Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1823/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin adına olan çıxarışın və texniki pasportun ləğvi; miras qalmış torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1 952-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs X7 –1932-ci il təvəllüdlü; FİN: 2U9EF5S; ölüm tarixi: xx.xx.2017-ci il) qarşı “üçüncü şəxsin adına olan çıxarışın və texniki pasportun ləğv edilməsi, miras qalmış torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(107)152/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya aid fərdi yaşayış evi və torpaq sahəsi üzrə:
1. İsrafil Həşimov, Məmməd Həşimov, Əhməd Həşimov, Gülşən Həşimova və Gülbahar Həşimovanın mülkiyyətində ünvan 1 ünvanında 415,20 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 66,25 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə dair 1 iyul 1966-cı il tarixli, 1854/55 nömrəli “Torpaq qeydi” sənədi tərtib edilmişdir.
2. İsrafil Həşimov, Məmməd Həşimov, Əhməd Həşimov və Gülşən Həşimovanın əmlakının vərəsəsinin X12 (iddiaçının mərhum əri) olması və miras əmlakın 415,2 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 66,25 kv.m olan bir mərtəbəli, iki yaşayış otağından ibarət fərdi yaşayış evinin 4/5 hissəsindən ibarət olması barədə 18 may 1983cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə tərtib edilmişdir. 3. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin in 4/5 hissəsinin X6, 1/5 hissəsi isə X3 mülkiyyətində olmasına dair 20 may 1983-cü il tarixli “Qeydəalma vəsiqəsi” tərtib edilmişdir.
4. X3 ünvan 2 ünvanında 415,0 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özünə məxsus 1/5 hissəsini X1 dair 24 may 1983-cü il tarixli “Müqavilə” bağlanmışdır. 5. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X6 mülkiyyətində olmasına dair 1983-cü ilin mayında “Qeydəalma vəsiqəsi” tərtib edilmişdir. 6. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 120,2 kv.m olan fərdi yaşayış evi və 0,0196 ha torpaq sahəsinin X6 mülkiyyətində olmasına dair 15 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 7. 01.12.2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsinin iddiaçı olması və miras əmlakın Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanınd a (yeni qaydalarla ünvan 4də tikilmiş ümumi sahəsi 120,2 kv.m olan fərdi yaşayış evindən ibarət olması barədə 27 noyabr 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. 8. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,0196 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair 18 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Üçüncü şəxsə aid fərdi yaşayış evi və torpaq sahəsi üzrə:
9. Üçüncü şəxsin mülkiyyətində ünvan 5 ünvanında yerləşən 54,40 kv.m tikintialtı, ümumi sahəsi 163,10 kv.m olan torpaq sahəsinə dair 16 dekabr 1974-cü il tarixli, 9432/4851 nömrəli “Torpaq qeydi” sənədi tərtib edilmişdir. 10. 1987-ci ilin iyun ayında tərtib edilən 8465 inventar nömrəli Texniki pasporta əsasən ünvan 6 ünv anında yerləşən fərdi yaşayış evi üçüncü şəxsin mülkiyyətində olmuşdur. Evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 300,0 kv.m, faktiki 161,10 kv.m-dir. 11. ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0163 ha torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olmasına dair 13 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
12. Üçüncü şəxsin mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair **********64-10301 reyestr nömrəli, 13 noyabr 2019-cu il tarixli texniki pasport tərtib edilmiş texniki pasportda sənəd üzrə torpaq sahəsinin 0,0163 ha, faktiki 0,0207 ha olması qeyd edilmişdir. İddiaçı və üçüncü şəxs arasında əvvəlki məhkəmə mübahisəsi üzrə:
13. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 8 ünvanına aid üçüncü şəxs İddiaçı (hazırkı iş üzrə iddiaçı) adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
14. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarından üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli 21(107)-286/2021 nömrəli qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)127/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli 21(107)-286/2021 nömrəli qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır.
17. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarından çıxarış icra edilməsi üçün Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli məktubu ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə göndərilmişdir.
18. Bundan sonra üçüncü şəxs İddiaçı (hazırkı iş üzrə iddiaçı) qərəzli olaraq icra hərəkətinə süni maneələr yaratmış, Azərbayca n Respublikası adından çıxarılmış qərarın icrasına imkan verməmiş və nəticədə qərar icrasız qalmışdır. Sonra iddiaçı Arif Həşimov (hazırkı iş üzrə mərhum üçüncü şəxsin oğlu) Şəki İnzibati Məhkəməsinə 21 oktyabr 2021ci il tarixdə ərizə ilə müraciət edərək həmin qərarın icrasının təmin edilməsini xahiş etmişdir.
19. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)127/2021 nömrəli qərarının icrasının icra sənədi verilməklə Şəki rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır.
20. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərardadından üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
21. Şəki Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(107)-467/2021 nömrəli qərardadı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(107)-467/2021 nömrəli qərardadından üçüncü şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2022-ci il tarixli 2-1(102)-291/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(107)467/2021 nömrəli qərardadı dəyişdirilmədən saxla nılmışdır.
24. İddiaçı üçüncü şəxsin adına tərtib edilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi, həmçinin 415,0 kv.m torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmaq məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
25. Cavabdehin 2 avqust 2021-ci il tarixli **********25 nömrəli imtina məktubunda göstərilmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən üçüncü şəxsin adına verilmiş 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********64-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə müraciət etməsi iddiaçıya tövsiyə olunmuş, həmçinin bildirilmişdir ki, Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki həyətyanı torpaq sahəsinin 415 kv.m-dən az olması fərdi yaşayış evinin 415 kv.m torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi qeydiyyatını mümkünsüz edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
26. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 2 avqust 2021-ci il tarixli **********25 nömrəli imtinasının qanunsuz hesab edilməsi, üçüncü şəxsin adına verilmiş 13 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 13 noyabr 2019-cu il tarixli **********64-10301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi və mərhum ərindən miras qalmış 415,2 kv.m torpaq sahəsi nə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
27. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən 415,2 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66,25 kv.m ümumi sahəsi, 30,6 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi 1966-cı il tarixli 1854/55 inventar nömrəli Torpaq qeydinə əsasən X9, X13, X11, X10 və X3 mülkiyyətində olmuş və iddiaçının mərhum əri X12 18 may 1983-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən 415,2 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66,25 kv.m ümumi sahəsi, 30,6 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin 4/5 hissəsi ilə bağlı vərəsəlik əldə etmişdir. Bundan sonra həmin fərdi yaşayış evinə dair 4/5 hissə X12 və 1/5 hissə X3 olmaqla 1983-cü ildə qeydəalma vəsiqəsi verilmişdir. Bundan sonra 24 may 1983-cü ildə X5 özünün mülkiyyətində olan 1/5 hissə payını iddiaçının mərhum əri X2 və 1983-cü ildə iddiaçının mərhum ərinin adına yeni qeydəalma vəsiqəsi verilmişdir. İddiaçının mərhum ərinin mülkiyyətində olan torpaq sahəsi 415,2 kv.m olmasına baxmayaraq nədənsə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən iddiaçının mərhum əri X6 mülkiyyətində 196,0 kv.m torpaq sahəsinin olması qeyd edilmişdir. Lakin yuxarıda qeyd etdiyi sənədlərdən də göründüyü kimi iddiaçının mərhum ərinin mülkiyyətində 415,2 kv.m torpaq sahəsi olmuşdur. Hazırda iddiaçının mərhum ərinin mülkiyyətində olan torpaq sahəsinə iddiaçının mərhum əri X6 qardaşı X4 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2019-cu il tarixli **********64-10301 reyestr nömrəli texniki pasport verilmişdir.
28. Cavabdehin məhkəməyə təqdim etdiyi 22 noyabr 2021-ci il tarixli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunun dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
29. Şəki İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(116)-387/2022 nömrəli qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində tanınmışdır.
30. Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(116)-387/2022 nömrəli qərar ı (hakim F.S.İsmayılzadə) ilə iddia rədd edilmişdir.
31. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-127/2021 nömrəli işin hallarına görə, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi Şəki şəhər ZDS-in 12 fevral 1970-ci il tarixli qərarı, 16 dekabr 1974-cü il tarixli, 9432/4851 saylı torpaq qeydi, 1 iyun 1987-ci tarixli, 8465 inventar nömrəli texniki pasport, Şəki regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 24 oktyabr 2019-cu il tarixli, 3161 saylı vərəsəlik dairəsinin müəyyən olunması barədə məktubu əsasında (hazırkı iş üzrə) mərhum üçüncü şəxsin adına qeydiyyata alınaraq 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 1 iyul 1987-ci il tari xli, 8465 inventar nömrəli texniki pasportda üçüncü şəxsin adına 83 sm olan hissə göstərildiyindən 13 noyabr 2019-cu il tarixdə işlənilmiş 8465 inventar nömrəli texniki pasportda əksini tapmışdır. Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınaraq X6 (hazırkı iş üzrə iddiaçının mərhum əri) adına 15 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsəlik qəbul edildikdən sonra (hazırkı iş üzrə) iddiaçının adına 18 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 4 noyabr 2019-cu il tarixli, 3330 inventar texniki pasport işlənilərkən 3 saylı köməkçi otağa giriş qapısı mövcud olduğundan həyətyanı torpaq sahəsinin həmin hissəsi ümumi istifadə kimi göstərilmişdir. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 11 ünvanına aid hazırkı iş üzrə iddiaçının adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyi qoyulmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən hüquqların dövlət qeydiyyatı aparılan zaman texniki səhvə yol verildiyi təsdiqini tapdığından, mübahisə predmeti olan 86 sm olan dar dalan texniki pasportda 2.0 metr qeyd olund uğundan və bununla da həmin iş üzrə iddiaçıların (hazırkı iş üzrə üçüncü şəxsin hüquqi varisi) tələbi əsaslı olduğundan iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********1410301 olan ünvan 12 ünvanına aid hazırkı iş üzrə iddiaçının adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tərəfindən göstərilən məsələyə hüquqi qiymət verilmiş, məhkəmənin qərarı qanuni qüvvəsini almış və düzəliş qeydi aparılmaqla icra hərəkətləri yerinə yetirilmişdir. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut o lunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
32. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
33. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(107)-152/2022 nömrəli qər arı (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və M.A.Əsədli) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(116)-387/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
35. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsi qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.1 və 140-cı maddələri, A zərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsi məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Cavabdehin əsassız dəlilləri məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə, ümumiyyətlə, heç bir araşdırma aparmamış, guya cavabdehə mülkiyyət sənədinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərar əsasında verildiyini yazmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1, 85.2, 85.3, 34.1 və 35.1-ci maddələri düzgün tətbiq edilməmişdir. Məhkəmə birtərəfli və tam olmayan araşdırma aparmış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi pozulmuşdur. Məhkəməyə təqdim etdiyi dəlillərə və sübutlara isə məhkəmə münasibət bildirməmi ş, bütün xüsusatları cavabdehin mülahizələri ilə əsaslandırmışdır. Məhkəmələrin nəticə etibarı ilə hazırki mübahisəyə bənzər mübahisələr üzrə vahid məhkəmə təcrübəsi mövcuddur. X19 Məhkəməsi apellyasiya şikayətinin bir cümləsini də nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Dəfələrlə vəsatət verməyinə baxmayaraq məhkəmə ekspertiza təyin etməmiş, mülkiyyət sənədində düzəliş edilməsi barədə məhkəmə qərarını cavabdehə mülkiyyət sənədi verilməsi üçün əsas olmuş bir qətnamə kimi təqdim etmişdir. Ona görə də iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalı, tam və hərtərəfli araşdırma aparılaraq qanuni, əsaslı və ədalətli qərar qəbul olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
37. Üçüncü şəxsin hüquqi varisi kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(107)152/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;... Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün tə qdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət et dikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəs inə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;...
40. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərind ə bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.... Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur....
41. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi: Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....
42. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qar şı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq n ormalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ni təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
49. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi üçüncü şəxsin adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi, habelə iddiaçının ərindən miras qalmış faktiki istifadədən daha artıq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mö təbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
50. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
51. Kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmadan Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)127/2021 nömrəli qərarına istinad etmiş, guya mülkiyyət sənədinin həmin qərar əsasında verildiyi bar ədə əsassız nəticəyə gəlmişdir.
52. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunan işin hallarına əsasən tərəflər arasında hazırkı iş üzrə mübahisə predmeti olan Şəki şəhəri, Nizami küçəsi ev 3 (yeni qaydalarla Nizami küçəsi ev 17) və ünvan 7 ünvanında yerləşən torpaq sahələrinin faktiki ölçüsü və naturada yerləşməsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Belə ki, qeyd edilən məhkəmə qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 8 ünvanına aid üçüncü şəxs İddiaçı (hazırkı iş üzrə iddiaçı) adına işlən ilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
53. Hazırkı qərarın 13-23 bəndlərində sadalanan işin hallarından müəyyən olunur ki, tərəflər arasında hazırkı iddia tələbi ilə eyni olmasa da, hazırkı mübahisənin hüquqi marağına – torpaq sahəsinin düzgün hesablanması və naturada yerləşməsinə dair artıq qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur və əvvəlki məhkəmə qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir.
54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndirmək imkanını ortadan qaldırır. Bu hal, mübahisə predmeti barəsindən artıq qanu ni qüvvəyə minmiş məhkəmə qərarının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələr qazanmasından irəli gəlir.
55. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
56. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz.
57. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
58. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.
59. Beləliklə, preyudisiallıq instit utu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir.
60. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
61. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından məlum olduğu kimi iddiaçının hüq uqi marağı faktiki mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin düzgün müəyyən edilmədiyinə görə mərhum ərindən miras qalmış 415,2 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeyd alınmasına və bu səbəbdən üçüncü şəxsin adına verilmiş çıxarış və texniki pasportun ləğv edilməsinə yönəlmişdir.
62. Aşağı instansiya məhkəmələrinin istinad etdiyi Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qanuni qüvvəyə minmiş qərarı məhz eyni tərəflər arasında hazırkı iş üzrə mübahisələndirilən iddiaçı və üçüncü şəxsə məxsus torpaq sahələrinin sənəd üzrə düzgün işlənib-işlənməməsi ilə əlaqədar olmuş, istər iddiaçıya, istərsə də, üçüncü şəxsə məxsus torpaq sahələrinin qanunvericiliyin tələblərinə uyğun sənədlərdə düzgün işlənilməsi məsələsi araşdırılmışdır.
63. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qanuni qüvvəyə minmiş qərarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.
64. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 21(107)-152/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.