Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1820/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X4 X1 İhracat Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: səyyar vergi yoxlaması qərarının ləğv edilməsi barədə tələbin təmin olunmaması, inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçı “X4 X2 İhracat Sanayi ve Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə1, vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı “X4 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 21(103)-2538/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sifarişçi «xxxx» ASC ilə icraçı - Çe xiya Respublikasında yerləşən «xxxx» şirkəti arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli ******* №-li müqaviləyə əsasən, «Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisinin icrası «xxxx» şirkətinə həvalə olunmuşdur. Layihənin ümumi dəyəri 447.058.824,00 EUR təşkil etmiş, həmin məbləğin 15 faizinin (67.058.824 EUR) sifarişçi tərəfindən, qalan 85 faizinin (380.000.000 EUR) icraçı şirkət tərəfindən ayrılan kredit hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.
2. Müqaviləyə əsasən ödəmə nağd şəkildə edilmiş, «xxxx» ASC məbləğin 15 faizini ödəmiş, 85 faizi isə Çexiya Respublikasında yerləşən “Ceska sporitelna” bankı tərəfindən ödənilmişdir.
3. «xxxx» şirkəti yolun tikintisi üzrə işlərin birbaşa icraçısı olmamış, işlərin icrası üçün subpodratçılar – Çexiya Respubli kasında yerləşən “AZD Praha s.r.o.” şirkəti, Bolqarıstan Respublikasında yerləşən “Railway EOOD” şirkəti və Slovakiya Respublikasında yerləşən “ZaS İnvest s.r.o.” şirkəti ilə əməkdaşlıq etmişdir.
4. Həmçinin podratçı «xxxx» şirkəti xx.xx.2011-ci il tarixdə subpodratçı “X4 X2 İhracat Sanayi ve Ticaret AC” ilə subpodrat müqaviləsi bağlayaraq, “Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun 130+940 km. hissəsinin yenidənqurulması və 4 zolaqlı yola təkmilləşdirilməsi” layihəsi üzrə işlərin icrasını subpodratçıya həvalə etmişdir. 5. “X4 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti” bu işlərin icrası ilə əlaqədar olaraq şirkətin Azərbaycan Respublikasındakı Filialını təsis etmiş, “X4 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı”nin (bundan sonra ixtisarla Fil ial yazılacaq) əsasnaməsi xx.xx.2012-ci ildə Azərbaycan Respublikasınin Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentində qeydiyyata alınmışdır.
6. Eyni zamanda həmin tarixdə Filial Azərbaycan Respublikası Vergilər Nazirliyində əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçmişdir.
7. Filialın 2015-ci ilin iyun ayndan 2016-cı ilin oktyabr ayınadək olan dövrdə fəaliyyəti zamanı vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması üçün Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti tərəfindən xx.xx.2016-cı il tarixdə növbədənkənar vergi yoxlaması keçirilməsi barədə qərar verilmişdir.
8. Yoxlamanın aparılması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Qərar v ə çıxarış xx.xx.2016-cı ildə iddiaçının nümayəndəsinə təqdim edilmişdir.
9. Səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2015-ci il üçün mənfəət vergisinin 1.526.870,25 manat azaldılması və 2015-2016-cı illər üzrə ƏDV vergisinin 7.662.162 manat azaldılması müəyyən edilmiş, yoxlamanın nəticələri barədə xx.xx.2017-ci il tarixdə **********078928 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir.
10. Yoxlamanın nəticələri üzrə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli **********112799 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərarla Filiala 2015-ci il üzrə 1.526.870,25 manat mənfəət vergisi, 2015 - 2016-cı illər üzrə 7.662.162,67 manat əlavə dəyər vergisi - cəmi, 9.189.032,92 manat vergi borcu hesablanmış, həmçinin bu borca görə 4.594.516,47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı 2019-cu il 03 dekabr tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixli **********112799 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki: 12.1. Səyyar vergi yoxlaması zamanı bütün mühasibat sənədləri, gəlir və xərcləri, mədaxil məbləğlərini təsdiqləyən sənədlər, qaimə-fakturalar, müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Lakin bu sənədlərə obyektiv qiy mət verilməmiş və barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul olunmuşdur. 12.2. Vergi orqanı tərəfindən vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, faktiki göstəricilərin hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Yoxlama zamanı müəssisənin kredit vəsaitləri hesabına Azərbaycan Respublkasında mühüm strateji əhəmiyyətli magistral yolların çəkilişini həyata keçirməsi, eyni zamanda subpodratçı kimi görülmüş işlərin müqabilində müəssisəyə pul vəsaitlərinin ödənilməməsi nəzərə alınmamış, bu da öz növbəsində yuxarıda göstərilən vergilərin hesablanmasına gətirib çıxarmışdır. 12.4. Yoxlama zamanı mütəxəssis və eksper t dəvət edilməmiş, görülmüş işlərin hansı miqdarda təhvil verilməsi, nə qədər xərclərin çəkilməsi nəzərə alınmamışdır. 12.5. Müəssisəyə görülən işlərin pulunun ödənilməməsi və sub-uçot depozit hesabı üzrə ƏDV daxil olmadığı, bu səbəbdən ƏDV əvəzləşdirmələri müvafiq uyğunsuzluq təşkil etdiyi nəzərə alınmamış, müəssisəni iflas vəziyyətinə gətirib çıxaran hesablamalar aparılmışdır. 12.6. Eyni zamanda, vergi orqanı tərəfindən analoji işlərlə məşğul olan digər uyğun vergi ödəyicilərinin əlaqəli məlumatları nəzərə alınmamş, müəssisə tərəfindən Kürdəmir – Ucar – Yevlax – Bərdə - Tərtər yolunun təmiri zamanı “xxxx” şirkəti ilə əlaqəli görülmüş işlərin təhvil-təslim sistematikası araşdırılmamış, görülən işlərə nəzarət edən “xxxx” ASCnin və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən verilmiş rəylər və tərtib olunmuş aktlar nəzərə alınmamış, müəssisənin Azərbaycan Respublikası mənbəyində gəlir əldə etməsi müəyyənləşdirilməmişdir. Vergi Məcəlləsinin 38-ci və 39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir.
13. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etirazında bildirmişdir ki: 13.1. Əldə olunmuş internet məlumatlarına, alınmış izahatlara və götürülmüş sənədlərə əsasən, yoxlanılan dövr ərzində işlərin görülməsi məqsədi ilə Baş Ofisdən Filiala 58.785.391,79 manat vəsait ayrıldığı (o cümlədən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 53.213.619,19 manat və 01.01,2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 5.571.772,60 manat) müəyyən edilmişdir. 13.2. Yoxlamaya təqdim edilmiş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, yerinə yetirilmiş işlərə görə filialın valyuta hesabına daxil olmuş həmin vəsait müəssisənin rəhbəri tərəfindən mal-material alınması üçün nağd şəkildə götürülmüşdür. Lakin malmaterialların alınmasını təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. 13.3. Müəssisə tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergi bəyannaməsində malların təqdim edilməsindən gəlir 500.000 manat, xərclər 1.606.912,56 manat göstərilmiş və beləliklə, 1.106.912,56 manat zərər yaranmışdır. Bəyannamədə qeyd olunan 500.000 manat gəlir filial tərəfindən "Özgün Yapı Sanayi və Ticaret Anonim Sirkəti"nin Azərbaycan Respublikasındakı filialı üçün yerinə yetirilmiş torpaq işləri ilə əlaqədar olmuşdur. 13.4. Bundan əlavə, yoxlama zamanı məlum olmuşdur ki, filial tərəfindən 2015-ci ilin dekabr ayında ixrac olunmuş 2 ədəd CAT 140K markalı qreyderlərin dəyəri (209.820 manat) mənfəət vergisi bəyannaməsində öz əksini tapmamışdır. 13.5. Beləliklə, yoxlama ilə müəssisənin 2015-ci il üzrə gəliri 45.806.107,45 manat, o cümlədən Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi ilə əlaqədar əldə olunmuş gəlir 45.096.287,45 manat, "Özgün Yapı Sanayi və Ticaret Anonim Sirkəti"nin Azərbaycan Respublikasındakı filialı ücün yerinə yetirilmiş torpaq işləri ilə əlaqədar əldə olunmuş gəlir 500.000 manat və ixrac olunmuş 2 ədəd CAT 140K markalı qreyderlərdən əldə olunmuş gəlir 209.820 manat müəyyən edilmişdir. 13.6. Müəssisənin gəlirini təsdiq edən bank sənədləri yoxlamaya təqdim edilmiş, lakin xərcləri təsdiq edən sənədlər təqdim edilməmişdir. Bu səbəbdən müəssisənin mənfəətini bir başa müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin mənfəəti 7.634.351,25 manat, mənfəətdən 20% dərəcə ilə 1.526.870,25 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə müəyyən edilmişdir ki, 2015ci ildə filial tərəfindən mənfəət vergisi 1.526.870,25 manat azaldılmışdır. 13.7. Eyni zamanda Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi məqsədi ilə Baş Ofisdən filiala ayrılmış vəsaitlər filial tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində dövriyyədən yayındırılaraq vergiyə cəlb olunmamışdır. Beləliklə, yoxlama ilə müəssisəyə 7.663.322,67 manat ƏDV (50.2373. 37,55 / 1,18 x 18%) hesablanmışdır. 13.8. Bundan əlavə, filial tərəfindən 2015-ci ilin iyun ayında ƏDV-nin 4.204,42 manat artıq hesablanması, 2015-ci ilin oktyabr ayında isə 3.044,41 manat azaldılması aşkar olunmuşdur. Kənarlaşmaya səbəb idxal zamanı əvəzləşdirilən ƏDV məbləğinin müəssisə tərəfindən düzgün göstərilməməsi olmuşdur. Beləliklə, ümumilikdə yoxlanılan dövr ərzində müəssisə tərəfindən ƏDV-nin 7.662.162,67 manat (7.663.322,67 + 3044,41 - 4204,42) azaldılması müəyyən edilmişdir. 13.9. İddiaçının yoxlama aparılan müddətdə lazım olan bütün mühasibat sənədlərinin, müəssisənin gəlir və xərcini təsdiq edən sənədlərin təqdim edilməsi barədə dəlili də əsassızdır. Müəssisəyə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2016-cı il tarixli tələbn amə verilmiş, lakin Kürdəmir-UcarYevlax-Bərdə-Tərtər yolunun yenidən qurulması və təmiri ilə əlaqədar, eyni zamanda baş ofisdən daxil olan pul vəsaitlərinin xərclənməsinə dair sənədlər yoxlamaya təqdim edilməmiş, bununla əlaqədar Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin qismən təqdim olunması barədə” xx.xx.2017-ci il tarixli akt tərtib edilmişdir. 13.10. Müəssisənin xərclərini təsdiq edən sənədlər yoxlama zamanı iddiaçı tərəfindən verilməməsinə baxmayaraq, Vergi Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq, yoxlamanın nəticələrinin müzakirəsi zamanı da vergi orqanına təqdim olunmamışdır. 13.11. Bundan başqa, iddiaçı iddia ərizəsində subpodratçı kimi görülmüş işlərin müqabilində müəssisəyə pul ödənilmədiyini, yoxlama zamanı mütəxəssis və ekspert dəvət edilərək görülmüş işlərin h ansı miqdarda təhvil verilməsinin, bunlara nə qədər xərclərin çəkilməsinin nəzərə alınmadığını göstərmişdir. Bu dəlil də əsassızdır ona görə ki, Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri cəlb etmək vergi orqanının vəifəsi deyil, hüququdur. Bundan başqa, iddiaçı bir tərəfdən bütün sənədlərin yoxlamaya təqdim edildiyini, digər tərəfdən isə yoxlama zamanı mütəxəssis və ekspert vasitəsilə çəkilmiş xərcin müəyyən olunaraq nəzərə alınmasını göstərməklə ziddiyyətli dəlillər irəli sürür. 14. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-1(82)777/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin “Vergi öd əyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********112799 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, Baş ofisdən Filiala göndərilmiş vəsait birmənalı şəkildə sonuncunun gəliri kimi qiymətləndirilə bilməz. Bu vəsaitin Filialın müvafiq işlərinin görülməsinə sərf edəcəyi xərci olması daha çox ehtimaldır, nəinki onun gəliri kimi qiymətləndirilməsi. Eləcə də Filial tərəfindən ixrac olunan 2 ədəd CAT 140K markalı qreyderlərin dəyərinin bəyannamədə əksini tapmaması da bu ixrac əməliyyatının “malların təqdim edilməsi” kimi vergiyə cəlb olunmasına əsas vermir. Xarici şirkətin Azərbaycan Respublikasında olan Filialının ban k hesabına köçürülən pul vəsaitinin ƏDV-yə cəlb edilməsi Vergi Məcəlləsinin ƏDV-ni təsbit edən maddələrinin tələblərinə ziddir. Filial yolun tikintisi üzrə müqavilənin tərəfi olmadığına görə, hesabına köçürülən pul vəsaiti həmin işin görülməsi üzrə ƏDV-yə cəlb oluna bilməz.
16. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2538/2019 nömrəli qərarı ilə (hakimlər C.Yusiafov (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1(82)-249/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işin sübutlarla müəyyən olunan hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamış, iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdir.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin (kassasiya şikayətinə əlavənin) d əlilləri
20. Kassasiya şikayətinin dəlillərinə görə: 20.1. Yoxlanılan dövrdə işlərin təhvili başa çatmamış, ödəniş olmamış və elektron vergi hesab-fakturası da verilməmişdir. Bu işlər müvafiq qaydada başa çatan kimi (elektron vergi hesab-fakturası verilən və ya ödəniş olan kimi) müvafiq ƏDV bəyannamələri təqdim edilməklə tələb edilən vergilər də iddiaçı tərəfindən ödənilməli idi. Cavabdeh işlərin görülməsini (xidmətlərin göstərilməsini) sübut edən sənədlərə (faktlara) əsaslanmadan, yalnız bank hesablarında mövcud olan, borc alınmış pul vəsaitlərə əsaslanaraq vergilər hesablamışdır. Bu yanaşma, Vergi Məcəlləsi ilə müəyyən edilməmiş vergi növlərinin tətbiq edilməsi deməkdir. 20.2. Cavabdeh Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə uyğun olaraq vergi ödəyicisinin təqsirini qanunauyğun sənədlər əsasında sübut etməmişdir. 20.3. “xxxx” ASC ilə “SaZ s.r.o” şirkəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli ******* nömrəli müqavilənin 4.19-cu maddəsində deyilir ki, “Hazırki müqaviləyə əsasən Podratçl, Sifarişçi üçün işlərin görülməsi və işlərin görülməsi ilə bağlı nəzərdə tutulmuş vergi və rüsumlardan tam azad olunur. Podratçı və ya podratçının Subpodratçıları üçün layihənin benefisiarı (sifarişçisi) 0 faizə bərabər olan ƏDV sertifikatını təqdim etməyi öhdəsinə götürür”. 20.4. “SaZ s.r.o” şirkəti ilə “X4 X2 İhracat Sanayi ve Ticaret Anonim» Şirkəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1109201-SL-1 saylı “X4 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti» arasında bağlanmış subpodrat müqaviləsinin 12.5-ci maddəsində də qeyd edilir ki, “xxxx” ASC ilə “SaZ s.r.o” şirkəti a rasında bağlanmış xx.xx.2011-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən subpodratçı bu layihə üzrə rüsum və vergilərdən azaddır. 