Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-182/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) qarşı icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1931/18 saylı 18 se ntyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2484/2013 saylı 24.07.2013-cü il tarixli qərarına əsasən Iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddiası təmin edilərək, məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən Iddiaçı daxili işlər orqanlarından xaric olunması barədə əmrin və əmək kitabçasının dublikatının verilməsi haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2484/2013 saylı 24.07.2013-cü il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Səbail ra yon icra şöbəsinə göndərilmişdir. Səbail rayon İcra və Probasiya Şöbəsi qeyd edilən icra sənədi daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin qərar, həmçinin könüllü icra barədə Bildıriş tərəflərə göndərilmişdir. Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən 09.03.2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Iddiaçı məhkəmənin 24 iyul 2013-cü il tarixli qərarına izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2484/2013 saylı 10.01.2017-ci il tarixli qərardadı ilə Iddiaçı məhkəmənin 24 iyul 2013-cü il tarixli qərarına izah verilməsinə dair ərizəsi rədd edilmişdir. Səbail rayon icra Şöbəsınin icra məmuru X 24.07.2017-ci il tarixli təqdimatla məhkəmə yə müraciət edərək, icra sənədində qeyd olunan qərarın 23.08.2013-cü il tarixdə qanuni qüvvəsini aldığının qeyd edildiyini, tələbin icrası ilə bağlı daxili işlər orqanlarından Şöbəyə ünvanlanmış məktubda məhkəmə qərarının icra olunduğunu və tələbkara 16.12.2013-cü il tarixli əmr verilməklə əmək kitabçasının dublikatının verilməsinin bildirildiyini, əmrdə tələbkarın daxili işlər orqanlarından 25.05.1992-ci il tarixdən xaric olunmasının qeyd olunduğunu, lakin iş üzrə tələbkar qeyd olunan qərarın icra olunmadığını bildirərək, onun daxili işlər orqanlarından məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən, yəni 23.08.2013-cü il tarixdən xaric olunması barədə əmrin verilməsi və bu barədə əmək kitabçasında müvafiq qeydlərin aparılmasını iddia etdiyini göstərərək, borclu və tələbkar arasında yara nmış fikir aynlığına son qoymaq və məhkəmə qərarı ilə müəyyən edilmiş tələbin icrasını düzgün təmin etmək məqsədilə əmrdə Iddiaçı daxili işlər orqanlarından hansı tarixdən xaric olunmasına izah verilməsini, yəni məhkəmənin 24.07.2013-cü il tarixli qərarına izah verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 8-1(81)-136/2017 saylı qərardadı ilə Səbail rayon İcra Şöbəsinin təqdimatı təmin edilərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 24.07.2013-cü il tarixli qərarı ilə "İddiaçı iş üzrə qəbul edilmiş 24.07.2013-cü il tarixli qərarın qanuni qüvvəyə mindiyi tarixdən, yəni 23.08.2013-cü il tarixdən daxili işlər orqanlarından xaric olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən əmr tərtib olunub verilməlidi r" kimi izah verilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 8-1(81)136/2017 saylı qərardadından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadı Kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 8-1(103)-13/2017 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin şikayəti təmin edilmiş, 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2013-cü il tarixli qərarına izah verilməsi barədə Səbail rayon icra Şöbəsinin təqdimatı təmin edilməmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 201 7-ci il tarixli, 8-1(103)-13/2017 saylı qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-504/2018 saylı 07.03.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinın inzibati-iqtisadi Kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 8-1(103)-13/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Iddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 2inz(81)-2484/13 saylı icra sənədi üzrə 09 mart 2017-ci il tarixli icrata xitam verilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-cı il tarixli, 2-1(81)-623/2018 saylı qərarı ilə iddia təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-cı il tarixli, 2-1(81)-623/2018 saylı qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1931/18 saylı 18 sentyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-cıil tarixli, 2-1(81)-623/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, icra sənədi icra olunmuşdur və bu halda Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2484/2013 saylı, 24.07.2013-cü il tarixli icra sənədi üzrə icraata xitam verməkdə iddiaçının heç bir hüququnu pozm amışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1931/18 saylı 18 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi ziddiyyətli məqamları araşdırmadan qərar qəbul etmişdir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2484/2013 saylı 24.07.2013-cü il tarixli qərarı ilə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən Iddiaçı daxili işlər orqanlarından xaric olunması barədə əmrin və əmək kitabçasının dublikatının verilməsi haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması qərara alınmış, AR DİNnin 16.12.2013-cü il tarixli Ə****ş/h-***-13 saylı əmrindən çıxarış ilə iddiaçının 25.05.1992-ci il tarixdən ştatların ixtisa rı ilə əlaqədar daxili işlər orqanlarından xaric olunduğu qeyd edilmişdir. Göründüyü kimi icra məmuru qeyd edilən ziddiyyətlərə qiymət vermədən qərar qəbul etmişdir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 92, 96-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1931/18 saylı 18 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında işti rak edən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə və vəkili kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1931/18 saylı 18 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1931/18 saylı 18 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2484/2013 saylı 24.07.2013-cü il tarixl i qərarına əsasən Iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddiası təmin edilərək, məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən Iddiaçı daxili işlər orqanlarından xaric olunması barədə əmrin və əmək kitabçasının dublikatının verilməsi haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)2484/2013 saylı 24.07.2013-cü il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Səbail rayon icra şöbəsinə göndərilmişdir. Səbail icra və probasiya şöbəsi qeyd edilən icra sənədi daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin qərar, həmçinin könüllü icra barədə Bildıriş tərəflərə göndərilmişdir. Səbail icra və probasiya şöbəsı tərəfindən 09.03.2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Iddiaçı məhkəmənin 24 iyul 2013-cü il tarixli qərarına izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2484/2013 saylı 10.01.2017ci il tarixli qərardadı ilə Iddiaçı məhkəmənin 24 iyul 2013-cü il tarixli qərarına izah verilməsinə dair ərizəsi rədd edilmişdir. Səbail rayon icra Şöbəsınin icra məmuru X 24.07.2017-ci il tarixli təqdimatla məhkəməyə müraciət edərək, icra sənədində qeyd olunan qərarın 23.08.2013-cü il tarixdə qanuni qüvvəsini aldığının qeyd edildiyini, tələbin icrası ilə bağlı daxili işlər orqanlarından Şöbəyə ünvanlanmış məktubda məhkəmə qərarının icra olunduğunu və tələbkara 16.12.2013-cü il tarixli əmr verilməklə əmək kitabçasının dublikatının veril məsinin bildirildiyini, əmrdə tələbkarın daxili işlər orqanlarından 25.05.1992-ci il tarixdən xaric olunmasının qeyd olunduğunu, lakin iş üzrə tələbkar qeyd olunan qərarın icra olunmadığını bildirərək, onun daxili işlər orqanlarından məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən, yəni 23.08.2013-cü il tarixdən xaric olunması barədə əmrin verilməsi və bu barədə əmək kitabçasında müvafiq qeydlərin aparılmasını iddia etdiyini göstərərək, borclu və tələbkar arasında yaranmış fikir aynlığına son qoymaq və məhkəmə qərarı ilə müəyyən edilmiş tələbin icrasını düzgün təmin etmək məqsədilə əmrdə Iddiaçı daxili işlər orqanlarından hansı tarixdən xaric olunmasına izah verilməsini, yəni məhkəmənin 24.07.2013-cü il tarixli qərarına izah verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 29 sentyabr 2017-ci il tarixli, 8-1(81)-136/2017 saylı qərardadı ilə Səbail rayon İcra Şöbəsinin təqdimatı təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2013-cü il tarixli qərarı ilə "İddiaçı iş üzrə qəbul edilmiş 24.07.2013-cü il tarixli qərarın qanuni qüvvəyə mindiyi tarixdən, yəni 23.08.2013-cü il tarixdən daxili işlər orqanlarından xaric olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən əmr tərtib olunub verilməlidir" kimi izah verilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 8-1(81)136/2017 saylı qərardadından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadı Kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 8-1(103)13/2017 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin şikayəti təmin edilmiş, 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2013-cü il tarixli qərarına izah verilməsi barədə Səbail rayon icra Şöbəsinin təqdimatı təmin edilməmişdir. İddiaçı Iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 8-1(103)13/2017 saylı qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-504/2018 saylı 07.03.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinın inzibati-iqtisadi Kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 8-1(103)-13/2017 saylı qərardadı dəyişdirilm ədən saxlanılmışdır. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2484/2013 saylı 24.07.2013-cü il tarixli qərarı ilə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən Iddiaçı daxili işlər orqanlarından xaric olunması barədə əmrin və əmək kitabçasının dublikatının verilməsi haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2484/2013 saylı 24.07.2013-cü il tarixli qərarı 23.08.2013-cü il tarixdə qüvvəyə minmişdir. Qərar icraya yönəldikdən sonra isə AR DİN-nin 16.12.2013-cü il tarixli Ə***ş/h-***-** saylı əmrindən çıxarış ilə iddiaçının 25.05.1992-ci il tarixdən ştatların ixtisarı ilə əlaqədar daxili işlər orqanlarından xaric olunduğu qeyd edilmişdir. Bundan sonra cavabdeh Bakı şəhəri Səbail rayon İ cra və Probasiya Şöbəsinin 09.03.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. İcra haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə işə baxan apellyasiya instansiya məhkəməsi qeyd edilən Qanunun 20.5-ci maddəsinin tələbləri baxımından iddiaçının iddia müddətinə əməl etməklə iddia ərizəsi verməsi məsələsinə qiymət verməmişdir. Belə ki, mübahisələndirilən qərar 09.03.2017-ci il tarixdə qəbul edilmiş, iddia ərizəsi isə 11.12.2017-ci il tarixdə verilmişdir. Bundan əlavə, icra məmuru icraata xitam verilməsi haqqında qərar qəbul edərkən məhkəmə qərarının tam icra olunm amasına qiymət verməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2484/2013 saylı 24.07.2013-cü il tarixli qərarı ilə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən Iddiaçı daxili işlər orqanlarından xaric olunması barədə əmrin və əmək kitabçasının dublikatının verilməsi haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması qərara alınmış, AR DİN-nin 16.12.2013-cü il tarixli Ə****ş/h-***-** saylı əmrindən çıxarış ilə iddiaçının 25.05.1992-ci il tarixdən ştatların ixtisarı ilə əlaqədar daxili işlər orqanlarından xaric olunduğu qeyd edilmişdir. Göründüyü kimi icra məmuru qeyd edilən ziddiyyətlərə qiymət vermədən qərar qəbul etmiş, işə baxan apellyasiya instansiya məhkəməsi isə bu hala qiymət verməmişdir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Ko llegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1931/18 saylı 18 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-182/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-182/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver