Məhkəmə qərarları › İş №2-1(102)-1819/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1819/2019

02.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1819/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ödəmə mənbəyində tutulan vergi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Ver gilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-59/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 18.06.2015-ci il tarixli, **********912875 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilm əsi haqqında” Qərarının ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-710/2016 saylı, 23 avqust 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.06.2015-ci il tarixli, **********912875 nömrəli qərarının ƏDV və ona hesablanmış maliyyə sanksiyası, ödəmə mənbəyində tutulan vergisi üzrə və ona hesablanmış maliyyə sanksiyası, mənfəət vergisinin 19137.28 manat və ona hesablanmış maliyyə sansiyası hissəsində ləğv edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi və 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərinin 50 manatının iddiaçı “xxxx” MMC-dən digər 50 mana tın isə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentindən müştərək qaydada tutularaq, dövlət büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD ****** VÖEN ********** Müxbir hesab AZ 41 NABZ********************SWİFT BİK CTREAZ

22. Hesab AZ34CTRE********************) ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-710/2016 saylı iş üzrə 23 avqust 2016-cı il tarixliqərarının ləğv edilməsi və iddianın təmin edilən hissədə də təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2550/2016 saylı, 16 dekabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 23.08.2016-cı il tarixli, 2-1(82)-710/2016 saylı qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)817/2016 saylı, 12 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2550/2016 saylı, 16 dekabr 2016-cı il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2512/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olun muş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2016-cı il tarixli, 2-1(82)-710/2016 saylı qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərardaddan bu dəfə iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2018ci il tarixli, 2-1(102)-421/18 saylı qərarı ilə iddiaçının kassasiya şikaytəi təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2512/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1008/2018 saylı, 16.05.2018-ci il tarixli qərarı ilə cavabde hin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2016-cı il tarixli, 2-1(82)-710/2016 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1785/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli qərarı cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1008/2018 saylı, 16.05.2018-ci il tarixli qərarı qismən, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.06.2015-ci il tarixli, **********912875 sayl ı qərarının hesablanmış ÖMTV-nin ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-59/2019 saylı, 15 fevral 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – Ş.A.Məmmədov və İ.B.Əhmədov) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2016-cı il tarixli, 2-1(82)-710/2016 saylı qərarı - yoxlanılan hissədə ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi “vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.06.2015- ci il tarixli, **********912875 saylı qərarın hesablanmış ödəmə mənbəyində tutulan vergisi üzrə və ona hesablanmış maliyyə sanksiyasının ləğv edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-59/2019 saylı, 15 fevral 2019-cu il tarixli qərarını ləğv edib “vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.06.2015-ci il tarixli, **********912875 saylı qərarın hesablanmış ödəmə mənbəyində tutulan vergisi üzrə və ona hesablanmış maliyyə sanksiyasının ləğv edilməsi hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normaların ın pozuntusu ilə çıxarılmışdır. Belə ki, apellyasiya məhkəməsi onun və nümayəndəsinin iş üzrə verdiyi izahatları düzgün nəzərə almamışdır. Bütün məhkəmə iclaslarında verdikləri izahatlarda sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında akta münasibət bildirərək göstərmişlər ki, yoxlayıcıların özləri onlardan əlavə sənədlərin qəbulundan məqsədli surətdə yayınmışlar. Yoxlama vaxtının süni surətdə uzatmaqla vaxt itkisinə və Cəmiyyətin fəaliyyətinin paralizəsinə yol veriblər. Digər tərəfdən, yoxlayıcı tərəfindən tələb edilməli olan bir çox sənədlərin elektron sistemdə olması dəfələrlə onların nəzərinə çatdırılmışdır. Lakin bu göstərilən hallara məqsədli surətdə əhəmiyyət verilməmişdir. Halbuki, həmin sənədlər ilk məhkəmə iclaslarında birinci instansiya məhkəməsinə təqdim edi lmişdir və onlar tədqiq edilmişlər. Bu tədqiq nəticəsində də iddia tələbləri əsaslı olması müəyyən edilmişdir. Belə olan halda onlarda mövcud olan sənədlər hansı səbəbdən yoxlayıcılara təqdim edilməmişdir kimi müəmmalı bir sual meydana çıxır. Digər tərəfdən məhkəmə kollegiyası hazırkı qərarda yalnız Ədliyyə Nazirliyinin MEM-nin 20.06.2016-cı il tarixli ****/**** saylı ekspert rəyinə istinad etmişdir. Halbuki keçirilmiş əvvəlki məhkəmə iclaslarında cavabdehin öz təşəbbüslərinə uyğun olaraq keçirilmiş təkrar məhkəməmühasibatlıq, komission məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri nəzərə alınmamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin sifarişinə əsasən seysmoloji stansiyaların tikintisi, təmiri və ərazinin abadlaşdırılması, habelə “xxxx” ASC nin sifarişinə əsasən yaşayış binalarında elektrik xəttlərinin çəkilişi fəaliyyəti ilə bağlı məhkəmədə tərəflərindən əhatəli surətdə izahat verilmişdir və bununla bağlı iclasda sədrlik edənin adına iş üzrə etiraz və etiraza əlavə təqdim etmişlər. Bununla bağlı nəzərə alınmalıdır ki, hər iki sifariş üzrə mövcud olmuş tender şərtləri, texniki şərtlər, smeta sənədlərinin mövcudluğu, 1 nəfər işçinin real orta aylıq iş vaxtı, adam/saat sərfıyyatı, illər üzrə minimum əmək haqqları, müvafiq işlərə cəlb edilmiş real işçi qüvvəsi və texniki vasitələr barədə konkret dəlillər göstərmiş və cavabdehin ehtimal nəzəriyyəsinə əsaslanmaqla hesablama aparmasının əsassızlığı, istinad etmiş olduğu normativ aktın təkzibi tərəfindən sübuta yetirilmişdir. Ancaq bunlara baxmayaraq məhkəmə kollegiyası tərəfindən q əbul olunmuş qərarla iddia tələblərinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.06.2015-ci il tarixli, **********912875 saylı qərarının hesablanmış ödəmə mənbəyində tutulan vergisi üzrə və ona hesablanmış maliyyə sanksiyasının ləğv edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. Bu nəticəyə gəlməkdə məhkəmə kollegiyası haqlı olmamışdır və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38, 45, 67, 70, 83, 101, 150-ci maddələrinin tələbləri düzgün tətbiq olunmamışdır. Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vegi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən tərtib edilmiş ittiham aktı Bakı şəhəri Nərimanov rayon məhkəməsində məhkəmə baxışının predmeti olmuşdur. Həmin ittiham aktına görə X1 “xxxx” MMC-nin direktoru vəzifəsində işlədiyi vaxtda 19137,28 manat mənfəət vergisindən və 10443,42 manat məbləğində ödəmə mənbəyindən tutulan vergini ödəməkdən yayınmaqda təqsirli bilinib məhkəməyə verilmişdi. Məhkəmənin 25 dekabr 2017-ci il tarixli hökmünə əsasən cinayət əməli törətməyi barədə təqsiri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ona bəraət verilmişdir və həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06.12.2018-ci il tarixli, 1(103)-713 saylı qərarı ilə təmin olunmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etd ilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qey d edir ki, mübahisə üzrə bu qərarın təsviri hissəsində sadalanmış məhkəmə aktlarının qəbul edilməsindən sonra hazırkı kassasiya baxışının predmetini yalnızca iddia tələbinin “vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.06.2015-ci il tarixli, **********912875 saylı qərarının hesablanmış ödəmə mənbəyində tutulan vergi və ona hesablanmış maliyyə sanksiyasının ləğv edilməsinə dair hissəsi ilə bağlı apellyasiya məhkəməsinin qərarının qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən bununla bağlı müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı müəssisənin işçilərinin orta siyahı sayı 6 nəfər olmuş, iddiaçı tərəfindən işçilərə 32192,43 manat əmək haqqı hesablanmış və hesablanmış əmək haqqından 2668,82 mana t gəlir vergisi tutulmuşdur, həmçinin yoxlanılan dövrdə iddiaçı MMC faktiki olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin (**********) sifarişinə əsasən seysmoloji stansiyaların tikintisi, təmiri və ərazinin abadlaşdırılması, habelə "xxxx" ASC-nin (**********) sifarişinə əsasən yaşayış binalarında elektrik xətlərinin çəkilişi fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə iddiaçı tərəfindən təqdim edilmiş 20.11.2011-ci il tarixli, № Astik 727/1211 saylı Podrat müqaviləsindən görünür ki, mühəndisin tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə Sifarişçinin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq Sifarişçiyə məxsus Bakı ş. Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsində "Uğur 2" yaşayış kompleksində 5, 6, 7 və 8 saylı bi nalarda elektrik sayğaclarının quraşdırılması işlərini (bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən) yerinə yetirməyi, işləri başa çatdırmağı və Sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, Sifarişçi isə İcraçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 24.355,2 (iyirmi dörd min üç yüz əlli beş manat 20 qəpik) AZN təşkil edir. Müəssisə tərəfindən yerinə yetirilmiş tikinti işlərinin faktiki həcmində əmək haqqı məbləğinin və işçilərin sayının yerinə yetirilən işlərin (xidmətlərin) həcminə uyğunluğunu araşdırmaq məqsədilə 24.10.2014-cü ıl tarixli **********819739 saylı "Mütəxəssisin dəvət edilməsi haqqında" qərar çıxarılmışdır. 29.03.2015-ci il tarixli mütəxəssis rəyinə ə sasən görülmüş işlərin tıkintisində normativ əmək tutumunun ümumilikdə 30579,15 adam/saat (o, cümlədən 2011-ci ildə 29514,74 adam/saat və 2012-cı ılin 1-ci rübündə 1064,41 adam/saat) olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 2011-ci ilin İİİ rübündə 1 nəfər işçinin orta aylıq iş vaxtının 170,33 saat, İV rübdə 165,00 saat və 2012-ci ilin İ rübündə 145,67 saat olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi rəsmi məlumatlarına əsasən 2011-cü ildə tikinti sahəsində bir muzdlu işçiyə düşən orta nominal əmək haqqı 519,40 manat və 2012-ci ilin yanvar-mart aylarında tikinti sahəsində bir muzdlu işçiyə düşən orta nominal əmək haqqı 551,50 manat təşkil etmişdir. Qeyd edilən rəyə əsasən yoxlanıl an dövr üzrə aparılan təmir-tikintı işlərində normativ əmək tutumu aşağıdakı kimi müəyyən edilmişdir: 2011-ci ilin İİİ rübü üzrə 42095,09 manat (13804,50 adam/saat /170,33 saat x 519,40 manat), 2011 -ci ilin İV rübü üzrə 49453.93 manat (15710,24 adam/saat/165,00 saat x 519,40 manat), 2012-ci ilin İ rübü üzrə 4029,81 manat (1064,41 adam/saat/145,67 saat x 551,50 manat). Beləliklə, yoxlama ilə ümumilikdə 95578,83 manat əmək haqqının hesablandığı müəyyən edilmiş, yoxlama ilə hesablanmış 95578,83 manat əmək haqqından iddiaçı tərəfindən hesablanmış 20983,00 manat əmək haqqı nəzərə alınmaqla, yoxlama ilə Vergi Məcəlləsinin 67ci, 45-ci, 83.2, 101 və 150.1.7-ci maddələrinə əsasən əlavə olaraq 10443,42 manat ((95578,83 - 20983,00) x 14%) ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Eyni zamanda, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən haqlı olaraq ödəmə mənbəyində tutulan verginin yayındırılmasına görə, yayındırılmış 10443,42 manat ödəmə mənbəyində tutulan verginin məbləğinə 50% miqdarında, yəni 5221,71 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mütəxəssis rəyinə əsasən ÖMTV hesablanmasının əsassız olduğunu qeyd etsə də, vergi orqanı tərəfindən tikinti işlərinin faktiki həcmində əmək haqqı məbləğinin hansı qaydada müəyyən edilməli olduğunu göstərməmişdir. Vergi Məcəllənin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlər və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə, vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətində göstərilən Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə başlanılmış cinayət təqibi üzrə X1na bəraət verilməsi ilə bağlı dəlilə münaisbətdə isə kollegiya qeyd edir ki, həmin məhkəmə hökmünün mövcudluğu hazırkı inzibati iş üzrə baxılan hissədə iddiaçının tələbini rədd etməyə mane olmur. Çünki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-71 3 saylı, 06 dekabr 2018-ci il tarixli qərarından görünür ki, həmin bəraət hökmünün çıxarılmasına əsas Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1785/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli qərarından sonra “xxxx” MMC-nin vergidən yayındığı məbləğin 10443,42 manat ÖMTV olması təşkil etmişdir. Bu məbləğ isə bütövlükdə cinayət məsuliyyəti yaratmır. Göründüyü kimi bəraətin əsasını yayındırılmış vergi məbləğinin cinayət məsuliyyəti yaradacaq miqdarda olmaması təşkil etmişdir. Cinayət təqibinin gedişində vergi ödəyicisinə hesablanmış ÖMTV-nin qanuniliyinə və əsaslılığına ümumiyyətlə qiymət verilməmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə koll egiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-59/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar