Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1823/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət X13 Xüsusi X4rşı iş üzrə QƏRARİ Açar sözlər: 50 yaşdan güzəştli şərtlə pensiya təyini, ümumi staj müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X5 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin yanında Dövlət X13 X11 İdarəsinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Res publikası Əmək və X8 Nazirliyinin yanında Dövlət X13 Xüsusi X6(bundan sonra cavabdeh) qarşı “pensiyanın təyin olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-731/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1966-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 2. 03.05.1985-ci ildən xx.xx.1988-ci ilə qədər Sovet Ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1990-cı ildən xx.xx.2001-ci ilə qədər X16 Zavodunda yayma sexində isti şöbədə yayıcı və isti yaymada operator, xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilə qədər “X21” MMC-də yayma sexində tamamlama sahəsinin operatoru vəzifəsində işləmi ş, xx.xx.2009-cu ildən hal-hazıradək yayma sexində isti və zərərli iş şəraitində tamamlama qrupunun operatoru vəzifəsində işləyir.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə xx.xx.2019-cu il tarixli məktub ünvanlanmış və imtinaya səbəb kimi iddiaçının xx.xx.2006cı il tarixədək 20 ildən az ümumi iş stajının olması qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı x xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 1984-1990-cı illərdə aldığı təhsil müddətinin və hərbi xidmətdə olma müddətinin ümumi sosial stajına dax il etməklə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə X3 daxil olmuş, 1985-ci ildən 1988-ci ilə qədər Sovet Ordu sıralarında hərbi xidmətdə olmuş, 1990-cı ildə isə texnikumu bitirmişdir. 52 yaşdan pensiya təyin olunması üçün cavabdehə müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajın 20 ildən az olması göstərilmişdir. Halbuki, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən təhsil aldığı dövr və hərbi xidmət dövrü iş stajı kimi q əbul olunmalıdır. 20 il ümumi iş stajı və bu stajın ən azı 10 ilini güzəştli işlərdə işəyən 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Cavabdehin imtinası əsaslı olmamışdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-1(81)-4829/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçıya 19841990-cı illərdə aldığı təhsil müddətinin və hərbi xidmətdə olma müddətinin ümumi sosial stajına daxil etməklə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qan unun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 8.1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 8.2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının isə xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 20 ildən yuxarı ümumi və 10 ildən yuxarı güzəştli iş stajı mövcuddur.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X14-məruzəçi, X9 və X10, 2-1(103)-731/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkə məsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
11. Apelyasiya instansiya məhkəməsi iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərlə bağlı qeyd etmişdir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr öz iradəsi əsasında olmadığından və əmək kitabçasında əmək stajı kimi qeyd olunduğundan ümumi iş stajına daxil olunmalıdır. Həmçinin iddiaçının işlədiyi vəzifələrin xüsusiyyətləri eyni olduğundan onun iş şəraiti 1 №-li Siyahıya uyğun götürülməlidir.
12. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını x xxxx 2020-ci il tarixdə almış, x xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayət inin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçının təhsil müddəti və hərbi xidmət dövrü də daxil olmaqla xx.xx.2006cı ilədək topladığı ümumi staj 18 il 7 ay 15 günə bərabərdir. İddiaçı xx.xx.2006-cı ilədək 20 il ümumi əmək stajı toplamayıb. Lakin apelyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsini və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsini tətbiq etməklə iddianı təmin etmişdir. Bu isə maddi hüquq pozuntusudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayəti n təmin edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəz ifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pen siyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işl ərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
21. Əvvəllər qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsinə əsasən, ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövr də işləyə bilər.
22. Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməs inin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məh kəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
27. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
28. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması.
29. Cavabdeh hesab edir ki, x xxxxxx 2006-cı ilə qədər iddiaçının ümumi iş stajı 20 ildən az olmuşdur.
30. İşdə olan sənədlərə əsasən iddiaçı x xxx 1 985-ci ildən x xxxx 1988-ci ilədək hərbi xidmətdə (3 il 1 ay 6 gün) olmuş, hərbi xidmət dövrü nəzərə alınmaqla x xxxxxxxx 1984-cü il xx xxxxx 1990-cı il arası (2 il 6 ay 24 gün) X2 təhsil almış, x xxxx 1990-cı ildən xx xxxx 2001-ci ilədək X20 zavodunda yayıcı və isti yaymaqda operator işləmiş, bu dövrdə x xxxxxxxx 1998-ci ildən xx xxxxxx 1998-ci ilədək və x xxxxx 1999-cu ildən xx xxxx 2001-ci ilədək (cəmi 2 il 7 ay 22 gün) ödənişsiz məzuniyyətdə olmuş, X20 zavodunda iş stajı 8 il 4 ay 26 gün olmuş, xx xxxx 2001-ci ildən x xxxxxx 2006-cı ilə qədər isə X22 MMC-də yayma sexində operator işləmişdir. 31. x xxxxxx 2006-cı ilə qədər ödənişsiz məzuniyyət dövrü nəzərə alınmaqla ümumi iş stajı 20 ildən çox, ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il 10 ay 15 gün) təşkil edi r.
32. İddiaçının iş yerindən verilən arayışda onun x xxxxxxxx 1998-ci ildən xx xxxxxx 1998-ci ilədək və x xxxxx 1999-cu ildən xx xxxx 2001-ci ilədək (cəmi 2 il 7 ay 22 gün) ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Məzuniyyətin adından da göründüyü kimi bu dövrdə o, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır.
33. Bu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində də ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır.
34. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, iddiaçının ödənişsiz məzuniyyət dövrünü onun ümumi stajına aid etməklə səhvə yol vermişdir.
35. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edi lməsi üçün x xxxxxx 2006-cı ilə qədər zəruri olan 20 il ümumi staja malik olmadığından apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir.
36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-731/2020 saylı, xx xxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qətidir.