Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1820/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı4 və qeyrilərinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayəti üzrə müddətin bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı4, X6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X5) “sərəncamın etibarsız hesab edilməsi tələbinə dair” inzibati mübahisə üzrə üçüncü şəxsin buraxılmış apellyasiya ş ikayət vermə müddətinin bərpası barədə ərizəsinə və apellyasiyanın mümkünlüyü məsələsinə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 2-1(103)-1902/2023 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 saylı binada yaşayırlar.
2. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcra Komitəsinin xx.xx.1976-cı il tarixli 27/374 nömrəli sərəncamına əsasən Xətai rayonu, Neft emalı prospekti 115-129, məhəllə 2316-2320 ünvanında yerləşən 29,8 ha torpaq sahəsi yaşayış massivinin salınması üçün ayrılmışdır. Sözügedən ünvanda qeyri-yaşayış binası nın yerləşdiyi 824,0 m2 torpaq sahəsi isə salınmış yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşir.
3. Keçmiş Dövlət Əmlakı Nazirliyinin 28 mart 2001-ci il tarixli, 140 nömrəsi sərəncamı ilə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, Dövlət Əmlakı Nazirliyi ilə əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs X10 arasında bağlanmış xx.xx.2001-ci il tarixli 80 nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən qeyri-yaşayış sahəsi özəlləşdirilmişdir.
4. RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, X12 küçəsi, 1A ünvanında yerləşən 0,03535 ha torpa q sahəsi üzərində ümumi sahəsi 315,5 kv. metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur.
5. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamına əsasən vətəndaş X1 xüsusi mülkiyyətində olan Xətai rayonu, X12 küçəsi, 1A ünvanında yerləşən qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilmişdir.
6. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 231 nömrəli sərəncamına əsasən Komitə ilə X5 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 377 nömrəli icarə müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən, H.Hacısoyun mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsində olan 824,0 kv.m torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 231 saylı sərəncamının və Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 377 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamının etibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən torpaq sahəsində olan tikilinin sökülməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
8. Məhkəmənin 02 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçıların təl əbləri, o cümlədən iddiaçıların cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X5 üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamının etibarsız hesab edilməsi” tələbi üzrə icraat digər tələblər üzrə icraatdan ayrılmışdır.
9. Sonradan iddiaçılar iddia tələbinə dəqiqləşdirmə edərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilməsi barədə Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 69 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra Hakimiyyətinin 69 nömrəli sərəncamı Xətai Rayon İcra Hakimiyyətinin belə sərəncamı verməyə səlahiyy əti olmadığından, yəni sərəncam qanunvericiliyə zidd şəkildə qəbul edildiyindən ləğv edilməlidir.
11. Bakı İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(112)-1586/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
12. Məhkəmə mübahisə predmeti sərəncamı qanunvericiliyin müddəaları ilə birgə təhlil edib belə nəticəyə gəlmişdir ki, hazırkı işdə üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahəsi İİ məsuliyyət səviyyəli binalara aid olduğundan, tikilinin yenidən qurulmasına icazə barədə qərar qəbul etmək mübahisəli sərəncamın verildiyi vaxt yalnız Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətində (xx.xx.2018-ci il tarixədək) olmuşdur. Bu səbəblə də Xətai Rayon İcra Hakimiyyətinin 69 nömrəli sərəncamı məhkəmə qərarı ilə etibarsız hesab edilmişdir.
13. Üçüncü şəxs apellyasiya şikayəti verər ək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 2-1(103)-1902/2023 nömrəli qərardadı ilə (hakimlər C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunmuş və apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs 11 mart 2022-ci il tarixli 1-ci instansiya məhkəməsinin qərarından apelyasiya şikayətinin 16 mart 2023-cü il tarixində 1-ci instansiya məhkəməsinə təqdim olunması halını üçüncü şəxsin ərizəsinin birinci instansiya məhkəməsinin qərarının o na təqdim olunmaması və şikayət vermə müddətinin onun təqsiri olmadan buraxılmasını bildirən dəlillərin əsaslılığı vasitəsi ilə sübuta yetirə bilməmişdir.
16. Üçüncü şəxs həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Üçüncü şəxs bildirmişdir ki, bildiriş onun tərəfindən əldə edilməmişdir, bildirişdə qeyd edilən imza ona məxsus deyildir və həmin imzanın kimə məxsusluğu orada hər hansı bir ad, soyad, ata adı qeyd edilmədiyindən müəyyən deyildir.
18. Üçüncü şəxs əlavə olaraq qeyd edir ki, poçt qəbzindəki imza il ə üçüncü şəxs tərəfindən vəkilə verilən imza nümunəsi ilə fərqlənir.
19. Üçüncü şəxs qeyd edir ki, o, rəsmi qeydiyyatda olduğu ünvanda yaşamır və o məhkəmə prosesində iştirak etməmişdir. İş materiallarındakı qeydlər birtərəfli olmaqla yanaşı, video, audi və ya üçüncü şəxsin imzası ilə təsdiqlənmir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.Etiraza əsasən şikayətin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçıla rına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi mü dafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. 75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Maddə
91. Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Mad də 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 22.Mülki Prosessual Məcəllə: Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəm ə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinl ik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardad ı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 25.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur. 26.Üçüncü şəxs H.Ə.Hacısoy Bakı İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarından 16 mart 2023-cü il tarixdə apelyasiya şikayəti, həmçinin həmin tarixli apelyasiya şikayəti üzrə müddətin bərpasına dair ərizə vermişdir. 27.Ərizə onunla əsaslandırılmışdır ki, qərar ona təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfin dən şifahi məlumat verildikdən sonra qərarın mövcudluğu bəlli olmuş və Komitənin nümayəndləri tərəfindən qərar 15 mart 2023-cü il tarixində təqdim edilmiş, dərhal sonra da hüquqi xidmət haqqında vəkillə müqavilə bağlamış, qərarla tanış olduqdan sonra, apellyasiya şikayəti hazırlanmışdır. 28.Apelyasiya məhkəməsi şikayəti mümkün saymayarkən ona əsaslanmışdır ki, iş materiallarına (i.v 97-98-ci) əlavə olunmuş birinci instansiya məhkəməsinin 28 mart 2022ci il göndərmə məktubuna və rabitə orqanının poçt qəbzinə (ştrix kod SS785770496AZ) əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)1586/2022 saylı qərarının surəti üçüncü şəxs X3 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi,ev 74,mənzil 27 ünvanı üzrə poçt vastəsi ilə rəsmi qaydada göndərilmiş və xx.xx.20 22-ci il tarixdə çatdırılmışdır (İş materiallarının 58-ci vərəqindən də görünür ki, həmin ünvanı üzrə göndərilən məhkəmə bildirişi üçüncü şəxs tərəfindən alınmışdır. Eyni zamanda, iş materiallarının 73-cü və 76-cı vərəqlərindən görünür ki, həmin ünvan üzrə göndərilmiş digər xx.xx.2021-ci il tarixli məhkəmə bildirişi üzrə xx.xx.2021-ci il tarixli 17:15ə təyin olunmuş məhkəmə iclasına üçüncü şəxs gəlib iştirak etmişdir). 29.Məhkəmə kollegiyası qeyd edir ki, əslində xəbərnamədə çatdırılma tarixi 4 aprel 2022-ci il deyil, xəbərnamədə poçt möhürünün vurulduğu 18 may 2022-ci il tarix hesab olunmalıdır. Çünki, 4 aprel 2022-ci il tarixi təsdiq edən poçt möhürü mövcud deyil. Çatdırılmanı təsdiq edən xəbərnamənin bir üzündə möhür 29 aprel və 23 may, digər üzündə isə 18 may 2023-cü il tarix vurulmuşd ur. Odur ki, çatdırılma tarixi 18 may 2022-ci il qəbul edilməlidir. 30.Digər tərəfdən, işin 100-cü səhifəsində məhkəmənin tərtib etdiyi 26 aprel 2022-ci il tarixli məhkəmədən göndərilən sənədlərin reyestri də bunu təsdiq edir. Həmin reyestrdən görünür ki, poçt 28 aprel 2022-ci il tarixdə sənədləri qəbul etmiş, sənədlərin siyahısında bu iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxs H.Ə.Hacısoyun adı və onlara göndərilən məhkəmə qərarı sıra ilə yazılmışdır. Reyestrdəki tarixlər də təsdiq edir ki, məhkəmə qərarı 28 aprel 2022-ci il tarixdə poçta təqdim edilmişdir. 31.Nəticədə üçüncü şəxs H.Ə.Hacısoyun ünvanına göndərilən xəbərnamədə olan poçt möhürləri, habelə alan şəxsin imzasının olması, məhkəmə qərarının 18 may 2022-ci il tarixdə ona təqdim edilməsini təsdiq edir. 32.Məhkəmə kollegiyası qeyd ed ir ki, iddia ilə bağlı birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxsə 18 may 2022-ci il tarixdə təqdim edildiyindən, prosessual qanunvericiliyin tələbinə görə apelyasiya şikayəti üzrə müddətin axımı həmin gündən başlayır və şikayətin verilməsi üçün son gün 18 iyun 2022-ci il hesab edilir. 33.Buna baxmayaraq üçüncü şəxs tərəfindən apellyasiya şikayəti 16 mart 2023-cü il tarixdə təqdim edilmiş, o, şikayət üzrə qanunda nəzərdə tutulan müddəti buraxmışdır. Bu səbəbdən, apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. 34.Üçüncü şəxs kasasiya şikayətində bildirir ki, poçt sənədində ad, soyad və ata adı qeyd edilməyən, sadəcə kimə məxsusluğu bilinməyən imza mövcuddur, həmin imza isə ona məxsus deyildir. Məhkəmə qərarı göndərilən ünvanda deyil, başqa ünvanda yaşayı r. 35.Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı bildirir ki, imza olunan xəbərnamədə məhkəmənin qərarının nömrəsi və üçüncü şəxsin adı soyadı və ata adı qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı barədə əvvəllər üçüncü şəxsə göndərilən bildirişlər eyni ünvana göndərilmiş və həmin ünvanda imza edilməklə qəbul edilmiş, üçüncü şəxs bəzi məhkəmə iclaslarında iştirak etmişdir. Bu barədə apelyasiya məhkəməsi də qərardadında qeyd etmişdir. Məhkəmə sənədləri üçüncü şəxsin qeydiyyatda olduğu ünvana göndərilmiş, apelyasiya şikayətində də qeydiyyatda olan ünvan göstərilmiş (hətta həm faktiki, həmn də qeydiyyat ünvanının eyni oldu\u qeyd edilmişdir) və üçüncü şəxs ünvanını dəyişməsi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən şikayətin dəlilləri əsaslı sayıla bilməz. 36.«X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» 37.Birinci instansiya məhkəməsinin qərarının üçüncü şəxsə təqdim olunmadığı və şikayət vermə müddətinin onun təqsiri olmadan buraxıldığını bildirən dəlilliri sübuta yetmədiyindən apelyasiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmiş, apelyasiya şikayəti qanunla müəyyən edilmiş 30 gün ərzində verilmədiyindən şikayətin qəbulundan imtina etmişdir.
38. Odur ki, üçüncü şəxs apelyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə d üzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Hacısoy Həsən Əbdülhəsən oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 21(103)-1902/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.