Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1818/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İİ dərəcə əlilliyin müddətsiz təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edi lməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-564/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya xx.xx.2005-ci il tarixə qədər, xx.xx.2006-ci il tarixə qədər, xx.xx.2010-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər, xx.xx.2012-ci il tarixə qədər, xx.xx.2013-cü il tarixə qədər, xx.xx.2014-ci il tarixə qədər, xx.xx.2015-ci ilə qədər, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər ikinci qrup əlillik təyin olunmuşdur.
2. İddiaçının sonuncu dəfə ona İİ qrup əlilliyin müddətsiz verilməsi ilə bağlı etdiyi müraciətə əsasən cavabdeh tərəfindən 1 nö mrəli Sumqayıt Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, 0531003AAKUS saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və “Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Xora xəstəliyi Xroniki 12b\b xorası tez-tez residivləşən gedişli daimi ağrı dispeptik əlamətlərlə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun əlillik əlaməti təyin etməməsi - Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası nın xx.xx.2004-cü il tarixli, 71 saylı xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, iddiaçıya “Xora xəstəliyi. 12 barmaq bağırsağın soğanağının qanaxma ilı fəsadlaşmış (mart 2004-cü ildə) xorası, çapıqlaşma mərhələsində. 12 barmaq bağırsağın soğanağının xora-çapıq deformasiyası. Xroniki eroziv qastroduodenit, kəskinləşmənin sönmə mərhələsində. Kəskin posthemorragik hipoxrom dəmir çatışmazlığı anemiyasından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur və xəstəliyin hərbi xidmət dövründə alınması təsdiq olunmuşdur.
4. İddiaçı əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi və ona İİ qrup əlilliyin müddətsiz verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya elektron qaydada ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda əlillik əlamətinin təyin edilməməsi səbəbindən ona əlilliyin verilməsindən imtina olunduğu qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü il tarixdən xroniki onikibarmaq bağırsağın xorası xəstəliyindən əziyyət çəkir, hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlildir, xəstəliyi ilə əlaqədar müxtəlif xəstəxanalarda dəfələrlə stasionar və ambulator müalicələr almışdır. Müalicələrinin nəticəsi olaraq yaxşılaşma qeydə alınmadığına görə xx.xx.2016-cı il tarixdən iddiaçıya 5 illik müddət inə əlillik təyin edilmişdir. Davamlı olaraq xəstəliyi ilə əlaqədar 17 ildir pensiya almışdır, lakin 2021-ci ilin aprel ayında əlilliyi ləğv edilmiş və pensiyası kəsilmişdir. Onun xəstəliyi ilə əlaqədar olaraq daima epiqastral nahiyədə ağrıları olur, qusma, qanaxma, qıcqırma, köp, turş gəyirmə, ağrıların yanğılı olması, ümumi zəiflik, əsəbilik, halsızlıq və s. bu kimi dispeptik əlamətlər sağlamlığında aşkarlanmış, daima kiminsə köməyinə ehtiyacı var, özü-özünü idarə etməkdə çətinlik çəkir. O, əlilliyinin yenidən bərpa olunması ilə əlaqədar cavabdehə elektron qaydada müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır.
7. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 3 saylı Şəhər poliklinikasının xx.xx.2014-cü i l tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif Həzm sisteminin xəstəlikləri => K20- K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Xora xəstəliyi. 12 b/b xorası. Tez-tez residivləşən gedişli daimi ağrı dispeptik sindromlu, 12 b/b çapıq deformasiyası, eroziv qastrit, xrfaringit, diffuz yayılmış osteoxandroz; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli 0531003AABNW saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağır saq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Xora xəst, xr 12 bb xorası, tez-tez residivləşən gedişli daimi ağrı didpeptik sindromlu, 12 bb çapıq deformasiyası, eroziv qastrit, xr faringit, diffuz yayılmış osteoxandroz; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
8. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Xora xəst, xr 12 bb xorası, tez-tez residivl əşən gedişli daimi ağrı didpeptik sindromlu, 12 bb çapıq deformasiyası, eroziv qastrit, xrfaringit, diffuz yayılmış osteoxandroz.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AAKUS saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Xora xəstəliyi, Xroniki 12b\b xorası tez-tez residivləşən gedişli daim i ağrı dispeptik əlamətlərlə Ağırlaşma K90.9 Bağırsaqda sorulmanın dəqiqləşdirilməmiş pozğunluğu, Həzm funksiyasının pozulması Ağırlaşma D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, ikincili anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AAKUS saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdiri lməmiş, qanaxma ilə, Xora xəstəliyi Xroniki 12b\b xorası tez-tez residivləşən gedişli daimi ağrı dispeptik əlamətlərlə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2745/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixinə fasiləsiz olaraq 10 ildən yuxarı ikinci dərəcəli əlillik təyin olunduğu nəzərə alınaraq həmin tarixdən ikinci dərəcəli əlilliyin ona müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya xx.xx.2010-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər fasiləsiz 2-ci qrup əlillik təyin olunduğu üçün eyni xəstəliklər səbəbindən cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz 2-ci dərəcəli əlilliyin təyin edilməsindən imtinasının heç bir hüquqi və qanuni əsaslarının mövcud olmamasına, araşdırma nəticəsində iddiaçının ona fasiləsiz 2-cü qrup əlillik təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun iş üzrə sübuta yetirilməsinə, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun iş materialları ilə təsdiq olunmamasına, bu səbəbdən cavabdehin imtinasının qanuna zidd olmasına, iddiaçının hüquqlarını pozmasına, imtinanın cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin m əqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-564/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti iddia ərizəsinə etirazın və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Bununla yanaşı əlavə olaraq qeyd edilmişdir ki, analoji bir iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-l(102)-912/2022 nömrəli qərarında (31, 33-cü bəndlər) əlilliyin müddətsiz müəyyən olunması üçün növbəti müayinənin labüdlüyü qeyd olunmuşdur.
16. Apelyasiya Məhkəməsinin qərarında birbaşa göstərilmişdir ki, “Sadalanan normalardan müəyyən olunur ki, ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir’’.
17. Göründüy ü kimi məhkəmə həm maddi hüquq normasını səhv tətbiq etmiş, eyni zamanda prosessual qanunvericiliyin tələblərinə zidd olaraq vahid məhkəmə təcrübəsinə uyğun olmayan qərar qəbul etmişdir.
18. Məhkəmə həmçinin İş üzrə keçirilmiş ekspertizanın rəyinə də hər hansı qiymət verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, “diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik əlaməti təyin etmədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarının hər hansı bir meyarını aid etmək mümkün olmadı.” Vacib sübut xarakteri daşıyan rəyə qiymət verilməməsi də ciddi prosessual pozuntu dur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 1.0.17. Əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qur um) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Ş əxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlil liyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qə rar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti m əhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya in stansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayə tinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin istinad olunan normaları baxımından iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi üçün tələb olunan əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarın da ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıların qeyd edilməsi zəruridir.
31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-912/2022 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə sadiq qalaraq bir daha vurğulayır ki, (31, 33-cü bəndlər) əlilliyin müddətsiz müəyyən olunması üçün şəxsin növbəti müayinəsinin keçirilməsi labüddür. Bununla belə, məhkəmə kollegiyası həm də qeyd edir ki, belə hallarda cavabdeh tərəfindən şəxsin əlilik vəziyyətinin obyektiv göstəricilər və əlilliyin qiymətləndirilməsi meyarları əsasında qiymətləndirilməsi, eləcə də inzibati orqanın qiymətləndirmə azadlığının istinad olunan qanunvericiliyin məqsədlərinə uyğun həyata keçirilməsi təmin olunmalıdır. Başqa sözlə, müddətsiz əlilliyin təyin olunmasından əvvəl keçirilən müayinənin şəxsə müddətsiz əlilliyin təyin edilməsindən yan qaçmağın pərdələnmiş vasitəsi və ya üsulu kimi istifadə olunması yolverilməzdir.
32. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 10 ildən artıq müddətdə fasiləsiz olaraq 2ci qrup əlilliyi olan şəxsdir və ona həmin əlillik eyni diaqnoz əsasında məhz cavabdeh tə rəfindən təyin olunmuşdur, iddiaçının xəstəliyi də dəyişməmişdir. Odur ki, iddiaçı eyni diaqnoz əsasında ona yenidən, həm də qanunvericiliyin tələblərinə əsaslanaraq müddətsiz əlilliyin təyin olunacağına ümid etdiyi (qanuni gözləntiləri olduğu) halda, cavabdeh tərəfindən analoji diaqnoz üzərindən ona müddətsiz əlilliyin təyinatından imtina olunmuşdur. Bu zaman cavabdeh tərəfindən həmçinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələbinin pozuntusuna yol verilmişdir. Belə ki, istinad olunan Qanunun 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər.
33. Bundan başqa, mübahisəyə dair iş üzrə məhkəmə-tibb ekspertizası təyin olu nmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nə həvalə edilmişdir. Ekspertizanın nəticəsi üzrə rəydən görünür ki, ekspertizanın keçirilməsində cavabdehin nümayəndəsi də iştirak etmiş və ekspert rəyini imzalamışdır. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 24-cü maddəsinin müddəaları baxımından maraqlı qurumun nümayəndəsi ekspertizanın keçirilməsində ekspert qismində iştirak edə bilməz. Ali Məhkəmənin bununla bağlı formalaşmış mövqeyinə görə, belə hallarda ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz (bax: Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1916/2023 saylı, xx.xx.2023cü il tarixli, 2-1(102)-526/2023 saylı qərarları).
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-564/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.