Məhkəmə qərarları › İş №2-1(102)-1817/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1817/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1817/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin pensiyaçının razılığı ilə tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1933-cü il təvəllüdlü; FİN: xxxxxxx) və İddiaçı2 (xx.xx.1941-ci il təvəllüdlü; FİN: 3JOJGV7) cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş pensiya məbləğinə dair cavabdehin *2.*9.2*19-cu il tarixli sərəncamlarının ləğv edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2*23-cü il tarixli, 2-1(1*7)49/2*23 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılara kommunal güzəştlərin əvəzinə verilmiş pul kompensasiyası və *1.*1.2**6-cı ildən sonrakı dövrdə pensiyanın baza hissəsinə şəhid ailələri üçün nəzərdə tutulmuş əlavələr ödənilmiş, sonradan iddiaçıların övladının 13.*8.1993-cü il tarixdə suda boğulma nəticəsində vəfat etməsi və şəhid statusunun verilmədiyi müəyyən olunduğ undan, cavabdeh orqan ödənişləri dayandırmış və ödənilən pul məbləğinin geri qaytarılması barədə hazırda mübahisələndirilən sərəncamları qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin üzərinə qanunsuz tutulmuş pensiya məbləğinin birdəfəlik qaytarılması və pensiyalarına yönəldilmiş tutulmanın dayandırılması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar tələbi dəqiqləşdirərək cavabdeh orqanı olaraq Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etmiş və “artıq ödənilmiş pensiya məbləğinə dair cavabdehin *2.*9.2*19-cu il tarixli sərəncamları nın ləğv edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

4. Birinci instansiya məhkəməsinin 26.*9.2*22-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Vəndam qəsəbə sakinləri İddiaçı1 və onun həyat yoldaşı X1 əmək pensiyalarının üzərinə, hərbi komissarlıq tərəfindən verilmiş arayışlar əsasında, kommunal güzəştlərin əvəzinə verilmiş pul kompensasiyası və *1.*1.2**6-cı ildən sonrakı dövrdə pensiyanın baza hissəsinə şəhid ailələri üçün nəzərdə tutulmuş əlavə hesablanmışdır. Lakin sonradan aparılmış araşdırma nəticəsində həmin şəxslərin həlak olmuş övladlarına şəhidlik statusunun verilm ədiyi müəyyən olunmuşdur. Belə ki, X2 13.*8.1993-cü il tarixdə suda boğulma nəticəsində vəfat etmişdir və şəhid statusu verilməmişdir (arayış qoşma hissəyə əlavə edilir). Bu səbəbdən də iddiaçıların pensiyalarının üzərinə hesablanmış əlavənin ödənilməsi dayandırılmışdır. Bundan sonra iddiaçılar artıq aldıqları məbləğin pensiyalarından hissə-hissə tutulması ilə bağlı 27.*8.2*19-ci il tarixli ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə müraciət etmişlər və DSMF-nin Qəbələ rayon şöbəsi tərəfindən *2.*9.2*19-cu il tarixli hazırda mübahisələndirilən sərəncamlar qəbul edilmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh yazılı etiraz verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlillərinə görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 23.*8.2*19-cu il tarixli, 712 nömrəli arayışına əsasən bildirilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.*1,1994-cü il tarixli 1* nömrəli Qərarını rəhbər tutaraq araşdırılma aparılmışdır. Belə ki, X2 13.*8.1993-cü il tarixdə suda boğulma nəticəsində vəfat etmişdir və şəhid statusu verilməmişdir. Bu şəbədən də iddiaçının pensiyasının üzərinə hesablanmış əlavənin ödənilməsi dayandırılmışdır. Bununla yanaşı qeyd olunan məsələ ilə bağlı iddiaçı ətraflı məlumatlandırılmış və o artıq aldığı məbləğin pensiyasından hissə-hissə tutulması ilə bağlı 27.*8.2*19-ci il tarixli ərizə ilə Cavabdeh Qəbələ rayon şöbəsinə müraciət etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər kabinetinin 1* saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1 ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yer li idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Göründüyü kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 23.*8.2*19-cu il tarixli, 712 nömrəli arayışına əsasən şəxsin şəhid olmadığı bildirilmişdir. Əlavə olaraq İddiaçı1 artıq ödəmənin tutulmasına dair razılıq ərizəsi təqdim etdikdən sonra tutulmanın da dayandırılması haqqında cavabdeh inzibati orqana heç bir müraciəti daxil olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2*22-ci il tarixli, 2-1(116)-1493/2*22 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 artıq ödənilmiş 11799 manat pul məbləğinin pensiyadan tutularaq bərpa edilməsi ilə bağlı DSMF-nun Qəbələ rayon Şöbəsinin *2.*9.2*19-cu il tarixli sərəncamlarının ləğv edilməsi və cavabdehin üzərinə tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçılara kommunal güzəştlərin əvəzinə verilmiş pul kompensasiyası və *1.*1.2**6-cı ildən sonrakı dövrdə pensiyanın baza hissəsinə şəhid ailələri üçün nəzərdə tutulmuş əlavələr ödənilən zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bild iyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçılara müvafiq vəsaitin təyin edilməsi və ödənilməsi iddiaçıların təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçılar, inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdirlər. Belə ki, iddiaçılar onlara ödənilmiş pul vəsaitlərini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükün ün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh orqan tərəfindən ödənilmiş vəsait geri tələb edilərkən iddiaçının həmin vəsaitlərin ödənilməsini nəzərdə tutan inzibati akta etimad hüququnun mövcudluğu nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması iddiaçının iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat 1* İş materiallarında olan *7.12.2*22-ci il tarixli AZ-İİ № 315612 saylı “Ölüm haqqında şəhadətnamə”yə əsasən, İddiaçı2 19.11.2*22-ci il tarixdə vəfat etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2*23-cü il tarixli, 2-1(1*7)-49/2*23 nömrəli qərardadı ilə iş üzrə icraata İddiaçı2 münasibətdə xitam verilmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2*23-cü il tarixli, 2-1(1*7)-49/2*23 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2*22-ci il tarixli, 2-1(116)-1493/2*22 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia İddiaçı1 münasibətdə təmin edilməmişdir.

13. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların pensiyalarının üzərinə hesabl anmış əlavənin ödənilməsinin dayandırılması ilə bağlı iddiaçılar ətraflı məlumatlandırılmış və onlar artıq aldıqları məbləğin pensiyalarından hissə-hissə tutulması ilə bağlı 27.*8.2*19-ci il tarixli ərizə ilə Cavabdeh Qəbələ rayon şöbəsinə müraciət etmişlər. Odur ki, cavabdeh orqan Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsaslanaraq pensiyaçılar İddiaçı1 və İddiaçı2 pensiyasından hər ay artıq ödənilmiş pul məbləğinin tutulmasına dair *2.*9.2*19-cu il tarixli sərəncamları qəbul etməkdə haqlı olmuşdur. İddiaçılar artıq ödəmənin tutulmasına dair razılıq ərizəsi təqdim etdikdən sonra tutulmanın dayandırılması haqqında cavabdeh inzibati orqana heç bir müraciət təqdim etməmişlər.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiya sı məhkəməsinin qərarının ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı qeyd edir ki, onlara verilən şəhid statusunun ləğv edilməsi, etibarsız hesab olunması barədə heç bir qurumun qərarı mövcud deyildir. Bu halda, onlara verilən təminatların hansı əsasla dayandırılması çox ciddi maraq doğurduğu üçün cavabdehə müraciət olunsa da imtinasında pensiya tutulmasının əsası kimi məhkəmənin hazırda istinad etdiyi iddiaçılar tərəfindən Cavabdeh Qəbələ rayon şöbəsinə ünvanlanan 27.*8.2*19-ci il tarixli ərizə göstərilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın d əlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (*2.*9.2*19-cu il tarixdə qüvvədə olan redaksiyada): Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 2* faizind ən artıq ola bilməz. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 5* faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 2*. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Apellyasiy a instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsaslanaraq İddiaçı1 hər ay artıq ödənilmiş pul məbləğinin tutulmasına dair *2.*9.2*19-cu il tarixli sərəncamı qəbul etməkdə haqlı olmuşdur.

23. Həmin normanın tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

24. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının pensiyasının üzərinə hesablanmış əlavənin ödənilməsinin dayandırılması ilə bağlı iddiaçı məlumatlandırılmış və o, artıq aldığı məbləğin pensiyadan hissə-hissə tutulması ilə bağlı 27.*8.2*19-ci il tarixli ərizə ilə Cavabdeh Qəbələ rayon şöbəsinə müraci ət etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti rədd edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2*23-cü il tarixli, 2-1(1*7)-49/2*23 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar