Məhkəmə qərarları › İş №2-1(102)-1824/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1824/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1824/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri P ublik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN seriyalı 0057 nömrəli və JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi, o cümlədən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-195/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-0056 kod 40313018 nömrəli “Torpağa mülk iyyət hüququna dair” Dövlət Aktına əsasən, X2 (ailə üzvləri ilə birlikdə) Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 3.35 ha torpaq sahəsi verilmişdir.

2. JN-0057 kod 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, İddiaçı1 (ailə üzvləri ilə birlikdə) Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 3.12 ha torpaq sahəsi verilmişdir.

3. Qax rayon Qaysarlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışa əsasən, İddiaçı1 Qıpçaq sahəsinin “Arx arası” sahəsindən verilmiş 3.12 ha torpaq payının, Qıpçaq kənd sakini X8 kəndinin “Yonca qoruq” adlı ərazisindən verilmiş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsinə icazə verilmiş, Qax rayon AİK-nın xx.xx.2004-cü il tarixli qərarı ilə Qaysarlı bələdiyyəsinin müvafiq qərarı t əsdiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu Qıpçaq kəndində yerləşən 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxslər X7, X6, X10, X3, X1 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi, o cümlədən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan Qax rayonu Qaysarlı kəndində yerləşən 3. 35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahələri dəyişdirilməsinə baxmayaraq, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN seriyalı 0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, o cümlədən X5 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ləğv edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin 2-1(116)-1666/2022 nömrəli, 27 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə X15 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

7. Şə ki İnzibati Məhkəməsinin 2-1(116)-486/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərardadı ilə (hakim V.Ə.Musayev) iddia mümkün sayılmamışdır.

8. Məhkəmə hesab etmişdir ki, ləğvi tələb edilən Dövlət Aktlarının verilməsinə əsas olmuş Qax rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 10 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən və həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında verilmiş Dövlət Aktının mübahisələndirilməsi də mümkün sayıla bilməz. X13 mübahisələndirilməsi ilə bağlı iddia qeyri-mümkün olduğundan, JN0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuş 3.35 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz. Yəni, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir ki, ilkin t ələbin qeyri-mümkün olması, sonrakı tələbin də mümkünsüzlüyünə gətirib çıxarır. Bundan əlavə, Şəki İnzibati Məhkəməsinin icraatında iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Qıpçaq kəndi ərazisindən verilmiş 3.12 ha torpaq sahəsinin Qax rayon Qaysarlı kəndinin “Yonca qoruq” adlanan ərazisindən X2 verilmiş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi barədə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarına əsasən, Qax rayon Qaysarlı kəndinin “Yonca qoruq” adlanan ərazisində yerləşən 3.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)1252/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmiş, qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə iddia tələbinin məzmunundan görünür ki, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmaqda hüquqi marağı Qax rayon AİK-nın “torpaq sahələrinin dəyişdirilməsi” barədə qərarına əsasən Qaysarlı kəndi ərazisində yerləşən 3.35 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına nail olmaqdır. Bu da hazırda məhkəmənin icraatında olan iddia ərizənizdə qeyd edilən iddia tələbi ilə tərtibat baxımından fərqli olsa da, mahiyyət etibarilə eyni hüquqi nəticənin əldə edilməsinə yönəlmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı iddia predmeti ilə bağlı analoji mübahisəyə əvvəl məhkəmədə baxılmış, tələb təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir

9. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-195/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, Ə.T.Məcidov və A.A.Mahmudov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 həmin qərar daddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassatorlar şikayətdə qeyd etmişlər ki, apellyasiya instansiya məhkəməsinin "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktlarının verilməsinə əsas olmus Qax rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı qüvvədə olmasına istinadən iddianı mümkün saymaması ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırda mübahisələndirilən "Torpağa mülkiyyət hüququna dair" X20 rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı əsasında tərtib olunsa da, Qax rayon Aqrar İslahat Komissiyasın ın növbəti, yəni 14 dekabr 2004-cü il tarixli qərarı ilə Qaysarlı kənd sakini İddiaçı1 Qax rayonu, Qıpçaq kəndində "Arx arası" sahəsindən verilmiş 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Qıpçaq kənd sakini X8 kəndində "Yonca qoruq" adlı ərazidən verilmiş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi qərara alınmışdır. Yəni, Qax rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı iddiaçılar və üçüncü şəxslərə münasibətdə öz hüquqi qüvvəsini itirmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin oxşar tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olmasına istinad etməklə iddianı mümkün saymaması ilə bağlı mövqeyi də əsassızdır. Belə ki, digər iddiadan fərqli olaraq iddiaçılar hazırda dövlət aktlarının ləğv edilməsini xahiş edir ki, əvvəlki iddi a tələbi üzrə işdə iddianın təmin edilməməsi səbəbi məhz elə dövlət aktlarının qüvvədə olması olmuşdur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yaln ız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkə məsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, hazırkı iddiada ləğv olunması tələb edilən, JN-0056 kod 40313018 və JN0057 kod 40313028 nömrəli X20 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı əsasında tərtib edilmişdir. Eyni zamanda, o da müəyyən olunur ki, Qax rayon AİK-nın xx.xx.2004-cü il tarixli qərarı ilə İddiaçı1 Qıpçaq sahəsinin “Arx arası” sahəsindən verilmiş 3.12 ha torpaq payının Qıpçaq kənd sakini X8 kənd inin “Yonca qoruq” adlı ərazisindən verilmiş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsinə icazə verilməsi ilə bağlı Qax rayon Qaysarlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı təsdiq edilmişdir.

21. Göründüyü kimi, mübahisələndirilən Dövlət Aktlarının verilməsinə əsas olmuş Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ayrılmış torpaq sahələri sonradan dəyişdirilmiş, bununla bağlı yeni inzibati akt qəbul edilmişdir. Dövlət Aktlarının verilməsinə əsas olmuş qərar, o cümlədən, Dövlət Aktları ilə tərəflərə məxsus olan torpaq sahələri bir-biri ilə dəyişdirildiyindən sözügedən Dövlət Aktlarının hüquqi qüvvəsi də itirilmişdir. Bundan əlavə, formalaşmış inzibati məhkəmə praktikasında Dövlət Aktlarının müstəqil mübahisələndirilməsinə yol verilmir. Belə ki, sözügedən aktın əsasında inzibati akt dayandığından (hazırkı halda aqrar islahat komissiyasının qərarı), məhz həmin inzibati aktlar şəxslər üçün hüquqi nəticə yaradır.

22. Belə olan halda, iddiaçı üçün hər hansı hüquqi nəticəsi olmayan aktların (iddianın predmetini təşkil edən Dövlət Aktlarının) inzibati məhkəmə icraatında mübahisələndirilməsinə yol verilmir.

23. Belə ki, İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. 24. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (pu blik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

25. Göründüyü kimi, hazırda ləğvi tələb edilən Dövlət Aktları hüquqi nəticələr yaratmır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı üçün hüquqi nəticə yaradan aktlar (yəni inzibati aktlar) Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı və Qax rayon AİK-nın xx.xx.2004-cü il tarixli qərarıdır.

26. Nəzərə alınmalıdır ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, hab elə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddian ın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

27. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

28. Məhkəmə k ollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-195/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar