Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1818/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı hüquqi varisi X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka dair hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı hüquqi varisi X3 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(103)-1191/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Notariat Arxivi tərəfindən təqdim olunmuş xx.xx.1957-ci il tarixli müqaviləyə əsasən Rza İbad oğlu Bakı şəhəri, Biləcəri qəsəbəsi, F.Əliyev küçəsində yerləşən, 2 otaqdan ibarət 11 saylı evi X8 almışdır. Həmin müqavilədə sözügedən evin Bakı şəhər Kirov rayon X4 İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat Şöbəsinin 25 may 1957-ci il tarixdə verdiyi arayışa əsa sən X10 xüsusi mülkiyyətində olduğu qeyd olunmuşdur.
2. Bakı şəhər Kirov rayon X4 İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat Şöbəsinin 26 saylı, 23 yanvar 1967-ci il tarixli arayışına əsasən, Kirov rayon 11 saylı notariat kontorunda 6-2723 saylı, xx.xx.1957-ci il tarixli reyestrdə qeydə alınan Bakı şəhəri, Biləcəri qəsəbəsi, F.Əliyev küçəsində yerləşən, 2 otaqdan ibarət 11 saylı ev Rza İbad oğlu tərəfindən satın alınmışdır. 3. 9 fevral 1967-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, F.Əliyev küçəsində yerləşən, 2 otaqdan ibarət 11 saylı ev Rza İbad oğlu tərəfindən X1.
4. AZ-İ seriyalı, 253836 saylı 27 iyun 2007-ci il tarixli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, X7 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəh əri, Biləcəri qəsəbəsi, F. Əliyev küçəsində yerləşən, 2 otaqdan ibarət 11 saylı evin iddiaçının anasına məxsus olmasına dair arayışın verilməsini xahiş etmişdir.
6. Cavabdeh 19 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsd iq edən sənədlərin Siyahısı”nda qeyd olunan hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir.
7. AZ-İİ seriyalı 229958 saylı, 30 noyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı 30 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 29 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən ev üzərində mərhum anası X5 mülkiyyət hüququnu təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev ünvan 3 1/527 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Rza İbad oğlu tərəfindən X2, müqavi lə 20 fevral 1967-ci il tarixdə 10 nömrə ilə qeydiyyata alınmışdır. X7 qeyd edilən alqı-satqı müqaviləsi imzalandıqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. X7 vəfat etdikdən sonra İddiaçı ailəsi ilə birlikdə bu günədək həmin evdə yaşayır. İddiaçı Almara Moqbilova vəfat etdikdən sonra miras əmlaka dair şəhadətnamə alınması üçün 20 saylı notariat kontoruna müraciət etmiş, bu müraciət üzrə notarius 15 fevral 2020-ci il tarixli, 38 nömrəli məktubla cavabdeh orqana müraciət edərək, miras əmlakın tərkibinə daxil olan ünvan 1 ünvanına dair Çıxarışın verilməsini xahiş etmişdir. Sonradan mərhum iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. E tirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(112)-6178/2021 nömrəli qərarı (hakim X14) ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evinin müqaviləyə qədər satıcının mülkiyyətində olmasının, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının sübuta yetirilməməsinə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz tikili barəsində müqavilənin notariat qaydasında təsdiqlənə bilinməməsinə, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmamasına, onların həyata keçirilməsinə maneə yaradılmamasına, imtinanın qanu ni və əsaslı olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(103)-1191/2022 nömrəli qərarı (hakimlər X11 (sədrlik edən və məruzəçi), X12 və X13) ilə Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, ünvan 5 ünvanında yerləşən evin mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mərhum iddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qa nunun 8ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.8-ci bəndinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının mərhum anasına məxsus olduğuna dair arayışın verilməsini tələb etdiyi yaşayış evi onun mərhum anasına notariusda bağlanmış alqı-satqı müqaviləsi ilə satılarkən, evin hüquqmüəyyənedici sənədi qismində alqı-satqı müqavilələrində göstərilən Bakı şəhər Kirov rayon X4 İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat Şöbəsinin 25 may 1957-ci il və 23 yanvar 1967-c i il tarixdə verdiyi arayışlar çıxış etmiş və müqavilədə həmin evin ilk dəfə X10 xüsusi mülkiyyətində olduğu qeyd olunmuşdur. Bu fakt Bakı şəhəri Kirov rayon X4 İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat Şöbəsində sözügedən evlə bağlı müvafiq qeydlərin aparıldığına dəlalət edir. Beləliklə, iddiaçının mərhum anası Almara Moqbilova həmin yaşayış evi ilə bağlı hüquqlarını adı çəkilən Qanun qüvvəyə minənədək əldə etmişdir.
16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia tələbinə dair nə iddiaç ının, nə də iddiaçının hüquqi varisinin 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri ona təqdim edilməmişdir. 18. ünvan 6 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixində idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən alqı-satqı müqaviləsində fərdi yaşayış evinin ümumi sahəsi 58 kv.m, torpaq sahəsinin ölçüsü isə 315 kv.m qeyd olunmuşdur. Lakin faktiki olaraq torp aq sahəsinin ölçüsü 388.4 kv.m təşkil edir və həmin torpaq sahəsində ümumi sahəsi 218.2 kv.m olan 3 ədəd bir mərtəbəli fərdi yaşayış evi mövcuddur. Alqısatqı müqaviləsində qeyd olunan sahələrin yerini təyin etmək mümkün olmamışdır.
19. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olsa da, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(103)-1191/2022 saylı qərarının nəticə hissəsinə əsasən öhdəlik “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin üzərinə qoyulmuşdur. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə etirazda qeyd edilmişdir ki, iddiaçı dəfələrlə inzibati orqana müraciət etmiş, lakin inzibati orqan onun bu müraciətini lazımi qaydada cavablandırmamışdır. Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş 9 fevral 1967-ci il tarixdə 1/527 reyestr nömrəsi ilə təsdiq edilmiş alqısatqı müqaviləsinə dair notariat işindən görünür ki, alqı-satqı müqaviləsi Kirov rayon X4 İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat Şöbəsində 10 nömrə ilə qeydiyyata alınmışdır. Odur ki, inzibati orqanın evə dair alqı-satqı müqaviləsinin qeydə alınmadığına dair arqumentinin heç bir hüquqi əsası yoxdur. Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş 9 fevral 1967-ci il tarixdə 1/527 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə dair notariat işində olan Bakı şəhəri Kirov rayon X4 İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat Şöbəsinin arayışları hüquqmüəyyənedici sənədlə rdir. Cavabdeh tərəfindən qeyri-müəyyən akta istinad edilərək, alqı-satqı müqaviləsində qeyd edilən sahələrin yerinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Halbuki, 1967-ci ildə alınmış ev bu günədək mövcuddur və əgər həmin evin yerini inzibati orqanın mütəxəssisləri müəyyən edə bilməyibsə, iddiaçı həmin evi istənilən zaman inzibati orqanın istənilən mütəxəssisinə göstərməyə hazırdır. Digər tərəfdən, torpaq sahəsində hansısa yardımçı tikili mövcuddursa, bu alqı-satqı müqaviləsində göstərilmiş evin Almara Moqbilovaya məxsusluğuna dair arayışın verilməsinə mane ola bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraci ət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimat 7.1.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həm çinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibə tlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olun muş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
31. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, F.Əliyev küçəsində yerləşən 2 otaqdan ibarət 11 saylı ev 9 fevral 1967-ci il tarixdə 1/527 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi ə sasında Rza İbad oğlu tərəfindən X1. Bununla bağlı nəzərə alınmalıdır ki, həmin müqavilə qeyd olunan evin xüsusi mülkiyyətdə olmasına dair Bakı şəhər Kirov rayon X4 İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş 25 may 1957-ci il və 23 yanvar 1967-ci il tarixli müvafiq arayışlar əsasında bağlanılmış və notarius tərəfindən təsdiq edilmişdir. Başqa sözlə, mübahisəli evin alqı-satqı müqaviləsi notarius tərəfindən Bakı şəhər Kirov rayon X4 İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş müvafiq arayışlara istinadən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Bu baxımdan 1/527 reyestr nömrəsi ilə təsdiq edilmiş və etibarlı olan 9 fevral 1967-ci il tarixli alqı-satqı müqaviləsi hüquqmüəyyənedici sənəd qismində qiymətləndiri lməlidir.
32. İş üzrə materiallardan göründüyü kimi, mərhum Almara Moqbilova alqı-satqı qaydasında əldə etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan vəfat etmişdir. Bu səbəbdən iddiaçı onun vərəsəsi kimi yaşayış evinin anasına məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
33. Belə ki, bu qərarın 21-ci bəndində istinad olunmuş normaya görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Yəni həmin müqavilə onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üç ün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış nəticəsində tərtib edilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd olunan və kassasiya şikayətində istinad olunan həmin məlumatlar (alqı-satqı müqaviləsində fərdi yaşayış evinin ümumi sahəsinin 58 kv.m, torpaq sahəsinin ölçüsünün isə 315 kv.m qeyd olunduğu halda, faktiki olaraq torpaq sahəsinin ölçüsünün 388.4 kv.m təşkil etməsi və həmin torpaq sahəsində ümumi sahəsi 218.2 kv.m ola n 3 ədəd bir mərtəbəli fərdi yaşayış evinin mövcud olması barədə) bu qərarın 21-22-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından əmlak üzərində etibarlı müqaviləyə əsaslanan hüququn iddiaçının mərhum anasına məxsus olmasını istisna edən hal kimi qiymətləndirilə və bu barədə onun vərəsəsinə müvafiq arayışın verilməsindən imtinaya səbəb ola bilməz.
35. Bundan əlavə, öhdəliyin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin üzərinə qoyulması ilə bağlı xüsusi olaraq qeyd olunmalıdır ki, tərəflərdən birinin icra hakimiyyəti orqanının olduğu inzibati hüquq münasibətlərində suveren hakimiyyət daşıyıcısı qismində əslində hər bir halda dövlət çıxış edir. Bununla bağlı icra hakimiyyətinin vahidliyi prinsipi və həmin orqanların sadəcə dövlətin təmsilçiliyini həyata keçirdikləri də nə zərə alınmalıdır. Bundan başqa, 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin struktur vahidi olduğu və həmin qurumun da dövlətin adından hərəkət etdiyi də nəzərə alınmalıdır.
36. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının vərəsəsinə müvafiq arayışın verilməsindən imtina etməkdə haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
37. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədə n saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 21(103)-1191/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.