Məhkəmə qərarları › İş №2-1(102)-1820/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1820/2019

27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1820/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X6 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə iddiaçı X2 (X3) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların qanunsuz hesab edilərək ləğv edilməsi və qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-477/2 019 nömrəli, 20 fevral 2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: X6 (bundan sonra – iddiaçı) Misir Ərəb Respublikasının vətəndaşıdır. O, qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdehin 30.05.2018-ci il tarixli, İQ-61/2 nömrəli qərarı ilə ona qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı cavabdehin şikayət instansiyasına şikayətlə müraciət etmiş, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 09.08.2018-ci il tarixli, 147 nömrəli qərarı ilə şikayət əsassız olduğunda n təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ61/2 saylı 30.05.2018-ci il tarixli və 147 saylı 09.08.2018-ci il tarixli qərarlarının ləğv edilməsi, iddiaçının “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-61/2 nömrəli 30 may 2018-ci il tarixli və 147 saylı 09 avqust 2018-ci il tarixli qərarlarını n qanunsuz hesab edilməklə ləğv olunması və Misir Ərəb Respublikasının vətəndaşı X2 (X4) “qaçqın statusu verilməsi haqqında” vəsatəti təmin edilərək, X5 (X4) və ailə üzvünə (arvadı, 1996-cı il təvəllüdlü X1) qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildə Misirin Qahirə şəhərində anadan olmuşdur və Misir Ərəb Respublikasının vətəndaşıdır. Mənsubiyyətinə görə ərəbdir və xristian dininə etiqad edir. İddiaçı arvadı ilə 2016-cı ilin dekabr ayında kilsədə tanış olmuşdur. O, müsəlman olmuş, lakin 2014-cü ildən xristianlıqla maraqlanmışdır. 2017-ci ilin mart ayında arvadının ailəsinin iradəsinə qarşı onunla evlənmiş, lakin nikahları qeydiyyata alınmamışdır. Arvadının atası onu, qızını dinini dəyişdirməyə məcbur etməkdə günahlandırdığı üçün polis məntəqəsinə aparmış, həbsdə beş gün qaldıqdan sonra azadlığa çıxmışdır. 16 yanvar 2018-ci il tarixdə arvadı ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. 28 fevral 2018-ci ildə iddiaçı vəsatətlə müraciət edərək ona və arvadına sığınacaq verilməsini xahiş etmişdir. Şəxsi iş açılaraq onunla və arvadı ilə müsahibə keçirilmişdir. İQ-61/2 saylı, 30.05.2018-ci il tarixli qərarla cavabdeh sığınacaq vəsatətini rədd etmişdir. İddiaçı cavabdehin qərarından inzibati şikayət vermişdir. 09.08.2018-ci il tarixdə cavabdehin şikayət instansiyası 147 saylı qərarla inzibati şikayət i rədd etmişdir. Hesab edir ki, cavabdehin qərarı qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4032/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya qaçqın statusunun verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olmadığından cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı A pelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-477/2019 nömrəli iş üzrə 20 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4032/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin həmin qərarından iddiaçı kasassiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iş üzrə apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddiaçıya qaçq ın statusu verilməlidir. Belə ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Burada “Məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir” dedikdə, apelyasiya instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olan qanunu və ya digər normativ aktı tətbiq etməməsini və qanunu səhv təfsir etməsini vurğulamaq zəruridir. Belə ki, məhkəmə tətbiq edilməli olan bir sıra maddi normanı tətbiq etməmişdir. Məhkəmə qərarında göstərilən yeganə norma “Qaçqınların və məcburi köçkünlərin statusu” haqqında AR Qanunun 1-ci maddəsi olmuşdur ki, həmin norma məhkəmə tərəfindən səhv təfsir edilmişdir. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericili k, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, “Qaçqın” - Azərbaycan Respub likasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu veril məsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentin in 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına əsasə n, “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən fakt ları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. -“Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandır ılmış şəkildə imtina olunmuşdur. Belə ki, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı özü və ailəsi vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının hər hansı şəxslərin təqibindən ehtiyat etməsi ilə bağlı bildirdikləri isə ona qaçqın statusunun verilməsi üçün əsas kimi qəbul oluna bilməz. Çünki, iddiaçı tərəfindən belə təqib qorxusunun əsaslılığına dair nə cavabdehə, nə də məhkəməyə sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosess ual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 (X3) tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-477/2019 nömrəli iş üzrə 20 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar