Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1823/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkün sayılmaması; hüquqların pozulmasının əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq azadlığına müdaxilənin qanunsuz sayılması və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 21(103)-1924/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar mitinq təşkilatçıları və iştirakçıları qismində cavabdehə 17 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq ünvanlayaraq bildirmişlər ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1 və 3-cü maddələrinə uyğun olaraq “Sərbəst toplaşmaq azadlığı təmin edilsin”, “Konstitusion hüquqlarımız tapdanmasın”, “Azad seçki tələb edirik”, “Ölkədə köklü demokratik dəyişikliklər tələb edirik” tələbləri və şüarları ilə piket keçirməyi planlaşdırır. Məqsədləri dinc şəkildə etirazlarını bildirmək, hökuməti yanlış qərarların qəbulundan çəkindirməkdir. Piketdə 50 nəfərin iştirakı nəzərdə tutulur. Piketin 24 oktyabr 2022-ci il tarixdə, saat 16:00dan 17:00-a qədər keçirilməsi nəzərdə tutulmuşdur. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, bu barədə əvvəlcədən xəbərdar edirlər. Qeyd olunanları nəzərə alaraq, oktyabrın 24-də saat 16:00da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket üçün şərait yaradılmasını xahiş edirlər.
2. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış 19 oktyabr 2022-ci il tarixli, 1569/2-003/2 nömrəli məktubda göstərilmişdir ki, onların 17 oktyabr 2022-ci il tarixli müraciətlərinə baxılmışdır. Bildirilir ki, onların piket keçirilməsi üçün qeyd etdikləri ərazi tə hsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaqdır. Qeyd olunanlara müvafiq “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq, 24 oktyabr 2022-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnziba ti Məhkəməsinə müraciət edərək, 24 oktyabr 2022-ci il tarixli dinc toplantının keçirilməsinə cavabdeh tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsini, bu qadağanın təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığının pozuntusu kimi tanınmasını, cavabdehin xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərar deyil, “İnzibati icraat haqqında” qanunun tələblərinə zidd olaraq məktub göndərməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin pozuntusu kimi tanınmasını xahiş etmişlər.
4. İddia t ələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərərək, xx.xx.2022-ci il tarixdə Milli Məclisin qarşısında piketin keçirilməsi barədə məlumat vermişlər. Piketin keçirilməsində məqsəd hökumətin “Sərbəst toplaşmaq azadlığı”na qoyduğu məhdudiyyətə etiraz etməkdi. Xəbərdarlıqda dinc toplantının yeri, tarixi və saatı, təşkilatçılar barədə məlumatlar dəqiq göstərilmişdir. Toplantıda səslənəcək şüarlar haqqında xəbərdarlıqda geniş məlumat verilmişdir. Təşəbbüskarın piketin keçirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi xəbərdarlığa bu qurumdan verilmiş cavab məktubunda dinc toplantının keçirilməsi “məqsədəuyğun” sayılmamış və bununla onun keçirilməsinə icazə verilməmişdir. Cavabda xəbərdarlığın guya “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ bəndinə uyğun olmamasına istinad edilsə də, bu uyğunsuzluğun nədən ibarət olması açıqlanmamışdır. Cavabda həmçinin, Qanunun guya xüsusi komissiya tərəfindən hazırlanması qeyd edilmişdir. Təşkilatçıların təqdim etdiyi xəbərdarlığa Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi cavabdan göründüyü kimi bu qurum toplantının keçirilməsi barədə qanunda nəzərdə tutulmuş “xəbərdarlıq” institutunu “icazə” institutu ilə əvəz etmişdir. Halbuki, təşkilatçılar tərəfindən icra hakimiyyətinə müraciətin məqsədi icazə almaq yox, keçiriləcək toplantı barəsində onu xəbərdar etmək idi. Çünki belə bir icazənin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin bu məktubu onun qərarı kimi qəbul edilməlidir. Bakı Şəhər İcra Hakimi yyətinin cavabında (qərarında) mitinqin keçrilməsinin məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirilməlidir. Təcrübə göstərir ki, indiyə kimi Azərbaycanda müvafiq icra hakimiyyəti orqanları tərəfindən toplantıların keçirilməsinin məqsədəuyğun hesab edilməməsi, nəticədə həmin toplantının icazəsiz hesab edilməsi və polis tərəfindən dağıdılması ilə nəticələnmişdir. İddiaçılar İcra Hakimiyyəti tərəfindən təşkil edilməsi məqsədəuyğun hesab edilməyən toplantını təşkil etdikləri halda, bu toplantı polis qüvvəsi ilə dağıdılacaq, təşkilatçılar və iştirakçılar məsuliyyətə cəlb olunacaqlar. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi toplantı ərəfəsində yaydığı bəyanatda bu cavabı məhz qadağa kimi qiymətləndirərək, toplantı keçirilə cəyi halda onun iştirakçılarının hüquqi təqiblərə məruz qalacağını bildirmişdir. Bu fakt, İcra Hakimiyyətinin piket keçirilməsini məqsədəuyğun hesab etməməsi ilə toplantının təşkilinə icazə verməməsinin eyni hüquqi nəticələrə gətirib çıxardığını təsdiq edir. Məlum olduğu kimi, piket keçirilən günü polis əməkdaşları 160-a qədər toplantı iştirakçılarını həbs edərək polis müəssisələrinə aparmışlar. Bu əsaslara görə Bakı Şəhər İcra Hakimiyyətinin bu qadağası qanunazidd və əsassız hesab edilməlidir. Cavabdeh orqan piketin keçirilməsinə bu formada müdaxilə etməklə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquqlarının, xüsusən də sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Belə ki, təşkil olunacaq toplantı dinc aksiya idi. Müvafiq orqanların qabaqcadan xəbər dar olunmaları bir daha bunu sübut edir. Təşkilatçıların dinc aksiyalarda iştirak etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuşdur. Təşkilatçıların planlaşdırdıqları piketin dinc olacağı cavabdeh tərəfindən təkzib edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia etmək mümkündür ki, toplantı qanuni tələblərə cavab verirdi. Beləliklə də, cavabdehin toplantıya müdaxiləsi qanunsuz olmuşdur. Qanunun tələbindən də göründüyü kimi, sərbəst toplaşma azadlığına yalnız müəyyən hallarda məhdudiyyət qoyula bilər. Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda Qanunda nəzərdə tutulmuş həmin məhdudiyyətlərin olması qeyd edilməmişdir. Bu hal sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz olmasını bir daha təsdiq edir. Cavabdeh tərəfindən qanunvericiliyin bir sıra digər tələblər i də pozulmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti qeyd edilən normanın tələblərini pozaraq aksiyanın təşkilatçısına qərar deyil, yalnız məktub göndərmişdir. Məktubu isə cavabdeh orqanın səlahiyyəti məlum olmayan şöbə müdiri imzalamışdır. Göründüyü kimi, cavabdehin qərarı aydın şəkildə yazılmalı və əsaslandırılmalı olduğu halda, bunlara riayət edilməmişdir. Cavabdehin mitinqin keçirilməsini qadağan etməklə toplantıya müdaxiləsi qanuni məqsəd daşımadığından və qeyri-adekvat olduğundan bu müdaxilə qanunsuz idi. Beləliklə də, təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş sə rbəst toplaşma azadlığı pozulmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) 1 fevral 2023-cü il tarixli, 21(112)-3730/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin 19 oktyabr 2022-ci il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından inzibati akt sayıla bilməz. İddiaçıların müraciəti üzrə cavabdeh müvafiq tövsiyə vermiş və keçirilməsi planlaşdırılmış toplantının keçirilməsinin məqsədəuyğun olmadığını bildirmişdir.
7. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbini İPM-in 2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid etmək olmaz. Belə ki, İPM-də hər hansı “hüquqi (Konvesiya, qanun və s.) aktda təsbit edilmiş müddəaların pozulmasının tanınması” ilə bağlı iddia n övü müəyyən edilməmişdir. Hər iki iddia tələbi publik hüquq münasibətlərindən yaranan mübahisə kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır.
8. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın qanunsuz hesab edilməsi və iddianın təmin olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, F.V.Abdıyev və A.P.Oruczadə) 28 aprel 2023-cü il tarixli, 21(103)-1924/2023 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 2-1(112)-3730/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansi yası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, sərbəst toplaşmaq azadlığına toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilən əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. İddiaçıların “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur.
11. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən ara şdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. İddiaçıların kassasiya şikayəti mahiyyətcə iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətinin məzmununa uyğun tərtib edilmişdir.
13. Kassasiya şikayətində əlavə olaraq göstərilir ki, birinci instansiya məhkəməsi iddianı mümkünsüz sayması barədə qərardadının hüquqi əsaslarını dəqiq göstərməmiş, ümumi ifadələr ilə kifayətlənmişdir. Bu ifadələrdə iddia növləri sadalanır. Buradan belə nəticəyə gəlmək olar ki, məhkəmənin mövqeyinə görə, iddiaçılar iddianın növünün seçimində səhvə yol vermişlər. İddiaçılar məhkəmənin bu qənaəti ilə razılaşmırlar. Çünki Bakı şəhər İcra Hakimiyyəti mitinqin qadağan olması barədə qərar qə bul etmiş və bunu iddiaçılara təqdim etmişdir. İddiaçılar bu qadağanı qanunsuz sayaraq məhkəməyə müraciət edib sərbəst toplaşma azadlığına müdaxilənin aradan qaldırılması, bununla da mitinqin keçirilməsinə imkan verilməsini xahiş etmişlər. Bu iddianın və tələblərin milli qanunvericiliyə və dövlətin qoşulduğu beynəlxalq konvensiyalara tam uyğun olmasına əhəmiyyət verməyən birinci instansiya məhkəməsi bu iddianı mümkünsüz saymışdır. Hətta ehtimal edilsə ki, iddiaçılar iddia növünün seçimində səhvə yol vermişlər, bu hal iddianın mümkünsüz sayılması üçün əsas ola bilməzdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hakim nöqsanın aradan qaldırılmasında yardım göstərməyə borclu idi.
14. İddiaçılar “Sərbəst toplaşmaq haqqında” Qanunun müddəalarına istinad e dərək göstərirlər ki, sərbəst toplaşma azadlığı birbaşa qanun normaları ilə müdafiə olunur. Bu səbəbdən məhkəmələr həmin azadlığın pozuntusu barədə iddiaları mümkünsüz saya bilməzdilər. Bununla belə, iddiaya baxmış məhkəmələr hesab etmişlər ki, cavabdehin toplantının keçirilməsini məqsədəuyğun hesab etməməsi iddiaçıların hüquqlarına müdaxilə deyil. Amma cavabdeh tərəfindən keçirilməsi məqsədəuyğun hesab edilməmiş toplantılar dağıdılır və təşkilatçılar, iştirakçılar cəzalandırılır. Bu səbəbdən toplantının keçirilməsi mümkün olmamışdır. Bu isə kassatorların konstitusion hüquqlarının pozuntusu ilə nəticələnmişdir. Beləliklə də, iddiaçıların sərbəst toplaşma azadlığına cavabdehin müdaxiləsinin qanunsuz olması açıq-aşkar olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi bu pozuntuları əsass ız olaraq tanımamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
49. Sərbəst toplaşmaq azadlığı İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. 17. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Sərbəst toplaşmaq azadlığı İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbayca n Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür.... Maddə
5. Toplantının keçirilməsi barədə xəbərdarlıq İ. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplan tının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. İİ. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır: 1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması; 2) toplantının ümumi məqsədi; 3) toplantının keçirilmə yeri və vaxtı; 4) iştirakçıların təxmini sayı; 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); 6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı); 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı. Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər. İİİ. Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar.... Maddə
6. Toplantının təşkilatçısı İ. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir.... 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qəra r, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;...
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və y a məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞ İNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Bu mənada, hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Azərbaycan Res publikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
26. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağl ı şərtlər ödənilmiş olmalıdır.
27. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilən hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qa nundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərini pozduğunu sübut etməlidir.
30. Göstərilənlərə əsasən, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçılar öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadıqlarından, cavabdehin iddia predmeti olan 19 oktyabr 2022-ci il tarixli, 1569/2-003/2 nömrəli məktubu inzibati orqanın (cavabdehin) qadağanedici hərəkəti deyil, iddiaçıların etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmaması barədə mövqeyi olduğundan, bununla da iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmadığından iddia düzgün olaraq mümkün sayılmamışdır. Belə ki, cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu qadağanedici hərəkət hesab edilə bilməz.
31. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsi toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi tələbini və qaydasını nəzərdə tutur. Həmin qaydaya əsasən, Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş topl antı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir.
32. Hazırkı mübahisəyə münasibətdə bununla bağlı nəzərə almaq lazımdır ki, qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən, bir tərəfdən ictimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə, həm də toplantı iştirakçılarının təhlükəsi zliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 23-cü maddəsinə görə, toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməyə və qanunauyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Bununla belə, nəzərə almaq lazımdır ki, dövlət eyni zamanda və həm də ictimai qaydanı qorumağa, ictimai təhlükəsizliyi təmin etməyə, əhalinin həyat və sağlamlığının müdafiəsi üçün tədbirlər görməyə də borcludur.
33. Cavabdeh də öz hüququndan istifadə edərək iddiaçılara etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmaması barədə mövqeyini bildirmiş, sərbəst toplaşmaq azadlığının qadağan edilməsinə və ya məhdudlaşdırılmasına dair hər hansı inzibati akt qəbul etməmiş və ya hərəkətə yol verməmişdir.
34. Beləliklə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 21(103)-1924/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.