Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1823/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: azadlıqdan məhrumetmə cəzasına məhkum olunmağa görə hərbi xidmətdən ehtiyata buraxılma, məhkumluğun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-1( 103)-393/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2006-cı il tarixdə hərbi andı qəbul etməklə Azərbaycan Ordusundan hərbi xidmətə qəbul edilmişdir. 2. xx.xx.2015-ci il tarixdə SÇ BQR-in 055r nömrəli əmri ilə ona hərbi rütbə verilmişdir. 3. xx.xx.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “d” bəndinə uyğun olaraq öz razılığı ilə həqiqi hərbi xidməti davam etdirmək üçün Müdafiə Nazirliyinin Hərbi Poliklinikası rəisinin sərəncamına göndərilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0420 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ilə Mərkəzi Hərbi Poliklinikada cərrahiyyə bölməsinin otorinolarinqoloji kabinetinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı bu vəzifədə xx.xx.2017-ci il tarixədək işləmişdir.
5. Azərbaycan Respublikası müdafiə nazirinin İ müavininin xx.xx.2017-ci il tarixli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndində (bərabər vəzifəyə) əsasən həqiqi hərbi xidmətini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin sərəncamına göndərilmiş, xx.xx.2020-ci il tarixədək sərəncamda olmuşdur.
6. Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 1-1(104)-43/2019 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 2 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
7. İddiaçı xx.xx.2019- cu il tarixdə cəzasının bitməsi əsası ilə həbsdən azad edilmişdir.
8. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin poliklinikasında həkim lor kimi fəaliyyət göstərmişdir.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 iyun 2022-ci il tarixli, 0541 saylı əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyət Baş İdarəsinin Kadrlar idarəsinin xx.xx.2022-ci il tarixli, 0541 №-li əmrinin ləğv edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə əsasən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Sərəncamda olduğu dövrdə xx.xx.2020-ci ildə belə bir əmr qəbul edilmişdir. Yaxın günlərdə iddiaçıya təyinat vərəqəsi verilmişdir. 2020-ci ilin iyun ayında H.Əliyev adına Ali hərbi məktəbin poliklinikasında lor həkim təyin edilmiş, işlədiyi müddət ərzində heç bir töhməti, nöqsanı olmamışdır. İşinə vicdanla yanaşmış, sərəncamda olduğu dövrdə belə bir əsassız əmr qəbul edilmişdir. Müdafiə Nazirliyinə müraciət etmiş, lakin nəticəsi olmamışdır.
12. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, tibb xidməti kapitanı İddiaçı, Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Poliklinikanın həkimi-lor tibb xidməti kapitanı İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 30 iyun 2022-ci il tarixli, 0541 nömrəli əmrilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidm ətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə göndərilmişdir. Odur ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verməmişdir.
13. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 0541 nömrəli əmrinin ləğv edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2023 saylı, 22 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2023 saylı, 22 may 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş hərbi qulluqçular hərbi xidmətini davam etdirə bilmədiyindən cavabdehin iddiaçının işdən azad etməsi ilə bağlı verdiyi əmr qanuni olmuşdur.
17. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-1(103)-393/2024 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X1 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2023 saylı, 22 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı a pelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
21. Şikayətdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e) bəndinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
22. Qeyd edilir ki, iddiaçı xidmətə uyğunsuzluqla bağlı hər hansı hərəkət etməmişdir. Belə ki, İddiaçı xidmətəuyğun olmayan hərəkətlər etmişdirsə hansı əsaslarla cinayət məsuliyyətinə cəlb olunduqdan sonra, cəzasını çəkmiş və azadlığa çıxandan sonra kadr ehtiyacı olduğuna görə 2020-ci ilinin iyun ayında Heydər Əl iyev adına Ali Hərbi məktəbin poliklinikasında lor həkim təyin edilmişdir. İki il keçdikdən sonra daha dəqiq desək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyət Baş İdarəsinin kadrlar idarəsinin 30 iyun 2022-ci il tarixli, 0541 saylı əmri ilə ehtiyata buraxılmışdır. Qeyd olunan əmrdə xidməti uyğunsuzluğa dair sübutlar təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan əmr iddiaçı cəzasını çəkdiyi dövrdə deyil, artıq 2020-ci ilin iyun ayından etibarən Heydər Əliyev adına Ali Hərbi məktəbin poliklinikasında lor həkim kimi 2 ildən artıq müddətdə işlədikdən sonra verilmişdir. Həmçinin İddiaçı məhkum olunduğu vaxtdan sərəncamda olmuş cəzasını çəkib qurtardıqdan sonra lor həkimi kimi Heydər Əliyev adına Ali Hərbi məktəbin poliklinikasına təyin olunduqdan sonra sərəncamdan çıxarıl mışdır. Eyni zamanda Heydər Əliyev adına Ali Hərbi məktəbin poliklinikasına lor