Məhkəmə qərarları › İş №2-1(102)-182/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-182/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-182/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti; iddia müddəti) 01.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1988-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə (üçüncü şəxslər: X10 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tar ixli, 2-1(103)-1332/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya məxsus torpaq sahələri üzrə:

1. Cavabdehin 8 aprel 2005-ci il tarixli, 52 nömrəli sərəncamına əsasən Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi X2 adına sənədləşdirilmiş, RX ******* seriya nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X9 həmin torpaq sahəsini iddiaçıya satmış, daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2016-cı il tarixdə, ********** qeyd iyyat nömrəsi, **********19 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır.

2. Cavabdehin 22 iyul 2005-ci il tarixli, 74 nömrəli sərəncamına əsasən Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi X7 adına sənədləşdirilmiş, RX ******* seriya nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X12 həmin torpaq sahəsini iddiaçıya satmış, daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi, **********15 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdı r.

3. Cavabdehin 28 noyabr 2005-ci il tarixli, 110 nömrəli sərəncamına əsasən Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi X1 adına sənədləşdirilmiş, RX ******* seriya nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X3 həmin torpaq sahəsini iddiaçıya satmış, daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi, **********18 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır.

4. Cavabdehin 7 dekabr 2005-ci il tarixli, 115 nömrəli sərəncamına əsasən Səbail rayonu, Salyan şosesi 12 ün vanında yerləşən 1200 kv.m torpaq sahəsi X13 adına sənədləşdirilmiş, RX ******* seriya nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X15 həmin torpaq sahəsini iddiaçıya satmış, daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi, **********17 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır. Üçüncü şəxslərə məxsus torpaq sahəsi üzrə:

5. Cavabdehin 27 dekabr 2006-cı il tarixli, 229 nömrəli qərarına əsasən Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üçüncü şəxs X4 adına sənəd ləşdirilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi, **********81 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır.

6. Sonradan həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********81 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə digər üçüncü şəxs "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı 8 may 2020-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 12 sot torpaq sahəsinin X4 adına alqı-satqı qaydasında sənədləşdirilməsi barədə 27.12 2006-cı il tarixli, 229 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********15 reyestr ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli, **********16 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli, **********17 reyestr, ********** qeydiyyat nömrəli, 08 12.2016-cı il tarixli, **********18 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli **********19 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlara əsasən Bakı şəhəri Səbail rayonu, Salyan şosse si 12 ünvanında yerləşən torpaq sahələri iddiaçının xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün yol daşınmaz əmlakın dövlət reyestrindəki ərazinin kadastrına uyğun olaraq şimal hissədən müəyyən edilmişdir. Cavabdeh tərəfindən Salyan şossesi 12 ünvanında X4 adına 0.12 ha torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsi barədə xx.xx.2006-cı il tarixli, 229 nömrəli qərar qəbul etmiş və həmin torpaq sahəsinə dair alqı-satqı aktı tərtib olunmuşdur. Qeyd edilən sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixli, 229 nömrəli qərarla X 4 adına 0.12 ha torpaq sahəsinin sənədləşdirilməsi iddiaçının maraqlarına toxunaraq xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış yolunu kəsmişdir. Cavabdehin xx.xx.2006-cı il tarixli, 229 nömrəli qərarı iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran qanunsuz əlverişsiz (yükləyici) inzibati aktdır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Digər tərəfdən cavabdehin xx.xx.2006-cı il tarixli, 229 nömrəli qərarı ilə X4 adına ayrılmış 0.12 ha torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” xx.xx.2001-ci il tarixli Qanuna uyğun olaraq sənə dləşdirilməmişdir. Belə ki, qeyd edilən tarixdə bələdiyyələr tərəfindən torpaq sahələrinin vətəndaşlara ayrılması torpaq sahəsinin ayrılmasına dair müvafiq inzibati akt, torpaq sahəsinin alqı-satqı aktı (üzərində bələdiyyənin və aidiyyəti torpaq şöbəsinin möhürü), torpaq sahəsinin alınmasına dair müvafiq ödəniş qəbzi, ayrılmış torpaq sahəsinin plan ölçüsü ilə sənədləşdirilirdi. Daha sonra keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planının tərtib edilməsi zərurəti var idi. Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixli, 229 nömrəli qərarla X4 adına ayrılmış 0.12 ha torpaq sahəsi həmin dövrün qanunvericilik aktlarına uyğun sənədləşdirilməmiş, eyni zamanda torpaqayırma sənədlərinin üzərində səlahiyyətli şəxsin imzaları qoyulmamışdır.

9. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iştirakı ilə xx.xx.2020-ci il tarixdə keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, X8 torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün nəzərdə tutulmuş yolun qarşısında ayrılmışdır. Nəticədə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxışı məhdudlaşdırılmışdır.

11. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********61 nömrəli məktubu ilə mütəxəssis rəyi məhkəməyə göndərilmişdir. Mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndırılən torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə, veril miş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır. Naturada müəyyən edilmiş koordinatlara əsasən hazırlanmış sxemlərdən göründüyü kimi iddia edilən yol reyestr nömrəsi **********81 olan çıxarışın koordinatları ilə üst-üstə düşür. İş üzrə verilmiş sorğulara cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsi məlumatında bildirmişdir ki, arxiv məlumatlarına əsasən sözügedən torpaq sahəsi Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 229 nömrəli qərarına əsasən **********81 reyestr nömrəsi ilə X5 adına qeydiyyatdan keçmişdir, hal-hazırda "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatında bildirilir ki, koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi baza məlumatlarına əsasən Bakı şəhəri Sə bail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 229 nömrəli qərarından əvvəl və hal-hazırda dövlət mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşir.

12. Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli, 2-1(112)-4481/2020 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilmiş, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 12 sot torpaq sahəsinin X6 adına alqı-satqı qaydasında sənədləşdirilməsi barədə xx.xx.2006-cı il tarixli, 229 nömrəli qərarı ləğv edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərar qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsi əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, yəni torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması, həmçinin həmin torpaq sahəsi ayrılarkən digər torpaq sahələri ilə qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsinin gözlənilməməsi və nəticədə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxışı məhdudlaşdırılması iş materialları ilə öz təsdiqini tapdığından mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir.

14. İddia müddəti ilə bağlı məhkəmə göstərmişdir ki, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün yol ayrılmışdır. Lakin 2020-ci ilin aprel ayında üçüncü şəxs tərəfindən həmin yolun qarşısında olan torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması əsas gətirilərək yolun qarşısı kəsilmişdir. Həmin vaxta kimi iddiaçı mübahisə predmeti olan qərardan məlumatlı olmamış və xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün ayrılmış yoldan sərbəst istifadə etmişdir. İddiaçı mübahisələndirilən qərardan 2020-ci ilin aprel ayında məlumatlı olduğundan və xx.xx.2020-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, iddia müddətini ötürməmişdir.

15. Üçüncü şəxs "xxxx" MMC həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2-1(103)-1332/2021 nömrəli qərardadı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və X.A.Mərdanova) ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2020 -ci il tarixli, 2-1(112)4481/2020 nömrəli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.

17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Lakin iddiaçı mübahisələndirilən qərardan 2020-ci ilin aprel ayında məlumatlı olduğuna və xx.xx.2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmədiyinə istinad etmişdir. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 2006-cı ilin dekabr ayında baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-c ü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. Beləliklə, mübahisə açan tərəf qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

18. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli, 2-1(112)-4481/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı qeyd edir ki, mübahisələndirilən bələdiyyə qərarından 2020-ci ilin aprel ayında məlumatlı olmuş və xx.xx.2020-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş, iddia müddətini ötürmədiyi və iddianın mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq öz təsdiqini tapmışdır. Cavabdeh və üçüncü şəxslər iddia müddətinin keçməsi ilə bağlı ümumiyyətlə birinci insta nsiya məhkəməsində heç bir iradlarını bildirməmişlər. Bələdiyyə tərəfindən həmin torpaq sahəsi ayrılmış şəxs 2020-ci ilin aprel ayında ona yaxınlaşaraq bildirmişdir ki, xüsusi mülkiyyətində olan ərazidən onlara yol verməlidir. Hansı səbəbdən yol verməli olduğunu soruşduqda bildirmişlər ki, onların torpaq sahəsinin ayrılması barədə müvafiq sənədləri var. O, bununla razılaşa bilməzdi, belə ki, onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin (faktiki istifadəsindədir, tikililər var və hasara alınmışdır) girişini sonradan kimsə gedib qanunsuz yolla sənəd alaraq zəbt etmiş və ondan bunun müqabilində öz xeyirinə imtiyazlar istəmişdir. Onun həmin bələdiyyə qərarının daha əvvəl verilməsindən xəbəri ola bilməzdi. Belə ki, həmin ərazi bu gündə tamamilə boş olan ərazidir. Nə tikili, nə də ki, hasarla rı var. Bu səbəbdən də, hüquqlarının pozulduğunu bildiyi andan məhkəməyə müraciət etmiş, sözügedən iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Apellyasiya məhkəməsi tərəfindən ona məhkəmə baxışı zamanı bildiriş gəlməmişdir. Həmçinin apellyasiya məhkəməsinin məlum qərardadını rəsmi olaraq ora müraciət etdikdən sonra, yəni xx.xx.2022-ci ildə (xx.xx.2022-ci ildə poçt şöbəsinə daxil olub) almışdır. Elektron kabinet istifadəçisi olmamış, Asan imzası olsa da məhkəmənin bildiriş və qərardadları barədə elektron kabinet vasitəsilə məlumatlanmamışdır. Telefon nömrəsinə heç bir xəbərdarlıq mesajı gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ E DİLƏN HÜQUQ 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığı n yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar....

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya q əbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçin in bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərar dadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə iddia ərizəsi ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

28. İddiaçı cavabdehin üçüncü şəxsə torpaq sahəsi ayrılmasına dair 27 dekabr 2006-cı il tarixli, 229 nömrəli qərarını mübahisələndirir. İddiaçıya görə həmin torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olmasını 2020-ci ilin aprel ayında bilmişdir.

29. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələ ndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

30. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

31. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

32. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara bax ılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

33. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddia müddəti buraxıldığına görə mümkünlük şərtlərinə cavab vermədiyindən iddia haqlı olaraq mümkün sayılmamışdır.

34. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10, 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 21(103)-1332/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar