Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1821/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, riskli vergi əməliyyatı, əmtəəsiz əməliyyat, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2-1(103)-642/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 2023 iyul ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş iyul 2023 ƏDV vergisi üzrə xx.xx.2023-cü il tarixli, **********466600 saylı “Vergilərin, sosial sığor ta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə 18366,48 manat, əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral qaydada hesablanmış vergi məbləğləri əsassız hesablanmışdır. Belə ki, cavabdeh bu qərarın qəbul edilməsinin əsası kimi, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2022-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBV seriyalı, 315505 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdiriİməyə əsas vermədiyini, qeyd edilən elektron qaimə-faktura üzrə 18366,48 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat göstərilməsi nəticəsində kənarlaşma yaranmasını qeyd etmişdir. İddiaçı tərəfindən vergi orqanına bu barədə dəfələrlə şikayət və məktublarla müraciət edilməsinə baxmayaraq, vergi orqnaı tərəfindən şikayətlərə məhəl qoyulmamışdır. İddiaçı inzibati qaydada Dövlət Vergi Xidmətinə müraciət etsə də, 28 noyabr 2023-cü il tarixli **********066200 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərara əsasən müraciəti təmin edilməmişdir. “X1” MMC-dən xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli EBBV 315505 nömrəli e-qaimə əsasında alınmış xidmətlər (sərf olunan materiallar), iddiaçı və sifarişçi (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)) arasında olan xx.xx.2021-ci il tarixli, MCL-X 01/1021 nömrəli müqavilə və onun ayrılmaz hissə si olan smetanın 3-cü bəndində, xx.xx.2021-ci il tarixli MCL-X 02/1021 nömrəli müqavilə və onun ayrılmaz hissəsi olan smetanın 3-cü, 5-ci və 8-ci bəndlərdə, xx.xx.2022-ci il tarixli MCL-X 03-0322 nömrəli müqavilə və onun ayrılmaz hissəsi olan smetanın meydança N1 və N2də 24-cü bəndlərdə qeyd olunmuş işlərə aiddir. Həmçinin, “X1” MMC (VÖEN: **********) ilə müqavilə bağlamamışdan öncə, Dövlət Vergi Xidmətinin taxes.gov.az portalında bu müəssisənin riskli vergi ödəyicisi olub- olmadığını yoxladıqdan və sonuncunun riskli vergi ödəyiciləri siyahısında olmadığına əmin olduqdan sonra onunla iddiaçı arasında 10 yanvar 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Bu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə mallar təhvil alınaraq təhvil-təslim aktı tərtib olunmuş və xx.xx.2022-ci il tarixdə EBBV31550 5 nömrəli elektron qaimə-faktura alınaraq eyni gündə 102036,00 AZN məbləğində cari hesabdan, 18366,48 AZN məbləğ isə ƏDV depozit hesabından köçürmə olmuşdur. xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin xəbərdarlıq məktubunda bildirilib ki, bu vergi ödəyicisinin xx.xx.2023-cü il tarixli **********958900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi olması ehtimal edilir. Lakin iddiaçı “X1” MMC ilə əməliyyat apardığı müddətdə sonuncu riskli vergi ödəyicisi olmamışdır. Yuxarıda qeyd edilənlərlə bağlı iddiaçı tərəfindən vergi orqanına məlumat verilməsinə və əlaqəli sənədlər qoşma olaraq təqdim edilməsinə baxmayaraq, vergi orqanı həmin halları nəzərə almaqdan yayınmışdır.
3. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfind ən əmtəəsiz əməliyyatlar çərçivəsində ƏDV bəyannaməsində (04.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBV seriyalı 315505 nömrəli elektron qaimə-faktura üzrə “X2 Company” MMC (əvvəlki adı ilə “X1” MMC) ilə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 18366,48 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,00 manat olması nəticəsində 18366,48 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********295000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından, 2023-cü ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 18366,48 manat əlavə vergi məbləği hesablanmış və bu barədə, xx.xx.2024-cü il tarixli, **********714800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: C.Ə.Quliyev) 27 sentyabr 2024-cü il tarixli, 21(112)-11115/2024 nömrəli qərarı il ə iddia tələbi təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-56482/2024 nömrəli qərar ləğv edilmişdir.
5. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən “X1” MMC (hazırkı “X2 Company” MMC) ilə apardığı əməliyyata görə xx.xx.2022-ci il tarixdə EBBV 315505 nömrəli elektron qaimə verilmişdir. Lakin vergi ödəyicisi “X1” MMC barəsində xx.xx.2023-cü il tarixdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar həmin əməliyyatlar apardıqdan ən azı 1 il sonra qəbul edilmişdir. Əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyic isi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının alışında (və ya idxalında) məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 19 fevral 2025-ci il tarixli, 2-1(103)-642/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşmışdır.
8. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2-ci, 96.296.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziba ti Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olara q kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcu d təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bi lər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdi r ki, şəxsin riskli vergi ödəyicisi qrupunda olması onunla aparılan əməliyyatın birmənalı olaraq əmtəəsiz və ya riskli əməliyyat olması anlamına gəlmir. Yəni iddiaçının riskli vergi ödəyicisi qrupunda olan şəxslə (məsələn, şəxsin obyekti uçota aldırmadığına görə, beşdən artıq müəssisədə direktor olmasına görə və s. əsaslarla riskli qrupa salındığı hallarda) alqı-satqı əməliyyatı apardığı hallarda da həmin əməliyyatın real olduğu istisna olunmur və oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olmasına istinad yetərli deyil, bu zaman həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Həmçinin iddiaçının mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməm əsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli 2-1(102)-2208/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 nömrəli qərarları).
14. Yəni, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi üçün onun apardığı əməliyyatın əmtəəsiz olması vergi orqanı tərəfindən sübuta yetirilməl idir. Hazırkı iş üzrə aşağı instansiya məhkəmələrində araşdırma zamanı iddiaçının (vergi ödəyicisinin) apardığı əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməmişdir.
15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
16. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 21(103)-642/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.