Məhkəmə qərarları › İş №2-1(102)-1820/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1820/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1820/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə və Azərbaycan Respublikası Cavabdeh Tikintidə X1rşı iş üzrə QƏRARİ Açar sözlər:(dəymiş zərərin əvəzinin ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Cavabdehnə və Azərbaycan Respublikası Cavabdeh Tikintidə X1rşı (üçüncü şəxs "xxxx" MTK) “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2021-ci il tarixli, 2-1(103)-1792/202l nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 070305 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 1 saylı evin 26.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 66 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi xx.xx.2001-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir.

2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimi yyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 179332 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 3 saylı evin 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 66 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi xx.xx.2004-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir.

3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 1 saylı evin 65 saylı mənzili İddiaçı3 adına xüsusi mülkiyyət kimi xx.xx.1993-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir.

4. Nəsimi rayonu İcra Hakimiyyətinin 23 yanvar 2017-ci il tarixli 11 nömrəli sərəncamı ilə "xxxx" MMC tərəfi ndən mövcud qeyri-yaşayış obyektlərinin və yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilmişdir.

5. Azərbaycan Respublikası Cavabdeh Tikintidə X4 Agentliyi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: ünvan 2 ünvanlarda yaşayan vətəndaşlar Nailə İsmayılova və İddiaçı1, həmin ərazidə rəhbərlik etdiyiniz MMC tərəfindən söküntü işləri aparılmaqla evlərinin qəzalı vəziyyətə salınmasından narahatlıqları barədə Cavabdehnə ünvanladıqları 19 yanvar 2019-cu il tarixli müraciət mütəxəssislərimiz tərəfindən yerində araşdırılmışdır. Məlum olduğu kimi, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2017-ci il tarixli 11 nömrəli sərəncamına uyğun olaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən, "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğuna baxmayaraq, tərəfinizdən ərazidə olan yaşayış evlərinin sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan söküntü işlərinə başlanılmışdır ki, bu da yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının tələblərinin qısa müddətdə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi, söküntü və tikinti-quraşdırma işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılıb, ekspertizadan keçmiş layihəyə, tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun y erinə yetirilməsi Sizə tapşırılır. Əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq obyektdə tikinti işlərinin dayandırılması və digər müvafiq tədbirlər həyata keçiriləcəkdir.

6. Azərbaycan Respublikası Cavabdeh Tikintidə X4 Agentliyi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 1 ünvanlarda yaşayan vətəndaş İddiaçı1, həmin ərazidə rəhbərlik etdiyiniz MMC tərəfindən söküntü işləri aparılması nəticəsində ev qəzalı vəziyyətə salınmasından narahatlıqları barədə Cavabdehnə ünvanladığı 08 mart 2019-cu il tarixli müraciət mütəxəssislərimiz tərəfindən yerində araşdırılmışdır. Məlum olduğu kimi, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2017-ci il tarixli 11 nömrəli sərəncamına uy ğun olaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və sakinlərin köçürülməsi müvafiq "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğuna baxmayaraq, tərəfinizdən ərazidə olan yaşayış evlərinin sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan söküntü işlərinə başlanılmışdır ki, bu da yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının tələblərinin qısa müddətdə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi, söküntü və tikinti-quraşdırma işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılıb, ekspertizadan keçmiş layihəyə, tikintiyə dair normativ sənədlərin tə ləblərinə uyğun yerinə yetirilməsi Sizə tapşırılır. Əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq obyektdə tikinti işlərinin dayandırılması və digər müvafiq tədbirlər həyata keçiriləcəkdir. 7. "xxxx" MMC tərəfindən söküntü işləri sakinləri tam köçürülmədən aparıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin hərəkətsizliyi nəticəsində onlara dəymiş 100.000 (yüz min) manat maddi zərərin əvəzinin ödənilməsini xahiş etmişdir.

9. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər qismində Azərbaycan Respublikasının Cavabdeh və Azərbaycan Respublikası Cavabdeh Tikintidə X4 Agentliyinin cəlb edilməklə, cavabdehin hərəkətsizl iyi nəticəsində onlara dəymiş 100.000 (yüz min) manat maddi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, ailələri ünvan 3 ünvanında 65, 66 və 66a mənzillərinə sahib idi. Mənzilləri yerləşdiyi binalar “pilot layihəsi”nə düşmüşdür. “Pilot layihə”lərinə icazə verilməsində məqsəd qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. Lakin "xxxx" MTK Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli qərarına və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamına zidd olaraq onların mənzillərinin sökülməsini qarşılıqlı razılaşma yolu i lə həll etməyib digər “taktikanı” seçdi. "Gözəl Bakı” MKT söküntü işlərini sakinlər tam köçürülmədən apardı. Tikinti şirkəti vətəndaşların bir qismi ilə razılaşandan sonra həmin mənzilləri, binanın aparıcı konstruksiyalarını, hətta binanın əksər hissəsini, kommunikasiyaları sökərək faktiki olaraq digər vətəndaşların, o cümlədən onların həyatlarını təhlükəyə atıb onları razılığa məcbur edirdilər. Söküntü işləri əsasən axşam və gecə saatlarında buldozer vasitəsilə aparılırdı. Buna səbəb mənzillərini tərk etməmiş sakinlərə bir növ psixoloji təzyiq göstərmək idi. Söküntü işləri aparılarkən onlar dəfələrlə aidiyyəti olan dövlət orqanlarına müraciət etmişlər. Cavabdeh Tikintidə X4 Agentliyindən iki məktub almışdırlar: birincisi № xx/xx00624, xx.xx.2019-cu il və ikincisi № xx/xx-01652, xx.xx.2019 -cu il tarixli. Hər iki məktubda MTK-nın fəaliyyəti sakinlərə münasibətdə qəbuledilməz qiymətləndirilir və MTK-ya xəbərdarlıq edilir. Hər 2 məktubun son sətrində də “Gözəl Bakı’’ MMC-yə bildirilib ki, qanunsuz hərəkətlərini davam etdirəcəkləri təqdirdə tikinti dayandırılacaq. Lakin heç bir nəticə olmamışdır. Axırıncı məktub 2019-cu ilin aprel ayında göndərilib. Onlar isə tam olaraq mənzillərini 2020-ci ilin yanvar ayında tərk etmişlər. MMC onlara qarşı həmin qəbuledilməz fəaliyyətini axıra kimi davam etdirib. MTK-nın onlara qarşı hüquqazidd əməl ilə uzunmüddətli qeyri-insani davranışları, təcavüzü nəticəsində onların ailə üzvlərinin hamısı stress keçirmiş, bunun nəticəsində onlar hamısı mənəvi ağrı və iztirabla üzləşmişlər. Bu səbəbdən anası X6 xx.xx.2020-ci il tarixdə ürəyi davam gətirməy ib dünyasını dəyişmişdir. İddiaçı1 isə 2-ci tip şəkərli diabet xəstəliyinə tutulmuşdur, bunun fəsadı olaraq gözlərinin görmə qabiliyyətinə görə müddətsiz 3-cü dərəcəli əlil olub. Bu barədə cavabdehlərə müraciətlər ünvanlasalar da heç bir cavab verilməmişdir. Cavabdehlər hər müraciətdən sonra gələ bilmədiklərini, bir müddət sonra gələ biləcəklərini bildirirdilər. Lakin edilən müraciətlərə münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

11. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(112)3427/2022 saylı qərarı (hakim P.Hüseynov) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar cavabdehlərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onlara maddi zə rərin vurulduğunu bildirsələr də və həmin zərərin əvəzi olaraq cavabdehlərdən onların xeyrinə 100.000 manat məbləğində pulun tutulmasını tələb etsələr də, cavabdehlərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onlara maddi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

13. İddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1792/2022 nömrəli qərarı ilə (hakilər A.Oruczadə - sədrlik edən və məruzəçi, R.Ey vazov və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-262/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cavabdeh Tikintidə X4 Agentliyinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçılar kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. İddiaçılar kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçılar qərarda qeyd edilmiş Azərbaycan Respublikası Cavabdeh Tikintidə X4 Agentliyinin məhkəməyə ünvanladığı məktubla tanış olmadıqları üçün bu məktuba uyğun etirazlarını təqdim edə bilməmişdirlər. Bundan başqa, qərarda qeyd edilmiş Azərbaycan Respublikası Cavabdeh Tikintidə X4 Agentliyinin “Gözəl Bakı" MTK-ya ünvanladığı məktubdan görünür ki, onların şikayətləri əsasında "xxxx" MTK-ya xəbərdarlıqlar olunmuş və bildirilmişdir ki, əks təqdirdə tikinti işlərinin dayandırılması və digər müvafiq tədbirlər həyata keçiriləcəkdir. Buna baxmayaraq, cavabdeh orqan bu barədə hər hansı tədbir görməmişdir. Bununla da iddiaçılar, İPM-nin 82 və 90-cı maddələrinə, MPM-nin 47.2, 77.1, 78.1 və 88-ci maddələrinə əsaslanaraq, kassasiya şikayətlərinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin 2 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, işin təkrar baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır. Tətbiq olunan hüquq

19. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsə lələrin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelly asiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçılar cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onlara maddi zərərin vurulduğunu bildirsələr də və həmin zərərin əvəzi olaraq cavabdehlərdən onların xeyrinə 100.000 manat məbləğində pulun tutulmasını tələb etsələr də, sübut etmə yükünü daşıyan iddiaçılar nə birinci instansiya məhkəməsində araşdırma zamanı, nə də ki apellyasiya baxışı zamanı onlara maddi zərərin dəyməsi ilə bağlı öz iddia tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdirlər.

28. Hazırkı qərarın 19-cu bəndində göstərilən normaların dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki, iddiaçılar zərərin nədə ifadə olunmasını əsaslandırmamış, istinad etdiyi halların təsdiqi barədə heç bir sübutları təqdim etməmiş və üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 2-1(103)-1792/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 21(103)-1792/2022 qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar