Məhkəmə qərarları › İş №2-1(102)-1819/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1819/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1819/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi, eksternat (sərbəst) təhsil)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü, FİN:OVWGAAD) cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023 -cü il tarixli, 2-1(103)-173/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universitetində 2005-2013-cü illərdə təşkilat menecmenti ixtisası üzrə sərbəst-eksternat təhsilalma formasında təhsil almış, Dövlət Attestasiya Komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə ona KA 40399 saylı diplom təqdim edilmişdir. Eksternat təhsilalma formasında “Təşkilat menecmenti” ixtisası üzrə tədris planını tam yerinə yetirdiyinə, dövlət imtahanından keçdiyinə və buraxılış ixtisas işini müdafiə etdiyinə görə ona xx.xx.2013- cü il tarixli 1478BHO-3 nömrəli əmrlə "menecer” ixtisası verilmişdir.

2. İddiaçı həmin diplom üzrə ixtisa sınin Azərbaycan Respublikası ərazisində tanınması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, Təhsil Nazirliyi xx.xx.2015-ci il tarixli məktubla diplom üzrə ixtisasın tanınmasından imtina etmişdir. İmtinanın əsası kimi X2 Statistika və İnformatika Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddət qarşılığında (əyani-5 il, qiyabi-1 il artıq) həmin ölkədə olmadığı qeyd edilmişdir.

3. İddiaçı məsələ ilə bağlı yenidən xx.xx.2021-ci il tarixli ərizə ilə hazırkı cavabdehə müraciət etmiş, lakin cavabdeh də Təhsil Nazirliyinin qeyd olunan xx.xx.2015-ci il tarixli imtina məktubuna istinadən və sərbəst (eksternat) təhsil alması barədə arayış olmadan xx.xx.2021-ci il tarixli formal cavabı ilə diplom üzrə ixtisasın tanınmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 17 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universiteti tərəfindən ona təqdim edilmiş 09.10.20l3-ci il tarixli, KA 40399 saylı diplomun tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Agentliyə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, Təhsil Nazirliyi tərəfindən iddiaçıdan sərbəst (eksternat) təhsil alması barədə arayış tələb edilmiş, o, da təhsil aldığı Universitetdən 2005-2013-cü illərdə eksternat (sərbəst) təhsil alması barədə müvafiq arayışı almış, lakin həmin arayışı təqdim edənə qədər, nazirlik onun müraciətinə baxmış və diplomun tanınmasından imtina etmişdir. Halbuki, Təhsil Nazirliyi onun müraciətinə cavab verərkən, eksternat təhsil almağı barədə arayışa baxdıqdan sonra müvafiq olaraq müraciətinə cavab verməli idi.

6. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, onun imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan mü ddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ek vivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) xx.xx.2022-ci il tarixli, 2- 1(112)2544/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”) ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəyin olmasını mütləq sayır və həmin rəylərdən biri də “ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə hansı ki, yuxarıda göstərilən Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuşdur, iddiaçıya müna sibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişdə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplomun müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının təhsilalma forması əyani deyil, sərbəst (eksternat) qaydada həyata keçirilmiş və Sazişdə sərbəst (eksternat) qaydada təhsilalmanın nəticəsi olaraq diplomun tanınmalı olması birmənalı olaraq göstəril məmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 6 aprel 2023-cü il tarixli, 21(103)-173/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2544/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmuş, iddiaçının Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universiteti tərəfindən verilmiş xx.xx.2013-ci il tarixli KA 40399 saylı diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,... iddiaçı Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universitetində eksternat təhsilalma formasında təhsilini uğurla başa vurmuş və təhsil aldığı ölkə tərəfindən onun diplomu “Apostil” olunmuşdur. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının Universitetdə təhsilalma formasının eksternat olmasını və həmin ölkədə qısa müddət ərzində olduğunu əsas tutaraq diplom üzrə ixtisasının tanınmasından imtina olunması tamamilə əsassızdır. Əsassızdır həm də ona görə ki, qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.4-cü maddəsində sərbəst (eksternat) təhsilalma forması Azərbaycan Respublikasında təhsilalma formalarından biri kimi nəzərd ə tutulmuşdur.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti imtina məktublarına və iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Təhsil haqqında” Qanun Maddə

1. Əsas anlayışlar 1.0.39. sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini va xtından əvvəl bitirmək hüququ verən təhsilalma forması;...... Maddə

13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).

16. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkü ndür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb olunduğundan, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyi nə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi t ərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının aldığı bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi, aldığı təhsil formasının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş təhsil formalarına uyğun olması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellya siya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin əsas və təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. İddiaçının işə əlavə olunmuş KA 40399 saylı diplomundan, həmin diploma əlavədən, əmrlərdən çıxarışlara əsasən və “Apostil”dən görünür ki, o, Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universitetində eksternat (sərbəst) təhsilalma formasında - 49 fənn üzrə 8258 saat miqdarında, “məqbul”, “yaxşı” və “əla” yeku n qiymətləri ilə, 2 həftə-tanışlıq, 6 həftə istehsalat və 8 həftə diplom təcrübələrini “məqbul” ödəməklə və ixtisası üzrə dövlət imtahanını əla verərək və diplom işini əla müdafiə edərək təhsilini başa vurmuş, bütün bunların nəticəsi olaraq da onun diplomu 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına müvafiq qaydada Rusiya Federasiyasında “Apostil” olunaraq xx.xx.2014-cü il tarixdə Moskva şəhər Təhsil Departamentində təsdiq olunmuşdur.

25. Bundan əlavə, iş materiallarının 25-26-cı vərəqlərində olan Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin Federal Dövlət büdcə Ali Təhsil Müəssisəsi Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin xx.xx.2021-ci il tarixli 14.03-10/118 saylı arayışında bildirilmişdir ki, “İddiaçı (xx.xx.1970) həqiqətən Rusiya Federasiyasının X2, Statisti ka və İnformatika Universitetində “Təşkilat menecmenti” ixtisası üzrə “eksternat” təhsilalma formasında təhsil almış, qəbul olunması haqqında xx.xx.2005-ci il tarixli 4837 dst saylı əmr verilmiş, təsilini bitirməsi və ixtisasın verilməsi haqqında xx.xx.2013-cü il tarixli, 1478-VPO-e saylı əmrlə ona “menecer” ixtisası verilməklə, 13/2187 qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli KA- 40399 seriyalı diplom verilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 15-ci bəndində istinad olunan normaya görə, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

27. Sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhs ildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı bir pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır. Bu forma təhsildə tələbə məktəb proqramı kursunu ekstern yolu ilə (kənarda olmaq üsulu ilə) keçərək təhsilini davam etdirib bitirir. 28. “Təhsil haqqında” Qanunda sərbəst (eksternat) təhsilalma forması qanunverici tərəfindən mövcud xarici təcrübə nəzərə alınaraq təsbit olunmuşdur. Bu baxımdan, həm də nəzərə alınmalıdır ki, həmin Qanunla ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin sərbəst (eksternat) formada təşkili ilə bağlı qanunvericilik və tədris bazasının yaradılması müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. İstinad olunan Qanunun qəbulundan keçən müddət ərzində səlahiyyətli orqanlar tərəfindən qanunu n həmin tələbinin yerinə yetirilməməsi, yəni sərbəst (eksternat) təhsilin dövlət standartlarının müəyyən edilməməsi və tədris proqramlarının hazırlanmaması şəxsin sərbəst (eksternat) təhsil alma imkanlarının məhdudlaşdırılmasını şərtləndirən hal kimi qiymətləndirilə bilməz.

29. Belə məhdudlaşdırma həmçinin xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən şəxsə verilmiş, həmin şəxsin ali təhsil proqramını uğurla mənimsədiyini, bu və ya digər səviyyədə onun ali təhsil aldığını təsdiq edən sənədin, diplomun, yaxud da şəhadətnamənin tanınmasına da şamil oluna bilməz.

30. Bundan başqa, iddiaçının təhsil aldığı vaxt Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və t əşkili Qaydaları”nın 1.6-cı bəndinin xx.xx.2020-ci il tarixinə qədər qüvvədə olan redaksiyasında (3-cü abz.) qeyd edilirdi ki, “Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma-fultime və tədrisə qismən cəlbolunma-parltime), qiyabi distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma fultime və tədrisə qismən cəlbolunma-parltime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) eksternat formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir.

31. Göründüyü kimi, iddiaçının təhsil aldığı Rusiya Federasıyasında eksternat təhsil alma forması nəzərdə tutulduğu kimi, həmin dövrdə Azərbaycan Respublikasının təhsil qanunvericiliyində də əhəmiyyətli fərqlər mövcud olmamış, bakalavriat səviyyəsində eksternat (sərbəst) təhsilalma forması nəzərdə tutulmuşdur.

32. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyada nəzərdə tutulur ki, Razılığı gələn Tərəf ixtisasın tanınmasından o halda imtina edə bilər ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edilmiş olsun.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, iş üzrə əsaslı və düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 21(103)-173/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar