətbiq edilmişdir. Bundan başqa, iddiaçı eyni zamanda iddia ərizəsində cəmiyyət tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarə haqlarının ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını qeyd etmişdir. Qeyd edirlər ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” 25 iyun 1998-ci il tarixli 510-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqi l seçmək, qiymətləndirmə keçirildiyi hallarda sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq, dövlət və kommersiya sirləri istisna olmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq qiymətləndiricinin hüquqlarına aid edilmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi əmlaka müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmanın və bundan istifadə etmənin icarə olduğunu müəyyən edir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.1.8-ci maddəsi vergitutma məqsədləri, o cümlədən icarə haqqı məbləğindən tutulmal ı olan verginin müəyyən edilməsi üçün bazar qiymətinin tətbiq olunmasını nəzərdə tutur. Belə ki, bu Məcəllənin 13.2.11 -ci maddəsində “xidmət” malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət kimi göstərilmiş, Məcəllənin 14-cü maddəsi isə “xidmət” anlayışına icarəni daxil etməklə bu sahəyə də bazar qiymətinin tətbiqini mümkün etmişdir. Qeyd olunanlardan da, göründüyü kimi, iddiaçı tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarəyə verilməsindən əldə olunan gəlirlərin bazar qiyməti əsasında müəyyən edilməsi qanunvericiliyin tələbinə tam cavab verdiyindən iddiaçının həmin hissədə də, iddiası əsassızdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər vergi qanunvericiliyinin müvafiq müddəaları ilə təkzib edildiyindən, aparılmış hazırki s əyyar vergi yoxlaması isə Vergi Məcəlləsinin tələbləri qaydasında aparıldığından iddiaçının iddia tələbi təmin edilmədən rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla iş üzrə məhkəmə əmtəəşünaslıq, tikinti-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/647-10/323 nömrəli ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq aşağıdakılar qeyd edilmişdir: Birinci sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11 A ünvanında yerləşən hotelin fevral 2019-cu ildə və ofisin oktyabr 2017-ci ildə təşəkkül tapan icarə haqqının real bazar qiymətinin nə qədər təşkil etməsinin müəyyən edilməsi ekspertizanın predmetinə (həll etdiyi məsələlər dairəsinə) aid deyildir. İkinci sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 987-ci məhəllədə yerləşən 1 girişli sahədən və 20 mənzildən ibarət yaşayış binasının yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ümumi sahəsi 3317,2 kv.m, o cümlədən yaşayış sahəsi 2202.9 kv.m, qeyri-yaşayış sahəsinin əsas sahəsi 45.5 kv.m, dəhlizin sahəsi 217.36 kv.m., pilləkən qəfəsinin sahəsi 192.96 kv.m və lift şaxtasının sahəsi 210.48 kv.m təşkil edir. Üçüncü sual üzrə: rəyin tədqiqi hissəsində göstərilən hesablanma ilə bağlı qanunların tələbləri və tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər nəzərə alınmaqla 3-cü rüb 2016 – 2-ci rüb 2019 il dövrü üzrə İddiaçı X7 MMC tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul şəxslərin sadələşdirilmiş vergisi üzrə az hesablanma 1.98 manat (3322xx.xx-332288.55 (bəyan olunmuş)) məbləğində müəyyən olunur.
13. İddiaçı tərəfindən mübahisəli qərarla 2019-cu il üzrə hesablanmış 3227.52 manat əlavə dəyər vergisi və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 1613.76 manat maliyyə sanksiyasının mübahisələndirilməsindən imtina edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən hesablanmış 2019-cu il əlavə dəyər vergisi üzrə 3227.52 manat və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 1613.76 manat maliyyə sanksiyasının ləğv edilməsi” hissəsində iddia tələbinə Bakı İnzibati Məhkəməsinin 21(112)-939/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarda dı ilə xitam verilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(112)-939/2021 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia qismən təmin edilərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, xx.xx.2020-ci il tarixli qərarının (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 1.98 manat istisna olmaqla) ləğv edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müddət uzadılması barədə qərarlarının olmasını göstərmiş, həmin qərarların surəti məhkəməyə təqdim edilmiş, lakin, məhkəmə araşdırması zamanı səyyar vergi yoxlamasının müddətinin uzadılması barədə qərarların əsaslı olmasını, həmin müddətlərə əməl olunmasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübutlar təqdim edilməmiş, sadəcə iş materiallarında müvəqqəti dayandırma müddətinə əsas olmuş ekspert rəyi aşkar olunmuşdur. Müddətin uzadılması məsələsində isə qanunvericiliyin normaları sadalanmaqla kifayətlənilmişdir. İş materiallarında “İrşad X7” MMC tərəfindən cavabdehə ödənilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə kənarlaşmanın olub-olmaması, olduğu təqdirdə nə qədər təşkil etməsinin müəyyən edilməsi barədə ekspert rəyi mövcuddur ki, məhkəmə həmin ekspert rəyi i lə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Həmin ekspert rəyi ilə müəyyən olunur ki, tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər (Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 987-ci məhəllədə yerləşən 1 girişli sahədən və 20 mənzildən ibarət yaşayış binasının yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ümumi sahəsi 3317,2 kv.m, o cümlədən yaşayış sahəsi 2202.9 kv.m, qeyri-yaşayış sahəsinin əsas sahəsi 45.5 kv.m, dəhlizin sahəsi 217.36 kv.m., pilləkən qəfəsinin sahəsi 192.96 kv.m və lift şaxtasının sahəsi 210.48 kv.m təşkil edir) nəzərə alınmaqla 3-cü rüb 2016 - 2-ci rüb 2019 il dövrü üzrə iddiaçı “İrşad X7” MMC tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə az hesablanma 1.98 manat (332290,53-332288,55 (bəyan olunmuş)) məbləğindədir. Göründüyü kimi, mübahisəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü də, iş materialları ilə sübuta yetirilmir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli qərarla 2019-cu il üzrə hesablanmış 3227.52 manat əlavə dəyər vergisi və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 1613.76 manat maliyyə sanksiyasının mübahisələndirilməsindən imtina edildiyindən, iddiaya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən hesablanmış 2019-cu il əlavə dəyər vergisi üzrə 3227.52 manat və həmin məbləğə Vergi Məcəlləsinin 5 8.1-ci maddəsinə əsasən hesablanmış 1613.76 manat maliyyə sanksiyasının ləğv edilməsi” hissəsində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-939/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə xitam verilmişdir.
16. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 8 iyun 2022-ci il tarixli, 2-1(103)1234/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiya məh kəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayəti iddiaya dair verilmiş etiraza və apellyasiya şikayətinə uyğun tərtib edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Vergi Məcəlləsi: Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiy mətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; Maddə
24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nə zarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; Maddə
32. Vergi nəzarəti və onun formaları Maddə 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanını n qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda..... 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növ bəti və növbədənkənar ola bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: 38.5.1. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; 38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; 38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. 38.6. Səyyar ve rgi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. 38.8. Elektron auditin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə
54. Vergi qanunvericiliyinin pozulmasına görə məs uliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə
94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər. 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
25. Şikayətdə apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yox lanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsu sən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı iş üzrə növbədənkənar vergi yoxlaması cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********190866 saylı qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlandığı qeyd edilmişdir.
30. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
31. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbəd ənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
32. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.
33. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
34. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan d iskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskr esion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
35. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskre sion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
36. Bundan əlavə, iş materiallarında iddiaçı tərəfindən cavabdehə ödənilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə kənarlaşmanın olubolmaması, olduğu təqdirdə nə qədər təşkil etməsinin müəyyən edilməsi barədə ekspert rəyi mövcuddur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmi n ekspert rəyi ilə razılaşmış və qeyd etmişdir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, həmin ekspert rəyi ilə müəyyən olunur ki, tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər (Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 987-ci məhəllədə yerləşən 1 girişli sahədən və 20 mənzildən ibarət yaşayış binasının yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ümumi sahəsi 3317,2 kv.m, o cümlədən yaşayış sahəsi 2202.9 kv.m, qeyri-yaşayış sahəsinin əsas sahəsi 45.5 kv.m, dəhlizin sahəsi 217.36 kv.m., pilləkən qəfəsinin sahəsi192.96 kv.m və lift şaxtasının sahəsi 210.48 kv.m təşkil edir) nəzərə alınmaqla 3-cü rüb 2016 – 2-ci rüb 2019 il dövrü üzrə iddiaçı “İrşad X7” MMC tərəfin dən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə az hesablanma 1.98 manat (332290,53-332288,55 (bəyan olunmuş)) məbləğindədir. Göründüyü kimi, mübahisəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü də, iş materialları ilə sübuta yetirilməmişdir.
37. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərar).
38. Onu da qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən mübahisəli qərarla 2019-cu il üzrə hesablanmış 3227.52 manat əlavə dəyər vergisi və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 1613.76 manat maliyyə sanksiyasının mübahisələndirilməsindən imtina edildiyindən, iddiaya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən hesablanmış 2019-cu il əlavə dəyər vergisi üzrə 3227.52 manat və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesa blanmış 1613.76 manat maliyyə sanksiyasının ləğv edilməsi” hissəsində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-939/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Odur ki, iddiaçı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199096 saylı, xx.xx.2020-ci il tarixli qərarı 61.736,40 manat hissədə mübahisələndirilmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, **********199096 saylı, xx.xx.2020ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
40. Yuxarıda şərh edilənl ərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 21(103)-1234/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.