20.5. Göründüyü kimi Vergi Məcəlləsinin 125 və 169-cu maddələrinin və tərəflər arasında bağlanmış nüqavilələrin tələbinə əsasən, “xxxx” ASC tərəfindən “SaZ s.r.o” şirkətinə 447.058.824 avro ödənilərkən həmin məbləğin 10 faizi ödəmə mənbəyində vergi və 18 faiz əlavə dəyər vergisi büdcəyə “xxxx” ASC tərəfindən ödənilməli idi. 20.6. Vergi Məcəlləsinin 166-cı maddəsinin xx.xx.2020-ci ildən qüvvədə olan mətnundən də görünür ki, müştəriyə artıq təqdim edilən mallar (işlər və xidmətlər) üçün pul vəsaitinin yalnız alındığı vaxt vergi əməliyyatınin vaxtı sayılır. Vergi orqanının qərarı isə, təhvil verilməmiş (başa çatmamış) işlərə, alınmamış vəsaitlərə (iş görülməsi üçün bankdan və Baş ofisdən alınmış kreditin) vergiyə cəlb olunması barədədir. b. kassasiya şikayətinə qarşı etiraz
21. Cavabdeh kassasiya şıkayətinin dəlilləri ilə razılaşmayaraq yazılı etiraz vermiş, etirazda birinci instansiya məhkəməsində irəli sürdüyü etiraz dəlillərini təkrarlamış, əlavə olaraq aşağıdakıları bildirmişdir: 21.1. İddiaçınin vergi orqanı tərəfindən yoxlama zamanı Vergi Məcəlləsinin 13.2.8-ci və 166.1-ci maddələrinin tələblərinin pozulduğu, həmçinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının qanunu ilə Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyada verildiyi və həmin müddəalara əsasən vergi orqanının hesablamalarının əsassız olduğu barədə dəlilləri əsassızdır. 21.2 Çünki yoxlama zamanı xarici şirkətin göndərdiyi pul vəsaiti özü-özlüyündə deyil, filial tərəfindən görülmüş işlərin dəyəri kimi vergiyə cəlb edilmişdir. Yəni iddiaçının bu dəlili ilə o vaxt razılaşmaq olardı ki, filial tərəfindən Azərbaycan Respublikasında hər hansı iş görülməsin və ya xidmət göstərilməmiş olsun. Hazırkı halda isə iddiaçı tərəfindən yol çəkilişi ilə əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi işin mübahisəsiz halıdır. 21.3. Bundan başqa, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikası qanununun bitmiş münasibətlərə tətbiq edilməsi qanunvericiliyə uyğun deyildir. Belə ki, vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli səyyar vergi yoxlaması aktı v ə qəbul edilmiş xx.xx.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar may 2015 - oktyabr 2016 dövrü üzrə yaranmış münasibətlərlə əlaqədar olmuşdur və yoxlama üzrə qərar qəbul edilərkən həmin vaxt qüvvədə olmuş vergi qanunvericiliyinin müddəaları tətbiq edilmişdir. Həmin qərarın qəbul edildiyi zaman qanunvericilikdə gələcəkdə baş verə biləcək dəyişiklikləri əvvəlcədən təxmin etmək mümkün deyildi. 21.4. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 21.5. “X4 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialı 2015-ci il üzrə gəlir və xərclərinin u çotunu hesablama metodu ilə aparmış, yoxlanılan dövrdə faktiki olaraq Azərbaycan Respublikası ərazisində əsasən avtomobil yollarının tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 138.2-ci maddəsinə əsasən vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzun müddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır. Həmin Məcəllənin 138.1ci maddəsinə əsasən “uzunmüddətli müqavilə” - müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə deməkdir. Vergi Məcəlləsinin 129-cu maddəsinə əsasən vergi ili təqvim ili sayılır. 21.6. “X4 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirk eti"nin Azərbaycan Respublikasındakı filialı tərəfindən görülən işlər bir neçə vergi ilini əhatə etsə də, işlərin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq gəlirlər və bu gəlirdən çıxılan məbləğlər vergi orqanına təqdim edilmiş bəyannamələrdə əks etdirilməmiş, eyni zamanda səyyar vergi yoxlaması zamanı gəlir və xərclərin illər üzrə uçotuna dair sənədlər yoxlamaya təqdim edilməmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən vergi öd əyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 21.7. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən ƏDV üçün vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda aparılmış sayılır. Göstərilənlərə əsasən səyyar vergi yoxlama sı zamanı iddiaçının bank hesablarındakı vəsaitlər barədə alınan məlumatlardan istifadə edilərək əlavə mənfəət vergisi və ƏDV hesablanmışdır. 21.8. “xxxx” ASC tərəfindən “xxxx” Şirkətinə 447 milyon avro ödənilərkən həmin məbləğdən Vergi Məcəlləsinin 125.1.5-ci və 169.1-ci maddələrinə əsasən müvafiq olaraq 10 faiz ödəmə mənbəyində vergi və 18 faiz əlavə dəyər vergisi tutularaq dövlət büdcəsinə ödənilmənin Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən bir şəxsin əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilmə barədə dəlili də səhvdir. 21.9. Çünki podrat müqaviləsinə əsasən “xxxx” ASC ümumi dəyəri 447.058.824,0 avro olan “Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər” yolunun təmiri və yenidən tikintisi işlərini Çexiya Respublikasının rezidenti olan “xxxx" şirkətin ə həvalə etmişdir. Çexiya Respublikasının rezidenti olan “xxxx” şirkəti öz növbəsində həmin yolun təmiri və yenidən tikintisi işlərini subpodratçı qismində çıxış edən Türkiyə Respublikasının rezidenti "X4 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirketi"-nə həvalə etmiş və sonuncu bu işləri Azərbaycan Respublikasındakı Filialı vasitəsi ilə həyata keçirmişdir. Göründüyü kimi iddiaçının hazırda istinad etdiyi Vergi Məcəlləsinin 3.5-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Həmin maddənin məzmununa görə şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) ödədiyi eyni növ vergini təkrar ödəməyə məcbur edilə bilməz. Bu maddə yalnız eyni şəxsin mənfəətinin (gəlirinin) təkrar vergiləndirilməsini qadağan edir. Başqa sözlə, bir şəxsdən tutulmuş vergi digər şəxsin vergi öhdəliyinin müəyyən edilməsində heç bi r rol oynamır. 21.10. Hazırkı işin materiallarına əsasən işlərin görülməsində vergi qanunvericiliyi baxımından aşağıdakı 4 fərqli subyekt (vergi ödəyicisi) çıxış etmişdir: “xxxx” ASC (sifarişçi); Çexiya Respublikasının rezidenti olan “xxxx” şirkəti; Türkiyə Respublikasının rezidenti "X4 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirketi"; Türkiyə Respublikasının rezidenti "X4 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialı. 21.11. Vergi Məcəlləsinin 13.2.1-ci maddəsinə əsasən şəxs dedikdə, istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi başa düşülür. 21.12. Sadalanan normaların məzmunundan aydın olur ki, vergi qanunvericiliyi ayrıayrı qeyri-rezidentləri, yaxud onların daimi nümayəndəliklərini heç bir halda e yniləşdirmir. 21.13. Beləliklə, “xxxx” ASC tərəfindən Vergi Məcəlləsinin 125.1.5-ci və 169.1-ci maddələrinə əsasən qeyri-rezident “xxxx" şirkətinə ödənilən vəsaitdən tutulmuş vergilər vergi hüquq münasibətlərinin tamamilə müstəqil subyekti olan qeyri-rezidenti "X4 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialının vergi öhdəliklərini dəyişdirə bilməz. 21.14. Vergi qanunvericiliyinin qeyd olunan mövqeyi təsadüfi xarakter daşımır və kifayət qədər sadə iqtisadi əsaslandırmaya söykənir. İşlərin görülməsi zamanı podratçı və subpodradçı qismində çıxış edən subyektlərin hər birinin ayrıca marjası yaranır və həmin subyektlərdən birinin əldə etdiyi marjanın vergiyə cəlb edilməsi, digər subyektin əldə etdiyi marjanın vergidən azad edilməsinə gətirib çıxarmır. 21.
15. Vergi Məcəlləsinin 104.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. 21.16. Həmin Məcəllənin 104.3-cü maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. 21.17. Vergi Məcəlləsinin ƏDV-nin vergitutma obyektini müəyyən edən 159.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xİ Fəslinin müddəalarına uyğun olaraq ve rgidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. 21.18. Mənfəət vergisi və ƏDV üzrə azadolmaları müəyyən edən Vergi Məcəlləsinin müvafiq maddələrində podratçıdan vergi tutulduğu halda subpodratçının vergidən azad olunması nəzərdə tutulmamışdır. c. məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının nümayəndəsi Nümayəndə1, vəkili Vəkil kassasiya şikayətində və əlavədə irəli sürülmüş dəlilləri müdafiə et diklərinin bildirərək şikayətin təmin olunmasını xahiş etdilər.
23. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına vəkilsiz gəldiyinə görə çıxışlarda iştirak etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir:... 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 6.1.3. əlavə dəyər vergisi; Maddə
12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri... 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəy əri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs... 13.2.10. Malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi (xx xxxxxx 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunla düzəliş ediənədək olan redaksiyada).... 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satış dankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxl aması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə
39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsu liyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə
42. Sənədlərin tələb edilməsi 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir.... 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərə findən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Maddə
44. Ekspertiza 44.1. Zəruri hallarda səyyar ve rgi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; … 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müda fiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış ver gi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstəril ən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi mə lumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəs inə əsasən hesablanır. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İX fəsil. Hüquqi şəxslərin mənfəət vergisi Maddə
103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə
126. Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulması Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-reziden tə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Maddə
153. Əlavə dəyər vergisi anlayışı
153. Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Maddə
154. Vergi ödəyiciləri 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəm əklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır Maddə
161. Vergi tutulan əməliyyatın dəyəri 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 161.2. Əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu mal ların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir. 161.3. Bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir. Maddə
162. Vergi tutulan idxalın dəyəri 162.1. Vergi tutulan idxalın dəyəri mallar ın Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. 162.2. Bu Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir. Maddə
166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt (xx xxxxxx 2019-cu il tarixli 1704-VDQ nömrəli qanunla edilmiş dəyişikliyə aədər olan redaksiyada)... 166.4. Bu Məcəllənin 159.3-cü və 159.5-ci maddələri tətbiq edildikdə, vergi tutulan əməliyyatın aparılması vaxtı mallardan, işlərdən və ya xidmətlərdən istifadə edilməsinə, yaxud onların ist ehlakına başlandığı vaxt sayılır. Bu Məcəllənin 159.4-cü maddəsində göstərilən hallarda vergi tutulan əməliyyatın aparılması vaxtı işçilər üçün mallar göndərildiyi, işlər görüldüyü, xidmətlər göstərildiyi vaxt sayılır. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) malların göndərilməsi vaxtı sayılır. Maddə
166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 66.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;... 166.2. Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.... 166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır. 166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış ava ns ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hall arda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəx sin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə Türkiyə Respublikasının "X4 X3 İhracat Sanayi ve Ticaret Anonim” Şirketi" (Baş ofis) tərəfindən iddiaçıya (Filiala) 58 785 391,79 manat vəsait ayrılmışdır (o cümlədən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 53 213 619,19 manat və xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 5 571 772,60 manat) köçürülmüş, filialın valyuta hesabına daxil olmuş vəsait onun rəhbəri tərəfindən nağd şəkildə götürülmüşdür.
31. Tərəflər arasındakı mübahisələndirilən məsələ bank hesablarındakı məbləğin qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, cavabdeh həmin məbləği onun gəliri kimi qəbul edərək mənfəət və ƏDV hesablamış, iddiaçı isə bunu mübahisələndirərək bildirmişdir ki, iddiaçı tərəfindən görülmüş işlərə görə vəsait ödənilmədiyindən və sub-uçot depozit hesabı üzrə ƏDV daxil olmadığından (iddia ərizəsinin dəlilləri), işlərin görülməsi məqsədi ilə deyil, borc olaraq verildiyindən (cavabdehin etirazına münasibətin dəlilləri - iş v.170), pul vəsaitinin faktiki alındığı vaxt ƏDV baxımından vergi tutulan əməliyyatın vaxtı hesab olunduğundan (kassasiya şikayətinin dəlilləri), subpodratçı olan Baş ofis layihə üzrə rüsum və vergilərdən azad olunduğundan və Baş ofislə filial arasında bağlanmış “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə” Anlaşmaya əsasən filial “nə mənfəət, nə zərər” prinsipli beynəlxalq işgüza r təcrübəyə əsaslanaraq fəaliyyət göstərdiyindən (iddiaçının kassasiya instansiyanı təqdim etdiyi yazılı izahın dəlilləri) bank hesablarındakı məbləğin iddiaçının gəliri kimi hesablanması əsassızdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank hesablarına köçürülən məbləğin müəssisənin rəhbəri tərəfindən nağd şəkildə götürüldükdən sonra müqavilə üzrə işlərin görülməsinə xərcləndiyini bildirsə də, bununla bağlı məhkəməyə yalnız xx.xx.2017-ci il tarixli Arayış təqdim etmiş, həmin arayışda vəsaitin xərcləndiyi istiqamətlər qeyd edilmiş, lakin xərclərə dair rəsmi hər hansı sənəd (qaimə-faktura, hesab-faktura, təhvil-təslim aktaları, kassa çeki) nə məhkəməyə, nə də yoxlama zamanı cavabdehə təqdim edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, yoxlayıcı Vergi Məcəlləsinin 23.1.2 -ci maddəsinə əsasən yoxlama keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması barədə xx.xx.2016-cı tarixli tələbnamə vermişdir. Həmin tələbnamədə təqdim olunmalı sənədlərin adları konkret olaraq qeyd olunmuşdur. İddiaçının nümayəndəsi xx.xx.2017-ci il tarixdə sənədləri qismən təqdim etmiş və bu barədə akt tətrib olunmuşdur. Lakin təqdim olunan sənədlərdə, Baş ofisdən daxil olmuş pul vəsaitinin xərclənməsinə aid heç bir sənəd aşkar edilməmişdir. Eyni zamanda təqdim olunmuş sənədlərlə vergidən yayınma halları müəyyən edildiyinə görə xx.xx.2017-ci il tarixdə Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar çıxarılmış və həmin qərar əsasında alınmış sənədlər yarımçıq olduğuna görə bu barədə akt tərtib olunmuşdur. Başqa sözlə, iddiaç ı müəssisənin rəhbəri tərəfindən nağdlaşdırılan vəsaitin borc olaraq işlərin görülməsinə sərf edildiyinə dair hər hansı mötəbər sübut mövcud olmadığından iddiaçının köçürülən məbləğin maliyyə yardımı olması, buna görə də iddiaçının gəliri deyil, müqavilənin icrası üçün xərclənən məbləğ olması barədəki dəlilləri əsaslı sayıla bilməz. Beləliklə, bu hissədə sübutetmə yükü onun üzərində olmasına baxmayaraq iddiaçı həmin məbləğin onun gəliri olmasını təkzib edən hər hansı əsaslı dəlil və mötəbər sübut məhkəməyə bildirməmişdir.
33. İddiaçı bundan əlavə qeyd etmişdir ki, “xxxx” ASC ilə “SaZ s.r.o” şirkəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli ******* nömrəli müqavilənin 4.19-cu maddəsində deyilir ki, “Hazırki müqaviləyə əsasən Podratçl, Sifarişçi üçün işlərin görülməsi və işlərin görülməsi ilə bağlı nəzərdə tutulmuş vergi və rüsumlardan tam azad olunur. Podratçı və ya podratçının Subpodratçıları üçün layihənin benefisiarı (sifarişçisi) 0 faizə bərabər olan ƏDV sertifikatını təqdim etməyi öhdəsinə götürür”. “SaZ s.r.o” şirkəti ilə “X4 X2 İhracat Sanayi ve Ticaret Anonim» Şirkəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1109201-SL-1 saylı “X4 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti» arasında bağlanmış subpodrat müqaviləsinin 12.5-ci maddəsində də qeyd edilir ki, “xxxx” ASC ilə “SaZ s.r.o” şirkəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən subpodratçı bu layihə üzrə rüsum və vergilərdən azaddır.
34. Bu dəlillə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən sertifikat müvafiq vergi orqanı tərəfindən təqdim edilir. Hazırkı iş üzrə isə iddiaçıya belə bir sertifikatın təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmır.
35. Vergi Məcəlləsinin 1.1-ci maddəsinə gərə Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini Vergi Məcəlləsi müəyyən edir.
36. Bu normanın baxılan işə (konkret olaraq iddiaçının 20.3-20.5-cı bəndlərində gəstərilən məsələlərə) tətbiqi o nəticəyə gəlməyə əsas verir ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydalar və əsaslar, vergi münasibətləri müstəvisində birgə hərəkət etmək istəyən şəxslər tərəfindən dəyişdirilə bilməz.
37. İşlərin görülməsi zamanı podratçı və subpodratçı qismində çıxı ş edən subyektlərin hər birinin ayrıca marjası yaranır və həmin subyektlərdən birinin əldə etdiyi marjanın vergiyə cəlb edilməsi, digər subyektin əldə etdiyi marjanın vergidən azad edilməsinə gətirib çıxarmır.
38. Kassatorun görülmüş işə görə pulun ödənilməməsinin nəzərə alınmadığı barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, hazırkı halda vergitutma obyekti konkret olaraq Baş ofisdən daxil olmuş 58.785.391,79 manat və 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergi bəyannaməsində malların təqdim edilməsindən əldə olunmuş gəlirlərdir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı haqlı olaraq Baş ofisdən daxil olmuş 58.785.391,79 manat və təqdim edilmiş mallara görə mənfəət vergisi və ƏDV vergisi hesablamışdır.
40. Hazırkı iş üzrə mənfəət vergisinin şərti rentabelli k norması əsasında hesablanması ilə razılaşmayan iddiaçı bildirmişdir ki, vergi orqanı tərəfindən analoji işlərlə məşğul olan digər uyğun vergi ödəyicilərinin əlaqəli məlumatları nəzərə alınmamışdır.
41. Məhkəmə kollegiyası bu dəlillə bağlı apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir, Vergi Məcəlləsinin 67-ci maddəsində sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda ödənilməli olan verginin məbləğinin hesablanması qaydaları müəyyən olunmuşdur. Bu halda ardıcıl olaraq vergilərin əlaqəli məlumatlar əsasında, bu mümkün olmadıqda analoji vergi ödəyicisi barədə məlumatlar əsasında, bu cür hesablama aparmaq da mümkün olmadıqda isə mənfəət (gəlir) vergisinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi tətbiq olunmaqla hesablanması tələb olunur. 67-ci maddəsinin dispozisiya şərtlərinin işin halları ilə əlaqəli təhlili onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən həmin norma hazırki işə düzgün tətbiq edilmişdir. Belə ki, iddiçı tərəfindən əlaqəli məlumatlar (VM-nin 67.1-ci maddəsində göstərilən sənədlər) təqdim olunmamışdır. Verginin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə etməklə müəyyən olunması üçünsə, konkret meyarlar müəyyən olunmuşdur. Bu meyarlara aiddir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. Bu şərtlərə cavab verməyən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatları, Vergi Məcəlləsinin 67.2ci maddəsinin tələbinə uyğun olan məlumatlar kimi qəbul oluna bilməz. İddiaçının icra etdiyi işləri həcminə görə (dövlət əhəmiyyətli (bir hissəsi beynəlxalq əhəmiyyətli) dördzolaqlı magistral yol) və icra olunduğu ərazi baxımından analoji fəaliyyətlə uyğunlaşdırmaq mümkün olmamışdır. Bu halda vergi orqanının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi tətbiq olunmaqla hesablama aparması VM-nin 67.14 və 83.9-cu maddələrinin tələblərinə uyğun olmuşdur.
42. İddiaçının işlərin təhvil verilmədiyi barədə dəlili ilə bağlı məh kəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə işlərin mərhərlə-mərhələ xx.xx.2015-ci il tarixdə tamamlanması nəzərdə tutulumuş, lakin sonradan tamamlama müddəti 2016-cı ilin iyuluna qədər uzadılmışdır. Göründüyü kimi, yolun tikintisi üzrə öhdəlik uzunmuddətli müqavilədən irəli gələn öhdəlikdir. Bu cür fəaliyyətlə bağlı vergi qanunvericiliyi xüsusi qaydalar (VM-nin 138ci maddəsi) müəyyən etmişdir. Həmin maddənin tələbinə əsasən isə iddiaçı yolun tikintisi ilə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğləri vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota almalı idi. Lakin iddiaçı VM-nin 138-ci maddəsindən irəli gələn tələblərə riayət etməmiş, 2012-ci ildən tikintisinə başladığı fəaliyyətində, həmçinin mübahisələndirilən yoxlama ilə əhatə olunan verg i dövründə (2015-2016) faktiki olaraq yerinə yetirdiyi işlərin həcmini uçota alıb büdcəyə hesablanıb ödənilməli olan vergilərin ödənilməsini təmin etməmişdir. Belə olan halda, onun tərəfindən, vergilərin ödənilməməsinə əsas kimi gətirdiyi işlərin tamamlanmadığı, təhvil verilmədiyi, yolun istismara qəbul olunmadığına istinad olunan mövqeyi qanunsuz və əsassızdır.
43. Həmçinin nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi sözügedən yollar dövlət əhəmiyyətli yollardır və yolun açılışı xx.xx.2016-cı ildə həyata keçirilmişdir. Yolun açılması onun istismara verilməsi deməkdir. Sübuta ehtiyacı olmayan dərəcədə aşkar baş vermiş və inkarolunmaz bu hadisənin nəticələrini vergi məqsədləri baxımından tanımamaq üçün “işlərin təhvil verilməsinin rəsmilədiriməməsinə” istinad olunması, ifrat formallı qdır.
44. Kassatorun VM-nin 3.5-ci maddəsinə istinadən irəli sürdüyü (şəxsin əldə etdiyi mənfəətdən (gəlirdən) ödədiyi eyni növ vergini təkrar ödəməyə məcbur edilə bilməməsi) barədə dəlili də əsassızdır. Belə ki, bu normada yalnız eyni şəxsin mənfəətinin (gəlirinin) təkrar vergiləndirilməsi qadağan edilmişdir. Başqa sözlə, bir şəxsdən tutulmuş vergi digər şəxsin vergi öhdəliyinin müəyyən edilməsində heç bir rol oynamır.
45. İddiaçının VM-nin 166-cı müddəsinin hazırda qüvvədə olan məzmununa istinadən kassasiya şikayətində irəli sürülmüş dəlil (bu qərarın 20.6-cı bəndi) açıq-aşkar əsassızdır. Çünki yoxlama aparılan və yoxlamanın nəticələri üzrə qərar qəbul edilən dövrdə 166-cı maddə başqa məzmunda idi və vergi orqanı da həmin dövrdə qüvvədə olan məzmuna uyğun qərar qəbul etmişdir.
46. Belə liklə, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarına maddi hüquq normalarını düzgün tətbiq etmişdir, kassasiya şikayətinin dəlilləri qərarın ləğv olunmasına əsas vermir.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2538/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.