Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1819/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-251/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçıya məxsus ZE seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmiş, Azərbaycan Respublikası MN-nin N nömrəli hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli, 140 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “A” bəndinə əsasən (xidmət müddətinin başa çatdığına görə) ehtiyata buraxılmışdır.
2. Həmin hərbi biletin 18-ci səhifəsinin “Xüsusi qeydlər” bölməsindən görünür ki, o, 44 günlük Vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yar alı hərbçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq Füzuli rayon Mərkəzi Xəstəxanasında nümunəvi xidmət göstərmişdir.
3. Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsinə ünvanlanmış 02 iyun 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq iştirak edərək nümunəvi xidmət göstərmişdir. 4. 10 oktyabr, 26 oktyabr və 25 dekabr 2020-ci il tarixli “Fəxri Fərman”lardan görünür ki, iddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin mənəvi psixoloji vəziyyətinin daim yüksək saxlanmasında, işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döy üşlər zamanı N nömrəli hərbi hissəyə maddi texniki dəstək göstərdiyinə görə və Azərbaycan Ordusunun müvəffəqiyyətli əks hücum əməliyyatları zamanı N nömrəli hərbi hissənin döyüş növbəsi aparan hərbi qulluqçularının təminatında yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə həmin hərbi hiss komandirləri tərəfindən təltif olunmuşdur.
5. Cavabdehin 18 oktyabr 2022-ci il tarixli imtina məktubundan görünür ki, 065, N və N nömrəli hərbi hissə komandirlərinin məktublarına əsasən onun hərbi xidməti tam təsdiqlənmədiyinə görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur.
6. Məhkəmə sorğusuna cavab olaraq N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı həmin hərbi hissənin tərkibində heç bir tapş ırıq yerinə yetirməmiş, ön xətt bölmələrinin təminatında şəxsən iştirak etməmiş və bilavasitə fəaliyyət göstərməmişdir. O, müharibə zamanı Azərbaycan xalqının bir çox nümayəndələri kimi döyüş bölgəsində xidmət edən şəxsi heyət üçün su, şirniyyat, isti geyim və s. bu kimi əşyalarla N nömrəli hərbi hissəyə yardım göstərmiş və onun təqdim etdiyi yardım ön xətt bölmələrinə göndərilərək şəxsi heyətə çatdırılmışdır. O, vətənpərvərlik nümayiş etdirərək göstərdiyi yardıma görə fəxri fərmanla təltif edilmişdir.
7. N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel 2023-cü il tarixli məktubdan görünür ki, hərbi hissə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının hərbi hissə tərəfindən fəxri fərmanla təltif edilməsinə əsas olan heç bi r sənəd mövcud deyildir və onun hansı bölgələrdə xidmət etməsi ilə bağlı hərbi hissədə rəsmi məlumat yoxdur.
8. Həmçinin, N nömrəli hərbi hissə tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış N dekabr 2022-ci il tarixli məktubdan da görünür ki, iddiaçının N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək vətən müharibəsi zamanı N nömrəli hərbi hissəyə daxil olması və çıxması barədə nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tə ləbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunun motoatıcı tağım komandiri ixtisasını bitirmiş, 17 may 2009-cu ilədək xidmətdə olmuş və daha sonra tərxis olunmuşdur. 2-ci Qarabağ Müharibəsi başlayandan sonra 02 oktyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. İlk olaraq N saylı hərbi hissənin şifahi tapşırıqları əsasında hərbi hissənin şəxsi heyətinin mənəvi psixoloji vəziyyətinin daim yüksək saxlanmasında, N və N saylı hərbi hissələrdə işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döyüşlər zamanı hərbi hissəyə maddi texniki dəstək göstərmişdir. Ümumiyyətlə, döyüş zamanı sursat daşınması, əsgərlərin təxliyyəsi, onların maddi təminatının həyata keçirilməsini, ümumiyyətlə 44 günlük Vətən Müharib əsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbiçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq Füzuli rayon Mərkəzi Xəstəxanasında xidmət göstərmişdir. Bununla bağlı Fəxri Fərmanlarla təltif olunmuşdur. Bu faktların özü də cavabdeh tərəfindən inkar edilmir, lakin iddiaçı inzibati orqana müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciət etsə də müraciətindən imtina edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
11. Cavabdeh iddiaya yazılı etirazını təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, inzibati işin tam və hərtərəfli araşdırılması məqsədilə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq N nömrəli hərbi hissənin N yanvar 2023-cü il tarixli 146 nömrəli arayışına əsasən iddiaçının N senty abr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi” zamanı N və N nömrəli hərbi hissələrə daxil olması və çıxması barədə nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat olmaması müəyyən edilmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 23 sentyabr 2022-ci il tarixli qərarı ilə 065, N və N nömrəli hərbi hissə komandirlərinin məktublarına əsasən iddiaçının hərbi xidməti təsdiqlənmədiyinə görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Burcayev) xx.xx.2023-cü il tarixli, 21(118)-1211/2023 nömrəli qərarı ilə iddia tələbi tə min edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı hərbi xidmət üzrə şəxsi heyətin sıralarına daxil olması və tərxis olunması mötəbər sübutlarla öz təsdiqini tapmır. Nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən müvafiq komissiya iddiaçının hərbi hissələrə daxil olması və çıxması barədə müsbət qərar qəbul etməmişdir. Bundan əlavə iddiaçının hərbi xidməti və döyüş əməliyyatlarında iştirakı barədə arxiv arayışında arxiv məlumatları aşkar edilməmiş, hazırkı icraatda bu halı təkzib edən tutarlı sübut təqdim edilməmişdir
14. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1211/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və G.İ.Cabbarova) 16 fevral 2024-cü il tarixli, 2- 1(105)-251/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1211/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən sadalanan işlər, heç bir tapşırıq əsasında deyil, könüllü olaraq iddiaçının özü tərəfindən vətənpərvərlik hissləri ilə yerinə yetirilmişdir. Ona görə də, iddiaçı tərəfindən hərbi hissələrə gös tərilən maddi və mənəvi dəstək “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlar” kimi qəbul edilə bilməz. Bundan başqa, hərbi hissələr tərəfindən verilmiş məktublardan da müəyyən edildiyi kimi iddiaçı ehtiyatda olan hərbi qulluqçu olsa da, N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan dövr ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılmamış, döyüş əməliyyatlarında hərbi qulluqçu kimi iştirak etməmiş, o cümlədən, döyüş əməliyyatlarının heç bir təminat növü üzrə tapşırıqları icra etməmiş, yalnız döyüş əməliyyatları gedən ərazilərdə xalqın nümayəndəsi kimi könüllü olaraq yaralı hərbi qulluqçuların və şəhidlərin təxliyə edilməsində, o cümlədən, onlara maddi-texniki dəstək göstərməkdə, ruh yüksəkliklərinin saxlanılmasında fəallıq göstərmişdir.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsi və ya işin təkrar apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı barəsində hərbi biletdə aparılmış qeydlər, fəxri fərmanlar, eləcə də video yazı məlumatları ilə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ilin 02 oktyabrından noyabrın 10-dək 065, N və N saylı hərbi hissələrin tərkibində iştirak etməsi, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi, müvafiq olaraq, yaralıların təxliyəsində işt irak etməsi, habelə döyüş zamanı sursat daşınması, əsgərlərin təxliyyəsi, onların maddi təminatının həyata keçirilməsində bilavasitə iştirak etməsi təsdiq edilmişdir. Bu hal göstərilən sənədlərlə yanaşı, cavabdehin 18 oktyabr 2022-ci il tarixli imtina məktubunun məzmunu ilə bir daha təsdiq edilir. Apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, qanunvericilikdə təsbit edilmiş təminat növləri, o cümlədən, mənəvi-psixoloji, maddi-texniki təminat növləri adından da göründüyü kimi, özündə rəhbər şəxslər və ya hərbi hissə komandiri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsini ehtiva edir. Hansı ki, iddiaçı tərəfindən yuxarıda sadalanan işlər, heç bir tapşırıq əsasında deyil, könüllü olaraq iddiaçının özü tərəfindən vətənpərvərlik hissləri ilə yerinə yetirilmişdir. On a görə də, iddiaçı tərəfindən hərbi hissələrə göstərilən maddi və mənəvi dəstək “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlar” kimi qəbul edilə bilməz. Məhkəmə bu mövqeyi ümumiyyətlə qəbul edilə bilməz. Əvvəla ona görə ki, məhz iddiaçının heç bir formada qeyd edilən ərazilərdə müvafiq olaraq könüllü formada iştirak imkanı qanunvercilikdə nəzərdə tutulmamış, belə bir könüllük xidmət ümumiyyətlə ikinci Qarabağ müharibəsində başqa şəxslər tərəfindən göstərilməmişdir. Digər tərəfdən isə iddiaçı tərəfindən təqdim edilən istər hərbi bilet, istərsə də fəxri fərmanların məzmunundan görünür ki, o, iştirak etdiyi hərbi hissələrin rəhbərlərinin tapşırıq və xidmətlərini icra etmiş və bunla bağlı ona göstərilən sənədlər verilmiş və bu barədə hərbi biletində qeyd aparılmışdır. b. Kassas iya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayda ları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnam ə”: - 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. - 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində gö stərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təh lükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşk il etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətin in dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.
30. İlk öncə nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sən ədlər əsasında verilir. 31. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmin Qanunun 2.0.9-cu maddəsinə görə hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir.
32. İş materiallarından müəyyən edilir ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu olsa da, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələbləri baxımından N sen tyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan dövr ərzində hərbi xidmətdə və hərbi qulluqçu olmamış, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılmamış, döyüş əməliyyatlarında hərbi qulluqçu kimi iştirak etməmiş, o cümlədən, döyüş əməliyyatlarının heç bir təminat növü üzrə tapşırıqları icra etməmiş, yalnız döyüş əməliyyatları gedən ərazilərdə könüllü olaraq yaralı hərbi qulluqçuların və şəhidlərin təxliyə edilməsində, o cümlədən, onlara maddi-texniki dəstək göstərməkdə, ruh yüksəkliklərinin saxlanılmasında fəallıq göstərmişdir. Əsasnamənin tələbinə görə 44 günlük Vətən Müharibəsi dövründə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas və ilkin şərtlərdən biri də şəxsin həqiqi hərbi xidmətdə olması və hərbi xidmət keçməsidir.
33. Bundan başqa, qanunvericil ikdə təsbit edilmiş təminat növləri, o cümlədən, mənəvi-psixoloji, maddi-texniki təminat növləri adından da göründüyü kimi, özündə rəhbər şəxslər və ya hərbi hissə komandiri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsini ehtiva edir. Hansı ki, iddiaçı tərəfindən yuxarıda sadalanan işlər, heç bir tapşırıq əsasında deyil, könüllü olaraq iddiaçının özü tərəfindən vətənpərvərlik hissləri ilə yerinə yetirilmişdir. Ona görə də, iddiaçı tərəfindən mülki şəxs olaraq Vətən Müharibəsi dövründə göstərdiyi maddi və mənəvi dəstək “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlar” kimi qəbul edilə bilməz.
34. Bu səbəbdən yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndiril ən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-251/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.