Məhkəmə qərarları › İş №2-1(102)-182/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-182/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-182/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (63 yaş 6 aydan əmək pensiyası, pensiya kapitalı, sığorta stajı) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-351/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1954-cü ildə Füzuli rayonunun Seyidəhmədi kəndində anadan olmuşdur. (AZE seriyalı,xxx saylı şəxsiyyət vəsiqəsi) İddiaçı xx xxxx 1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmiş, əmək fəa liyyətini xx xxxxxx 1998-ci il tarixədək davam etdirmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, cavabdeh xx xxxxxx 2018-ci il tarixli, **********7 saylı məktubla, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 16742,88 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabın sığorta hissəsində 12684 manat pensiya sığorta kapitalı olmasını, eyni zamanda təqdim edilmiş əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək sosial sığorta stajının yoxlanılması zamanı “xxxx” açıq səhmdar cəmiyyətinin Füzuli Aqrartikinti filialının arxiv sənədl ərinin Dövlət Arxivinin Füzuli rayon filialına təhvil verilməməsi və fəaliyyətinin olmaması səbəbindən xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək qeyd edilən dövrün yoxlanılmasının mümkün olmamasını və həmin dövrün sosial sığorta stajına daxil edilməsinin qanunazidd olduğunu əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. Bundan sonra, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “xxxx" açıq səhmdar cəmiyyətinin Füzuli Aqrartikinti filialında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməklə yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddi açı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1954-cü ildə Füzuli rayonunda doğulmuş və 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx xxxxxx 2018-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Onun yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər iş stajının olmasına baxmayaraq, cavabdehdən imtina cavabı almışdır. Halbuki, onun bütün əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və qeyd olunan dövr sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-355/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Z.R.Pirverdiyev) iddia təmin edilmiş, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “xxxx” açıq səhmdar cəmiyyətinin Füzuli Aqrartikinti filialında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməklə yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, əmək kitabçası əsasında iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində tələb edilən pensiya sığorta kapitalının toplaması müəyyən olunduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ vardır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-351/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: N.M.Nəsibov və Z.İ.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-355/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 16742,88 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabın sığorta hissəsində 12684 manat pensiya sığorta kapitalı olduğu üçün, eyni zamanda şübhə doğurduğuna görə təqdim edilmiş əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək sosial sığorta stajı nın yoxlanılması zamanı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Aqrartikinti filialının arxiv sənədlərinin Dövlət Arxivinin Füzuli rayon filialına təhvil verilməməsi və fəaliyyətinin olmaması səbəbindən xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrün yoxlanılması mümkün olmadığından pensiya təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən Sumqayıt şəhər şöbəsinin imtinası tam əsaslı olmuşdur. Göstərilənlərdən məlum olur ki, məhkəmə düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Re spublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onu n mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannam ənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı o lmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı tə qdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş (63 il 06 ay) yaş həddinə çatdıqdan sonra ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh xx xxxxxx 2018-ci il tarixli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 16742,88 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabın sığorta hissəsində 12684 manat pensiya sığorta kapitalının olmasını, eyni zamanda iddiaçının xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixədək “xxxx” açıq səhmdar cəmiyyətinin Füzuli Aqrartikinti filialında işlədiyi müddətin yoxlanılmasının mümkün olmamasını əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. B