Məhkəmə qərarları › İş №2-1(102)-1819/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1819/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1819/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçıNaxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2020-ci il tarixli, 2-1(108)-11/20 nömrəli qərardadından verilmiş kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinə q arşı pensiyanın düzgün hesablanması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2-1(122)-29/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinə qarşı “pensiyanın düzgün hesablanması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin qoyulması barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2020-ci il tarixli, 2-1(108)-11/20 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti nin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi12 may 2020-ci il tarixli, 2-1(108)-11/20 nömrəli qərardadından narazı qalan iddiaçı həmin qərardaddan kasasiya şikayəti vermişdir. Kasasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları 16 sentyabr 2020-ci il tarixdə aradan qaldırmaq təklif edilmişdir. Lakin iddiaçı tərəfindən bu məsələ həll edilməmişdir. Buna görə də iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, o nun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsasl arını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. X1 Respublikası Ali Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar