Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1821/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2-1(103)-225/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək SSRİ Dövlət Standartlaşdırma Komitəsinin B.Sərdarov adına maşınqayırma zavodunda nümayəndə; xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək SSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası İdarəsinin Simmetrik attestasiya və geometrik ölçülərin dövlət yoxlanışı şöbəsində mühəndis və aparıcı mühəndis, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin şöbədə mütəxəssis vəzifələrində işləmiş və onun dö vlət qulluğunda mübahisələndirilməyən 13 il 25 gün iş stajı vardır.
2. İddiaçı cavabdehə müraciət edərək, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az təşkil etdiyindən onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələrin ödənilməsin in cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən azdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun yaranmış pensiya hüququndan məhrum edir.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının dövlət qulluğu vəzifəsində iş stajı 13 il 25 gün təşkil edir. İddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixədək çalışdığı “Azərdövlətstandart” dövlət qurumu Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci il tari xli Fərmanına əsasən ləğv edilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmamışdır. Ləğv edilən “Azərdövlətstandart” dövlət qurumunun yerində publik hüquqi şəxs yox, dövlət orqanı olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Buna görə də, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 29 aprel 2022-ci il tarixli, 21(112)-5410/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsinin məzmununa görə vətəndaşın dövlət qulluğunda 13 il qulluq stajı əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yalnız 2 əsas olduğu halda yaranır: 1) dövlət qulluğuna xitam verilməsi bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmuşdursa; 2) 15 il qulluq stajının toplanmasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda. Dövlət qulluğuna xitam verildiyi tarixə iddiaçı 13 il qulluq stajına malik olsa da, onun “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında pensiya hüququnun yaranması istisna olunur. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 623 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsi və Az ərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi ləğv edilmiş, onların bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi publik hüquqi şəxs deyil, əksinə mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd olunmalıdır ki, hər iki qurum struktur baxımından fərqlilik təşkil edir. Belə ki, publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır (“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsi). Dövlət agentliyi isə icra hakimiyyəti orqanlarının tərkib h issəsinə daxil olmaqla, dövlətin adından çıxış edən, məqsəd və funksiyalarını həyata keçirən dövlət orqanıdır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Əsasnaməsinə nəzər yetirsək məlum olur ki, Agentlik Azərbaycan Respublikasının standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı hesab olunur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verildiyi vaxtda publik hüquqi şəxslə bağlı qanunvericilik bazası da mövcud olmamışdır. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanun xx.xx.2015-ci il tarixdə qəbul edilmişdir ki, publik hüquqi şəxsin yaradılması, ləğvi, hü quqi şəxsin bir növü kimi onunla bağlı anlayışlar həmin tarixdən sonra qanunvericilikdə öz əksini tapmışdır. Bundan başqa, iddiaçının yuxarıda göstərilən maddələrin təsiri altına düşməməsini təsdiq edən digər bir əsas yaş ilə bağlı şərtin ödənilməməsi təşkil edir. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan onun dövlət qulluğuna xitam verildiyi tarixə 46 yaşı olmuşdur ki, bu da, onun həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə pensiya yaşına çatmadığını göstərir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən kişilər — 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, onlar yaşa görə pensiya hüququna malikdirlər (kişilərdə: 1 avqust 2000 – 31 dekabr 2005 = 62 yaş). Göründüyü kimi, iddiaçının dövlət qulluğuna xitam verildiyi anda pensiya yaşına çatması və ya azı 2 il müddətinə çatması mümkün deyildir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Raqib Qurbanov) 06 aprel 2023-cü il tarixli, 2-1(103)-225/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təm in edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məblə ği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə
4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.... Maddə
5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.... Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmə k pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda ola n şəxslər istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki i ş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olara q əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verili r. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQ EYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası qey d edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Hazırkı iş üzrə iddiaçının hüququ marağı onun 13 il 25 gün dövlət qulluğu stajı əsasında ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. 24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyy ən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-1ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını t oplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
26. Qeyd edilən normaların məzmununa əsasən şəxsin dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı əsasında dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququnun yaranması üçün iki dispozisiya şərti ödənilməlidir: 1) Həmin şəxsin dövlət qulluğuna publik hüquqi şəxsin yaradılması ilə əlaqədar xitam verilməlidir; 2) Onun dövlət qulluğuna xitam verildiyi tarixə qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin məhk əmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçıya münasibətdə qeyd edilən dispozisiya şərtləri ödənilmir.
28. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, dövlət qulluğuna xitam verildiyi tarixə iddiaçı 13 il qulluq stajına malik olsa da, iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə bağlı olmadığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-1-ci və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-1-ci maddələri ona münasibətdə tətbiq edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 623 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi ləğv edilmiş, onların bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi publik hüquqi şəxs deyil, əksinə mərkəzi icra hakimiyyəti orqanıdır. Hər iki qurum struktur baxımından fərqlilik təşkil edir. Belə ki, publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır (“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsi). Dövlət agentliyi isə icra hakimiyyəti orqanlarının tərkib hissəsinə daxil olmaqla, dövlətin adından çıxış edə n, məqsəd və funksiyalarını həyata keçirən dövlət orqanıdır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Əsasnaməsinə nəzər yetirsək məlum olur ki, Agentlik Azərbaycan Respublikasının standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı hesab olunur. Həmçinin iddiaçının əmək müqaviləsinə xitam verildiyi vaxtda publik hüquqi şəxslə bağlı qanunvericilik bazası da mövcud olmamışdır. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanun xx.xx.2015-ci il tarixdə qəbul edilmişdir ki, publik hüquqi şəxsin yaradılması, ləğvi, hüquqi şəxsin bir növü kimi onunla bağlı anlayışlar həmin tarixdən sonra qanunvericilikdə öz əksini t apmışdır. Eyni zamanda, iddiaçıya pensiya təyini üçün digər bir əsas olan yaş ilə bağlı şərt də ödənilmir. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan onun dövlət qulluğuna xitam verildiyi tarixə 46 yaşı olmuşdur ki, bu da, onun həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə pensiya yaşına çatmadığını göstərir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən kişilər — 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, onlar yaşa görə pensiya hüququna malikdirlər (kişilərdə: 1 avqust 2000 – 31 dekabr 2005 = 62 yaş). Göründüyü kimi, iddiaçının dövlət qulluğuna xitam verildiyi anda pensiya yaşına çatması və ya azı 2 il müddətinə çatması mümkün deyildir.
29. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı halda iddiaç ı ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır, bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
30. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müə yyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 21(103)-225/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.