undan sonra, iddiaçı xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixədək “xxxx” açıq səhmdar cəmiyyətinin Füzuli Aqrartikinti filialında işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmələr iddiani təmin edərkən hesab etmişlər ki, əmək kitabçası əsasında iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində tələb edilən pensiya sığorta kapitalının toplaması müəyyən olunduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ vardır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən işçin in əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosia l sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının i şlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx xxxx 1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmiş, əmək fəaliyyətini xx xxxxxx 1998-ci il tarixədək davam etdirmişdir. Kitabçadan həmçinin görünür ki, iddiaçı xx xxxxxx 1981-ci il tarixdən etibarən “xxxx”-nin 6 nömrəli Trestində işləməyə başlamış, xx.xx.1989cu il tarixli, 90 nömrəli əmrə əsasən 6 nömrəli mexanik idarəsi 9 nömrəli mexanik idarəsi adlandırılmış, xx xxxx 1998-ci il tarixli, 07 nömrəli əmrə əsasən 9 nömrəli mexanik idarəsi struktur dəyişikliyi ilə əlaqədar olaraq Füzuli “xxxx” filialı adlandırılmış, xx xxxxxx 1998-ci il tarixdə isə 25 nömrəli, həmin tarixli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Mübahisələndirilən illərdə iddiaçının həqiqətən də həmin müəssisədə işləməsi barədə məlumat əldə etmək üçün verilmiş sorğuya cavab olaraq “xxxx” açıq səhmdar cəmiyyətinin Füzuli Aqrartikinti filialı xx xxxxxx 2019-cu il tarixli, 24 saylı məktubu ilə bildirmişdir ki, iddiaçı xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixə kimi Füzuli “Aqrartikinti” filialında sahə mexaniki işləmişdir. 1993-cü ilin avqust ayının 23-nə kimi Əmr kitabları işğal zonasında qaldığından onun işə girməsini yoxlamaq mümkün deyil, ancaq işdən çıxması 1998-ci ildə açılmış 76 səhifəlik Əmr kitabının 24-cü səhifəsində qeyd olunmuşdur. Bununla bağlı işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən iddiaçının 1998-ci ildə işdən çıxması qeyd olunmuş 76 səhifəlik əmr kitabının əsli “xxxx” açıq səhmdar cəmiyyətinin Füzuli Aqrartikinti filialından tələb olunmuşdur. Əmrlər kitabının əsli məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, əmrlər kitabının 24-cü səhifəsində Füzuli “Aqrartikinti” filialının 25 nömrəli əmrində İddiaçı xx xxxxxx 1998-ci il tarixdən öz xahişinə əsasən işdən azad edilməsi qeyd olunub. Əmr Füzuli “Aqrartikinti” filialının rəisi xxxxx tərəfindən imzalanmışdır. Kassasiya şikayətində qeyd edilir ki, Füzuli “Aqrartikinti” filialı barəsində heç bir məlumat olmadığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyas ı sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci yarım bəndinə görə, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək iş dövrünü yoxlamaq mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sosial sığorta stajına daxil edilə bilməz. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx.xx.2017-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” təsdiq edilmiş, həmçinin yeni Qaydaların təsdiqi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək p ensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” 17 nömrəli qərarlarının 1ci və 2-ci hissələri ləğv edilmişdir. Başqa sözlə, cavabdehin istinad etdiyi Qaydalar hazırda qüvvədən düşmüş, yeni Qaydalarda isə cavabdehə belə bir səlahiyyət verilməmişdir. Bundan əlavə, “xxxx” Dövlət Şirkətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxx 1993-cü il tarixli, 617 №-li fərmanı ilə Azərbaycan Respublikası Kooperativ-Dövlət “xxxx” İstehsalat Birliyinin tərkibinə daxil olan təşkilat və müəssisələrin bazasında Azərbaycan Respublikası “xxxx” Dövlət Şirkətinin yaradılması qərara alınmışdır. “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilm əsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 1997-ci il tarixli, 646 №-li fərmanı ilə Azərbaycan Respublikasının (...) «xxxx» (..) dövlət şirkətlərinin ləğv edilməsi və ləğv olunan şirkətlərin və konsernlərin tabeliyində olan müəssisələr və obyektlərin səhmdar cəmiyyətlərinə çevrilmək və özəlləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sərəncamına verilməsi qərara alınmışdır. Bundan sonra Şirkətin qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx xxxx 1998-ci il tarixdə 1 saylı şəhadətnamə ilə qeydiyyata alınmışdır. Apelyasiya instansiya məhkəməsi tərəfindən “xxxx” ASC-nin Füzuli Aqrartikinti filialının təsis sənədlərinin təqdim olunması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə verilmiş sorğuya cavabdan da görünür ki, “xxxx” ASC, eləcə də həmin Cəmiyyətin Füzuli “Aqrartikinti” filialı xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, Füzuli “Aqrartikinti” filialının rəhbəri X2r. Beləliklə də cavabdeh, müəssisənin mövcud olmaması əsası ilə yoxlama aparılmasının mümkün olmadığını bildirsə də, məhkəmə araşdırmaları nəticəsində bu dəlil təkzib olunmuş və müəyyən olunmuşdur ki, “xxxx” ASC müəssisəsi, eləcə də Cəmiyyətin Füzuli “Aqrartikinti” filialı həqiqətən də mövcud olmuş, iddiaçının son olaraq işlədiyi həmin Cəmiyyətin Füzuli “Aqrartikinti” filialı da eyni zamanda xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, iddiaçının təmin müə ssisədə işləməsi, o cümlədən, iddiaçının işdən çıxma əmrini imzalayan şəxsin eyni zamanda Füzuli “Aqrartikinti” filialının rəhbəri X3 olduğu təsdiqlənmişdir. İddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı apelyasiya instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(Pensiya Alt Sistemi) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Q anun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. (1982-1998ci illər) Beləliklə, cavabdeh inzibati orqan kassasiya şikayətinin dəlili kimi - iddiaçının qeyd edilən iş dövrünün qarşılıqlı yoxlanılmasının mümkün olmadığını göstərsə də, hansı səbəbdən bu nəticəyə gəlməsini əsaslandırmamışdır. Halbuki, iş dövrünün qarşılıqlı yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüquq olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Qeyd olunanlara əsasən apelyasiya instansiya məhkəməsi iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək xxxx" açıq səhmdar cəmiyyətinin Füzuli Aqrartikinti filialında işlədiyi müddəti sosial sığorta stajına daxil etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh həmçinin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 16742,88 manat pensiya sığorta kapitalına qarşı, onun fərdi hesabının sığorta hissəsində 12684 manat pensiya sığorta kapitalının olması səbəbindən, yaşa görə əməkpensiyasının təyin edilməsindən imtina etmişdir. Başqa sözlə, iddiaçının çatışmayan pensiya kapitalı 16742,88 – 12684 = 4058,88 manat təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun “Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” adlanan 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılma qla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi qanunverici, “qazanılmış hüquq” konsepsiyasını tətbiq etməklə 2006-cı il yanvarın 1-dək sığortaolunanlara, qazanmış olduqları pensiya hüquqlarının pensiya kapitalına çevrilməsi hüququnu vermişdir. Hazırda da iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi müddət 16 ildən artıqdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 27.1-ci maddəsinin tələbinə görə, iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya kapitalı həmin dövrə aid olan işlədiyi hər il üçün 16 il x hər il üçün 701,48 manat (306 manatın indeksləşdirmə nəzərə alınmaqla 2017-ci ilə məbləği) = 11,223.68 manat təşkil edir. Bu məbləğ isə ona pensiya təyini üçün çatışmayan pensiya kapitalından artıq old uğu üçün (çatışmayan məbləğ 4.058,88 manat təşkil edir) onun yaşa görə pensiya hüququ yaranmış olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamışdır və bu barədə cavabdehin istinad etdiyi dəlillər əsassızdır. İddiaçıya hansı yaşdan pensiya təyin olunması məsələsinə münasibətdə məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan AZE seriyalı, xxxx saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən göründüyü kimi iddiaçı xx xxxxxx 1954-cü il tarixdə doğulmuşdur. Belə olduqda iddiaçının yaşa görə əmək pensiyası hüququ xx xxxx 2018-ci il (xx xxxxxx 1954 + 63 yaş 6 ay = xx xxxx 2018-ci) tarixdə yaranmış olur. Bu səbəbdən də iddiaçı ona xx xxxx 2018-ci il tarixdən pensiya təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçının pensiya hüququnun yarandığı vaxtdan yaranmış fərqin birdəfəyə ödənilməsi tələbinə dair hissədə də apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciətiəsasında ömürlük təyin edilir. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddə tlərə təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (maddə 31.1, 32.1, 32.1-1, 37.7) Yuxarıda da qeyd edildiyi kimi iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2018-ci il tarixdən yarandığından istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçı həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi tələbində də haqlı olmuşdur və bu hissədə də iddiaçının tələbini təmin edən məhkəmələr düzgün nəticəyə gəlmişlər. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Şərh olunanlara əsasən kassasiya şikayətinin təmin ed ilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)351/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar