Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1819/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1846/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İşin hallarına əsasən, mübahisənin predmetini iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir.
2. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1971-ci il tarixdən xx.xx.2013-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək Azərbaycan SSR Ali Məhkməsində məhkəmə sərəncamçısı, xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində kadrlar üzrə müfəttiş və hüquqşünas, xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək RSFSR Kursk Vilayət X2 İcraiyyə Komitəsinin Ticarət İdarəsində baş arbitr və baş hüquqşünas, xx.xx.1991-ci ildən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Arbitrajında dövlət arbitri vəzifələrində işləmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2005ci il tarixədək “SOS” hüquq firmasının direktoru, xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Vəkillər X1 üzvü olmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsin in mümkün olmaması haqqında” imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (7 il 2 ay 22 gün (xx.xx.1976- xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1982-ci il, xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də, ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. Azərbaycan Respublika sı Dövlət İmtahan Mərkəzinin 04/4-22/29696 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək-pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatında bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislərin vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Yuxarıda qeyd edilən Siyahıya əsasən iddiaçının 1983-1991-ci illərdə işlədiyi Rusiya Federasiyasının Kursk Vilayəti X2 İcraiyyə Komitəsinin Ticarət İdarəsi həmin Komitənin aparatında nəzərdə tutulduğu və Ticarət İdarəsinin ştat cədvəlində baş arbitr və baş hüquqşünas vəzifələri mövcud olduğu halda, həmin illər dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məh kəməsində icraat
5. İddiaçı 14 iyun 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan ona məxsus əmək kitabçasında əks olunan məlumatları sadalayaraq qeyd etmişdir ki, onun dövlət qulluğunda əmək stajı 15 il 3 ay 15 gün təşkil edir. Cavabdehə müraciət edərək ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasını xahiş etmiş, lakin cavabdeh onun dövlət qulluğu stajının 7 il 2 ay 22 gün təşkil etdiyini bildirərək müraciətin icrasından imtina etmişdir. Qeyd etmişdir ki, "Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 52. 3-cü maddəsinə görə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti (RSFSR X3 Soveti İcraiyyə Komitəsinin Ticarət İdarəsindəki fəaliyyəti dövlət qulluğu hesab olunmaqla) pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına daxil edilir. Hesab etmişdir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan, onun dövlət qulluqçusu kimi əmək pensiyası hüququ pozulmuşdur.
7. Cavabdeh iddia tələbinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7472/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə iddiaçıya məxsus əmək kitabçasına əsasən onun həqiqətən xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək RSFSR Kursk Vilayət X2 İcraiyyə Komitəsinin Ticarət İdarəsində Baş Arbitr və baş hüquqşünas peşələrində işlədiyini, həmçinin həmin illərin dövlət qulluğu stajına daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək RSFSR Kursk Vilayət X2 İcraiyyə Komitəsinin Ticarət İdarəsində Baş Arbitr və baş hüquqşünas peşələri “1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.17-ci bəndində - rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatında bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislərin vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti b aşçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmaqla dövlət qulluğu stajına daxil edilməlidir.
10. Məhkəmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.2-ci maddələrinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 20.11.1 və 20.11.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (64 yaş) xx.xx.2018-ci il tarixdə çatmışdır. Ona yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluçusu kimi əmək pensiyasının təyin edilməsi üçün ümumilikdə 15 il 4 ay 15 gün (xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü illər) dövlət qulluğu stajı mövcuddur. Məhkəmə cavabdehin imtinasında və etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla birlikdə tədqiq edərək belə bir qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1846/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7472/2021 nömrəli, 2 1 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə qarşı etirazın dəlillərinin əsasını təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasıpnın təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşı na çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1 dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natama m ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.... 18. “Dövlət qulluğu haqqında” Qanun:... Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı 23.1 dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2 dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbayca n Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur....
19. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyah ısı”nın 1.17-ci bəndində - rayon (şəhər) X2 İcraiyyə Komitəsinin aparatında bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislərin vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmaqla dövlət qulluğu stajına daxil edilməlidir....
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1.Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə t ərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şi kayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. İddiaçı dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının dövlət qulluğunda iş stajının 15 ildən az olduğunu bildirib pensiya təyin etməkdən imtina etmişdir.
27. Cavabdeh tərəfindən konkret olaraq iddiaçının xx.xx.1976 - xx.xx.1977-ci il, xx.xx.1977 - xx.xx.1982-ci il, xx.xx.1991 - xx.xx.1993-cü il tarixləri arasındakı işlədiyi dövrlə r onun dövlət qulluğu stajına daxil edilərək, dövlət qulluğu stajının 15 ildən az, yəni 7 il 2 ay 22 gün təşkil etməsinə istinad edilməklə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
28. İddiaçının qənaətinə görə isə cavabdeh qanunsuz olaraq onun xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək RSFSR (Rusiya Federasiyasının) Kursk Vilayət X2 İcraiyyə Komitəsinin Ticarət İdarəsində baş arbitr və baş hüquqşünas peşələrində işlədiyi illərİ dövlət qulluğu stajına daxil etməyərək, nəticədə, dövlət qulluğu stajı 15 il 3 ay 15 gündən az hesablanmışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə hüquqi mövqe bildirərkən haqlı olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəmənin sorğusun a cavab olaraq göndərdiyi 04/xx-xx/2969 nömrəli, 12 noyabr 2021-ci il tarixli məktubuna istinad etməklə hesab etmişdir ki, iddiaçının 1983-1991-ci illərdə işlədiyi Rusiya Federasiyasının Kursk Vilayəti X2 İcraiyyə Komitəsinin Ticarət İdarəsi həmin Komitənin aparatında nəzərdə tutulduğu və Ticarət İdarəsinin ştat cədvəlində baş arbitr və baş hüquqşünas vəzifələri mövcud olduğu halda, həmin illər dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. İddiaçının qeyd olunan tarixlərdə Rusiya Federasiyasının Kursk Vilayəti X2 İcraiyyə Komitəsinin Ticarət İdarəsində baş arbitr və baş hüquqşünas işləməsi əmək kitabçasının məlumatlarında əksini tapmış, həmin vəzifələr Ticarət İdarəsinin ştat cədvəlində nəzərdə tutulmuş və Ticarət İdarəsinin Kursk Vilayəti X2 İcraiyyə Komitəsinin aparatı ndan kənarda fəaliyyət göstərməsi işdə olan dəlillərlə sübuta yetməmişdir.
30. İddiaçının dövlət qulluçusu kimi ona əmək pensiyasının təyin edilməsi üçün ümumilikdə 15 il 4 ay 15 gün (xx.xx.1976 - xx.xx.1977-ci il, xx.xx.1977 - xx.xx.1982-ci il, xx.xx.1983 - xx.xx.1991-ci il, xx.xx.1991 - xx.xx.1993-cü illər) dövlət qulluğu stajının mövcud olması və onun xx.xx.1954-cü il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (64 yaş) xx.xx.2018-ci il tarixdə çatması işdə olan sənədlərlə sübuta yetmişdir.
31. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bunun la bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1846/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.