həkim kimi işlədiyi dövrdə heç bir töhməti və nöqsanı olmamışdır və işinə vicdanla yanaşmışdır. İş materiallarında olan sənədlərə əsasən, Heydər Əliyev adına Ali Hərbi Məktəbinin rəisi tərəfindən verilən12 may 2022-ci il tarixli təqdimatdan görünür ki, tibb xidməti kapitanı İddiaçı Heydər Əliyev adına Ali Hərbi Məktəbinin poliklinikasının lor həkimidir, 29 may 2020-ci il tarixindən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. G.X6 adına Ali Hərbi Məktəbində xidmət etdiyi dövrdə özünü müsbət cəhətdən tanıtmağa çalışmışdır, xəstələrə tibbi yardım göstərməyə çalışır. Zabit heyətinin g enişləndirilmiş tibbi müayinəsinin aparılmasında iştirak edir, ehtiyacı olanları dispanser-dinamik müşahidəyə götürür və onlara təyin olunmuş müalicə-profilaktika tədbirlərini yerinə yetirilməsinə nəzarət edir. Yuxarıda göstərinlərə əsasən müəyyən etmək olar ki, İddiaçı xidməti dövründə heç bir nöqsan aşkar edilməmiş və xidmətə uyğunsuzluq əsasları olmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Maddə
72. Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. Hərbi qulluqçuları vəzifələrə təyin edərkən aşağıdakı şərtlərə riayət edilir:... d) hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi, bir qayda olaraq, onlar müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilmədən aparılır. Müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilirlər. Hərbi təhsil müəssisələrinin məzunları hərbi təhsil müəssisəsini bitirdikdən sonra müvafiq vakant vəzifələrə təyin edilirlər, müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilənlər isə hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar verilmiş məzuniyyəti istifadə edərək korpusa, diviziyaya, gəmi briqadasına bilavasitə gəldikdən sonra təyin edilirlər. Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq döv ründə sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir;
78. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün;
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
25. Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə
15. Cinayətlərin təsnifatı 15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.... 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Maddə
83. Məhkumluq 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur:... 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərar ı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin xx.xx.2022-ci il tarixli, 0541 nömrəli əmrinin ləğv edilməsinə yönəlmişdir.
30. Birinci instansiya məhkəməsi kimi apelyasiya instansiyası məhkəməsi də iddiaçının iddia tələbini əsassız hesab etmiş, öz mövqeyini belə əsaslandırmışdır: “məlum cinayət hadisəsi nəticəsində iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü (əzab vermə- iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) 341.2.1-ci və 341.2.3-cü maddələrinə (Vəzifə səlahiyyətlərindən s ui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən törədildikdə; ağır nəticələrə səbəb olduqda) əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hər hansı bir bəraətverici əsas olmadan cəzasının bitməsi əsası ilə həbsdən azad edilmişdir. İddiaçı xidməti uyğunsuzluq əsası ilə yəni ki, hərbi xidmətinin davam etməsinə imkan verməyən faktların mövcudluğu əsası ilə ehtiyata buraxılmışdır. Bu baxımdan, həbsdən azad edildikdən bir müddət keçdikdən sonra yuxarıda qeyd edilən əsasla xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması vəziyyəti iddiaçının xeyrinə dəyişmir və ona müdafiə nazirinin xx.xx.2022-ci il tarixli əmrinin ləğvi üçün əsas vermir”.
31. Məhkəmə kollegiyası iş materiallarını, qanunvericiliyin müvafiq normalarını, eləcə də kassasiya şikayətinin dəlillərini ara şdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
32. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni iş materiallarında olan sənədlərlə, eləcə də cinayət qanunvericiliyinin müvafiq normalarına istinad etməklə təhlil edilməsini məqsədə müvafiq hesab edir.
33. Belə ki, iddiaçının xidməti uyğunsuzluqla bağlı xidmətdən azad edilməsi barədə əmrdən görünür ki, inzibati orqan belə bir qərar qəbul edərkən onun Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə məhkum edilməsinə əsaslanmışdır (iddia tələbinə etirazda da belə fikir qeyd edilmişdir).
34. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan Gəncə Apelyasiya Məhkə məsinin Hərbi Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 1-1(104)-43/2019 saylı qərarının surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinmişdir. Həmin cinayətlərə görə ona 2 il 2 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə cəzasının bitməsi əsası ilə cəzadan azad edilmişdir (təqdimatda qeyd edilib).
35. İddiaçının təqsirli bilindiyi maddələr cinayət qanunun tələbinə əsasən təsnifatına görə az ağır cinayətlər qrupuna daxildir (CM-in 15.3-cü maddəsi). Qüvvədə olan CM-in 83cü maddəsi az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq müddətini 2 il müəyyən etmişdir. Başqa sözlə şəxs az ağır cinay ətə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıldıqdan sonra, cəzanı çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluğu olmayan şəxs sayılır.
36. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli Plenumun Qərarında qeyd edilmişdir ki, məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Bu halda şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur.
37. Məhkəmə kol legiyası Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək qeyd edir ki, şəxsin cinayət-hüquqi statusunu səciyyələndirən cəhət olaraq məhkumluq şəxs barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən başlayır, bütün cəzaçəkmə müddətini əhatə etməklə cinayətin ağırlığından asılı olaraq qanunla müəyyən edilmiş müddət ərzində davam edir və bu müddətin bitməsi ilə ödənilmiş hesab olunur.
38. İddiaçının xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad edildiyi nəzərə alınarsa, onun məhkumluğu xx.xx.2021-ci il tarixdə bitmişdir.
39. Eyni zamanda diqqət cəlb edilməli məqamlardan biri də iddiaçının cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədiyi təqdirdə xx.xx.2020-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin poliklinikasında həkim lor kimi fəa liyyətə başlaması ilə bağlıdır.
40. Cavabdeh iddiaçının məhkum olduğunu və məhkumluğunun qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyini bilməsinə baxmayaraq onunla xidməti münasibətləri davam etdirmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin özü tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddiaçıya məxsus şəxsi işdə olan xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən tərtib edilərək imzalanmış tərcümeyi halda da onun cinayət məsuliyyətinə cəlb edildiyi açıq aydın şəkildə qeyd edilmişdir.
41. Başqa sözlə cavabdeh məhkumluğu ödənilmədiyi halda (yuxarıda da qeyd edildiyi kimi iddiaçının məhkumluğu xx.xx.2021-ci il tarixdə ödənilmişdir) iddiaçının hərbi ixtisasına uyğun olaraq müvafiq vəzifəyə təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə təqdimat vermiş, eyni zamanda təqdimatd a onun tutduğu vəzifəyə uyğun olması qeyd edilmişdir.
42. Məhkəmə kollegiyası iş materiallarında olan digər bir sənəddə də əks edilən məlumatlara diqqət yetirməyi məqsədə müvafiq hesab edir. İş materiallarında olan iddiaçının adına tərtib edilmiş xidmət dəftərçəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin İ müavininin xx.xx.2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndində (bərabər vəzifəyə) əsasən həqiqi hərbi xidmətini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin sərəncamına göndərilmişdir (iş vər 62).
43. İddiaçı bu sərəncamda xx.xx.2020-ci il tarixədək olmuşdur. 44. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçul ar (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilirlər.... Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar.
45. Məhkəmə kollegiyası qanunun yuxarıda qeyd edilən tələbinə istinad edərək bildirir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən hərbi qulluqçunun sərəncamda olma müddəti 4 aydır, cinayət işləri ilə əlaqədar isə bu sərəncam bütün istintaq dövrünü əhatə edir. Lakin iddiaçı 3 ilə yaxın müddətdə sərəncamda olmuş, cavabdeh iddiaçının sərəncamda olma əsasını isə ona məxsus xidmət dəftərçəsində iddiaçının cinayət işinin istintaqı ilə əlaqədar deyil, hərbi q ulluqçunun bərabər vəzifələrə göndərilməsi ilə əlaqələndirmişdir.
46. Məhkəmə kollegiyası qeyd edilən halları ümumiləşdirərək bu qənaətə gəlir ki, inzibati orqanın mövqeyi ilə bağlı ziddiyyətli məqamlar mövcuddur.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir
48. Konstitusiya Məhkə məsinin hüquqi mövqeyindən çıxış edən məhkəmə kollegiyası bildirir ki, iddiaçının 31 avqust 2017-ci il tarixdə sərəncamda olma əsası, sərəncamda olma əsası kimi bərabər vəzifəyə keçirilmə dedikdə, nəyin nəzərdə tutulması müəyyən edilməli, azadlqıdan məhrum etmə cəzasını çəkdikdən sonra məhkumluğu ödənilmədiyi halda 29 may 2020-ci il tarixdə cavabdeh tərəfindən hərbi xidmətə qəbul edilməsi, bu zaman məhkumluğunun götürülüb-götürülmədiyi, təkrar hərbi xidmətə qəbul edildikdən sonra barəsində intizam tənbeh tədbirinin görülməsi araşdırılmalı, iddiaçının mübahisə açdığı əmr imzalanarkən cavabdehin iddiaçının məhkumluğuna münasibəti öyrənilməlidir.
49. Araşdırmanın nəticəsindən asılı olaraq mübahisə mahiyyəti üzrə həllini tapa bilər.
50. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni a pellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 21(103)-393/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.