Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1821/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı və cavabdeh şöbənin vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu tarixli qərarından cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,iddiaçıyapensiya hesablanması üçün əsas götürülən dövr üçün 3 vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin, ixtis as dərəcəsinə görə əlavələrin nəzərə alınması və dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh şöbəy həvaləedilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-525/2018) iddianın təmin edilməsi; iddiaçıya bir vəzifə maaşı həcmində müavinətin, ixtisas dərəcəsinə görə əlavələrin nəzərə alınması və dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinn cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 iyun 2018-ci tarixli qərarı i lə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və X.Sarıyev; iş № 2-1(103)1369/2018) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddia tələbinin tam təmin edilməsi; iddiaçıya 3 vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin, ixtisas dərəcəsinə görə əlavələrin nəzərə alınması və dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər İ.Dadaşov və M. Əhmədova; iş No 2-1 (102)-1847/18) cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanavr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 2-1(103)-264/2019) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi; iddiaçıya 1 vəzifə maaşı həcmində mü avinətin nəzərə alınması, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh şöbəyə həvalə edilməsi; iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollejiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Departamentin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Kassasiya şikkayətinə dair etirazın dəlillə ri İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz ərizəsi ilə müraciət edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin dlilləri əsassız olduğundan onun təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh şöbənin vəkili X.Hümmətzadə kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu tarixli qərarını ləğv edib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş iddiaçı A.Aliyeva Azərbaycan Respublikası İPM-ni n 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1947-ci ildə anadan olmuşdur; 28.11.2005-ci il tarixdən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin materiallarında olan əmək kitabçasının surətinə əsasən iddiaçı 16.06.1971-ci il tarixli, 149 saylı əmrlə Azərbaycan SSR Ədliyyə Nazirliyinin maliyyə şöbəsinə işə qəbul edilmiş və 14.08.1980-ci il tarixli, 449 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı hesab etmişdir ki, ona yaşa görə əmək pensiyası hesablanarkən, dövlət qulluqçusunun əmək haqqına qənunla nəzərlə tutulmuş əlavələr hesablanmamışdır, bu əsasla, O, həmin əlavələrin pensiyasında yenidən hesablanması üçün müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 02.11.2017-ci il tarixli imtina məkt ubunda qeyd olunmuşdur ki, iddiaçıya pensiya 9 il dövlət qulluğu stajı ilə Ədliyyə Nazirliyinin Aparatında 16.06.1971-ci il tarixdən 14.08.1980-ci il tarixədək işlədiyi məsləhətçi vəzifəsinin vəzifə maaşından hesablanaraq hal-hazırda aylıq pensiyanın məbləği 297,33 manat təşkil edir. İddiaçı qeyd olunan dövr üçün şöbəyə mükafatları barədə arayış təqdim etdiyi halda pensiyanın hesablanmasına yenidən baxılacaqdır. Hazırki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarında iddia tələbinə qiymət verilərkən, pensiya hüququnun yarandığı tarixdən hansı qanunvericiylinin tələblərinin tətbiq edilməsi zəruruliyinin müəyyən edilməsi və həmin qanunvericilyə uyğun olaraq iddiaçının xahiş etdiyi əlavələrin nəzərə alınıb-alınmaması na qiymət verilməsi; habelə pensiya təminatı ilə bağlı qanunvercilikdə baş vermiş dəyişikliklər və əlavələrə uyğun olaraq iddiaçıya təyin edilmiş pensiya məbləğinə təsir göstərə bilən həmin əlavələrin hansı tarixdən başlayaraq hesablamanın aparılmasının müəyyən edilməsi barədə icrası məcburi olan göstərişlər verimişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, qanunvericiliyə görə, dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır. Yəni dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından son ra verilməyə başlanılan əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki, qanun əsas meyar kimi, fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Bununla yanaşı dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən, sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyildir. Belə ki, qanunvericiliyə əsasən, müəyyən qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, bir qrup əlavələr isə dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçusunun elə əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır ki, onlar dövlət rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qayda da dövlət məvacibinin tərkibinə daxil edilməklə verilməldir. Dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq alınan əlavələrə münasibətdə isə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüləyəcəyi qənaətinə gəlmək inzibati orqanının diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, dövlət qulluqçusunun, əgər işləsəydi həmin əlavələri alacağını qəti şəkildə söyləmək mümkün deyildir. Məzuniyyətə çıxarkən verilən 1 vəzifə maaşı həcmində müavinət qanunun birbaşa göstərişinə əsasən, dövlət qulluqçusuna ödənilən əlavədir. Ona görə də, iddiaçıya bir aylıq vəzifə maaşı həcmində müavinət dövlət qulluğu üzrə pensiya təyin edildiyi 28.11.2005-ci il tarixdən pensiyanın tərkibində nəzərə alınmaqla hesablanılması qanunun tələblərinə uyğundur və 1-ci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməkdə haqlı olmuşdur. Bundan başqa, qanunvericiliyə görə, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən qanunvericilikdə birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qan unun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığından və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə yeni qanunvericiliklə nəzərdə tutulmuş 3 vəzifə maaşı mislində mükafatın nəzərə alınmasını xahiş etmişdir ki, həmin mükafatlar iddiaçıya aid edilə bilməz. Həmçinin qanunvericiliyə görə, dövlət qulluqçusuna hansı ixtisas dərəcəsinin verilməsi müvafiq dövlət orqanının rəhbəri tərəfindən onun mülahizəsinə əsasən həll edilir. Bundan başqa, ixtisas dərəcəsinə görə, əlavələr həmin ixtisas dərəcəsinə uyğun olaraq yalnız ixtisas dərəcəsinin verildiyi gündən başlayaraq ödənilə bilər. İşin materiallarından isə iddiaçıya qulluq etdiyi dövrdə ixtisas dərəcəsinin verildiyi görünmür. Beləliklə, iddia 3 vəzifə maaşı mislində mükafat və ixtisas dərəcəsinə görə əlavə haqqın pensi ya hesablanarkən nəzərə alınması hissəsində əsaslı olmadığından təmin edilə bilməz. Eyni zamanda iddiaçı pensiyasının 1 vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaqla hesablanmalı olduğuna dair tələbini sübuta yetirə bildiyi halda, dövlət qulluqçularına ildə 3 vəzifə maaşı həcmində mükafat və ixtisas dərəcəsinə görə əlavə haqqın nəzərə alınması barədə tələblərinə dair mötəbər dəlillərini təqdim etməmişdir. 1-ci instansiya məhkəməsi qərarında tədqiq edilmiş yazılı sübutları və istinad etdiyi hüquq normalarını sadalamaqla kifayətlənməmiş, iş üzrə hansı halların müəyyən edildiyi, işin müəyyən edilmiş hallarının hansı sübutlarla təsdiq edildiyini, iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticənin işin hansı hallarına əsaslandığını göstərməmişdir. Eyni zamanda iddiaçı pensiya təyini zama nı üç vəzifə maaşı mislində mükafatın, bir vəzifə maaşı həcmində müavinətin və ixtisas dərəcəsinə görə əlavələrin nəzərə alınmasını xahiş etmişdir. 1-ci instansiya məhkəməsi iddianı təmin etsə də, qərarın nəticə hissəsində bir vəzifə maaşı həcmində müavinətin və ixtisas dərəcəsinə görə əlavələrin nəzərə alınmasını qeyd etmiş, 3 vəzifə maaşı mislində mükafatın nəzərə alınmasını isə göstərməmişdir. Qeyd olunanlara əsasən, cavabdeh şöbənin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qismən əsaslı və qanuni olmuş; iddiaçının iddia tələbi də qismən əsaslı və qanuni olduğundan qismən təmin edilməli idi. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqç usuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə görə, ixtisas dərəcələri bu Qanun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas və dərəcəsində qulluq müddətinə uyğun olaraq habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.5 və 17.6-cı maddələrinə görə, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydal arı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Həmin Qanunun 22.1-ci maddəsinə uyğun olaraq dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq satjına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrinin mübahisəli hüquq münasibətlərinin yarandığ ı dövrdə qüvvədə olan redaksiyasına müvafiq olaraq dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin Qanunun 24.1-ci maddəsinə görə, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükaf atlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 5659 saylı 03.09.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları»nın 10-cu bəndinə uyğun olaraq dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci handində nəzərdə tutulan ixtisas dərəcəsmın verıiməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmak kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Prezidentinin 774 saylı 24.08.2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında» Əsasnamənin 2-ci bəndinə əsasən, mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 8-ci bəndinə müvafiq olaraq dövlət qulluqçusuna işin nəticəsinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Həmin Əsasnamənin 12-ci bəndinə görə, dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Pr ezidentinin «Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında» 23.10.2003-cü il tarixli Fərmanına uyğun olaraq 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Prezidentinin 07.02.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın (Əlavə 1) 10-cu bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesabnanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə müvafiq olaraq inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə gö rə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi ü çün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 23 yanvar 2019-cu tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69,96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1821/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1821/2019
18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver