Məhkəmə qərarları › İş №2-1(102)-1822/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1822/2019

25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1822/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X3 və İddiaçı2 Bakı şəhər Səbail Bələdiyyəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR 25.06.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, 3-cü şəxslər S.Rəşidov və Ş.Mirzəyevanın vəkili X4 iştirakı ilə, İddiaçılar X9 və İddiaçı2 cavabdeh Səbail Bələdiyyəsinə və 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyəti, Səbail rayon İcra Hakimiyyəti, X6 və X1 qarşı sərəncamın ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu i l tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar X9 və İddiaçı2 cavabdeh Səbail Bələdiyyəsinə və 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyəti, Səbail rayon İcra Hakimiyyəti, X6 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs S.Rəşidovun adına 600 kv.m torpaq sahəsinin sənədləşdirilməsi barədə 30.12.2004-cü il tarixli 1405 nömrəli sərəncamın və 3-cü şəxs Ş.Mirzəyevanın adına 600 kv.m torpaq sahəsinin sənədləşdirilməsi barədə 30.12.2004-cü il tarixli 1406 nömrəli sərəncamın qeyriqanuni hesab edilərək, ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsini n 05.10.2017-ci il tarixli qərarı ilə (hakim M.Bayramov; iş No 2-1(81)-5018/2017) iddia tələbinin təmin edilməsi; 3-cü şəxs S.Rəşidovun adına 600 kv.m torpaq sahəsinin sənədləşdirilməsi barədə 30.12.2004-cü il tarixli 1405 nömrəli sərəncamın və 3-cü şəxs Ş.Mirzəyevanın adına 600 kv.m torpaq sahəsinin sənədləşdirilməsi barədə 30.12.2004-cü il tarixli 1406 nömrəli sərəncamın ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən V. Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov; iş № 2-1(103)-1/2019) 3-cü şəxslər S.Rəşidov və Ş.Mirzəyevanın apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 05.10.2017-ci il tarixli qərarının ləğv edilməsi; iddianın mümkün sayılm aması qərara alınmışdır. Həmin qərardaddan iddiaçılar kassasiya şikayəti verərək, qərardadı ləğv edib iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçıların kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işdə olan iddia tələbini və bu tələbin əsasını təşkil edən sübutları düzgün qiymtələndirmədiyindən maddi və prosessual hüquq normalarını pozmuş; nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir Kassasiya şikayətinə dair yazılı etirazın dəlilləri 3-cü şəxslər S.Rəşidov və Ş.Mirzəyeva kassasiya şikayətinin dəlillərinə dair yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, həmin şikayətin təmin edilməməs i, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən 3-cü şəxslər S.Rəşidov və Ş.Mirzəyevanın vəkili İ.Cəfərov kassasiya şikayəyinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh Bələdiyyə, üçüncü şəxslər Bakı Şəhər İcra H akimiyəti və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin e dilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması 2 hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xi dməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, mübahisələndirmə haqqında iddianın mümkün İsayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz linzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32, 35.1). İddia ərizəsinə qeyd edilənlərə görə, Səbail rayon İcra Hakimiyyətinin başçısının 11.01.1995-ci il tarixli sərəncamlarına əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi yaşayış İ evinin tikintisi üçün iddiaçıların hər birinə 600 kv.m. torpaq sahəsi ayrılmış, sonradan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə v erilməsinə dair” JN-26135D saylı şəhadətnaməyə əsasən, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 949 “b” saylı 0,06 ha torpaq sahəsi İddiaçı1, JN-26133D saylı şəhadətnaməyə əsasən, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 949 “a” saylı 0,06 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. Eyni zamanda, onlara məxsus torpaq sahələri ilə yanaşı X5 0,06 ha torpaq sahəsi və X8 0,12 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Onlara məxsus olan torpaq sahələri də vaxtilə Səbail rayon İcra Hakimiyyətinin başçısının sərəncamı əsasında ayrılmışdır. Qeyd olunan torpaq sahələri 1995-ci il tarixdən hasara alınaraq, onların istifadəsində və sahibliyindədir. İş üzrə müəyyən edilir ki, iddiaçılar, onların hər birinə ayrılıqda ayrılan tor paq sahələri ilə bağlı müştərək hüquqi maraqlara malik deyillər, onların hüquq və vəzifələri eyni və uyğun faktiki əsaslara söykənmir, tələblər bir-biri ilə əlaqəli deyil. Belə olan halda, iddiaçılar birgə iddiaçı kimi çıxış edə, onların tələbləri isə bir iddiada birləşdirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə idd iaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Bundan əlavə, iddiaçıların R.Bağırova (0,06 ha) və Ş.Rəsulova (0,12 ha) məxsus olan torpaq sahələri ilə bağlı iddia qaldırmaları da əsaslandırılmır. Həmçinin, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-26135D və JN 26133D nömrəli şəhadətnamələrdə iddiaçıların torpaq sahələrinin koordinatları göstərilmədiyindən, 3-cü şəxslər S.Rəşidova və Ş.Mirzəyevaya ayrılmış 600 kv.m ayrılmış torpaq sahələrinin iddiaçılara ayrılmış 600 kv.m torpaq sahələri yoxsa R.Bağırova və Ş.Rəsulova mə xsus torpaq sahələri ilə üst-üstə düşdüyü dəqiqləşdirilmir. Eyni qaydada, iddiaçıların torpaq sahələrinin 1995-ci il tarixdən hasara aldıqları cəmi sahəsi 4.613 kv.m təşkil edən ərazinin hansı hissəsində yerləşdiyi də bəlli deyil. Halbuki, Azərbaycan Respublikasının iddiaçılara mübahisəli torpaq sahələrinin ayrıldığı vaxt qüvvədə olana 09.11.1991-ci il tarixli Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə müvafiq olaraq müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərind ə vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 97-ci maddəsinə görə, dövlət torpaq kadastrı torpaqların hüquqi vəziyyətinə, torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri arasında, eləcə də kateqoriyalar üzrə bölüşdürülməsi haqqında, torpağın kəmiyyət və keyfiyyət xarakteristikasına və xalq təsərrüfatı üçün dəyərliliyinə dair zəruri məlumatları və sənədləri özündə əks etdirir. Dövlət torpaq kadastrının məlumatları torpaqlardan istifadə və onların mühafizəsi planlaşdırılarkən, torpaqlar verilərkən və geri alınarkən, torpağa görə haqq müəyyən edilərkən, ye r quruluşu işləri aparılarkən, təsərrüfat fəaliyyəti qiymətləndirilərkən və eləcə də torpaqlardan istifadə və onların mühafizəsi ilə əlaqədar digər tədbirlər həyata keçirilərkən mütləq tətbiq edilməlidir. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, yer quruluşu, xəritələşdirmə, torpaq, aqrokimya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Həmin Məcəllənin 99-cu maddəsinə uyğun olaraq yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Yer quruluşu xalq təsərrüfatının bütün sahələrində torpaqlardan elmi surətdə əsaslandırılmış səmərəli istifadənin təşkilinə, əlverişli ekoloji mühitin qorunub saxlanm asına, təbii antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir; Həmin Məcəllənin 101 -ci maddəsinə əsasən, yer quruluşu işlərini xüsusi dövlət torpaq orqanı dövlət büdcəsi hesabına həyata keçirir; Həmin Məcəllənin 102-ci maddəsinə görə, təsərrüfatdaxili və təsərrüfatlararası yer quruluşu layihələri müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən təsdiq edilir. İşin materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 27.11.2018-ci il tarixli 9998 nömrəli rəyinə görə, AR ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 25.10.2018-ci il tarixli rəyə əsasən, Səbail RİH Başçısının 11.01.1995-ci il tarixli 181 saylı sərəncamları ilə iddiaçılar X7 və İddiaçı2 torpaq sahəsinin ayrılması barədə tərtib edilmiş ilkin torpaqayırma sxemlərində (cizgi planında) miqyas və yaxud hər hansı istinad nöqtəsindən məsafə və öİçülər göstərilmədiyindən həmin torpaq sahələrinin harada yerləşdiyini, sözügedən ilkin torpaqayırma sxemlərində (cizgi planında) göstərilmiş (20 x 30) ölçülərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Yerquruluşu planında göstərilmiş ölçülərlə (16,67 x 36) uyğun gəlməməsi səbəbindən ayrılmış torpaq sahələrinin sərhədlərini dəqiqləşdirmək və hansı torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. AR ƏMDK Dasınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 08.11.2018-ci il tarixli rəyə əsasən, naturada iddia olunan (hasar daxiində 4.613 kv.m) torpaq sahəsinin X2 adına olan torpaq sah əsinin planı və ölçüsü sənədində (çıxarış; reyestr nömrəsi **********19) göstərilmiş 0,12 ha torpaq sahəsi ilə eyni olduğu müəyyən edilir. AR ƏMDK Dasınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 08.11.2018-ci il tarixli rəyə əsasən, mübahisəli torpaq sahəsiin naturada 4,613 kv.m təşkil etdiyi, hazırda perimetr boyu mişar daşı ilə hasara alınmış vəziyyətdə olduğu və daxilində heç bir tikinti mövcud olmadığı müəyyən edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçıların iddi tələbi mümkün sayıla bilməzdi. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqan ın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20.05.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 5.2, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarp ır (5.1). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi İmüdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın İmahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış e dərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçıların kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35, 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar X9 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar