Məhkəmə qərarları › İş №2-1(102)-1818/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1818/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1818/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh X1 iş üzrə QƏRAR Açar sözlər: (qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Kəmaləddin Bədəlov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının nümayəndəsi (iddiaçının oğlu) Əzizağa Məmmədovun və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2rşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli, 21(105)-105/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş k asasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X2rşı əvəzi ödənilmədən ccc küçəsində yerləşən torpaq sahəsinə dair alqı-satqı müaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, şəhid və Qarabağ əlili anası kimi təxminən 2 il bundan öncə Sumqayıt şəhər X5 qəsəbəsi Əliağa Vahid küçəsində yerləşən ata-babadan istifadəsində olan 5402 m torpağı özəlləşdirmək üçün ərizə ilə X4 müraciət etmişdir. Uzun müddətdən sonra bələdiyyədən zəng vurub bildirmişdirlər ki, xx xxxxxx xx 2018-ci ildə hərrac keçiriləcəkdir. İddiaçı buna etiraz etsə də, bələdiyyə öz növbəsində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanununun 9.1 maddəsini” əsas gətirmiş və bildirmişdir ki, bələdiyyə ərazisində daim yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşların mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələr vasitəsi ilə əldə edilə bilər. Halbuki, iddiaçı şəhid ailəsidir və ona şəhid və əlil anası kimi əvəzi ödənilmədən torpaq ayrılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085) -1070/2019 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 324.4, 390.1, 390.3-cü maddələrinə, Torpaq Məcəlləsinin 47, 56-cı maddələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci maddəsinə, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 13.1.1-ci maddəsinə əsaslanaraq belə hesab etmişdir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir, çünki cavabdeh onun mülkiyyətində olan əmlaka sərəncam verilməsinə məcbur edilə bilməz. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş e tmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(105)-105/2020nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Fərmayıl Zeynallı və Zaur Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına, eləcə də Mülki Məcəllənin 414.1, 414.3, 414.4, 415.5-ci maddələrinə, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 4-cü maddəsinə əsaslanmışdır. Kasas iya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının əsaslandırıcı hissəsindən görünür ki, inzibati kollegiya onunla Hacı Zeynalabdin bələdiyyəsi arasında yaranmış mübahisəyə «Torpaq bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 8ci maddəsini, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsini, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1, 414.3, 414.4, 414.5-ci maddələrini tətbiq edib iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Halbuki, həmin maddi hüquq normaları tərə flər arasında yaranmış mübahisəli hüquq münasibətini nizama salmır. Azərbaycan Respublikasının xx xxxx 2002-ci il tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1.1-ci maddəsinin göstərişinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir. Şəhid ailəsi və əlil anası olmağı barədə lazımi sənədləri məhkəməyə təqdim etməyinə baxmayaraq, inzibati kollegiya bu normanı əsassız olaraq mübahisəyə tətbiq etməmiş və nəticədə qanunsuz olaraq birinci instan siya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Göründüyü kimi, məhkəmə aktı onu ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə həlak olanın anası kimi (şəhid ailəsi kimi) fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini mülkiyyətinə pulsuz keçirmək hüququndan məhrum etmişdir. Ona görə də kasasiya qaydasında apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)105/2020 saylı qərarını ləğv edib əvəzi ödənilmədən Sccc 540 kvadrat metr torpaq sahəsinə d air alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinin üzərinə qoyulması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-105/2020 saylı qərarını ləğv edib əvəzi ödənilmədən Sccc 540 kvadrat metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinin üzərinə qoyulması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsiƏ.Məmmədov da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-105/2020 saylı qərarını ləğv edib əvəzi ödənilmədən Sccc 540 kvadrat metr torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanması öhdəliyinin Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinin üzərinə qoyulması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabde hin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya şəhid və Qarabağ əlili anası kimi əvəzi ödənilmədən Hacı Zeynal abdin qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, Sumqayıt şəhəri, X6 qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən istifadəsində olan 540 kvadrat metr torpağın onun adına sənədləşdirilməsi ilə bağlı X4 müraciət etmiş, bundan sonra həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılmış, aidiyyəti orqanlardan müvafiq rəylər alınmış, mübahisəli torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin torpağın fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsi məqsədilə açıq müsabiqənin keçirilməsi qərara alınmı ş, torpaq sahəsi hərraca çıxarılmış, hərrac baş tutmuşdur. Belə ki, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Sumqayıt ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələrı bərədə xx xxxxxxxx 2018-ci il tarixli 101/1 nömrəli protokolundan görünür ki, Sumqayıt ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid 540 kvadrat metr torpaq sahəsinin satilması məqsədilə keçirilən müsabiqədə İddiaçı iştirak etmişdir. Hərraca çıxarılan torpaq sahəsinin hərracda ilkin qiyməti 3407 manat və hərrac addımı 340,74 olmaqla hərrac keçirilmiş və hərrac baş tutmaqla 3478 manat ən yüksək qiymət təklif etmiş 2062 nömrəli biletin sahibi İddiaçı hərracın qalibi hesab edilmişdir. Həmin protokol Hərrac Komissiyasının sədri, üzvləri və hərracın qalibi – İddiaçı tərəfindən imzalan mışdır. Bundan sonra ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən İddiaçı AM seriyalı 006492 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə qeyd olunmuşdur ki, İddiaçı Sumqayıt ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid 540 kvadrat metr torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Sumqayit ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. Torpaq sahəsi hərracda 3748 manata satılmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi hərrac və müsabiqə vasitəsi ilə iddiaçıya satıldıqdan sonra iddiaçı torpaq sahəsinin dəyərini ödəməkdən imtina etmiş, torpaq sahəsini n ona “şəhid ailəsi” olmasını əsas gətirərək əvəzı ödənilmədən verilməsini tələb etmişdir. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırkı mübahisənin predmeti torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasının məcbur edilməsi təşkil edir ki, məlum olduğu kimi isə istənilən müqavilənin bağlanması ilə əlaqədar olan məsələlərin həll edilməsi qaydası Mülki Məcəllənin müvafiq müddəaları ilə müəyyən edilmişdir, yəni, tərəflər arasında hazırkı mübahisə inzibati hüquq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən qaynaqlanır. Başqa sözlə, hazırkı mübahisə inzibati mübahisə deyildir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların müfəssəl siyahısı müəyyən edilmişdir ki, hazırkı mübahisə həmin siyahıda yer almış inzibati mübahisələrin heç birinə aid edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12 fevral qərarı ləğv edilməli, iddiaçının hazırki iddiası mümkün sayılmamalı, ka sasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-105/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçının hazırkı iddiası mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar