Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-182/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya tələbi 26.01.2022 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-779/2021 saylı, 1 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə ə sasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında 5 tikilidən (A,B,D,Q,V) ibarət 0.0432 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X5 ( ¾ hissədən bir hissə), X1 ( ¾ hissədən bir hissə), X4 ( ¾ hissədən bir hissə), X16 ( ¾ hissədən bir hissə), Hüseynova X2 ( ¾ hissədən bir hissə), X11 ( ¾ hissədən bir hissə), X6 ( ¾ hissədən bir hissə) iddiaçının (¼ hissə) paylı mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi” barədə 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu əraz isində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir.
3. İddiaçı sözügedən qərarın icrası ilə əlaqədar mülkiyyətində olan yaşayış sahəsi və istifadəsində olan torpaq sahəsinin hər kv.m-nə 1500 manat olmaqla kompensasiya ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
4. Cavabdeh tərəfindən 13 may 2019-cu il tarixli məktubla bildirilmişdi r ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qeyd edilən məsələlərin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət edilməsi tövsiyə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 29 may 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət proqramına əsasən Bakı şəhərində abadlaşdırma işlərinin yerinə yetirilməsi məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar söküntüyə məruz qalmış daşınmaz əmlakların sa hiblərinə hər 1 kv.m. sahəyə görə 1500 manat kompensasiya məbləğinin ödənilməsi nəzərə alınaraq mülkiyyətində olan 124.3 kv.m. daşınmaz əmlaka görə 186.450 manat (124.3 kv.m. x 1500 = 186.450) və istifadəsində olan 29.2 kv.m. torpaq sahəsinə görə 43.800 manat (29.2 kv.m. x 1500 = 43800) kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 05.03.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 497 kv.m.) ¼ hissəsi onun mülkiyyətindədir ( 124.25 kv.m). Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin (ümumi sahəsi 116.8 kv.m.) ¼ hissəsi (29.2 kv.m.) onun istifadəsindədir. İddiaçıya evin ona aid hissəsinin söküntüs ü üçün 30.000 manat kompensasiya təklif edilsə də, bu real kompensasiya qiymətini əks etdirmir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının paylı mülkiyyətində olmuş yaşayış sahəsi faktiki olaraq mövcud olmamışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qərardadı ilə Maliyyə Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(81)-2602/2019 saylı iş) 7 noyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək ünvan 2 ünvanında yerləşmiş fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmuş ¼ hissəsinə görə 186.450 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, fərdi yaşayış evinin ¼ hissəsi iddiaçının mülkiyyətində olduğundan və söküldüyündən, evin digər payçılarına kompensasiya ödənildiyindən iddia tələbi əsaslıdır.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X12-məruzəçi, X29 və X22, 21(103)-830/2020 saylı iş) 19 iyun 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 7 noyabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddian ın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3-məruzəçi, X8 və X23, 2-1(102)-1981/2020 saylı iş) 20 noyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kasasiya instansiyası məhkəməsi qərarında qeyd edilmişdir ki, işə təkrar baxan apelyasiya instansiya məhkəməsi, məhkəmənin mövqeyini nəzərə almaqla kompensasiyanın məbləğinin hesablanması zamanı bərabərlik hüququna riayət edilməsini təmin etməklə cavabdehin dəlillərinə qiymət verməli və öz xidməti vəzifəsinə u yğun olaraq işin hallarını hərtərəfli araşdıraraq iş üzrə qərar qəbul etməlidir. ç) apelyasiya instansiyası məhkəməsindəki icraat 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X17-məruzəçi, X24 və X18, 21(103)-779/2021 saylı iş) 1 iyul 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 7 noyabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
17. Cavabdeh 13 sentyabr 2021-ci il tarixdə qərarın surətini qəbul etmiş, 29 sentyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlillə ri
18. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiaçının mübahisəli evin 1/4 hissəsinə mülkiyyət hüququnun yalnız formal xarakter daşıması, iddia etdiyi sahənin mövcud olmaması və faktiki olaraq iddiaçının istifadəsində hər hansı sahənin olmaması sübuta yetirilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 7.1-ci maddəsi ilə müəyyən edildiyi kimi iddiaçı alınmanın təsirinə məruz qalan şəxs hesab edilmir, çünki artıq sökülmüş sahədən iddiaçı köçürülə, həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirə bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İddiaçını n mülkiyyətində olan 1/4 hissədən ibarət olan sahə məhv olması məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Mülkiyyət və ya istifadə hüququ olmayan şəxslərə qüvvədə olan qanunvericiliklə kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orq anın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
21. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə
157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyac ları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlə nir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115.Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələ nmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 23. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətləri nin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdir də ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əh atə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tə ləb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı v erilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çər çivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 8 nəfər mülkiyyətçilərə məxsus olmuşdur. Mülkiyyətçilərin hüquqlarının qeydə alınması barədə çıxarış 2008 və 2014-cü ildə verilmişdir. Çıxarışa görə evin ¼ hissəsi mülkiyyət hüququ ilə iddiaçıya m əxsusdur, evin ümumi sahəsi 497.2 kv.m, yaşayış sahəsi 203.4 kv.m, yardımçı sahəsi isə 111.8 kv.m olmuşdur. 29. 2(004)-127/2016 saylı, 8 aprel 2016-cı il tarixli və 2(103)-5024/2016 saylı, 24 iyun 2016-cı il tarixli məhkəmə qətnamələri ilə müəyyən edilir ki, iddiaçı mənzilin mülkiyyətçilərində biri olan cavabdeh X9 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsindəki 52 saylı paylı evin ümumi sahəsi 123.6 kv.m olan “B”, “Q” və “D” hissələrinin naturada ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işdə təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.02.2016-cı il tarixli, 20047 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləş ən fərdi yaşayış evinin çıxarışında göstərilən sahələr nəzərə alınmaqla, həmin evdən İddiaçı məxsus ¼ paya düşən ümumi sahəsinin 124.3 kv.m, o cümlədən yaşayış sahəsinin 78.2 kv.m və yardımçı sahənin 46.1 kv.m olduğu müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)127/2016 saylı, 08 aprel 2016-cı il tarixli qətnaməsi ilə bildirilmişdir ki, paylı mülkiyyətçilər paylı mülkiyyətdə olan yaşayış sahəsinin naturada bölünməsini tələb etmək hüququna malik olsalar da, belə bölgü yalnız onun real surətdə bölünə bilməsi halında mümkündür. İş üzrə ekspertiza rəyi ilə isə Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsindəki 52 saylı paylı evin ümumi sahəsi 123.6 kv.m olan “B”, “Q” və “D” hissələrinin naturada iddiaçıya verilməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edildiyin dən, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)5024/2016 saylı, 24 iyun 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2016 saylı, 08 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 30. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh tərəfindən dövlət ehtiyacları məqsədilə sökülmüşdür.
31. Cavabdeh iddiaçıya mülkiyyətində olan mənzilə görə kompensasiya ödəməkdən imtina etmişdir.
32. Cavabdehin dəlillərinə görə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiaçının mübahisəli evin 1/4 hissəsinə mülkiyyət hüququnun yalnız formal xarakter daşıması, iddia etdiyi sahənin mövcud olmaması və faktiki olaraq iddiaçının istifadəsində hər hansı sahənin olmaması sübuta yetirilir. “Torpaqların dövlət ehtiyac ları üçün alınması haqqında” Qanunun 7.1-ci maddəsi ilə müəyyən edildiyi kimi iddiaçı alınmanın təsirinə məruz qalan şəxs hesab edilmir, çünki artıq sökülmüş sahədən iddiaçı köçürülə, həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirə bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İddiaçının mülkiyyətində olan 1/4 hissədən ibarət olan sahə məhv olması məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Mülkiyyət və ya istifadə hüququ olmayan şəxslərə qüvvədə olan qanunvericiliklə kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır.
33. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyas ı aşağıdakıları qeyd edir. 34. 5 mart 2014-cü il tarixdə iddiaçının mənzilin ¼ hissəsində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Çıxarışda iddiaçının yaşayış və köməkçi sahələrinin məhz hansı tikililərdən ibarət olması göstərilməmişdir. İddiaçının mülkiyyətində olan mənzilin məhv olunması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasına dair hər hansı məlumat mövcud deyildir. Cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə istinad etməklə əmlakın olmaması barədə dəlili hər hansı sübuta əsaslanmır.
35. Məhkəmə qətnamələrindən görünür ki, ekspertiza rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsindəki 52 saylı paylı evin ümumi sahəsi 123.6 kv.m olan “B”, “Q” və “D” hissələrinin naturada iddiaçıya verilməsinin texniki cəhətdən mümkün olma ması müəyyən edildiyindən, iddia tələbi rədd edilmişdir, paylı mülkiyyətçilərin paylı mülkiyyətdə olan yaşayış sahəsinin naturada bölünməsini tələb etmək hüququna malik olsalar da, belə bölgü yalnız onun real surətdə bölünə bilməsi halında mümkündür.
36. İşdə olan notarial qaydada təsdiq edilmiş 2019-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, adları daşınmaz əmlakın dövlət reyestrində qeyd edilən bəzi mülkiyyətçilərlə cavabdeh arasında müqavilə bağlanmış, cavabdeh çıxarışda qeyd edilən mənzilləri müxtəlif qiymətlərə həmin mülkiyyətçilərdən almışdır. Alqı-satqı müqavilələri təsdiq edir ki, çıxarışda qeyd edilən mənzillər mövcud olduğuna görə cavabdeh həmin mənzillərin alqı-satqısına görə digər mülkiyyətçilərə pul vəsaiti ödəmişdir.
37. Alqı-satqı müqavilələrinə əlavə edilmiş qi ymətləndirmə hesabatında yaşayış və qeyri-yaşayış sahələri əlavə 20 faiz də daxil olmaqla bir kvadratmetr 1.500 manatdan hesablanmışdır.
38. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konv ensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55-ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabat an dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; MorenoDiasPenya və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). 40. “X13rşı” işi üzrə isə Məhkəmənin qərarında göstərilmişdir ki, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır. 41. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X14rşı” məhkəmə işi üzrə qərarında q eyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir.
43. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982)
44. Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalarsa”, ədalə tli tarazlıq pozulmuş olur.
45. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.
46. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqları na xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).
47. Məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması barədə inzibati məhkəmə icraatında baxılmış işlərdə əmlakın dəyəri mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə 1.500 manat müəyyən edildiyindən cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır.
48. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
49. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qəra rı dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-779/2021 saylı, 1 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.