Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1822/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1822/2020) (Açar sözlər: mübahisənin artıq mövcud olmaması, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, iddiaçının vəkilinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddiaçının diaqnostik qiymətləndirilmədə iştirakına maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 iyun tarixli 2-1(103)672/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1997-ci il tarixli *** saylı əmrlə X1 kənd tam orta məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir.
2. İddiaçı cavabdeh tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı imtahanlarda iştirak etmək üçün sənədlərini Təhsil Nazirliyinin saytında yaradılmış şəxsi məlumatlar bölməsinə daxil etsə də, imtahanlarda iştirakı təmin edilməmişdir.
3. Bundan sonra iddiaçı cavabdehdən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində, müəllimlərin bilik və bacarıqlarının test və yaxud digər üsul/formada yoxlanılmasında iştirakının təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaçının müraciətini cavablandırmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 5.İddiaçı məhkəməyə müraciət edərək onun müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakına maneələrin aradan qaldırılması, hazırda və gələcəkdə onun üçün əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.İddiaçı tələbini belə əsaslandırmışdır ki, 20 ildən artıq müddətdir ki, əmək ixtisası üzrə müəllimə işləyir, bu günədək nə şifahi, nədəki yazılı heç bir xəbərdarlıq, töhmət almamışdır. Cavabdehin onun diaqnostik qiymətləndirilmədə iştirak ına maneə yaratması qanunsuz və əsassızdır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 08 noyabr tarixli 2-1(82)2804/2019 nömrəli qərarı (hakim – R.Kərimli) ilə iddia təmin edilmiş, İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilməsində iştirakına maneələrin aradan qaldırılması, hazırda və gələcəkdə iddiaçı üçün əlverişsiz hərəkətlərin edilməməsi və dayandırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. 8.Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi X2 Kolleci tərəfindən İddiaçı verilmiş (adına yazılmış) diplomun qüvvədən düşmüş hesab olunması və etibarsız sayılmasına dair heç bir sübut təqdim etməmişdir.
9. Cavabdeh apelyasiya şikayəti verərək hə min qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçının nümayəndəsi apelyasiya şikayətinə etirazında qeyd etmişdir ki, iddiaçı 24-xx xxxxxx 2019-cu il tarixlərdə keçirilmiş dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxılmış və imtahandan uğurla keçmişdir. İmtahan nəticələri cavabdehin xx.xx.2020-ci il tarixli, F-12 saylı əmri ilə təsdiq edilmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında hər hansı bir mübahisə qalmadığından apelyasiya şikayəti təmin edilməməli və icraata xitam verilməlidir.
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 iyun tarixli 21(103)-672/2020 saylı qərardadı ilə (sə drlik edən və məruzəçi hakim - H.Həmidov, hakimlər E.Nağıyeva və V.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 08 noyabr tarixli 2-1(82)-2804/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.
12. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 24-xx xxxxxx 2019-cu il tarixlərdə keçirilmiş dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxıldığından hazırkı iş üzrə mübahisə predmeti artıq mövcud deyildir.
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiy a şikayətinin dəlilləri
14. Cavabdehin xx.xx.2020-ci il tarixli F-12 saylı əmri ilə 24-xx xxxxxx 2019-cu il tarixlərində aparılmış diaqnostik qiymətləndirmənin nəticələri təsdiq edilmişdir. Bu baxmayaraq, anlaşılmazlıq yaxud digər səbəbdən cavabdeh tərəfindən qərardan apelyasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir maddi yaxud prosessual hüquq normaları pozulmamışdır, yəni İPM-də təsbit olunmuş və məhkəmə aktının ləğvi üçün əsas ola bilən hər hansı bir əlamət mövcud deyil, yalnız formal mülahizələrə görə isə o, ləğv edilə bilməz. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 08 noyabr tarixli 2-1(82)-2804/2019 nömrəli qərarı könüllü icra edildiyindən və iddiaçı ilə cavabdeh arasında hər hansı bir mübahisə qalmadığından hazırkı iş üzrə apelyasiya şikayəti təmin edilməməli və icraata xitam verilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilmə sinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəb ul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ ŞİKAYƏTİNİN
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İddiaçı tərəfindən apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məh kəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmaqla iş üzrə icraata xitam verilməlidir.
22. Hazırki işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq qərar qəbul etmişdir. Ona görə də, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını nəzərə almaqla məhkəmə birinci instansiya məhkəməsinin qərarını ləğv etmədən iş üzrə icraata xitam verilməli idi.
23. Yuxarıda göstərilənlər ə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 iyun tarixli 2-1(103)672/2020 nömrəli qərardadı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qətidir.