Məhkəmə qərarları › İş №2-1(102)-1820/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1820/2024

25.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1820/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü qrup əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-169/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissə tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 4405003AALF №-li forma 88 arayışına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən “Sağ qamış sümüyü kondilusun və sağ incik sümüyünün yuxarı 1/3-nin q/düzgün bitişmiş sınıqları. Sağ diz oynağının kontrakturası. Hipertoniya ilm.” diaqnozu ilə bir il müddətinə (xx.xx.2016-cı il tarixədək) üçüncü dərəcəli əlillik təyin edilmişdir.

2. Elektron bildirişə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən “Sağ qamış sümüy ü kondilusun və sağ incik sümüyünün yuxarı 1/3-nin q/düzgün bitişmiş sınıqları. Sağ diz oynağının kontrakturası. Hipertoniya ilm.” diaqnozu ilə 5 il müddətinə (xx.xx.2021cı il tarixədək) üçüncü dərəcəli əlillik təyin edilmişdir.

3. Bakı 7 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAEBU saylı göndərişi əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir. 4. “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” elektron xidmətindən çıxarışdan müəyyən olunur ki, 0170003AAEBU saylı göndəriş əsasında xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Diaqnoz: Baldırın dig ər şöbələrinin sınığı, Sağ baldır sümüklərinin yuxarı 1/3nin qeyri düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonraki vəziyyət. Sağ diz oynağının postravmatik deformasiya edici artrozu. ağrı sindromu ilə, kontrakturası (açma tam.bükmə 155' dərəcə). Sağ bud. baldır əzələlərinin atrofıyası. yerişin pozulması. Qamış sümüyünün medial və arxa kənarının heterotopik ossifikatı. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud, baldır əzələlərinin atrofiyası. Digər postravmatik qonartrozlar, Sağ diz oynağının postravmatik deformasiya edici artrozu. Əzələlərin ossifikasiya və kalsifikasiyası, Qamış sümüyünün medial və arxa kənarının heterotopik ossifikatı. Hərəkətin və yerişin pozulmaları. Sağ aşağı ətrafda yerişin pozulması. Diz oynağında ağrı sindromu. Oynaqların ko ntrakturası, Postravmatik açıc kontrakturası. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, Hipertonik angiopatiya. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya xəstəliyi], Hipertoniya xəstəliyi İİ mərhələ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 04 iyun 2015-ci ildə 2 nömrəli TSEK tərəfindən üçüncü qrup ümumi səbəbdən əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarını n məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin (bundan sonra əsasnamə) 6-cı bölməsinin 6.1-ci bəndinə əsasən əlilliyin müddəti 5 (beş) il müddətinə, yəni 30 iyun 2021-ci ilədək uzadılmışdır. Əlilliyin növbəti müayinə tarixi 04 iyun 2021-ci ilədək lazım olan sənədləri toplayıb 7 saylı şəhər poliklinikasına təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə poliklinika 017003 AAEBU nömrəli forma 88 müayinə aktını TSEK-na göndərdi. xx.xx.2021- ci ildə TSEK-ı əlavə müalicəyə və əlavə bərpa müalicəsinə ehtiyacın olduğunu səbəb göstərərək imtina cavabı verdi. İmtina cavabını aldıqdan sonra xx.xx.2021-ci ildə əyani müayinə üçün Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmişdir. (bundan sonra Mərkəz). Onu müayinə edən Səlimə həkim Komissiyasının qərarını 10 gün müddətinə SMS-lə göndərəcə klərini bildirmiş və 10 gün keçdikdən sonra dəfələrlə Mərkəzə cavab üçün müraciət etdikdə “hələ qərar hazır deyil” cavabını vermişdirlər. xx.xx.2021-ci ildə 4 saylı “DOST” Mərkəzinə müraciət etdikdə o, imtina verildiyini öyrənmişdir. İmtina qərarından çıxarış etməyi xahiş etdikdə 4 nəfər komissiya üzvlərindən 2-sinin komissiyanın qərarını imzalamadıqlarına görə çıxarış etməyin mümkün olmadığını bildirmişlər. Dəfələrlə 3 və 4 saylı “DOST” mərkəzlərinə müraciət edərkən eyni cavabı almışdır. xx.xx.2021-ci ildə Mərkəzə müraciət etdikdə 010007 AAERU saylı forma 88-in qiymətləndirmə nəticəsinin etibarsız edilməsi qərarından çıxarışı verdilər. Çıxarışı aldıqdan sonra xx.xx.2021-ci ildə təkrar poliklinikaya müraciət etmiş. Poliklinika ******* AAR6 saylı forma 88 müayinə aktını TSEK-na göndərdi. Gö ndərişə xx.xx.2021-ci il tarixdə TSEK-i tərəfindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən natamam doldurulmuşdur: Həkim rəyi: Ağırlaşmanı təsdiq edən diaqnostik müayinələr dəqiqləşsin” səbəbini göstərərək imtina cavabı verdi. İmtina cavabında ona əvvəllər əlillik təyin edilməsi göstərilmədən “Təyin olunmayıb” qeydini aparmışlar. xx.xx.2021-ci ildə “DOST” mərkəzinə müraciət etdikdə Mərkəzin imtina qərarından çıxarışı vermişlər. Çıxarışda hansı nömrəli müayinə aktına imtina verilməsi, müayinədən əvvəl qrupunun olması, müayinənin ilkin yaxud təkrar olması, qərarın verilməsi tarixi və nömrəsi göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının (bundan sonra Qaydalar) 2-ci bölmə sinin 8-ci bəndinə uyğun əlilliyin qiymətləndirilməsi barədə qərarın şəffaflığını təmin edilməsi məqsədi ilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dan çox olmamaqla bir neçə TSEK-na göndərildiyi və onlar tərəfindən verilən qiymətləndirmələrin nəticələrinə müvafiq qaydanın 2.4-cü bəndində göstərilən 10 gün müddətindən gec olmayaraq xidmət tərəfindən yekun qərarın qəbul edilməsi göstərilmişdir. Bu bəndin məntiqi nəticəsindən görünür ki, hər dəfə səhiyyə müəssisəsi tərəfindən xidmətə göndərilmiş forma 88 müayinə aktlarını alt sistem vasitəsilə beş TSEK-nin üzvü olan həkimlər tərəfindən qiymətləndirilərkən Əsasnamənin bölmə və bəndlərinə müvafiq qərar qəbul ediblər. Qəbul etdikləri qərarlarda göstərdikləri əlavə müalicə və bərpaya, ağırlaşmanı təsdiq edən diaqnostik müayinə barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X3 tərəfindən xx.xx.2021- ci il tarixdə verilmiş tibbi rəydə və X2 və Ortopediya İnstitutu tərəfindən 18 may 2021-ci il tarixli 2971 saylı arayışda öz əksini tapmamışdır. Cavabdeh səhiyyə idarəsi tərəfindən göndərilmiş müayinə aktlarında göstərilən diaqnozlardan şübhələnirsə “İnzibati icraat haqqında” Qanunun 24-cü “İşin hallarının obyektiv araşdırılması” maddəsinin bəndlərinə müvafiq öz təşəbbüsləri ilə əlavə araşdırma aparmalı idilər. 2.2.12 hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı 2.3 bəndində, üçüncü dərəcə əlillik-xəstəlik, travma və ya anadan gəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdu dlaşma hallarında təyin olunması göstərilmişdir. Diz oynağının bükülmədiyi üçün nəqliyyatdan istifadə edərkən oturacaqlarda otura bilmir. Pilləkənləri düşüb çıxanda çətinlik çəkir. Ağır əşya, nəyisə götürə bilmir. Sağ ayağı şişir, küt ağrıları olur. Həmişə ilin bütün fəsillərində dizlikdən istifadə edir, geyməsə yeriyə bilmir və s. Bütün göstərdikləri “X1”nda və Əsasnamənin bölmə və bəndlərində göstərildiyi üçün qanunlara müvafiq ona əlillik qrupu təyin olunmalıdır. Məhkəmə tərəfindən cavabdehin iştirakı ilə müstəqil ixtisaslaşmış həkim komissiyası təşkil edib müayinə olunmağına etiraz etmir. xx.xx.2015- ci ildə əlillik təyin olunarkən və 2016-ci ilin iyun ayında əlilliyin müddəti 5 il uzadıldıqdan sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair ” Əsasnamədə hər hansı dəyişikliklər edilibsə Əsasnamədə ağırlaşdırıcı hal kimi edilmiş dəyişikliklərin ona şamil edilməsi Konstitusiya hüquqlarının pozulması deməkdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-682/2023 saylı 07 aprel 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən 3-cü qrup əlilliyin təyin (bərpa) edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, 2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikas ına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona üçüncü dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-169/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşm ışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən diaqnoz və əyani müayinə zamanı aşkar edilən patofunksional dəyişikliklər nəzərə alınmaqla ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür.

14. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin m üstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşı r. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sos ial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfin dən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0);

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.2.1. özünə qulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünə qulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bi lmək bacarığı:

3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamət seçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

3. İİİ dərəcə – istiqamət seçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davra nış bacarığı:

3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 7.5.1. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi – F62.0 kod altında nəzərdə tutulmuşdur.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdir ilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəf indən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin də lillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zər uri sayır.

26. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya qoyulmuş və hazırda da onda mövcud olan əsas diaqnozun ağırlaşması kimi qeyd olunan xəstəlik və əlamətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də M24.5 oynaqların konrakturası, posstravmatik açıcı kontrakturası xəstəliyi, dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) olaraq nəzərdə tutulmuşdur. Həm çinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan “Azərbaycan X2 və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin xx.xx.2024-ci il tarixli arayışına və xx.xx.2024-cü il tarixli “diz oynağı rentgenoqrafiyasının (sağ, iki proyeksiyalı)” nəticəsinə görə yuxarıda adı çəkilən xəstəlik və ağırlaşmanın iddiaçıda hal-hazırda da mövcud olduğu öz təsdiqini tapmışdır.

27. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2021-cı il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmas ına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.

28. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.

29. Belə olan halda, 2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da n əzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

30. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1038/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-144/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2-1(102)2239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarında da eyni mövqe əks olunmuşdur.

31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apelyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüq uq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-169/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar