Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1824/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı ilə bağlı mübahisələr; bağ sahəsinə plan-sxemin verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), 07.08.2019 Rahib Sahib oğlu Nəbizadə və X5 ibarət tərkibdə, İddiaçının vəkili X2 və 3-cü şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X4iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı bağ sahəsinə dair plan sxemin verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda 1 saylı Bakı Ərazi İdarəsidir), üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhə ri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin 17705 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 18 b saylı bağ sahəsinin icarəçisi hesab edilməsi və müvafiq bağ sahəsinə dair plan-sxemin verilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi bağlı qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarı ilə (hakim İ.Bayramova; iş No 2in(82)-1549/2012) iddianın təmin edilməsi; Bakı şəhə İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin 17705 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən, iddiaçının Bakı şəhəri, Suraxa nı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 18 “b" saylı bağ sahəsinin icarəçisi hesab edilməsi və müvafiq bağ sahəsinə dair plan-sxemin verilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarı cavabdeh İdarə tərəfindən icra edilərək, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyi tərəfindən 17705 saylı, icarə müqaviləsinə əsasən verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 18 b saylı bağ sahəsinə mövcud vəziyyətdə uyğun plan-sxem tərtib edilərək verilmişdir. Eyni zamanda iddiaçıya onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 18 b saylı bağ sahəsindəki 0,25 ha torpaq sahəsi üzərində iülkiyyət hüququnu təsdiq edən Çıxarış və “Torpaq sahəsnin planı və ölçüsü” sənədi t ərtib edilb verilmişdir. Bundan sonra Suraxanı rayon İcra Hakimiyyəti ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 11 iyul 2012-ci il tarixli qərarının ləğv edilməsi, inzibati iş üzrə icraatın ərizəçi İcra Hakimiyyətinin 3-cü şəxs qismində cəlb edilməklə təzələnməsi haqqında qərardad qəbul edilməsni xahiş etmişdir etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2016-cı il tarixli qərardadı ilə (hakim İ.Bayramova; iş No 2in(82)-1549/2012) ərizəçi Suraxanı rayon İcra Hakimiyyətinin mübahisə ilə bağlı yeni açılmış hallara dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2016-cı il tarixli qərardadı ilə (sədrlik edən E.Vəliyeva, hakimlər E.Nağıyeva və H.Həmidov; i ş No 2-1(103)1899/2016) ərizəçi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2016-cı il tarixli yeni açılmış hallarla bağlı ərizəçi Suraxanı İcra Hakimiyyəti tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan başqa ərizəçi Bakı şəhər İcra Hakimiyyəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verərək, inzibati iş üzrə icraatın Bakı şəhər İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə təzələnməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi Bakı şəhər İcra Hakimiyyəti ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi haqqında qərardad qəbul edilməsni xahiş etmişdir etmişdir. Həmçinin ərizəçi Suraxanı rayon İcra Hakimiyyəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi, inzibati iş üzrə icraatın Suraxanı İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş etmi şdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2016-cı il tarixli qərardadı ilə (sədrlik edən E.Vəliyeva, hakimlər E.Nağıyeva və H.Həmidov; iş No 2-1(103)1899/2016) Bakı şəhər İcra Hakimiyyətinin zəruri cəlbetmə qismində 3-cü şəxs kimi işə cəlb edilməsi və onun tərəfindən apellyasiya şikayəti vermə müddətinin buraxılmamış hesab edilməsi; Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin mümkün hesab edilməsi və apellyasiya şikayətinn icraata qəbul edilməsi; Suraxanı rayon İcra Hakimiyyətinin 3-cü şəxs qismində inzibati icraata cəlb edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 may 2017-cı il tarixli qərardadı ilə (sədrlik edən E.Vəliyeva, hakimlər E.Nağıyeva və H.Həmidov; iş No 2-1(103)41/2017) Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarının ləğv edilməsi; işin 3-cü şəxslərin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərardadı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-3832/2017) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2018-cı il tarixli qərardadı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və S.Hüseynov; iş No 2-1(103)24/2018) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması; apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmış dır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Dadaşov, hakimlər K.Bədəlov və S.Hüsyenova) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2018-cı il tarixli qərardadının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəs 0,25 ha olan18b nömrəli bağ sahəsinə dair plpn-sxemin verilməsi hissəsində ləğv edilməsi; işin həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi; qərardadın digər hissədə dəyişdirilmədən saxlanılması; kassasiya şikayətinin qismən təmin olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 iyun 2018-cı il tarixli qərardadı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusif ov; iş No 2-1(103)-1519/2018) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin eilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərardadının ləğv olunması; işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş No 2-1(82)-3835/2018) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixliqərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 2-1(103)-441/19) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxl anılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın plan-ölçü sənədinin verilməsi hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili N.Əliyev kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın plan-ölçü sənədinin verilməsi hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş 3-cü şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi N.Mustafayev Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarə və 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyind ən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin olunmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya m əhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan X3 və İsismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 17705 saylı 23.08.1990-cı il tarixli “Bağın icarəyə verilməsi haqqında müqavilə”nin surətinə əsasən, icarəyə verən Birlik Hövsan qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan 18b nömrəli bağ sahəsini icarəçi – İddiaçı 23.08.1990-cı ildən 23.08.2000-ci ilədək müddətə icarəyə vermişdir. Bundan sonra iddiaçı icaəyə götürdüyü bağ sahəsini özəlləşdirmək üçün ərizə ilə cavabdeh İdarəyə müraciət edərək bağ sahəsinin plan sxeminin tərtib edilb ona verilməsini xahiş etmişdir etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 26.05.2012-ci il tarixli cavab məktubu ilə iddiaçının müracitinin təmin edilməsindən imtina olunaraq sözügedən bağ sahəsinə dair arx iv qovluğunun İdarədə aşkar edilmədiyi və bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Hal-hazırda iddiaçıya məhkəmə qərarı əsasında bağ sahəsinə aid istədiyi plan sxem, habelə onun həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarış və torpağın planı və ölçü sənədi də tətrib edilb verilmişdir. Bununla razı olmayan 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti belə hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2186 saylı 22.05.2007-ci il tarixli, 2186 saylı Fərmanı ilə Bakı Şəhər X1 və İnkşafı Birliyi ləğv edilmiş, bütün sənədlər və səlahiyyətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verilmiş, lakin nə ləğv edilmiş Bakı şəhər X1 və İnkşafı Birliyində, nə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində İddiaçı torpaq sahəsi ayrılması ilə bağlı heç bir sənəd aşkar edilməmişdir. Ona görə də, həmin iddiaçının iddia tələbi təmin edilə bilməzdi. Araşdarılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqiqiymət verərək belə hesab etmişdir ki, iddiaçının mübahisəli bağ sahəs ilə bağlı istinad etdiyi yeganə hüquqmüəyyənedici sənəd X1 və İnkşafı Birliyi ilə iddiaçı S.Əhməlova arasında bağlanmış 17705 saylı 23.08.1990-cı il tarixli “Bağın icarəyə verilməsi haqqında müqavilə”dir. Həmin müqavilənin arxiv əsaslarının olmaması bu müqavilənin mötəbərliyinə şübhə yaradan məqamdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.7-ci madd ələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikasinin Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyəti ni (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin maddənin 6-cı və 7-ci bəndlərinə müvafiq olaraq torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. iş materiall arına iddiaçıya torpaq ayrılması barədə müqavilə əlavə olunsa da, müqavilənin ayrılmaz hissəsi olan torpaq sahəsinin təsdiq edilmiş planının mövcudluğu işin məhkəmə araşdırılması ilə müəyyən edilmir. Həmçinin, iş üzrə müəyyən edilir ki, adı çəkilən müqavilə ilə iddiaçıya 0,25 ha torpaq sahəsi ayrılmışdır. Halbuki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14.06.1988-ci il tarixli 6/333 saylı qərar ilə 1988-ci ildən istifadəsinə bağ götürmüş vətəndaşlar üçün bağ torpaq sahəsinin ölçüsünün 0,12 hektardan artıq olmaması nəzərdə tutulmuşdır. Təsadüfi deyildir ki, yuxarıda adı çəkilən icarə müqaviləsinin özündə - 3-cü bəndində verilən torpaq sahəsinin ölçüsünün 0,12 hektardan artıq olmaması şərt olaraq nəzərdə tutulmuşdur. Belə olan halda, həmin müqavilə ilə eyni vaxtda bir vətəndaşa ümumi sahəsi 0,25 ha olmaqla bağ sahəsinin ayrılması Bakı şəhər Soveti İcraiyyə Komitəsinin adı çəkilən qərarına uyğun deyil. Beləliklə, mübahisəli bağ sahəsinin plan və ölçüsünün verilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Ona görə də, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsalı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsi qərarında mübahisəli bağ sahəsi ilə əlaqədar Birliklə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin arxiv əsaslarının olmamasınıhəmi n müqavilənin mötəbərliliyinə şübhə yaradan məqam kimi qəbul etmişdir. Lakin bu hal (müqavilənin əsaslarının olmaması halı) məhkəmə tərəfinən axıra qədər araşdırılmamışdır, arxiv sənədlərinin saxlanılmasına məsul olan şəxslər dəvət edilərək dindirilməmişdir. Məhkəmədə yaranmış şübhələr iddiaçının əleyhinə istifadə edilməməlidir, çünki iddiaçı tərəf həmin arxiv sənədlərinin saxlanılmasına görə məsuliyyət daşımır. Bundan başqa, öz qərarında apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin X3 və istismarı Birliyi ilə icarəçi – İddiaçı arasında bağlanmış 17705 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən, iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 18 “b” saylı bağ torpaq sahəsi verilmiş, halbuki həmin müqavilənin özündə də qeyd edildiyi kimi icarəyə verilmiş bağ torpaq sahəsi 0,12 ha-dan ortıq ola bilməzdi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli bağ sahəsinin həcmi tərəflər arasında mübahisə yaratmamışdır, həmin icarə müqaviləsi bağlanan icarəçilərə torpağın yerləşməsi yerindən və ərazisindən asılı olaraq 0,12 ha deyil, daha artıq torpaq sahələri icarəyə verilmişdir. İddiaçının kassasiya şikayətində qeyd edilənlərə əsasən, mübahisəli bağ sahəsinin ərazisi bataqlıq və istifadəyə yararsız bir ərazi olmuşdur, iddiaçı həmin ərazini istifadəyə yararlı bir vəziyyətə gətirmək üçün uzun illər boyu əziyyət və xərc çəkmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 534 saylı 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “V ətəndaşların qanuni istifədəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idrəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, işə baxan apel lyasiya instansiya məhkəməsi qərarında tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kolegiyası hesab edir ki, hazırki iş, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, yenidən obyektiv və ədalətli araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək im kanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yendən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1824/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1824/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver