Məhkəmə qərarları › İş №2-1(102)-182/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-182/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-182/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı sərəncamının qismən ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il t arixli 2-1(105)-16/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Abşeron rayonu Bakı-Sumqayıt yolunda yerləşən qeyri-yaşayış binasına dair 2001-ci ildə X2 adına texniki pasport tərtib olunmuşdur.

2. Həmin texniki pasportda qeyd olunmuşdur ki, bu torpaq sahəsi Cavabdeh Başçısının xx xxxxxx 1997-ci il tarixli 19 saylı sərəncamı ilə X2 istifadəsinə verilmişdir.

3. X4 həmin yerdəki ümumi sahəsi 184 kv.m olan qeyri-yaşayış binasını Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən xx xxxxx 2002-ci il tarixdə təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında İddi açı satmışdır.

4. Həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı Abşeron rayonu Bakı-Sumqayıt yolunda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair 331 saylı xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.

5. Cavabdeh başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı sərəncamı ilə Bakı-Quba avtomagistralının “Bilgəh-Novxanı-Sumqayıt” dairəvi yolu ilə birləşmə qovşağının şimaliqərb hissəsindəki ərazidə yerləşən 2,83 ha torpaq sahəsi Daxili İşlər Nazirliyinin daimi istifadəsinə ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin ə müraciət edərək, Cavabdeh başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamın iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Bakı-Sumqayıt yolunda X3 məxsus ümumi sahəsi 400 kv.m torpaq sahəsində yerləşən 184,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini 60.000.000 köhnə Azərbaycan manatına əldə etmişdir. Həmin torpaq sahəsi Cavabdeh başçısının xx xxxxxx 1997-ci il tarixli 19 saylı sərəncamı ilə dövlət mülkiyyətində olan torpaq sahəsindən maye qaz balonlarının doldurulması və satışı məntəqəsinin tikintisi üçün «Mərhəmət» kiçik müəssisəsinin istifadəsinə ayrılmışdır. xx xxxxx 2002-ci il tarixdə iddiaçıya mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin ildə də iddiaçı qaz məhsullarının satışını həyata keçirməyə icazə verən lisenziya almışdır. Lisenziyanın müddəti 5 il müəyyən edilmişdir. Cavabdeh başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı sərəncamına əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin də yerləşdiyi torpaq sahəsi daxil olmaqla 2,83 ha torpaq sahəsi Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamdan iddiaçı yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərkən xəbər tutmuşdur. Söküntünün həyata keçiriləcəyi barədə iddiaçıya heç bir xəbərdarlıq olunmamış, məlum at verilməmiş və hər hansı kompensasiya təklif olunmamışdır. Bundan başqa, Cavabdehlər İddiaçı və «Mərhəmət» kiçik müəssisəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, torpağın dövlət ehtiyat fonduna geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmiş, nümayəndəsi məhkəmədə iştirak etməmişdir.

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-67/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim V.Əzizova) iddia tələbi təmin edilmiş, Cavabdeh başçısının xx xxxx 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİNnin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamın iddiaçının mülkiyyətində olan qeyri -yaşayış sahəsinin yerləşdiyi 400 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hüquqi cəhətdən boş olmayan və üzərində vətəndaşın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin başqa şəxsin daimi istifadəsinə verməklə iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. İddiaçıya məxsus tikiliyə dair qeydiyyat sənədi heç bir inzibati orqan tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-16/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), M. Rzayev və E.Əhmədov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-67/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 15.1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdehlər İddiaçı və “Mərhəmət” kiçik müəssisəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, torpağın dövlət ehtiyat fonduna geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd olunur ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi tələb edilən torpaq sahəsi artıq Azərbaycan Respublikası DİN-nin daimi istifadəsindədir və həmin torpaq sahəsi üzərində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud olmadığından həmin torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ ümumiyyətlə mövcud deyildir. Abşeron RİH tərəfindən torpaq sahəsindən istifadə hüququ “Mərhəmət” kiçik müəssisəsinə verilmiş, sonuncu torpaq sahəsini deyil, torpaq sahəsində təyinatı üzrə inşa edilmiş və mülkiyyətində olan qeyri-yaşayış sahəsini İddiaçı satmışdır. İddiaçı yalnız həmin qeyriyaşayış sahəsinə mülkiyyət hüququ mövcud olsa da, hazırda həmin əmlak söküldüyündən sonuncunun torpaq sahəsi ü zərində yerləşən əmlakdan istifadəsi mümkünsüzdür. Həmçinin torpaq sahəsi artıq DİN-nin daimi istifadəsindədir. 15.3. Torpaq sahəsi üzərindəki tikili məhv olduğu üçün İcra Hakimiyyəti tərəfindən İddiaçı və DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinə qarşı «qeydiyyat vəsiqəsinin ləğv edilməsi, həmin vəsiqədə göstərilən əmlaka dair mülkiyyət hüququnun itirilməsi, daşınmaz əmlakın dövlət reyesterində qeydiyyat yazısının ləğv edilməsi» iddiası qaldırılmış və iş Abşeron rayon məhkəməsinin icraatındadır. 15.4. İddiaçı belə bir iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı “Mərhəmət” KM-nin istifadəsinə ayrılmış torpaq sahəsi üzərindəki tikililəri alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsi üzərində istifadə hüququnun digərinə satılması üçün qanunvericiliyə görə mülkiyyətçinin razılığı tələb olunur ki, həmin torpaq sahəsinin mülkiyyətçisi kimi Abşeron RİH tərəfindən belə bir razılıq verilməmişdir, tərəflər arasında alğı-satqı müqaviləsinin predmeti torpaq üzərində hüquqlar deyil, məhz torpaq sahəsində yerləşən tikililər olmuşdur. Eləcə də “Mərhəmət" KM-nə ayrılmış 0.04 ha torpaq sahəsi üzərində həmin KM-nin istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Həmin torpaqda inşa olunmuş yanacaqdoldurma məntəqəsinə görə KM-yə qeydiyyat vəsiqəsi verilmiş və həmin qeydiyyat vəsiqəsinə əsasən KM ilə İddiaçı arasında torpaqda inşa olunmuş tikillərin alqı-satqısı həyata keçirilmişdir. Onlar arasında bağlanmış xx xxxxx 2002-ci il tarixli alqı-satqı müqaviləsində də 0.04 ha torpaq sahəsində inşa olunan 184 kv.m tikili İddiaçı satılmışdır. 15.5. Bu onu deməyə əsas verir ki, İddiaçı yalnız və yalnız torpaq sahəsi üzərindəki tikililəri mübahisələndirmək hüququ ola bilərdi. Torpaq sahəsi ilə bağlı onun hər hansı bir mübahisə açmaq və yaxud iddia qaldırmaq hüququ yoxdur. b. Kassasiya şikayətinə qarşı etiraz

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası aşağıdakılara əsasən he sab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı işin halları tam araşdrılmadığına görə ləğv edilməli və iş təkrar baxılması üçün göndərilməlidir.

24. Kassasiya şikayətinin əsas dəlillərindən biri, mübahisəli torpaq sahəsinə hüquqların iddiaçıya keçməməsi barədədir. Kassator bu dəlili onunla əsaslandırı ki, torpaq sahəsi üzərində istifadə hüququnun digərinə satılması üçün qanunvericiliyə görə mülkiyyətçinin razılığı tələb olunur ki, həmin torpaq sahəsinin mülkiyyətçisi kimi Abşeron RİH tərəfindən belə bir razılıq verilməmişdir, tərəflər arasında alğı-satqı müqaviləsinin predmeti torpaq üzərində hüquqlar deyil, məhz torpaq sahəsində yerləşən tikililər olmuşdur.

25. Cavabdehin bu dəlili apelyasiya şikayətində də irəli sürülmüşdü və həmin dəlillə bağlı apelyasiya instansiyası məhkəməs i bildirmişdir ki, bu hala Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə qiymət verilmişdir. Həmin qərardadla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilmişdir. İddiaçının həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən bu qeydiyyat heç kim tərəfindən ləğv edilməmişdir və hazırda qüvvədədir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-2335/2016 saylı qətnaməsi ilə Abşeron Rayon İH-nin İddiaçı qarşı torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və torpaq sahəsinin geri qaytarılması barədə iddiası təmin olunmamış, bununla da, iddiaçının həmin torpaq üzərində istifadə hüququ faktiki olaraq saxlanılmışdır.

26. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu əsaslandırmasını yarımçıq hesab edir.

27. Çünki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-2335/2016 saylı qətnaməsi ilə Cavabdehlər İddiaçı və «Mərhəmət» kiçik müəssisəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, torpağın dövlət ehtiyat fonduna geri qaytarılması tələbinə dair iddiası, İddiaçı torpağa hüququnun olması əsası ilə rədd edilməmişdir. Əksinə, qətnamədə iddianın rədd olunmasının əsası kimi məhkəmə ona istinad etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində cavabdeh İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud olmadığından həmin torpaq sahəsi üzərində cavabdehlərin istifadə hüququ ümumiyyətlə mövcud deyildir.

28. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadında idd ianın mümkünlük şərtləri yoxlanılmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş bu hala inzibati məhkəmə icraatı qaydasında verilmiş iddianın mümkünlüyü nöqteyi-nəzərindən qiymət verilmiş, iddiaçının tikili üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ləğv olunmadığına görə iddia mümkün sayəlmışdır.

29. Ona görə də məhkəmə əlavə araşdırma aparmalı, apelyasiya şikayətinin təmin olunmaması barədə gəldiyi halda, iddiaçının torpaq sahəsinə münasibətdə hüququnun olmasını əsaslandırmalı idi.

30. Bu zaman məhkəmə nəzərə almalı idi ki, Torpaq Məcəlləsinin 50-ci maddəsinin 7-ci hissəsinə əsasın, torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər.

31. Həmin Məcəllənin 88-ci maddəsində də daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri müəyyən edilərək göstərililr ki, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

32. Həmin maddənin 2-ci hissəsinə görə dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdi yi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.

33. Həmin maddənin 3-cü hissəsinə görə, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. 34. “Torpaq bazarı haqqında” Qanunun 4-cü maddəsində torpaq bazarının obyektləri və subyektləri müəyyən olunmuşdur. Həmin normaya görə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış dövlət və xüsusi mülkiyyətdə o lan torpaqlar üzərində istifadə və icarə hüquqları torpaq bazarının obyekti ola bilər.

35. Həmin Qanunun 5-ci maddəsində isə, torpaq bazarı əqdlərinin formaları müəyyən edilərək göstərilmişdir ki, torpaq bazarında aşağıdakı əqdlər həyata keçirilir: torpaq sahələrinin alqı-satqısı; torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi; torpaq sahəsinin ipotekası; torpaq sahəsinin dəyişdirilməsi; torpaq sahəsinin bağışlanması; torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi; torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi; torpaq sahəsinin rentası və qanunla nəzərdə tutulmuş digər əqdlər.

36. Adı çəkilən Qanunun 14-cü maddəsində deyilir ki, torpaq sahəsi üzərində istifadə və icarə hüquqları başqasına alqı-satqı, nizamnamə (pay) fonduna verilmə, girov qoyulma dəyi şmə, bağışlanma və vərəsəlik qaydalarında keçə bilər. Torpaq sahəsi üzərində istifadə və icarə hüquqları başqasına torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin razılığı ilə könüllü və ya məhkəmənin qərarı ilə keçə bilər. Torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi qaydaları və Qanunla, Azərbaycan Respublikasının torpaq, mülki və icarə qanunvericiliyi ilə tənzimlənir.

37. İddiaçının torpaq sahəsinə hüquqları müəyyən edilərkən ilk növbədə Cavabdeh Başçısının xx xxxxxx 1997-ci il tarixli 19 saylı sərəncamı ilə bu torpaq sahəsinin X2 istifadəsinə hansı müddətə verildiyi müəyyən edilməli idi.

38. Lakin iş materiallarına həmin sərəncam əlavə olunmamış, məhkəmələr də sərəncamın təqdim olunmasını tələb etməmişdir. Torpaq sahəsinin X2 istifadəsinə han sı müddətə verildiyi məhkəmə tərəfindən müəyyən edilməmişdir.

39. Məhkəmələrin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

40. Bu da apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Lakin kassatorun iddianın təmin edilməməsi barədə dəlilinin həlli üçün yuxarıda göstərilən xüsusatlar araşdırılmalıdır və bu araşdırma əhəmiyyətli sayda sübutların araşdırılmasını tələb etdiyinə görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddə lərinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(105)-16/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar